Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə27/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

 
76
 
dıraraq Əsgəranı ələ keçirdilər. Şuşa və Xankəndinin hərbi qüvvələri isə 
mühasirəyə  alındılar.  Məlumatda  o  da  bildirilir  ki,  Azərbaycan  hərbi 
qüvvələri Əsgəranı yalnız aprelin 7-də azad edə bildilər (57). 
1920-ci  ilin  martında  Şuşada  və  Qarabağda  baş  verən  hadisələrin 
araşdırılması erməni təbliğatçılarının iddialarını heç də təsdiq etmir. Ək-
sinə, erməni təbliğat ənənəçiliyinin növbəti həlqəsinin də tarixi həqiqət-
lərin  özünəməxsus  şəkildə  uydurulması  üzərində  qurulduğunu  nümayiş 
etdirir.  Dağlıq  Qarabağda  XX  əsrin  sonlarından  başlanan  millətçi  təca-
vüzkarlığa  erməni  münasibətinin  bu  ənənədən  uzaq  olmadığının  nəzərə 
alınması obyektiv mövqenin ortaya çıxarılması üçün çox zəruridir. 
Erməni millətçiliyinin təcavüzkarlıq tarixinin dərslərini nəzərə almaq-
la  XX  əsrin  sonundan  etibarən  Dağlıq  Qarabağ  ətrafında  cərəyan  edən 
hadisələrin də tarixi  həqiqət, hüquq və beynəlxalq normalar çərçivəsində 
öz həllini tapacağına şübhə yeri yoxdur. Erməni millətçi təcavüzkar təb-
liğat ənənələrinə əsasən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olu-
nacağı  təqdirdə  erməni  təbliğatının  müəyyən  fəaliyyət  istiqamətlərini 
müəyyənləşdirmək  mümkündür.  Bu  istiqamətlərdən  hər  biri  sözsüz  ki, 
yenidən erməni əzabkeş obrazının yaradılması, öz "haqları" uğrunda mü-
barizə aparan ermənilərin etnik təcavüzə məruz qalması və azəri təbliğa-
tının qurbanı olan ermənilərin sayı haqqında fantastik rəqəmlərin uydu-
rulması olacaqdır. Çünki bu sahədə də erməni təbliğatının artıq qibtə edi-
ləcək ənənələrinin mövcudluğu elmi aləmə yaxşı məlumdur. Nümunə kimi 
elə Osmanlı Türkiyəsində "soyqırımına" məruz qalan ermənilərin sayının 
1,5  milyon  nəfərə  çatdırılmasını  göstərmək  olar.  Azərbaycan  tarixində 
isə  1918-ci  il  sentyabrın  15-də  Osmanlı-Azərbaycan  qüvvələrinin  Bakı 
şəhərini azad etməsi zamanı ermənilərin kütləvi şəkildə qırılması, habelə 
1920-ci  ilin  martında  Şuşada  "qırılan" ermənilərin  sayının  erməni  səxa-
vətliliyi ilə artırılmasını göstərmək olar. Erməni təxəyyülü bu rəqəmlərin 
müəyyənləşdirilməsində  hələ  də  erməni  xislətinə  uyğun  inkişaf  yolunu 
davam etdirməkdədir. 1918-ci ilin martında erməni daşnak qüvvələrinin 
Bakıda  və  Azərbaycanın  digər  məntəqələrində  törətdiyi  soyqırımını,  er-
məni  daşnaklarının  Azərbaycan  xalqına  gətirdiyi  faciələr  və  bunların  nə 
vaxtsa  qisas  hissləri  yarada  biləcəyi,  ən  azı  azərbaycanlıların  öz  doğma 
şəhərləri  olan  Bakının  yad  qüvvələrdən  təmizlənəcəyi  arzuları  üzərində 
dayanmadan  qeyd  etmək  lazımdır  ki,  ermənipərəst  mənbələr  1909-cu 
ildə Bakıda 15 min erməninin yaşadığını göstərir (58). Əgər bu rəqəmin 
doğruluğunu qəbul etsək belə, ermənilərin sayı 1918-ci ildə çox da də-
yişməzdi. Erməni təbliğatçılarından biri bildirir ki, 1918-ci ilin sentyab-


 
77
 
rında ən azı 15 mindən artıq erməni öldürülmüşdü (59). Başqa bir müəl-
lif isə Bakıda "öldürülən" ermənilərin sayının 30 mindən çox olduğu və 
öldürülənlərin çoxunun da, əsasən, qadınlar, qocalar və uşaqlar olduğunu 
qeyd edir (60). Göründüyü kimi, bu iddianın heç bir tarixi  əsası yoxdur 
və  müəllif  özü  də  iddiasını  əsaslandırmaq  üçün  heç  bir  fakta  istinad 
etməmişdir.  Göstərilən  rəqəm  isə  əsassız ittihamlar irəli  sürülməsi  üçün 
ortaya  atılmışdır.  Əgər  uydurulan  rəqəmin  doğruluğuna  inanmalı  olsaq, 
onda  belə  çıxır  ki,  Bakıda  erməni  qalmamışdı.  Erməni  ideoloqlarının 
özünə də məlumdur ki, bu, belə deyildi. Təkcə onu qeyd etmək lazımdır 
ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Bakıda  kifayət  qədər  er-
məni  yaşayırdı  və  hətta  Azərbaycan  parlamentində  də  erməni  deputat 
qrupu fəaliyyət göstərirdi. 
1920-ci ilin martında Şuşada qaldırılan erməni qiyamının nəticəsində 
"qırılan" ermənilərin sayı haqqında da erməni fantaziyası və təbliğat ən-
ənələri  hüdud  və  çərçivə  bilmir.  Dövrün  erməni  mənbələri  1920-ci  ilin 
martında  Şuşada  8  min  erməninin  "öldürüldüyü"nü  iddia  edirlər  (61). 
Ermənistanın o vaxtkı müdafiə nazirinə təqdim olunan məlumatda qeyd 
olunan bu rəqəmin təbliğat xarakteri daşımasına şübhə etmək olmaz. Lakin 
erməni əzabkeş obrazının qabarıqlaşması üçün vaxt ötdükcə 1920-ci ilin 
martında Şuşada "qırılan" ermənilərin sayını artırmağa başladılar. 
Yenə elə erməni müəllifləri bildirirlər ki, 1914-cü ildə Şuşada 22 min 
erməni yaşayırdı (62). Bu rəqəmin erməni müəllifi tərəfindən iddia edil-
diyi üçün onun obyektivliyinin şübhə doğurduğu aydındır. Bununla belə, 
şəhərdə öldürüldüyü iddia edilən ermənilərin sayı bu rəqəmdən də xeyli 
çoxdur.  Erməni  təbliğatçıları  tərəfindən  ortaya  atılan  rəqəmlər  arasında 
qeyri-adi fərqi də görməmək mümkün deyil. Məsələn, erməni təbliğatçı-
larının iddia etdiyi rəqəmlər belədir: 10, 20, 25, 40, 35–45 min (63). Ta-
rixi hadisələrə erməni meyarı ilə yanaşılarsa, bu rəqəmlərin erməni təbli-
ğatı tərəfindən gələcəkdə də şişirdiləcəyi gözlənilməlidir. 
Eyni  yanaşmanın  Dağlıq  Qarabağla  bağlı  hadisələrin  mənzərəsinin 
"yaradılmasına" tətbiq ediləcəyi də erməni təbliğatının ənənələrinə tama-
milə uyğundur. 
Məlumdur ki, hazırda Dağlıq Qarabağ ətrafında yaranan münaqişənin 
mahiyyəti  dünya  ictimaiyyətinə  daha  doğruluğu  ilə  aydın  olmaqdadır. 
Azərbaycan  xalqının  haqlı  tələbləri,  dövlət  daxilindəki  etnik  qurumlar 
barəsində beynəlxalq hüquq normaları və digər tələblər erməni millətçi-
lərinin  Azərbaycan  Respublikasına  qarşı  işğalçılıq  siyasətinin  qeyri-qa-
nuniliyini  ortaya  qoymaqdadır.  Dünyanın  ən  böyük  və  ən  nüfuzlu  bey-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə