Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   2   3   4   5   6   7   8   9   ...   100

 
18
 
– informasiya-psixoloji mühitdə subyektin öz fəaliyyət marağı olma-
lıdır; 
– subyektin tərkibində xüsusi qüvvələr olmalıdır və onlar informasiya 
qarşıdurmasının həyata keçirilməsi ilə məşğul olmalıdırlar; 
–  subyekt  informasiya  silahına,  informasiyanın  çatdırılması 
vasitələrinə malik olmalıdır; 
–  subyekt  nəzarəti  altında olan informasiya  məkanında  informasiya-
psixoloji münaisbətləri  tənzimləmək imkanına malikdir
–  subyektin  informasiya  qarşıdurmasında  iştirak  etməsi  üçün  rəsmi 
ideologiyaya müvafiq normalar olmalıdır (10). 
İnformasiya  qarşıdurmasının  subyektinin  formalaşması  informasiya 
qarşıdurmasının  başlıca  şərtlərindən  biridir.  Dövrün  və  zamanın  inkişaf 
səviyyəsinə  uyğun  olaraq  müəyyən  informasiyanın  məqsədyönlü,  aydın 
və təsirli şəkildə insanlara çatdırılması üçün xüsusi şəxslərin fəaliyyətinə 
və onların fəaliyyətinin ayrıca bir sahə kimi formalaşmasına ehtiyac ya-
ranırdı.  Ən  qədim  zamanlarda  saray  carçıları,  natiqlər,  din  xadimləri  bu 
işləri görürdülər, şayiələrin və dezinformasiyaların yayılması üçün xüsu-
si adamlardan istifadə edirdilər. İnformasiya qarşıdurmasının tarixi sub-
yektləri kimi din xadimlərinin təsiredici fəaliyyəti xüsusilə qeyd edilmə-
lidir. Müxtəlif cihadların, səlib yürüşlərinin informasiya təminatında din 
xadimləri daha çox seçilirdilər. Erməni cəmiyyətinin müxtəlif xalqlarla in-
formasiya  qarşıdurmasına  hazırlanmasında  da  erməni  din  xadimlərinin 
rolu böyük olmuşdur və erməni kilsəsinin informasiya qarşıdurmasındakı 
fəaliyyəti elə bu gün də öz aktuallığını saxlamaqdadır. Uzun əsrlər boyu 
dövlətçiliyə  malik  olmayan  erməni  cəmiyyətinin  ictimai-siyasi,  mədəni 
və məişət həyatının nizamlanmasında tənzimləyici rola malik olan ermə-
ni  kilsəsi  informasiya  qarşıdurmasının  da  mərkəzi  olmuşdur.  Bütün  er-
məniliyi öz ətrafında birləşdirən mərkəz kimi erməni kilsəsi həm də etnik 
maraqlara cavab verən informasiya qarşıdurmasının hərəkətverici qüvvə-
si kimi çıxış edir. Erməni kilsəsi tərəfindən informasiya qarşıdurmasının 
məqsədi  və  məramı  müəyyənləşdirilir,  onun  konsepsiyasının  konturları 
aydınlaşdırılır, informasiya qarşıdurmasının obyektləri seçilir, müəyyən-
ləşdirilmiş məqsəd və məramların ilk növbədə dünya erməniliyi arasında 
təbliğatı aparılır və sonra da dünya erməniliyi bu məqsəd və məramların 
həyata keçirilməsinə səfərbər olunur. Dağlıq Qarabağ münaqişəsinin in-
formasiya  modelinin  formalaşdırılmasının  ilhamverici  və  səfərbəredici 
qüvvəsi də ilk növbədə erməni kilsəsidir. Çoxsaylı faktlardan məlumdur 
ki, hələ sovetlər dövründə, kilsə fəaliyyətinin kifayət qədər məhdudlaşdı-


 
19
 
rıldığı vaxtlarda erməni kilsəsi Dağlıq Qarabağ məsələsini həmişə gündə-
likdə saxlamağa çalışmış və dünya erməniliyi arasında müvafiq informa-
siya  siyasətini də  həyata  keçirmişdir.  Bununla  bağlı bir  daha qeyd  edil-
məlidir  ki,  erməni  kilsəsi  Dağlıq  Qarabağ  münaqişəsi  ətrafında  həyata 
keçirilən informasiya qarşıdurmasının aparıcı subyektlərindən biridir. 
Elmi  ədəbiyyatda  informasiya  qarşıdurmasının  bir  neçə  inkişaf  mər-
hələsi  təsbit  edilmişdir.  Sonuncu  mərhələnin  televiziya-kommunikasiya 
şəbəkəsinin geniş inkişafı, kompüter texnologiyasının cəmiyyət həyatına 
daxil  olması ilə  başlandığı bildirilir.  Bu  mərhələ  informasiyanın  qlobal-
laşması və informasiyanın ən qısa bir zamanda insanların həyatına daxil 
ola bilməsi ilə xarakterizə olunur. Hazırda qərar tutduğumuz bu mərhələ-
də  inkişaf  etmiş  texnologiyalar  vasitəsi  ilə  lazımi  informasiyanı  dünya-
nın istənilən nöqtəsinə və istənilən auditoriyasına ötürmək və daha geniş 
kütlələri əhatə etmək mümkündür. İnformasiya, telekommunikasiya vasi-
tələrinin  belə  yüksək  inkişaf  etməsi  informasiya  qarşıdurmasının  daha 
asanlıqla informasiya müharibəsinə keçməsinə münasib şərait yaradır. 
 
 
2. Ġnformasiya müharibəsi 
 
İnformasiya  müharibəsi  informasiya  qarşıdurmasının  daha  yüksək 
formasıdır.  İnformasiya  müharibəsi  adi  müharibənin  tərkib  hissəsi  olan 
öldürücü  silahlar  olmadan  həyata  keçirilir.  Bununla  belə,  informasiya 
müharibəsi  anlayışı  ilə  adi  müharibə  anlayışının  mahiyyəti  arasında  bir 
sıra  oxşarlıqlar  vardır.  Əvvəla,  bu  müharibələrin  hər  ikisində  konkret 
cəbhə vardır və hər ikisində qarşı tərəfə daha ciddi təsir göstərilməsi baş-
lıca  məqsəddir.  Hər  iki  müharibənin  siyasi,  iqtisadi  və  mənəvi  tərəfləri 
vardır. Müharibə siyasətin davamı olduğu kimi, informasiya müharibəsi-
nin,  xüsusilə,  etnik  münaqişənin  informasiya  müharibəsinin  siyasi  ma-
hiyyəti və məqsədi vardır. Müharibə tərəflərin iqtisadi potensialından asılı 
olduğu kimi, hazırda informasiya müharibəsinin aparılması üçün də bö-
yük iqtisadi və maliyyə ehtiyatları tələb olunur. Nəhayət, adi müharibədə 
olduğu  kimi,  informasiya  müharibəsində  də  psixoloji  amil  mühüm  yer 
tutur. Başqa sözlə, informasiya müharibəsinin başlıca obyektlərindən biri 
də qarşı tərəfin psixologiyasıdır, ona məqsədyönlü şəkildə təsir edilməsi-
dir. Silahlı müharibələr kütləviliyi, dağıdıcılığı, bütün potensialın səfər-
bərliyə alınması, ən müxtəlif təcavüzkar vasitələrə əl atılması ilə xarakte-
rizə edildiyi kimi, informasiya müharibələri də eyni kütləviliklə, dağıdı-


 
20
 
cılıqla,  sürətlə,  bütün  potensialın  səfərbərliyə  alınması  ilə  xarakterizə 
olunur. 
Mahiyyət  yaxınlığına  baxmayaraq,  informasiya-psixoloji  müharibə 
ilə adi müharibə arasında fərq də mövcuddur. Silahlı yolla aparılan mü-
haribə qarşı tərəfin canlı qüvvəsinin məhv edilməsi və sıradan çıxarılma-
sı üçün həyata keçirilir. İnformasiya-psixoloji müharibə isə qarşı tərəfin 
canlı qüvvəsinin məhvi üçün deyil, həmin canlı qüvvənin ictimai şüuru-
na, psixikasına, düşüncəsinə, inanclarına təsir etmək və qarşı tərəfin canlı 
qüvvəsini öz maraqları əleyhinə fəaliyyətə sürükləmək üçün aparılır (11). 
Doğrudur,  informasiya-psixoloji  müharibə  qarşı  tərəfin  canlı  qüvvəsini 
məhv etmir. Lakin qarşı tərəfin canlı qüvvəsinin fəaliyyətinin neytrallaş-
dırılması, silahlı mübarizəsinin səmərəliliyinin azaldılması silahlı müba-
rizə  yolu  seçmiş  rəqibin  təklənməsi,  xarici  dəstəkdən  məhrum  edilməsi 
üçün  aparılan  təbliğat  silahlı  mübarizənin  aparılmasından  daha  təsirli 
önəm kəsb edə bilər. 
İnformasiya müharibəsi termininin elmi-nəzəri dövriyyəyə gətirilməsi 
tarixi  elə  də  böyük  deyil.  Mövcud  olan  məlumatlara görə,  "informasiya 
müharibəsi" termini ilk dəfə 1985-ci ildə Çində işlədilmişdir (12). 
Bu  termin  1985-ci  ildə  dövriyyəyə  gətirilsə  də,  əslində,  informasiya 
müharibəsinin  əlamətləri  ondan  qabaq  da  dünya  siyasətində  özünü  gös-
tərməkdə  idi.  Xüsusilə,  XX  əsrin  60–70-ci  illərində  Qərb  dövlətləri  ilə 
SSRİ  və  sosialist  sistemi  ölkələri  arasındakı  münasibətlər  informasiya 
qarşıdurmasının gərginliyi ilə xarakterizə olunurdu. Bu qarşıdurmadan üstün 
çıxmaq üçün sistemli və məqsədyönlü informasiya siyasəti həyata keçiri-
lirdi  və  bunun  üçün  çox  böyük  qüvvələr  və  vəsait  ayrılmışdı.  Həmin 
dövrdə  Qərblə  Şərq  arasındakı  münasibətlərin  "soyuq  müharibə"  ad-
landırılması da iki sistem arasındakı müharibənin informasiya müharibə-
si səviyyəsinə çatmağından xəbər verir. Məlumdur ki, bu soyuq mühari-
bə  və  onun  tərkib  hissəsi  olan  informasiya  qarşıdurması  sonda  sosialist 
sisteminin və hətta SSRİ-nin dağılması ilə nəticələndi. Halbuki, XX əsrin 
60–70-ci  illərində  Amerikanın  və  Qərbin  çox  böyük  hərbi  potensialının 
belə bir vəzifənin öhdəsindən gələ biləcəyini söyləmək çətin olardı. 
XX  əsrin  90-cı  illərinin  əvvəllərində  körfəz  müharibəsinin  başlan-
masından  sonra  informasiya  müharibəsinin  əhəmiyyətinə,  aparılmasına 
Amerikanın  siyasi  və  hərbi  orqanlarının  diqqəti  xüsusilə  artdı.  İlk  dəfə 
olaraq hərbi strukturlar qarşısında hələ fəal hərbi əməliyyatlar başlamaz-
dan  əvvəl  qarşı tərəfə  güclü  təsirlər  göstərilməsi  və  bununla  da  cərəyan 
edən hadisələrin Amerika mənafeləri üçün istiqamətləndirilməsini təmin 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə