Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 82,52 Kb.

tarix16.11.2017
ölçüsü82,52 Kb.


Nəşriyyat işi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və 

həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir, 

onların hüquq və vəzifələrini müəyyən edir. 

I fəsil 


Ümumİ müddəalar 

Maddə 1. 



Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir:  



nəşriyyat - əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ 

sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından 

ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi; 

dövlət nəşriyyatı - dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına 

daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri; 



qeyri-dövlət nəşriyyatları - xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış 

nəşriyyatlar; 



nəşriyyat işi - nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan 

hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən 

ictimai münasibətlər sahəsi; 

naşir - nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) 

nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs; 



nəşriyyat məhsulu - çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) 

sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron 

nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu; 

çap məhsulu - poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu 

nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya 

məhsullarının məcmusu;  

nəşriyyat məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat 

məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılışını təmin edən fiziki 

və ya hüquqi şəxs; 

yayıcı - nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat 

məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və ya hüquqi şəxs; 



sifarişçi - maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, 

istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs; 



tiraj - nəşr nüsxələrinin miqdarı; 


kitabın beynəlxalq standart nömrəsi (İSBN) - hər hansı nəşriyyatın kitabının və ya 

broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə; 



nəşr - nəşriyyat prosesindən keçirilərək texniki vasitələrin köməyilə sayı çoxaldılan yazılı və 

audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsulu; 



redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş 

əsasında, yaxud müəlliflərin özünün təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin 

razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə 

və düzəlişlər etməklə nəşrə hazırlanması; 



nəşriyyat redaksiyası - nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap 

üçün hazırlayan əsas struktur bölmə; 



redaktor - nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat 

əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı 

mütəxəssis; 

nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq nəşriyyatın 

(naşirin) tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə; 



zəruri nəşrlər - siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və dövlət 

ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan üstün nəşrlər; 



nəşriyyat işinin subyektləri - nəşriyyatlar (naşirlər), müəlliflər, poliqrafiya müəssisələri, 

nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları. 

Maddə 2. 

Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan 

Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. 

Maddə 3. 

Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin  

vəzifələri  

Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 

nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi; 

nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının 

möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi. 

Nəşriyyat işi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:  

nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi; 

nəşriyyat işi sahəsində inhisarçılığın qarşısının alınması; 

əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablara təmin  

etmək məqsədilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi; 

Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvətləri sayılan əsərlərin dövlət sifarişi 

əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən 

qrantların ayrılması; 



nəşriyyatların maddi-texniki bazasının genişləndirilməsinin, poliqrafiya sənayesinin 

inkişafının, nəşriyyat məhsullarının satışının stimullaşdırılması və kənd yerlərində kitab 

yayımının təmin edilməsi; 

idarə, müəssisə və təşkilatların dövlət dilində olan zəruri nəşrlərlə təmin edilməsi; 

milli-mədəni sərvətləri əks etdirən kitabların dünya miqyasında təbliği məqsədilə onların 

tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması; 

mətbuatın dövlət statistikasını aparmaqla, əhalinin və bazarın nəşriyyat məhsullarına olan 

tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi; 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar arasında dövlət 

satınalmaları keçirtməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi; 

i

[1] 


uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə ədəbiyyatı, lüğət və 

ensiklopediyaların, yazılı və şifahi mədəniyyət abidələrinin nəşrinə əlavə güzəştlərin müəyyən 

edilməsi; 

milli universal ensiklopediya nəşrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi; 

qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti, habelə səhiyyə, elm və 

əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının istehsalının dövlət sifarişi əsasında 

həyata keçirilməsi; 

Azərbaycan Respublikasını xarici ölkələrdə təbliğ etmək məqsədilə xarici dillərdə buraxılan 

zəruri nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsi. 

Nəşriyyat işi sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 

Maddə 4. 

Nəşriyyat işinin sərbəstliyi 

Nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol 

verilmir.  

Nəşriyyat materiallarının müəllif deyilərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, 

ictimai birliklərin, siyasi partiyaların, habelə vəzifəli şəxslərin nəşrə hazırlanan materialların 

qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ 

yoxdur. 

Nəşriyyatlar, poliqrafiya müəssisələri, yayıcılar tematik plan və proqram hazırlamaqda, 

mövzu və müəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) 

müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən 

başqa), öz aralarında və digər hüquqi və fiziki şəxslərlə əlaqə formalarını 

müəyyənləşdirməkdə tam sərbəstidirlər. 

Materialların hazırlanması zamanı tərcümə və müəllif mətnlərində müəlliflik hüququnu 

qorumaq şərtilə ixtisarlara və redaktəyə yol verilə bilər. 

Maddə 5. 

Nəşriyyat işinin sərbəstliyindən sui‐istifadənin yolverilməzliyi 

Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat 

məhsullarında dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla 

devirməyə, yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə, dövlətin bütövlüyünə qəsd etməyə, 




müharibəni, zorakılığı, milli, irqi, dini müstəsnalığı, dözülməzliyi, sosial ədavəti təbliğ 

etməyə, habelə pornoqrafik xarakterli materialları nəşr etməyə və yaymağa, böhtan atmağa və 

digər qanun pozuntularına çağırışlara yol verilmir.  

II fəsil 

Nəşrİyyat İşİnİn təşkİlİ və həyata keçİrİlməsİ  

Maddə 6. 



Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati‐hüquqi formaları 

Nəşriyyat işi sahəsində fəaliyyət mülkiyyətin bütün növlərinə əsaslanan müxtəlif təşkilati­

hüquqi formalarda həyata keçirilə bilər. 

Maddə 7. 



Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı 

Nəşriyyat (naşir), çap məhsullarını hazırlayan və yayıcı Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar. 

(Çıxarılıb) 

ii

[2] 


Maddə 8. 

Təsisçi (həmtəsisçi) 

Hüquqi və fiziki şəxslər nəşriyyatların, poliqrafiya və kitab ticarəti müəssisələrinin təsisçiləri 

(həmtəsisçiləri) ola bilərlər. Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının 

bağladığı dövlətlərarası müqavilələrdə müəyyənləşdirilmiş hallarda təsisçi (həmtəsisçi) ola 

bilərlər. 

Təsisçi ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab ticarəti və təchizat müəssisəsi 

arasındakı münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir. 

Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir, onun 

nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və 

ya cavabdeh kimi iştirak edir. 

Təsisçi eni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər. 

Maddə 9. 



Nəşriyyatın (naşirin) hüquq və vəzifələri 

Nəşriyyatın (naşirin) aşağıdakı hüquqları vardır: 

nəşriyyat məhsulu buraxılışının proqramını tərtib və təsdiq etmək; 

nəşriyyat proqramını və müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edəcək 

göstəriciləri müəyyənləşdirib öz redaksiyaları və digər struktur bölmələri arasında 

paylaşdırmaq;  

nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə (ixtisas yönünə) uyğun olaraq hər hansı 

bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə 

bağlı sifariş almaq və vermək; 

müəlliflərlə müəllif müqavilələri bağlamaq; 

müəlliflərin əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan 

Respublikasında istifadə edilməsi üçün müəlliflərin icazəsi ilə xarici hüquqi və fiziki şəxslərlə 

müəllif müqavilələrinin bağlanmasında vasitəçi kimi iştirak etmək; 



xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq müqavilələr 

bağlamaq;  

çap məhsulunun hazırlayanı və yayıcısı qismində çıxış etmək; 

Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə müvafiq olaraq digər 

istehsalat-təsərrüfat fəaliyyətini həyata keçirmək; 

nəşriyyat tərəfindən hazırlanmış elmi, bədii və incəsənət əsərlərini müəyyən edilmiş qaydada 

dövlət mükafatlarına, ictimai və beynəlxalq mükafatlara təqdim etmək; 

müəyyən edilmiş qaydada beynəlxalq təşkilatların işində iştirak etmək, öz nəşrlərini milli və  

beynəlxalq müsabiqələrə, sərgilərə, yarmarkalara təqdim etmək. 

Nəşriyyatın (naşirin) aşağıdakı vəzifələri vardır:  

istehlak ehtiyaclarının ödənilməsini təmin etmək; 

öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək; 

müəlliflik hüququna, dövlət standartlarının və beynəlxalq standartların tələblərinə, nəşriyyat 

işini tənzimləyən normativ hüquqi aktlara əməl etmək; 

nəşriyyat məhsulları haqqında dövlət hesabatını və məlumatı müəyyən olunmuş qaydada 

təqdim etmək. 

Nəşriyyat (naşir) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edir və  

vəzifələr daşıyır. 

Poliqrafiya müəssisələri nəşriyyat məhsulu sayılmayan digər çap məhsullarının istehsalını  

qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirirlər.  

Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, nəşriyyat öz məhsullarının buraxılışına görə tam  

məsuliyyət daşıyır. 

Nəşriyyat dövri mətbu orqanın təsisçisi kimi çıxış etdikdə “Kütləvi informasiya vasitələri 

haqqında” Azərbaycan Respublikası Qanununun normalarına əməl etməlidir. 

Maddə 10. 

Nəşriyyat məhsullarının istehsal edənin hüquq və vəzifələri 

Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surətçıxarma və ya müvafiq texniki vasitələr 

olan digər hüquqi və fiziki şəxslər nəşriyyat məhsullarını istehsal edə bilərlər. 

Nəşriyyat məhsullarını istehsal, edən poliqrafiya müəssisələri nəşriyyatdan və naşirlərdən 

daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə  

bilərlər. 

Sifarişlərin yerinə yetirilməsinin şərtləri və müddəti tərəflər arasındakı müqavilə ilə müəyyən 

edilir. 

Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisəsi poliqrafiya sahəsində dövlət 

standartlarına və beynəlxalq standartlara, texniki şərtlərə və normativ hüquqi aktlara əməl 

etməlidir. 



Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa nəşriyyat məhsulunu istehsal edən 

poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal 

nüsxəsini, maket və fotoları və ya çap formalarını sifarişçinin icazəsi olmadan başqasına verə, 

habelə nəşrin əlavə və təkrar tirajını çap edə bilməz. 

Maddə 11. 

Sifarişçinin hüquq və vəzifələri 

Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat 

məhsulunun sifarişçisi ola bilər. 

Sifarişçi qismində müəlliflər (həmmüəlliflər), tərtibçilər (həmtərtibçilər) və tərcüməçilər 

redaksiya-nəşriyyat işlənməsi, hazırlanması və buraxılışı üçün aşağıdakı materialları  

nəşriyyatı (naşirə) təqdim edə bilər: 

belletristik, ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, tətbiqi və texniki səciyyəli əsərlər;  

çıxışlar, mühazirələr, nitqlər, məruzələr, moizələr;  

mətnli və mətnsiz musiqi əsərləri; 

dram, musiqili dram əsərləri; 

tətbiqi sənət əsərləri;  

fotolar, illüstrasiyalar, xəritələr, planlar, eskizlər; 

tərcümələr, işləmələr, annotasiyalar, icmallar, xülasələr, əsərlərin digər işləmələri və əsasında 

törəmə əsərlər yaradılan, orijinalın məzmununa ziyan vurmayan folklor işləmələri

almanaxlar, antologiyalar, ensiklopediyalar və digər toplular; 

digər əsərlər. 

Sifarişçi nəşrin dilini, həcmini, tirajını müəyyən edir və onun istifadə və yayımı qaydasını  

müstəqil həll edir. 

Naşir nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə) öz məhsulunun 

hazırlanmasını, yayıcıya isə həmin məhsulun yayılmasını sifariş edə bilər. 

Verilmiş sifarişlərin icra şərtləri, tərəflərin hüquq və vəzifələri müəllif (həmmüəllif) və ya 

sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı 

arasında qanunvericiliyə uyğun bağlanmış müqavilə ilə müəyyən edilir. 

Maddə 12. 



Xüsusi şərtlər 

Naşir, müəllif, çap məhsulunu hazırlayan poliqrafiya müəssisəsi və onun yayıcısı olan kitab 

ticarəti təşkilatları öz müqavilə öhdəliklərində Azərbaycan Respublikasının qanunvericiliyinə 

zidd olmayan xüsusi şərtlər də müəyyən edə bilərlər. 

Maddə 13. 

Mühafizə prinsipli sənədlərin nəşri 

Dövlət əhəmiyyətli sənədlərin, qiymətli kağızların, nömrəli çap məhsullarının nəşrinin 

qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Maddə 14. 



Nəşrdən imtina 


Müqavilə öhdəliklərinin pozulma faktının məhkəmə tərəfindən müəyyənləşdirildiyi hallardan 

başqa, heç kəs nəşriyyatı (naşiri) çapından imtina olunmuş əlyazmaları, yaxud digər 

materialları çap etməyə məcbur edə bilməz. 

Maddə 15. 



Müəllif nəşrləri 

Vətəndaşlar və təşkilatlar öz əlyazmalarını və digər materialları öz hesablarına və müəllif 

redaktəsi ilə çap etdirə bilərlər. 

Maddə 16. 



Nəşriyyat məhsulunun buraxılışı 

Nəşriyyat məhsulunu istehsal edənlər (poliqrafiya müəssisəsi, digər hüquqi və fiziki şəxslər) 

nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşriyyat məhsulunu 

buraxa bilməzlər. 

Maddə 17. 

Nəşriyyat işi sahəsində reklam 

Nəşriyyat məhsullarında reklamın verilməsi qaydası Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilir. 

Uşaq ədəbiyyatı, dərsliklər, dövlət əhəmiyyətli zəruri nəşrlər, ensiklopediyalar pulsuz və 

yaxud güzəştli şərtlərlə reklam oluna bilər. 

Maddə 18. 



Buraxılış məlumatı 

Hazır məhsulun hər nüsxəsində aşağıdakı məlumatlar olmalıdır: 

nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, xüsusi razılığın nömrəsi və verilmə 

tarixi; 


iii

[3]  


buraxılış yeri və ili; 

əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix; 

hesab-nəşriyyat həcmi;  

fiziki həcmi; 

formatı; 

səhifələrin sayı; 

kağızın tipi;  

şriftin növü (qarnituru); 

çap üsulu; 

tiraj; 


qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi. 

Nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), 

standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır. 

Buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.  




Maddə 19. 

Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ 

Nəşriyyat məhsulunun hazırlanması və istehsalı prosesində bədii və texniki tərtibatla əlaqədar 

yaradılmış məhsul üzərində əqli mülkiyyət hüququ nəşriyyata (naşirə) məxsusdur. 

Maddə 20. 



Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların məsuliyyəti 

Nəşriyyat və nəşriyyat işinin subyektləri: 

müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına; 

naşirlik fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunduqdan sonra işin davam 

etdirilməsinə; 

dövlət standartlarını pozmaqla məhsul istehsal edilməsinə görə inzibati və maddi məsuliyyət 

daşıyır. 

Nəşr olunmuş, müəlliflik hüququ ilə qorunan obyektlərin hüquq sahibinin icazəsi olmadan 

həmin obyektlərin tam, yaxud qismən surətinin çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən 

hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq təmin edilir.  

Nəşriyyat hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin poliqrafiya müəssisələri 

tərəfindən çapına, kitab ticarəti müəssisələri tərəfindən yayımına, həmçinin dövlət 

standartlarını pozaraq buraxılış məlumatları olmadan nəşrinə yol vermiş fiziki və hüquqi 

şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 

Maddə 21. 



Nəşriyyat fəaliyyətinə xitam verilməsi 

Nəşriyyat fəaliyyətinə: 

təsisçinin qərarı ilə; 

bu Qanunun 5-ci maddəsinin tələbləri pozulduqda, habelə qanunvericilikdə nəzərdə tutulmuş 

digər hallarda məhkəmənin qərarı ilə xitam verilə bilər. 

Maddə 22. 



Məcburi nüsxələr 

Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına 

buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini Azərbaycan Respublikasının Milli 

Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq 

icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların 

kitabxanalara, ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və 

təşkilatlara göndərir.

iv

[4] 

Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir. 

Maddə 23. 

Nəşriyyat məhsullarının yayım qaydası 

Müəlliflik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, çap məhsulunun yayımı naşir, 

yaxud onun nümayəndəsi buraxılışa icazə verdikdən sonra mümkündür.  

Nəşriyyat məhsulunun yayımı aralarındakı razılaşmaya əsasən təsisçi, naşir, nəşriyyat 

məhsulunu hazırlayan və müəllif tərəfindən, yaxud müqavilə və ya digər qanuni əsaslarla 

hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər. 




Maddə 24. 

Nəşriyyat işinin maliyyələşdirilməsi 

Nəşriyyat işinin subyektləri: 

dövlət büdcəsindən qanunvericilikdə müəyyən edilmiş ayırmalar; 

təsisçinin vəsaiti; 

sponsorun vəsaiti; 

hüquqi və fiziki şəxslərin ianələri; 

dövlət və ictimai təşkilatlardan ayrılmış qrantlar; 

nəşriyyatların (naşirlərin) sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər; 

qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilərlər. 

Maddə 25. 



Dövlət Kitab Palatası 

Azərbaycan Respublikasında buraxılmış bütün çap məhsulları növlərinin toplanmasını, 

onların biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində 

inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət 

statistikasının aparılmasını Kitab Palatası həyata keçirir. Kitab Palatası öz nizamnaməsi 

əsasında fəaliyyət göstərir və dövlət büdcəsindən maliyyələşdirilir.  

Kitab Palatası özəlləşdirilə bilməz. 

Maddə 26. 



Azərbaycan Milli Ensiklopediyası 

Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, milli­

mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyəti nailiyyətlərini özündə əks 

etdirməklə yaradılan, büdcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat 

müəssisəsidir. 

Azərbaycanın elmi və mədəni sərvətlərini özündə əks etdirən Azərbaycanın Milli 

Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir. 

Azərbaycan Milli Ensiklopediyası: 

dövlət proqramına uyğun olaraq milli-universal və sahə ensiklopediyalarının, ensiklopedik 

məlumat və sorğu kitablarının, müxtəlif lüğətlərin nəşrini həyata keçirir; 

öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün qanunvericiliklə müəyyən olunmuş  

qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır; 

ölkədə universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat ədəbiyyatının nəşrini 

koordinasiya edir; 

Azərbaycanı təbliğ edən informasiyaları toplayır, hazırlayır və onların ölkə daxilində və  

xaricdə yayılmasını təmin edir, informasiya mübadiləsi ilə məşğul olur; 

ensiklopedik nəşrlərdə bağlı beynəlxalq tədbirlərdə, sərgi və yarmarkalarda iştirak edir. 



Dövlət təşkilatları, elmi müəssisələr Azərbaycan Milli Ensiklopediyasının, digər ensiklopedik 

nəşrlərin hazırlanması üçün zəruri olan sənəd və məlumatları, başqa informasiyaları təqdim 

etməlidirlər. 

Maddə 27. 



Kitabxana Kollektoru 

Kitabxana Kollektoru aşağıdakı vəzifələri həyata keçirir: 

dövlət proqramına uyğun olaraq nəşr olunmuş kitab məhsulları ilə dövlət və qeyri-dövlət 

kitabxanalarının fondlarını zənginləşdirir; 

elm və təhsil müəssisələrinin, dövlət təşkilatlarının, idarə və müəssisələrin, özəl qurumların, 

icra hakimiyyəti orqanlarının, bələdiyyələrin sifarişləri əsasında nəşriyyat məhsullarını əldə 

edərək onların kitabxanalarının təchiz olunmasına köməklik göstərir; 

kitabxanaların və oxucuların nəşriyyat məhsullarına olan tələbatını öyrənir, bu sahədə 

sosioloji sorğular aparır və onun nəticələri barədə əlaqədar təşkilatlara məlumat verir; 

öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün mülkiyyət formasından asılı 

olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr 

bağlayır; 

xarici ölkələrin kitabxana kollektorları ilə əməkdaşlıq edir, qanunvericilikdə müəyyən 

olunmuş qaydada nəşriyyat məhsullarının ölkəyə gətirilməsini və xaricə göndərilməsini təmin 

edir. 

III fəsil 



Yekun müddəaları  

Maddə 28. 



Beynəlxalq əməkdaşlıq 

Nəşriyyat işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir. 

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında 

ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

Maddə 29. 



Bu Qanunun pozulmasına görə məsuliyyət 

Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində 

müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.  

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 

Bakı şəhəri, 30 may 2000-ci il 

№ 887-IQ 




İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

1.  


6 dekabr 2002‐ci il tarixli 399‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 12, maddə 709


2.  

30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 7, maddə 505

3.  


9  oktyabr  2007‐ci  il  tarixli  429‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 10, maddə 938

4.  

1  aprel  2008‐ci  il  tarixli  583‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Azərbaycan” qəzeti 14 may 2008‐ci il, № 103) 

5.   1 aprel 2008-ci il tarixli 583-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 343

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI  

i[1] 

6  dekabr  2002‐ci  il  tarixli  399‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  12,  maddə  709)  ilə  3‐cü  maddənin  ikinci 

hissəsinin onuncu abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

ixtisaslaşmış  nəşriyyatlar  arasında  qapalı  tender  keçirməklə  dövlət  sifarişli  dərsliklərin 

nəşrinin təmin edilməsi; 



ii[2] 

30  aprel  2004‐cü  il  tarixli  643‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  7,  maddə  505)  ilə  7‐ci  maddənin  ikinci 

hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

Dövlət  əhəmiyyətli  sənədlərin,  uşaq  ədəbiyyatının,  dərsliklərin,  elmi,  elmi‐

texniki  kitabların,  tərcümə  ədəbiyyatının,  ensiklopedik  nəşrlərin  hazırlanması 

ilə  məşğul  olan  ixtisaslaşmış  nəşriyyatlar  (naşirlər),  nəşriyyat  məhsulunu 

istehsal  edənlər və  yayıcılar  dövlət  qeydiyyat  rüsumunu  güzəştli  qaydada 

ödəyirlər. 

iii


[3] 

9  oktyabr  2007‐ci  il  tarixli  429‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 

Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  10, 

maddə 938) ilə 18‐ci maddəsinin birinci hissəsinin ikinci abzasından ʺxüsusi razılığın 

nömrəsi və verilmə tarixiʺ sözləri çıxarılmışdır. 



iv

[4] 

1  aprel  2008‐ci  il  tarixli  583‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 

Qanunu (“Azərbaycan” qəzeti 14 may 2008‐ci il, № 103) ilə 22‐ci maddəsinin birinci 

hissəsində  ʺKitab  Palatasına,ʺ  sözlərindən  sonra  ʺAzərbaycan  Mətbuat  Şurasına,ʺ 



sözləri əlavə edilmişdir. 

Document Outline

  • I fəsil Ümumİ müddəalar
    • Maddə 1. Əsas anlayışlar
    • Maddə 2. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
    • Maddə 3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətinvəzifələri
    • Maddə 4. Nəşriyyat işinin sərbəstliyi
    • Maddə 5. Nəşriyyat işinin sərbəstliyindən sui‐istifadənin yolverilməzliyi
  • II fəsilNəşrİyyat İşİnİn təşkİlİ və həyata keçİrİlməsİ
    • Maddə 6. Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati‐hüquqi formaları
    • Maddə 7. Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı
    • Maddə 8. Təsisçi (həmtəsisçi
    • Maddə 9. Nəşriyyatın (naşirin) hüquq və vəzifələri
    • Maddə 10. Nəşriyyat məhsullarının istehsal edənin hüquq və vəzifələri
    • Maddə 11. Sifarişçinin hüquq və vəzifələri
    • Maddə 12. Xüsusi şərtlər
    • Maddə 13. Mühafizə prinsipli sənədlərin nəşri
    • Maddə 14. Nəşrdən imtina
    • Maddə 15. Müəllif nəşrləri
    • Maddə 16. Nəşriyyat məhsulunun buraxılışı
    • Maddə 17. Nəşriyyat işi sahəsində reklam
    • Maddə 18. Buraxılış məlumatı
    • Maddə 19. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ
    • Maddə 20. Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların məsuliyyəti
    • Maddə 21. Nəşriyyat fəaliyyətinə xitam verilməsi
    • Maddə 22. Məcburi nüsxələr
    • Maddə 23. Nəşriyyat məhsullarının yayım qaydası
    • Maddə 24. Nəşriyyat işinin maliyyələşdirilməsi
    • Maddə 25. Dövlət Kitab Palatası
    • Maddə 26. Azərbaycan Milli Ensiklopediyası
    • Maddə 27. Kitabxana Kollektoru
  • III fəsilYekun müddəaları
    • Maddə 28. Beynəlxalq əməkdaşlıq
    • Maddə 29. Bu Qanunun pozulmasına görə məsuliyyət

: edocs -> lexdocs -> laws
laws -> Haqsız Rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu
laws -> Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
laws -> Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu
laws -> Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında
laws -> Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasinin qanunu
laws -> ÜƏmt-nin ifalar və fonoqramlara dair Müqaviləsi-nə qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu
laws -> Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
laws -> Azərbaycan Respublikası və Ukrayna arasında 2009-cu IL aprelin 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
laws -> İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
laws -> Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2009-cu IL fevralın 16-da Afina şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə