Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə9/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

 
27
 
əsas nəzər nöqtəsidir, həmin hadisənin işıqlandırılması üçün əldə rəhbər 
tutulacaq ideyadır, müxtəlif fəaliyyət növlərinin əsas niyyətidir (26). 
Məsələ  kütləvi  ictimai-siyasi  hadisələrlə  əlaqələndirilərsə,  qeyd  et-
mək  lazımdır  ki,  konsepsiya  aid  olduğu  fəaliyyət  sahəsini  qabaqlayan 
münasibət formasıdır. Başqa sözlə, kütləvi ictimai-siyasi fəaliyyətə baş-
lamazdan əvvəl bu fəaliyyətin məqsədi, məramı, nəticələri, hərəkətverici 
qüvvələri  və  s.  ilə  bağlı  baxışlar  və  mövqelər  formalaşdırılır  və  həmin 
baxışlar da bu fəaliyyətlə bağlı həyata keçirilən siyasəti müəyyənləşdirir. 
Etnik münaqişədə də konsepsiya vardır. Yəni etnik münaqişənin tərəfləri-
nin  hər  birinin  bu  münaqişənin  məqsədi,  məramı,  qarşıya  qoyulan  və-
zifələrin həyata keçirilməsi, münaqişənin inkişaf və ya aradan qaldırılma-
sı yolları, etnik münaqişənin nəticələri və s. məsələlər haqqında baxışlar, 
yanaşmalar  və  düşüncələr  sistemi  mövcuddur.  Etnik  münaqişəyə  olan 
baxışlar  üzərində  də  həmin  münaqişə  ilə  bağlı  siyasət  həyata  keçirilir. 
Konkret deyilərsə, tərəflərin hər birinin etnik münaqişəyə öz baxışları və 
öz mövqeyi vardır. Təbii halda bu baxışlar ziddiyyət xarakteri daşıyır və 
ona görə də tərəflər bir-birinə zidd olan siyasət həyata keçirmək yolunu 
tuturlar. 
Hər  hansı  kütləvi  ictimai-siyasi  fəaliyyətin  (hərəkatın)  konsepsiyası 
yazılı şəkildə ola da bilər, olmaya da bilər. Konsepsiyanın yazılı şəkildə 
olmaması heç də həmin kütləvi hərəkata aid ümumi baxışlar və münasi-
bətlərin olmaması deyil. Bu zaman konseptual baxış və ya mövqe həmin 
hərəkatın hərəkətverici qüvvələrinin ayrı-ayrı sənədlərində, hərəkatın hə-
rəkətverici qüvvələrinin rəhbərlərinin və ideoloqlarının çıxışlarında fraq-
mental şəkildə öz əksini tapa bilər. Məsələn, etnik münaqişənin konsep-
siyası etnik münaqişə tərəflərini təmsil edən siyasi qüvvələrin, siyasi qu-
rumların,  ictimai,  dini  təşkilatların  sənədlərində,  etnik  münaqişənin  ta-
nınmış rəhbərlərinin çıxışlarında, informasiya-təbliğat vasitələrində, ayrı-
ayrı yazılarda öz ifadəsini tapa bilər. Lazımi fəaliyyət və təbliğat intensiv-
liyi  ilə  bu  konseptual  məqamların  ictimai  şüura  yeridilməsi  və  bununla 
da ümumi baxış və mövqelərin formalaşmasına nail olunması mümkündür. 
Etnik  münaqişənin  konsepsiyasının  xarakteri  bu  münaqişə  ətrafında 
aparılan informasiya-psixoloji müharibənin konsepsiyasının da xarakteri-
ni müəyyənləşdirən əsas mənbədir. Etnik münaqişənin tərəfləri bu müna-
qişə ilə bağlı öz siyasətlərini müəyyənləşdirir və həmin siyasətin istiqa-
mətlərindən  biri  də  münaqişənin  informasiya  siyasətinin  qurulmasıdır. 
Bu istiqamətdə aparılan informasiya qarşıdurması tərəflərin siyasi xətti-
nin həyata keçirilməsinə istiqamətləndirilir. Buna görə də etnik münaqi-


 
28
 
şənin informasiya müharibəsinin formalaşdırılmasına tərəflərin hər birinin 
öz baxışı vardır.  
İnformasiya-psixoloji müharibənin konsepsiyası – müəyyən informa-
siya cəmiyyətinə dövlət informasiya siyasətinin və informasiya qarşıdur-
masının  məqsəd  və  məramlarına,  əsas  istiqamətlərinə  və  prinsiplərinə 
olan baxışlar məcmusudur (27). Bu anlayışı etnik münaqişənin informa-
siya müharibəsinin konsepsiyasına da aid etmək olar. Qeyd etmək lazım-
dır ki, konsepsiyanın rəsmi sənəd halında və ya ayrı-ayrı baxışlar əsasında 
formalaşdırılmasını  etnik  münaqişənin  informasiya  müharibəsinin  kon-
sepsiyasına da şamil etmək mümkündür. 
İnformasiya müharibəsinin konsepsiyası mənsub olduğu tərəfin aşağı-
dakı məsələlərlə bağlı mövqeyini və münasibətini aydınlaşdırır: 
– informasiya cəmiyyətinin geopolitik prioritetlərinin  müəyyənləşdi-
rilməsi; 
– informasiya-psixoloji müharibə şəraitində informasiya qarşıdurması-
nın mahiyyət və məzmununun, onun məqsədlərinin, vəzifələrinin, obyekt 
və subyektlərinin, prinsip və əsas istiqamətlərinin müəyyənləşdirilməsi
– şəxsin, cəmiyyətin və dövlətin informasiya sferasındakı həyati va-
cib maraqlarına təhlükə təşkil edən informasiya-psixoloji təcavüzün əsas 
növlərinin və formalarının müəyyənləşdirilməsi və təsnifatı; 
– informasiya silahının müəyyənləşdirilməsi və təsnifatı; 
– informasiya-psixoloji müharibə şəraitində informasiya  qarşıdurma-
sının subyektlərinin fəaliyyətinin məzmununun, strukturunun, funksiyası-
nın, prinsip və əsas istiqamətlərinin müəyyənləşdirilməsi (28). 
Sözsüz  ki,  informasiya  müharibəsi  konsepsiyasının  mahiyyətini  yal-
nız bu söylənilənlərlə məhdudlaşdırmaq olmaz. Bu konsepsiya digər küt-
ləvi  ictimai-siyasi  fəaliyyətlərin  konsepsiyasına  nisbətən  kifayət  qədər 
çevik  bir  baxışlar  sistemidir.  İnformasiya  texnologiyalarının  inkişafı, 
konkret  tarixi  şəraitin tələbləri informasiya-psixoloji müharibələrin apa-
rılmasına da yeni baxışlar ortaya çıxarır. Məsələn, müasir dövrdə və gə-
ləcəkdə  informasiya  qarşıdurmasının  daxili  meyllərinin  mahiyyətini  an-
lamaq üçün mütəxəssislərin baxışlarında transformasiya baş verir. İnfor-
masiya müharibəsinin planlaşdırılmasına, informasiya mühitinin genişlən-
dirilməsinə, informasiya qarşıdurmasının aparılmasının vasitə və metod-
larına  yeni  yanaşma  nümayiş  etdirilir.  İnformasiya  şəffaflığı,  vəzifəli 
şəxslərin ictimaiyyətlə daha sıx əlaqələri, baş verən hadisələrə çevik in-
formasiya  müdaxiləsi,  ictimaiyyətin  informasiya  qarşıdurmasına  öncədən 
hazırlanması informasiya müharibəsinin  aparılmasına tətbiq edilən müa-


 
29
 
sir  yanaşmalardandır.  İnformasiya  fəaliyyətinin  istər  öz  tərəfində,  istər 
düşmən tərəfində eyni operativlik və təsirliliklə aparılması informasiya-
nın fərdi və ictimai həyatda təsir gücünün artırılması artıq total ―informa-
siya müharibəsi‖ ifadəsini aktuallaşdırmışdır (29). 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın Azərbaycana qarşı 
apardığı informasiya müharibəsini də, əslində, total informasiya mühari-
bəsi  adlandırmaq  olar.  Çünki  bu  informasiya  müharibəsinə  bir  tərəfdən 
Ermənistanın  bütün  dövlət və  qeyri-dövlət informasiya  resursları,  bütün 
dünyaya  səpələnmiş  erməni  diasporunun  millətçi  və  iqtisadi  potensialı 
cəlb edilib və onlar bəzən ən adi etik və jurnalist normalarına sığmayan 
forma  və  metodlarla  informasiya  təbliğatı  aparırlar.  O  biri  tərəfdən  isə 
erməni informasiya müharibəsi bütün Azərbaycan xalqını, onun tarixi və 
müasir irsini, ictimai-siyasi, mədəni və hərbi həyatını, bütün dəyərlərini, 
Azərbaycanın daxili və xarici siyasətini hədəf götürmüşdür. 
Erməni  informasiya  müharibəsinin  aparılmasına  istiqamətlənmiş  ba-
xışlar erməni kilsəsinin, erməni millətçi partiyalarının, ictimai təşkilatla-
rının, Ermənistan dövlətinin rəsmi sənədlərində, bəyanatlarında öz ifadə-
sini  tapmışdır.  Siyasi,  iqtisadi,  hərbi  və  mədəni  sahədə  Azərbaycanla 
ayaqlaşmağı  bacarmayan  ermənilərin  Azərbaycan  ərazilərinin  işğalının 
qorunub  saxlanması  üçün  indi  əsas  diqqəti  məhz  Azərbaycana  qarşı  in-
formasiya  müharibəsinin  genişləndirilməsinə  yönəlmişdir.  Bunun  üçün 
Ermənistan dövləti, erməni kilsəsi və diasporu ən ifrat təcavüzkar forma 
və vasitələrə əl atmaqdan belə çəkinmir. 
 
4. Ġnformasiya-psixoloji təcavüzkarlıq 
 
İnformasiya müharibəsinin tərəfləri qarşılarına qoyduqları məqsəddən 
asılı olaraq informasiya müharibəsinin ən müxtəlif forma və üsullarına əl 
atırlar. Bu və ya digər sahədə informasiya üstünlüyü əldə etmək, nəticədə 
qarşı  tərəfin  informasiya  məkanını  təsir  altına  almaq,  nəzərdə  tutulan 
niyyətlərin həyata keçirilməsi yolunda əlverişli informasiya-təbliğat fonu 
yaratmaq, qarşı tərəfin siyasi, iqtisadi vəziyyətini qeyri-stabil hala gətir-
mək  insanların  düşüncə  qabiliyyətini  əlindən  almaq  üçün  insani  meyar-
lardan kənar olan qeyri-sivil üsullara belə əl atırlar. İnformasiya sabotajı, 
kompromat, millətçi ekstremizm, terrorçuluğun dəstəklənməsi (30) və s. 
informasiya-psixoloji təcavüzkarlığa aparan yoldur. 
İnformasiya-təbliğat  texnologiyalarının  inkişafı  ilə  döyüş  əməliyyat-
ları meydanı tədricən insan şüuruna keçməkdədir. Ona görə informasiya 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə