Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   2   3   4   5   6   7   8   9   10   ...   100

 
21
 
etmək  vəzifəsi  qoyuldu.  Bununla  da  informasiya  müharibəsinin  aparıl-
ması ayrıca bir tapşırıq kimi irəli sürüldü. Güman edilirdi ki, bu fəaliyyət 
sahəsinin  qabardılması  informasiya  qarşıdurması  istiqamətində  planlaş-
dırılan  tədbirlərin  səmərəliliyini  daha  da  artıracaqdır.  Fars  körfəzində 
aparılan  müharibənin  nəticələri  təhlil  edildikdən  sonra  informasiya  mü-
haribəsi Amerika Birləşmiş Ştatlarında dövlətlərarası münasibətlərin xü-
susi forması kimi qiymətləndirilməyə başlandı. Elə bu dövrdən başlaya-
raq informasiya müharibəsi xüsusi fəaliyyət sahəsi kimi Amerikanın rəsmi 
dövlət sənədlərində öz təsbitini tapdı. 
1992-ci il dekabr ayının 21-də Amerikanın Müdafiə Nazirliyi "İnfor-
masiya  müharibəsi" adlı TS  3600-1  nömrəli  direktivi  qəbul  etdi.  Bu di-
rektivdə  informasiya  qarşıdurması  konsepsiyasının  əsas  müddəaları  öz 
əksini tapırdı. Həmin direktivdə Qərargah Rəisləri Komitəsinə tapşırılırdı 
ki, informasiya müharibəsinin yeni konsepsiyasını işləyib hazırlasın. İrəli 
sürülən  tapşırığın  yerinə  yetirilməsi  üzərində  iş  1993-cü  ilin  sonlarında 
başa  çatdı.  1993-cü  ilin  sonunda  Qərargah  Rəisləri  Komitəsinin  sədri 
NİOP N-30-93 nömrəli direktivi imzaladı və informasiya müharibəsinin 
aparılmasının əsas prinsipləri müəyyənləşdirildi (13). 
Adıçəkilən sənəddə informasiya müharibəsinin hərbi aspektləri öz ək-
sini tapdı. Və başlıca diqqət idarəetmə sistemləri ilə mübarizə konsepsi-
yasının müəyyənləşdirilməsinə yönəldildi. Direktivdə qarşı tərəfin infor-
masiyadan  məhrum  edilməsi  üçün  rabitə  sistemlərinin,  idarəetmə  sis-
temlərinin  məhv  edilməsi,  radioelektron  mübarizənin  aparılması,  psixo-
loji əməliyyatların planlaşdırılması ciddi vəzifələr kimi irəli sürülürdü. 
Amerikanın müvafiq strukturları tərəfindən bu məsələ üzərində iş son-
rakı  illərdə  də  davam  etdirildi.  İnformasiya  qarşıdurmasının  əsaslarının 
hazırlanması  və  təkmilləşdirilməsi  baxımından  Amerikanın  Qərargah 
Rəisləri Komitəsinin 1996-cı və 1998-ci illərdə qəbul etdiyi iki sənəd də 
əhəmiyyət kəsb edir. 3210.11 nömrəli birinci sənəd "Silahlı Qüvvələrin 
birləşmiş  qruplaşmalarının  informasiya  əməliyyatları  konsepsiyası",     
3–13 nömrəli ikinci sənəd isə " İnformasiya əməliyyatlarının aparılması 
üzrə birgə fəaliyyət doktrinası" adlanır. Bu illər ərzində informasiya mü-
haribəsinin  aparılmasının  əsasları  ilə  bağlı  Amerikanın  müvafiq  hərbi 
strukturları tərəfindən bir sıra direktivlər, nizamnamələr və təlimatlar ha-
zırlandı.  Həmin  sənədlərdə  informasiya  müharibəsinin  mahiyyəti,  məq-
sədi, vəzifələri, əsas prinsipləri, informasiya müharibəsini aparmalı olan 
orqanların,  vəzifəli  şəxslərin  vəzifələri  müəyyənləşdirildi.  Qərargah 
Rəisləri Komitəsinin qəbul etdiyi "Vahid perspektiv-2010" adlı sənəddə 


 
22
 
qeyd olunurdu ki, XXI əsrdə aparılacaq silahlı mübarizənin əsas xüsusiy-
yətlərindən  biri  informasiya  qarşıdurmasının  daha  üstün  əhəmiyyət  kəsb 
etməsi  olacaqdır.  Daha  sonra  bildirilirdi  ki,  informasiya  üstünlüyünün 
əldə  edilməsi  istənilən  düşmən  üzərində  qələbə  əldə  edilməsinin  əsas 
şərtidir.  Bu  müddəa  Amerika  Silahlı  Qüvvələri  Qərargah  Rəisləri 
Komitəsinin 2000-ci ildə qəbul etdiyi "Vahid perspektiv–2020" sənədində 
də öz əksini tapmışdır (14). 
İnformasiya müharibəsi anlayışının elmi-nəzəri dövriyyəyə gətirilmə-
si tarixi böyük olmadığı kimi, bu məsələ ətrafında araşdırmalar aparılma-
sının tarixi də böyük deyil. Ona görə informasiya müharibəsi və bütün-
lükdə informasiya fəaliyyəti ilə bağlı olan bir sıra anlayışların hamılıqla 
qəbul olunmuş şərhi və tərifi yoxdur. O cümlədən elə informasiya müha-
ribəsi  anlayışı  haqqında  da  yekdil  mövqe  mövcud  deyil.  Bu  anlayışın 
mahiyyəti  haqqında  irəli  sürülən  fikirlərdə  müəyyən  yaxınlıq  olsa  da, 
fərqli  çalarlardan  da  uzaq  deyil.  Amerikanın  hərbi  strukturlarının  qəbul 
etdiyi müvafiq sənədlərdə informasiya müharibəsinin aşağıdakı xarakte-
rik cəhətləri öz əksini tapmışdır: 
1) informasiya müharibəsi milli-strateji maraqlar üçün informasiya üs-
tünlüyünün əldə edilməsi məqsədi ilə aparılır; 
2) informasiya  müharibəsi düşmənin informasiyasına və informasiya 
sisteminə təsir göstərmək üçün aparılır; 
3) informasiya müharibəsi aparılarkən öz informasiya və informasiya 
sistemləri qorunmalıdır (15). 
Bir sıra yazılarda informasiya müharibəsinin mahiyyəti çox müxtəsər 
şəkildə şərh edilmişdir. Məsələn, müəlliflərdən biri bildirir ki, informasi-
ya  müharibəsi  düşmən  zəkasına  qarşı  mübarizə,  aldatma  və  psixoloji 
əməliyyatdır (16). Başqa bir yazıda isə bildirilir ki, informasiya mühari-
bəsi düşmənin informasiyasının və informasiya fəaliyyətinin hədəfə alın-
ması, onun mübarizə qabiliyyətinin tənəzzülə uğradılması və öz informa-
siya  məkanının  qorunmasıdır  (17).  İnformasiya  müharibəsini  insanların 
şüuru uğrunda qələmlə aparılan mübarizə kimi də qəbul edən müəlliflər 
vardır (18). 
Kütləvi elektron ictimai sorğu mənbəyi olan ―Wikipedia‖ saytında in-
formasiya müharibəsinin mahiyyəti aşağıdakı kimi açıqlanmışdır: İnfor-
masiya müharibəsi müəyyən informasiyanın yayılması yolu ilə digər döv-
lətin mülki əhalisinə və hərbi qulluqçularına təsir göstərilməsidir. Sonra 
bildirilir  ki,  informasiya  müharibəsi  öz  informasiyalarının,  informasiya 
proseslərinin və informasiya sistemlərinin qorunması ilə bərabər, düşmə-


 
23
 
nin informasiyalarına, informasiya proseslərinə və informasiya sistemləri-
nə ziyan vurmaq yolu ilə informasiya üstünlüyü əldə edilməsi üçün məq-
sədyönlü  fəaliyyətdir.  Məlumat-yazıda  informasiya  müharibəsinə  xas 
olan bir sıra əlamətlərin şərhi də verilmişdir. Həmin şərhə əsasən, infor-
masiya  müharibəsində,  adətən,  açıq  şantaja,  hədə-qorxuya  yol  verilmir, 
bir qayda olaraq, kütləvi şüur hədəfə alınır. Fərdi halda isə qarşı tərəfin 
məsul qərarlar qəbul etmək səlahiyyəti olan şəxsləri hədəfə alınır. İnfor-
masiya  müharibəsi  zamanı  qarşı  tərəfə  ünvanlanmış  informasiyalar  çox 
halda  təhrif  edilmiş  faktlara  əsaslanır  və  ya  qarşı  tərəfdə  informasiya 
subyektinin  maraqlarına  cavab  verən  emosional  durum  yaradılmasına 
cəhd göstərilir (19). 
Mövzunun  öyrənilməsinə  həsr  olunmuş  araşdırmalardan  birində  in-
formasiya  müharibəsi  təşəbbüskar  tərəfin  istəyinə  uyğun  olaraq  xüsusi 
auditoriyaya  təsir  edilməsi  və  adamların  davranışına  müdaxilə  edilməsi 
üçün istifadə olunan üsuldur (texnologiyadır) (20). 
Göründüyü  kimi,  informasiya  müharibəsinin  mahiyyətinin  açıqlan-
ması ilə bağlı söylənilən fikirlər kifayət qədər fərqlidir. Həmin fikirlərin 
yekunlaşdırılması  və  informasiya  müharibəsinin  mahiyyətinin  daha  ay-
dın şəkildə aydınlaşdırılması üçün aşağıdakı iki açıqlamaya da diqqət ye-
tirilməsi  maraqlı  olardı.  İnformasiya  qarşıdurmasının  nəzəri  əsaslarına 
aid  kütləvi  informasiya  vasitələrində  işıq  üzü  görmüş    yazıların  birində 
deyilir  ki,  informasiya-psixoloji  müharibə  maddi  sahədə  müəyyən  qa-
zanc  əldə  edilməsi,  düşmən  üzərində  informasiya  üstünlüyünün  təmin 
edilməsi, düşmənə ideoloji, maddi və digər ziyanların yetirilməsi məqsə-
di  ilə  ictimai,  siyasi,  etnik  və  digər  sistemlərin  bir-birinə  qarşı  məqsəd-
yönlü şəkildə açıq və ya gizli informasiya təsiridir. Sonra bildirilir ki, in-
formasiya müharibəsi aşağıdakı istiqamətlərdə aparıla bilər: zəruri infor-
masiyanın əldə edilməsi, əldə olunan informasiyanın təhlili, informasiya 
kanallarının  düşmən  təsirindən  qorunması,  informasiyanın  vaxtında  və 
keyfiyyətlə istifadəçilərə çatdırılması, düşmənin dezinformasiya edilmə-
si,  düşmənin  informasiya  əldə  etmək  sistemlərinin  sıradan  çıxarılması, 
düşmənin informasiya yayım sisteminin sıradan çıxarılması, informasiya 
vasitələrinin  qarşı  tərəflə  müqayisədə  daha  səmərəli  fəaliyyət  mexaniz-
minin tapılması və s. (21). 
İnformasiya  qarşıdurması  haqqında  kifayət  qədər  sanballı  bir  araş-
dırmada  isə  informasiya-psixoloji  müharibə  haqqında  aşağıdakı  fikirlər 
söylənilir. İnformasiya-psixoloji müharibə – insanlara (əhaliyə) onların psi-
xoloji  xarakterinin  (görüşlərinin,  fikirlərinin,  əhval-ruhiyyəsinin,  motiv-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə