NetBeans inteqrallaşmış proqramlaşdırma mühiti



Yüklə 1,97 Mb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü1,97 Mb.
#81758
  1   2
referat 300



Adil Əliyev




NetBeans inteqrallaşmış proqramlaşdırma mühiti

Adil Əliyev




Qrup: INF-11




Tarix

7/18/2008







Bakı Dövlət Universiteti

Tətbiqi-riyaziyyat və kibernetika fakültəsi






NetBeans haqqında
Son illər proqramlaşdırma mühitləri getdikcə inkişaf edir və proqramçıların işlərini xeyli rahatlaşdırır. Proqramlaşdırma dilləri kimi bir çox mühitlər də mövcuddur. Lakin onlardan yalnız bir neçəsi hamı tərəfindən qəbul edilir və işlədilir. Belə mühitlər kimi hal-hazırda (2008-ci il İyul ayı) Visual Studio 2008, Eclipse, NetBeans və s. göstərmək olar. Bu siyahıda ən çox diqqətçəkən mühit kimi NetBeans-i qeyd etmək istərdim.
NetBeans 1997-ci ildə Çexiyanın Charles Universitetinin Riyaziyyat-Fizika fakültəsində yaradılmışdır. İlk əvvəllər Xelfi adlandırılmışdır. Xelfi Javada yazılmış və Java üçün ilk inteqrallaşmış mühit idi(bundan sonra İDE).
Sonradan Xelfi layihəsi ətrafında şirkət yaradıldı və Xelfinin inkişafı ilə məşğul oldu. Sonradan layihəni NetBeans adlandırmaq qərarına gəldilər və NetBeans komersial layihə kimi fəaliyyət göstərməyə başladı. 1999-cu ildə Sun Microsystems şirkəti NetBeans-i aldı və 2000-ci ildə NetBeans-i açıq-kodlu(open-source) layihə kimi buraxmağa başladılar.

İlk əvvəllər NetBeans yalnız Java üçün İDE olsa da sonradan Swing və AWT üzərində GUİ Builderdən başqa C/C++-da proqram yazmaq üçün plug-inlər yaradılmışdır.

Daha sonra isə UML, Ruby, JavaScript üçün plug-inlər yaradılmış. Glassfish, Jboss, Sun Application Server, Apache Tomcat kimi application serverlərlə işlmək üçün plug-inlər də sonradan əlavə olunmuşdur. Ümumiyyətlə NetBeans platforması üçün plug-inlər yaratmaq üçün xüsusi sadə biliklər tələb olunduğundan hər bir kəs plug-in yarada bilər. Buna görə də son zamanlar NetBeans üçün plug-inlərin sayı getdikcə artır.

Beləliklə NetBeans mühiti J2SE, J2EE, J2ME platformaları üzərində proqramlar yazmaq, JSP, JSF texnologiyalarından istifadə edərək veb proqramların yaradılması, C/C++-da proqram yazmaq, Ruby, PHP dillərində proqram yazmaq üçün ideal mühit sayıla bilər. Bundan başqa UML dilində diaqramların, sxemlərin qurulması üçün də imkanları vardır. Bu da proqramçıların işini xeyli rahatlaşdırır.



Euro Python 2008-də NetBeans-in gələn versiyalarda Python və Jython-u da dəstəkləyəcəyi elan edilmişdir.



JSP

Adıçəkilən mühitin dediyimiz kimi Application Serverlərlə işləmək imkanı vardır bu da Servletlər yazarkən, JSP texnologiyasından istifadə etməklə veb proqramların yazılmasında çox rahat imkanlar yaradır. Belə ki, NetBeans-də yeni veb layihə yaradarkən standart parametrlərdən başqa NetBeansdə plug-ini olan veb serverlərdən birini seçmək olur. Sonra proqramı icra etdikdə(RUN) avtomatik həmin application serverə yazdığımız paket yüklənir (Deploy) və nəticəsini brouzerdə görürük.








JavaScript

NetBeans mühitində veb layihələri yaradarkən HTML Səhifələrin içində, JSP faylların fraqmentlərində və ya ayrıca JavaScriptdən istifadə etmək üçün rahat imkanlar yaradılmışdır. Belə ki, syntax highlight imkanı, code completition və s. funksiyalar vardır.



JavaScriptdən başqa HTML, CSS, XML fayllarla işləyərkən auto completition, syntax highlight kimi imkanlar rahatlıq yaradır.




C/C++

NetBeans mühitində C, C++ dillərində proqram yazmaq, kompilyasiya etmək, debug və s. imkanlar vardır. Bu imkanlar adı çəkilən digər dillər və texnologiyalar üçün olduğu kimi plug-inlərin dəstəklənməsi hesabına mümkün olmuşdur.

Adətən NetBeans ilə GNU C Compiler-i qoşurlar. Çünki müasir zamanda proqramların platformadan asılı olması problemi üzə çıxır və proqramçılar tez-tez əməliyyat sistemini dəyişir. Bu zaman adət etdikləri vasitələri – kompilyatorları, redaktorları, debuggerləri, mühitləri və s. dəyişməli olurlar. Lakin GNU C Compiler cross platform olduğu üçün praktik olaraq istənilən əməliyyat sistemində işləyir. Yeri gəlmişkən NetBeans Javada yazıldığına görə Platformadan asılı deyil və spesifik plug-inlərin və modulların bütün əməliyyat sistemləri üçün olan variantları vardır. Bu da proqramçının əməliyyat sistemini dəyişərkən İDE-ni dəyişməməsinə imkan yaradır.

PHP

PHP 2000-ci ildən məşhurlaşan dillərdən biridir. Pulsuz, açıq kodlu, öyrənməkdə sadə, güclü sistem tələbatının olmaması, bir çox platformalarda işləməsi və s. kimi üstün cəhətlərinə görə çoxları tərəfindən sevilir. Öz növbəsində çox güclü və imkanlı texnologiyalardan sayılır.

PHP ilə işləmək üçün də NetBeansin son versiyalarında xüsusi modullar peyda olmuşdur və digər dillərə aid olan imkanları burada da vardır və Apache HTTP Server və digər serverlərlə işləyir.


Digər imkanlar

Adıçəkilən imkanlardan başqa NetBeans mySQL, Derby, PostgreSQL, Oracle kimi verilənlər bazaları ilə, application serverlərlə, veb servislərlə və s. işləmək üçün xüsusi vasitələri vardır ki, proqram yazarkən İDE-ni bağlamadan yerindəcə onlarla işləmək olur.




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə