Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə8/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

 
24
 
lərinin, davranış stereotipinin), habelə qrup normalarının, kütləvi durumla-
rının və bütünlükdə ictimai şüurun arzu olunan istiqamətdə dəyişdirilmə-
si üçün müxtəlif təsir forma, metod və vasitələrinin məcmusudur (22). 
İnformasiya müharibəsinin mahiyyətinin açıqlanmasına yönəlmiş yu-
xarıdakı  fikirlər  hər  şeydən  əvvəl  bir  daha  cəmiyyət  həyatında,  insan 
şüurunun  formalaşmasında  informasiyanın  rolunu  nümayiş  etdirir.  Ona 
görə də informasiya müharibəsini elə informasiya məkanı və informasiya-
nın kəsərliliyinin artırılması uğrunda mübarizə kimi də qiymətləndirmək 
mümkündür.  İnformasiya  müharibəsi  yalnız  müsbət  çalarları,  mövcud 
həqiqətin açıqlanması kimi özünü ifadə etmir. Bu müharibə, eyni zaman-
da, saxta meyarlar əsasında formalaşdırılan informasiya məkanının qorun-
ması, bu məkanın genişləndirilməsi uğrunda aparıla bilər. Saxtalaşdırılmış 
və  əsassız  faktlara  dayaqlanan  informasiya  məkanının  yaradılması  da 
informasiya müharibəsinin istiqamətlərindən biridir. 
Maraq  və  mənafeləri  toqquşan  tərəflər arasındakı  müxtəlif xarakterli 
qarşıdurma  müxtəlif  inkişaf  mərhələlərindən  keçdiyi  kimi,  informasiya 
qarşıdurmasının informasiya müharibəsinə keçməsi də müxtəlif mərhələ-
lərdən  keçə  bilər.  Mütəxəssislərin  fikrincə,  informasiya  müharibəsinə 
aparan qarşıdurma dörd inkişaf mərhələsindən keçə bilər. 
Birinci  mərhələ  –  tərəflərin  dinc  mövcudluğudur.  Bu  mərhələdə 
tərəflər  arasında  informasiya-psixoloji  konflikt  meydana  gəlsə  də,  bu 
konflikt  lokal  xarakter  daşıyır  və  tərəflərin  milli  maraqlarına  və  siyasi 
münasibətlərinə ziyan verəcək təsirə malik olmur. Tərəflər iradə nümayiş 
etdirəcəkləri təqdirdə bu lokal informasiya konfliktinin səbəblərini müəy-
yənləşdirmək və aradan qaldırmaq mümkündür. 
Ġkinci  mərhələ  –  tərəflərin  maraqlarının  toqquĢması  mərhələsi-
dir. Bu mərhələdə özünü göstərən ziddiyyət üçün qarşılıqlı münasibətlə-
rin  daha  da  gərginləşməsi,  konfliktin  güclənməsi  və  onun  miqyasının 
genişlənməsi  xarakterikdir.  İnformasiya  sferasında  özünü  göstərən  belə 
qarşıdurma  tərəflərin  birgə  məqsədyönlü  fəaliyyətini  tələb  edir.  Əgər 
birgə məqsədyönlü fəaliyyət göstərilməsə, tərəflər arasındakı qarşıdurma 
daha  da  genişlənə  və  gərgin  mərhələyə  keçə  bilər.  Qarşıdurmanın  bu 
mərhələyə çatması tərəflərdən birinin maraqları və fəaliyyəti ilə baş verə 
bilər. Əgər tərəflər qarşıdurmanın səbəblərinin aradan qaldırılması üçün 
eyni mövqedən çıxış etməzlərsə, onda birtərəfli şəkildə göstərilən cəhd-
lərin faydası da olmayacaqdır. 
QarĢıdurma mərhələsi və ya təhlükəli mərhələ. Bu mərhələdə artıq 
dövlət və milli maraqlar təhlükə altına alına bilər. Əvvəlki mərhələdə ya-


 
25
 
ranmış qarşıdurmanın aradan qaldırılması üçün tərəflərin eyni səviyyə və 
xarakterli  iradə  nümayiş  etdirməməsi  onun  daha  da  kəskinləşməsinə  yol 
açar. Bu mərhələdə tərəflərin qarşılıqlı münasibəti o həddə çatır ki, onun 
davam  etdirilməsi  tərəflərdən  birinin  və  ya  hər  ikisinin  dövlət  maraqla-
rına ciddi zərbə vura bilər. Bu mərhələdən sovuşmaq üçün tərəflərin öz 
iradələri ilə, ya da kənar qüvvələrin vasitəçiliyi ilə yaranmış qarşıdurma-
dan çıxmaq imkanları olur. 
Ġnformasiya-psixoloji müharibə mərhələsi. Bu mərhələ qarşıdurma-
nın ifrat səviyyəsidir. İnformasiya-psixoloji müharibə mərhələsində ilkin lo-
kal konfliktlər qlobal miqyasa qədər genişlənir və bu mərhələ öz ağuşuna 
yeni subyektləri və fəaliyyət sahələrini alır (23). 
Bir daha qeyd edilməlidir ki, informasiya qarşıdurmasının son mərhə-
ləsi, yəni informasiya müharibəsi öz əhatə dairəsinin, dağıdıcı xarakteri-
nin genişlənməsi, cəlb olunan qüvvələrin çoxluğu, istifadə olunan vasitə-
lərin kütləviliyi və s. cəhətləri ilə xarakterizə olunur. 
İnformasiya və telekommunikasiya texnologiyalarının son dərəcə sü-
rətlə inkişafı, qlobal kompüterləşmə, informasiya qarşıdurması və müha-
ribəsinin aparılmasını da yeni bir səviyyəyə qaldırmaqdadır. Hazırda in-
formasiyanın qloballaşan dünyada təsiretmə imkanları o dərəcədə artmış-
dır ki, gələcəkdə onun müxtəlif konfliktlərin idarə edilməsinin əsas vasitə-
lərindən  birinə  çevriləcəyi  güman  edilir.  Ona  görə  mütəxəssislər  hətta 
ikinci nəsil informasiya müharibəsinin həyata vəsiqə ala biləcəyindən da-
nışırlar. Bildirilir ki, ikinci nəsil informasiya müharibələri ayrı-ayrı şəxs-
lərin, qrupların düşüncəsinə təsir etmək əvəzinə, bütöv bir ictimai dünya-
görüşünün  formalaşmasına  və  bununla  da  böyük  bir  toplumun  məqsəd-
yönlü şəkildə istiqamətləndirilməsinə gətirib çıxaracaqdır. Mütəxəssislə-
rin  fikrincə,  ikinci  nəsil  informasiya  müharibələrinin  işə  salınması  ilə 
aşağıdakı nəticələri əldə etmək mümkün olacaqdır: 
–  mənəviyyatsızlıq  və  kasadlıq  atmosferi,  düşmənin  mədəni  irsinə 
mənfi münasibət formalaşdırılması; 
– siyasi gərginlik və xaos yaradılması məqsədi ilə ölkə əhalisinin, so-
sial qrupların siyasi baxışlarını və ictimai şüurunu manipulyasiya etmək; 
–  konfliktlərin  yaradılması,  etimadsızlıq  və  şübhənin  qızışdırılması, 
siyasi  mübarizənin  kəskinləşdirilməsi,  müxalifətə  qarşı  təqiblərin  və 
hətta  vətəndaş  müharibəsinin  oyadılması  məqsədi  ilə  siyasi  partiyalar, 
hərəkatlar və birliklər arasındakı siyasi münasibətlərin qarışdırılması; 


 
26
 
– idarəetmə və hakimiyyət orqanlarının informasiya təminatı səviyyə-
sini  aşağı  salmaq,  qeyri-düzgün  idarəetmə  qərarlarının  qəbuluna  zəmin 
yaratmaq; 
– dövlət orqanlarının fəaliyyəti haqqında əhaliyə dezinformasiya ver-
mək,  bu  orqanların  nüfuzunu  zədələmək,  idarəetmə  orqanlarını  hörmət-
dən salmaq; 
– ictimai, siyasi, milli və dini toqquşmaları qızışdırmaq; 
– tətilləri, kütləvi iğtişaşları və digər kütləvi etirazları qızışdırmaq; 
– idarəetmə orqanlarının mühüm qərarlar qəbul etməsini çətinləşdirmək; 
–  dövlətin  beynəlxalq  nüfuzunu,  onun  digər  ölkələrlə  əməkdaşlığını 
gözdən salmaq; 
–  siyasi,  iqtisadi,  müdafiə  və  digər  sahələrdə  dövlətin  həyati  vacib 
maraqlarına zərbə vurmaq (24). 
Qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  sonu  və  XXI  əsrin  əvvəllərində 
dünya səhnəsində özünə yer alan etnik münaqişələr də informasiya mü-
haribəsinin  ikinci  nəslinin imkanları  ilə  əhatə  olunmuşdur.  Ona  görə  də 
bu münaqişələr ətrafında cərəyan edən informasiya müharibələri kütləvi-
liyi, qloballığı və kəskinliyi ilə fərqlənir. 
 
3. Ġnformasiya-psixoloji müharibənin konsepsiyası 
 
Etnik münaqişənin informasiya-psixoloji müharibəsinin xarakteri, gər-
ginliyi, əhatə dairəsi, cəlb etdiyi qüvvə və vəsaitlərin təsirliliyi onun kon-
sepsiyası ilə daha çox əlaqəlidir. Çünki məhz konsepsiya vasitəsi ilə tə-
rəflərin  etnik  münaqişənin  informasiya-psixoloji  müharibəsinin  mahiy-
yətinə olan baxışlarını aydınlaşdırmaq və bu istiqamətdə həyata keçirilən 
siyasətinin istiqamətlərini müəyyənləşdirmək mümkündür. 
Konseptual  baxışların  müəyyənləşdirilməsi  və  formalaşdırılması  cə-
miyyət daxilində baş verən ictimai hadisələrin mahiyyətini başa düşməyə 
və  ya  həmin  hadisələrin inkişaf  etdirilməsinə  məqsədyönlü  şəkildə  təsir 
etməyə imkan verir. 
Konsepsiya  –  müəyyən  problemin  və  ya  hadisənin  mahiyyətini  başa 
düşməyə istiqamətlənmiş baxışlar sistemidir. Və ya konsepsiya bu və ya 
digər  fəaliyyət  çərçivəsində  qarşıya  qoyulmuş  vəzifələrin  həlli  yollarını 
və inkişaf istiqamətlərini müəyyənləşdirən prinsiplər məcmusudur (25).  
Bu  anlayışın  başqa  bir  şərhi  də  ondan  ibarətdir  ki,  konsepsiya  hər 
hansı bir hadisənin qiymətləndirilməsi üçün müəyyən yanaşma üsuludur, 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə