Dİaqnostİk Radİologİya
Peşə bilikləri:
-
Sinir sistemi patologiyasının KT, MRT müayinə üsullarının ümümi prinsipləri;
-
KT, MRTmüayinə üsularının aparılması üçün dəqiq göstəriş və əks-göstərişləri;
-
Nevrologiyada nüvə metodlarının klinik istifadəsi və məhdudiyyətləri;
-
Sinir sisteminin angioqrafiyası, göstəriş və əks-göstərişlər:
-
Ultrasəs müayinəsinin aparılması, nevrologiyada USM-nin tətbiqi xüsusiyyətləri;
-
Radiasion fizika və radiasion təhlükəsizlik prinsiplərinə yiyələnmək;
-
Nevroloji xəstəliklərdə diaqnostik və terapevtik radiologiyanın məntiqli, faydalı və ekonomik istifadəsini bilməlidir.
Peşə bacarıqları:
-
Radiasion müayinələrin interpretasiyası (normal şəkili və patologiya);
Həkim-nevroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:
-
Sinir sisteminin KT və MRT müayinələri 50 (As/İ)
-
Mərkəzi sinir sisteminin angioqrafiyası 10 (As/İ)
-
USM. Neyrosonoqrafiya 25 (As/İ)
-
neyrooftalmologİya
Peşə bilikləri:
-
Sinir sistemi patologiyası zamanı neyrooftalmoloji sindromlar;
-
Oftalmoloji üsullardan istifadə etməklə görmə siniri, gözün hərəki sinirlərinin funksiyalarının öyrənilməsi və patoloji dəyişikliklərin aşkar edilməsi;
-
Neyrooftalmoloji patologiyalar zamanı erkən diaqnostika, müalicə və reabilitasiya üsullarının mənimsənilməsi;
Peşə bacarıqları:
-
Göz dibinin, görmə sahəsinin, görmə itiliyinin, rəng duyğusunun müayinəsi və interpretasiya (norma və patologiyada);
-
Vizual törədilmiş potensiallar üsulunun nevroloji praktikada tətbiqi və nəticələrin dəyərləndirilməsi;
Həkim-nevroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:
-
Göz dibinin müayinəsi 50 (As/İ)
-
Görmə itiliyinin, görmə sahəsinin, rəng duyğusunun müayinəsi 50 (As/İ)
-
Vizual törədilmiş potensiallar üsulu və nəticələrin interpretasiyası 25 (As/İ)
-
Otonevrologİya
Peşə biliklərı:
-
Otonevroloji müayinə üsulları (kamerton, kalorik sınaqlar, Barani masası, audioqramma), onların praktikada istifadəsi prinsipləri;
-
Vestibulyar disfunksiyanın əsas əlamətləri. Vestibulyar analizatorun müayinə üsulları. Elektronistaqmoqrafiya. Nistaqm və onun differensiasiyası;
-
Vestibulyar disfunksiyanın müalicə və profilaktikası prinsipləri;
-
Eşitmə törədilmiş potensiallar üsulunun nevroloji praktikada tətbiqi və nəticələrin dəyərləndirilməsi
Peşə bacarıqları:
-
Otonevroloji müayinə üsulların klinik tətbiqi və nəticələrin interpretasiyası;
-
Eşitmə və vestibulyar disfunksiyasının müalicə və profilaktikası yolları.
Həkim-nevroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:
-
Eşitmə törədilmiş potensiallar üsulu və nəticələrin interpretasiyası 10 (As/İ)
-
Təhsİlİn məzmununa və səvİyyəsİnə qoyulan mİnİmum tələblər
-
Peşə fəaliyyətinin xarakteristikası
Həkim - nevroloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə ixtisaslaşmış nevroloji yardımın göstərilməsinə hazır olmalıdır.
-
Həkim-nevroloqun peşə fəaliyyətinin əsas istiqamətləri:
-
praktiki tibbi;
-
elmi-tədqiqat;
-
təşkilati-inzibatçılıq;
-
elmi-pedaqoji sahə üzrə.
-
Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:
-
praktik tibb sahəsi üzrə: (ÜFR-01. və PFR-01 — PFR-15. bəndlər aiddir)
-
elmi-tədqiqat sahəsi üzrə:
-
nevroloji xəstəliklərin inkişafında tibbi-sosial amillərin rolunu qiymətləndirmə üsullarını bilməlidir;
-
elmi-tədqiqat işlərini planlaşdırmalıdır;
-
tədqiqat mövzusunun seçilməsini bacarmalıdır;
-
elmi-tədqiqat işini aparılmalıdır;
-
elmi-tədqiqat işinin nəticələrinin təhlil etməlidir;
-
alınmış nəticələrin praktik əhəmiyyətini və onun tətbiqi imkanlarını müəyyənləşdirməli, nəşr materiallarının hazırlanmasında iştirak etməlidir.
-
təşkilati-inzibatçılıq sahəsi üzrə:
-
səhiyyə sistemində qəbul edilmiş normativ sənədlərdən (Azərbaycan Respublikasının qanunlarını, texniki reqlamentləri, beynəlxalq və milli standartları, əmrləri, tövsiyələri, beynəlxalq vahidlər sistemini, fəaliyyətdə olan beynəlxalq təsnifatları) istifadə etməyi, həmçinin tibbi müəssisələrin işinin keyfiyyətini və effektivliyini qiymətləndirmək üçün aparılmış sənədləşmələrdən istifadə etməyi bacarmalıdır.
-
nevrologiya sahəsinin təşkilati quruluşunu, tibbi yardım göstərən müxtəlif tibbi müəssisələrin idarəçilik fəaliyyətini bilməli, müəssisələrin struktur bölmələrinin (ixtisas profilinə görə) iş göstəricilərini təhlil etməli, xəstələrə (nevrologiya ixtisası profilinə görə) tibbi xidmətin göstərilməsində müasir tibbi-təşkilati və sosial-iqtisadi texnologiyaların səmərəsini qiymətləndirməyi bacarmalıdır.
-
peşə səriştəsinin formalaşması üçün professional biliklər, bacarıqlar, vərdişlər sisteminə yiyələnməlidir.
-
elmi-pedaqoji sahə üzrə:
-
orta tibbi ixtisas təhsil müəssisələrində və baza ali tibbi təhsilin səviyyəsində ixtisasa uyğun olaraq tədris edə bilər (mühazirə oxumağı, seminar aparmağı, laboratoriya işləri və s.)
-
060914 - «Nevrologiya» ixtisası üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları (Əlavə 2-də illər üzrə açıqlanır).
Fənn bölümünün kodu
|
Fənn bölümünün (tematik rotasiyasının) adı (bilik, bacarılıq və vərdişlər baxımından)
|
Kreditlərin sayı
|
Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları
|
Ümumi hazırlığı fənnləri:
|
5
|
|
ÜFR-01
|
Baza təhsili
|
2
|
ÜFR-01.01—ÜFR-01.08
|
ÜFR-02
|
Klinik biokimya
|
3
|
ÜFR-02.01—ÜFR-02.03
|
Peşə fənnləri və rotasiyaları:
|
210
|
|
PFR-01
|
Sinir xəstəliklərinin propedevtikası
|
35
|
PFR-01.01—PFR-01.15
|
PFR-02
|
Klinik nevrologiya
|
47
|
PFR-02.01—PFR-02.29
|
PFR-03
|
Ambulator nevrologiya
|
12
|
PFR-03.01—PFR-03.06
|
PFR-04
|
Təxirəsalınmaz nevrologiya
|
11
|
PFR-04.01—PFR-04.16
|
PFR-05
|
Pediatrik nevrologiya
|
16
|
PFR-05.01—PFR-05.09
|
PFR-06
|
Elektroensefaloqrafiya (EEQ)
|
14
|
PFR-06.01—PFR-06.08
|
PFR-07
|
Elektromioqrafiya (EMQ) və digər müayinə üsulları
|
10
|
PFR-07.01—PFR-07.07
|
PFR-08
|
Daxili xəstəliklər
|
10
|
PFR-08.01—PFR-08.16
|
PFR-09
|
Psixiatriya
|
15
|
PFR-09.01—PFR-09.13
|
PFR-10
|
Neyrocərrahiyyə və neyrotravmatologiya
|
10
|
PFR-10.01—PFR-10.13
|
PFR-11
|
İntensiv terapiya və reanimasiya
|
10
|
PFR-11.01—PFR-11.26
|
PFR-12
|
Diaqnostik radiologiya
|
5
|
PFR-12.01—PFR-12.11
|
PFR-13
|
Neyrooftalmologiya
|
10
|
PFR-13.01—PFR-13.08
|
PFR-14
|
Otonevrologiya
|
5
|
PFR-14.01—PFR-14.07
|
Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü
|
10
|
|
Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi)
|
10
|
|
Dövrü və yekun attestasiya
|
5
|
|
Cəmi
|
240
|
| -
060916 – “Nevrologiya” iхtisası üzrə rezident hazırlığını təmin edən auditoriyada olan təhsil prоqramının strukturu və əsas hazırlıq mövzuları, dörd il ərzində saatlarla (Əlavə 1-də illər üzrə açıqlanır).
Əsas tədris fənnləri/mövzuları
|
MH
|
SM
|
TM
|
ÜHM
|
Ümumi hazırlığı mövzuları:
|
|
|
|
ÜHM – B 01
|
Səhiyyə sisteminin təşkilinin əsasları
|
2
|
2
|
2
|
ÜHM – B 02
|
Tibbi statistika və informatika
|
2
|
2
|
4
|
ÜHM – B 03
|
Klinik biokimya
|
4
|
4
|
4
|
PHM
|
Peşə hazırlığı mövzuları:
|
|
|
|
PHM – B 03
|
Sinir sisteminin anatomiya, fiziologiya və patologiyası
|
8
|
8
|
8
|
PHM – B 04
|
Nevrologiyada müayinə üsulları: EEQ, EMQ
|
10
|
8
|
8
|
PHM – B 05
|
Lümbal punksiya və digər müayinə üsulları
|
4
|
6
|
6
|
PHM – B 06
|
Sinir xəstəliklərinin propedevtikası
|
28
|
24
|
24
|
PHM – B 07
|
Təxirəsalınmaznevrologiya
|
10
|
10
|
10
|
PHM – B 08
|
Ambulator nevrologiya
|
8
|
8
|
8
|
PHM – B 09
|
Sinir sisteminin damar xəstəlikləri
|
30
|
30
|
24
|
PHM – B 10
|
Sinir sisteminin iltihabi xəstəlikləri (meningit, ensefalit, ensefalomielit, neyrosifilis, QİÇS və s.)
|
20
|
16
|
16
|
PHM - B 11
|
Periferik sinir sisteminin xəstəlikləri
|
16
|
16
|
16
|
PHM - B 12
|
Vegetativ sinir sisteminin xəstəlikləri
|
14
|
14
|
14
|
PHM - B 13
|
Neyrocərrahiyyə və neyrotravmatologiya
|
10
|
10
|
10
|
PHM - B 14
|
Nevrologiyada klinik farmakologiya
|
8
|
6
|
6
|
PHM - B 15
|
Epilepsiya
|
28
|
28
|
24
|
PHM - B 16
|
Sinir sisteminin somatogen zədələnmələri
|
8
|
8
|
8
|
PHM - B 17
|
Sinir sisteminin degenerativ xəstəlikləri, prion xəstəliklər
|
8
|
8
|
8
|
PHM - B 18
|
Sinir sisteminin demielinləşmə xəstəlikləri
|
12
|
12
|
8
|
PHM - B 19
|
Sinir-əzələ sisteminin xəstəlikləri
|
12
|
12
|
8
|
PHM – B 20
|
Piramid və ekstrapiramid sistemin xəstəlikləri
|
12
|
14
|
8
|
PHM – B 21
|
Tibbi genetika
|
10
|
10
|
8
|
PHM – B 22
|
Uşaq sinir xəstəlikləri
|
20
|
20
|
10
|
PHM – B 23
|
Daxili xəstəliklər
|
6
|
8
|
6
|
PHM – B 24
|
Psixiatriya
|
8
|
8
|
10
|
PHM – B 25
|
İntensiv terapiya və reanimasiya
|
10
|
10
|
10
|
PHM – B 26
|
Neyrooftalmologiya və otonevrologiya
|
10
|
8
|
6
|
PHM – B 27
|
Diaqnostik radiologiya
|
8
|
8
|
4
|
Cəmi
|
|
326
|
318
|
276
| -
060914 – “Nevrologiya”ixtisası üzrə həkim-rezidentin təhsil proqramının yerinə yetirilməsinin müddəti:
Ümumi həftələrin sayı – 209 həftə
- əmək məzuniyyəti – 16 həftə
- təlim həftələrinin sayı – 193 həftə
o cümlədən:
- kliniki təlim (praktiki və kliniki iş) – 164 həftə
- nəzəri təlim –20 həftə
- təcrübələr (elmi-tədqiqat ) –4 həftə
- attestasiyalar – 5 həftə
- növbətçilik - ayda 4 dəfədən az olmayaraq
3.4.1. Hazırlığın son ilində həkim-rezident ixtisas üzrə 3 aylıq müddətinə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş respublikanın tibb müəssisələrinin birində sərbəst stajorluq keçməlidir.
-
Maddİ-texnİkİ, tədrİs bazası və kadr potensİalı
-
060914 - «Nevrologiya» ixtisası üzrə təhsil proqramına müvafiq tərtib edilmiş tədris planında nəzərdə tutulan həkim–nevroloqun hazırlanması üçün Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil və elmi tibb müəssisələri, habelə aparıcı klinikalar nevroloji xəstələrin diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin edə biləcək yüksək səviyyəli maddi-texniki bazaya malik olmalıdır.
-
Nevrologiya üzrə Təhsil Proqramı Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil, elm müəssisələri və aparıcı klinikalarda aparıcı mütəxəssislər (rəhbər-kuratorlar) tərəfindən əyani formada aparılır.
-
Həkim- nevroloqun hazırlığına rəhbərlik edən kuratorlara qoyulan tələbər:
-
Peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün praktiki təcrübəsi 5 ildən çox olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılır.
-
Tədris olunan nəzəri mövzularıali təhsil müəssisəsinin elmi dərəcəsi və (və ya) elmi adı olan professor-müəllim heyəti tədris edir.
-
Rezidentin elmi-tədqiqat işinə qarşılıqlı razılığı əsasında ali təhsil və ya elmi-tədqiqat müəssisəsinin heyəti rəhbərlik edə bilər.
-
Rezidentin rotasiyalar keçdiyi müəssisələrin maddi-texniki bazalarına qoyulan tələblər:
-
İntensiv terapiya və reanimasiya rotasiyası.Ekspres-laborator avadanlığı, defibrillyator “demand” rejimi ilə, monitor elektrokardioskopiya, EKQ, müvəqqəti daxili və xarici peysmeyker, süni tənəffüs apparatı və zəruri vasitələr, Valdman apparatı.
-
Təxirəsalınmaz nevrologiya rotasiyası.Ekspres-laborator avadanlıq. Proqramlaşdırılmış defibrillyator “demand” rejimi ilə, mərkəzləzmiş monitor elektrokardioskopiya, EKQ, müvəqqəti daxili və xarici peysmeyker, süni tənəffüs apparatı və zəruri vasitələr, Valdman apparatı, Exo-KQ, EEQ.
-
İnstrumental rotasiyalar
-
Elektroensefaloqrafiya.EEQ, Video-EEQ-monitor, funksional sınaqlar zamanı EEQ; müayinənin aparılması üçün zəruri avadanlıq.
-
Exoensefaloskopiya . Exoensefaloskopiya. Braxiosefal, qara ciyər, böyrək və digər damarları müayinə etmək üçün zəruri avadanlıq.
-
Elektromioqrafiya. Qlobal, stimulyasion, iynəli EMQ üçün zəruri avadanlıq.
-
Ultrasəs doppleroqrafiyası. USDQüçün müasir avadanlıq (ekstrakranial və transkranial damarların dupleks-müayinə rejimi daxil olmaqla).
-
Diaqnostik radiologiya üzrə rotasiya.Rəqəmsal rentgen-avadanlıq,16 və artıq kəsikdə KT müayinəsini aparmaq üçün zəruri avadanlıq və nevroloji proqram təminatı. 1,5 və artıq Teslalı MRT avadanlıq və nevroloji proqram təminatı. PET müayinəsini aparmağa imkanı olarsa onun üçün zəruri avadanlıq olmalıdır. Angiografik müayinələri aparmaq üçün zəruri avadanlıq, beyin damarlarının angioqrafiyası üçün lazımi proqram təminatı.
-
Neyrocərrahiyyə və neyrotravmatologiya üzrə rotasiya.Lümbal və oksipital punksiyalar, sinir sistemi xəstəlikləri üzrə cərrahi müdaxilələr üçün otaq, mədəciklərin şuntlanması, sonrakı intensiv terapiya üçün avadanlıq.
-
Dostları ilə paylaş: |