Newsletter



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü1,67 Mb.
#67550


BOS XƏBƏR BÜLLETENİ 

PAYIZ 2015

 

 

 



 

 

 



 

Baku Oxford  

School 

 

 

 



 

 

 



WWW.BAKUOXFORDSCHOOL.COM             E-MAIL: INFO@BOS.EDU.AZ 

 

 TEL: +99412 4041330    FAX: +99412 4041329 



Hörmətli valideynlər,  

Məktəbimizin 

xəbər 

bülleteninin  payız 



buraxılışını  oxuduğunuz  üçün  sizə  təşəkkür 

edirik.  Məktəblə  ev  arasındakı  ünsiyyəti 

yaxşılaşdırmaq 

üçün 


mütəmadi 

olaraq 


göndərdiyimiz  məktub,  mesaj  və  e-mail  – 

lərdən  başqa,  fəsillər  üzrə  xəbər  bülletini 

göndərmək  yeni  fikrimizdir.  Bülletenin 

məqsədi  bütün  tədris  bölmələrində  baş  verən 

yeniliklərlə  sizi  tanış  etmək  və  baş  verəcək 

tədbirləri xatırlatmaqdır.   

Ünsiyyət vasitələrinə gəldikdə, siniflər üzrə e-

mail sistemi hazırlayırıq. E-mail bizim ən əsas 

ünsiyyət  vasitəmiz  olacaqdır  və  əgər  e-mail 

ünvanlarınızı  məktəbə  bildirməmisinizsə, 

xahiş  edirik  tədris  bölməsi  yardımçılarına 

bildirəsiniz. E-mail vasitəsi ilə ünsiyyət kağız 

formasından daha qənaətlidir və ətraf-mühitin 

qorunması qaydalarının bir hissəsidir.  

Məktəblə-cəmiyyət 

arasındakı 

ünsiyyəti 

yaxşılaşdırmaq  üçün,  bir  başqa  vasitə  yeni 

yaradılmış Valideyn-Müəllim Assosiasiyasıdır 

ki 


(PTA), 

qısa 


zamanda 

fəaliyyətə 

başlayacaqdır. Bu mövzuda əlavə məlumatı bir 

neçə müddət sonra bildirəcəyik.   

 

 

 



 

Təhlükəsizlik  kartları  haqqında  məlumatı 

məktub  vasitəsi  ilə  artıq  sizə  göndərmişik. 

Əgər  daimi  ziyarətçi  kimi  təhlükəsizlik 

kartından  istifadə  etmək  istəyirsinizsə,  xahiş 

edirik  bizə  bildirin  və  kartı  əldə  edin.  Bütün 

sürücü və dayələr binaya daxil olarkən mütləq 

təhlükəsizlik kartlarından istifadə etməlidirlər.   

Bildiyiniz 

kimi 


məktəbin 

qarşısındakı 

nəqliyyat 

davamlı 


olaraq 

müzakirə 

mövzusudur.  Valideynlərdən  xahiş  edirik 

uşaqları  məktəbə  gətirən  sürücüləri  xəbərdar 

etsinlər ki, səhərlər avtomobilləri uyğun yerdə 

saxlayaraq şagirdi  düşürsünlər. Avtomobilləri 

düz məktəbin və ya giriş qapılarının qarşısında 

saxlamaq  olmaz.  Sürücü  və  dayələr,  sadəcə 

lobbiyə  qədər  gələ  bilərlər,  lobbidən  sonra 

məktəbə  girmək  qadağandır.  Bu  məlumatı 

onlara çatdırmağınızı xahiş edirik.    

Müraciətimi  bitirərək  bildirmək  istəyirəm  ki, 

sizin  fikirlərinizi  hər  zaman  eşitmək  istəyirik. 

Əgər 


hansısa 

sahənin 


dəyişdirilməsini 

düşünürsünüzsə,  gəlin  fikrinizi  bildirin.  

Fikirləriniz bizim üçün önəmlidir.   

Alexander Simester 

Baku Oxford School-un Direktoru

 

 



 

 

 



 

Yeni Tədris İlinin ilk günü. 

 

 

   



 

                                                                             

Səhifə 1 

Baku Oxford School-un Payız Xəbərləri  



2015 – 2016 Tədris İli 

 

 

 

  



BOS XƏBƏR BÜLLETENİ       

PAYIZ 2015 

 

 

 



   Erkən-İlkin Hazırlıq Mərhələsi

 

 



Erkən-İlkin Hazırlıq mərhələsinin ilk məlumat 

sahifəsində sizin hamınızı salamlayırıq!  

 

Uşaqların,  yay  tətili  zamanı  ayrı  düşdükləri 



yoldaşları ilə bir araya gəlmələri, yeni dostları 

ilə tanış olub siniflərinə uyğunlaşmaları bir az 

zaman  aldı.  Erkən-İlkin  Hazırlıq  Mərhələsinə 

çox sayda yerli və xarici şagirdlər gəlib və bu 

da  bizim  missiyamıza  əsasən  təklif  etdiyimiz 

beynəlxalq  və  millətlərarası  imkanları  əks 

etdirir.        

 

Dərslər  başlayan  gündən  etibarən  uşaqlar 



öyrənməyə  başlayıblar.  Bağça  və  Hazırlıq  1 

şagirdləri  artıq  ailə  və  dostlar  haqqında;  ailə 

üzvlərinin  adı,  ata  və  ananın  rolları,  dost  və 

ailələri  ilə  birgə  etmək  istədikləri  şeyləri  izah 

edirlər.  Eyni  zamanda,  Hazırlıq  2  şagirdləri 

“Hər  şey  mənim  haqda”  mövzusunu  keçirlər, 

kim  olduqları  haqda,  hissləri  və  emosiyaları 

barədə  məlumat  əldə  edir  və  dünyanı  kəşf 

etmək  üçün  hisslərdən  necə  istifadə  etməyi 

öyrənirlər.  

 

Tədris ilinin dördüncü həftəsi  məktəbdə kitab 



həftəsi 

keçirilmişdir. 

Uşaqlar 

müxtəlif 

hekayələr 

dinlədilər 

və 

çox  vaxtlarını 



kitabxanada  keçirdilər.  Siniflərin  çoxu  qonaq 

oxucu  dəvət  etmişdirlər  və  onun  oxuduğu 

hekayələri  dinləmişdirlər.  Həftəni  şənlik  ilə 

başa  vurduq  və  uşaqlar  müxtəlif  film 

qəhrəmanlarının kostyumlarını geyinmişdirlər. 

Bizi təəccübləndirən xarakterlər Qar Kraliçası, 

onun  yanında  oturan  Harri  Poter  və 

Spaydermən olmuşdur. 

 

 

Dərsdən  əlavə  məşğələlər  12  oktyabr  tarixdə 



başlamışdır.  Biz  çalışırıq  uşaqlara  müxtəlif 

məşğələ növləri təqdim edək ki, onların biliyi 

və  sinif  təcrübələri  artsın.  İl  ərzində  faydalı 

məşğələlərin 

sayını  daha  da  artırmaq 

niyyətindəyik.   

 

Bizim  yeni  oyun  meydançamız  uşaqlar  üçün 



çox  əyləncəlidir,  eyni  zamanda  uşaqlar  orda 

fiziki  bacarıqlarını  inkişaf  etdirir  və  dərsə 

qayıtmadan  öncə  təmiz  havada  oynayırlar! 

Nahar  tənəffüsündə  həyətə  çıxmayan  uşaqlar 

üçün məktəbin içində də oyun otağı var. Əgər 

uşağınız  xəstələnibsə  və  ya  hələ  tam 

sağalmayıbsa  xahiş  edirik  müəllimi  xəbərdar 

edəsiniz  ki,  həmin  günlərdə  uşağı  həyətə 

çıxartmayaq.  Havanın  soyumasını  nəzərə 

alaraq  xahiş  edirik  uşaqlara  isti  üst  paltarı 

geyindirəsiniz ki, həyətə çıxa bilsinlər. 

 

Əlavə  olaraq,  5  oktyabr  tarixdə  bizimlə 



görüşməyə 

gələn 


valideynlərə 

dərin 


təşəkkürümüzü  bildiririk.  Sizinlə  görüşüb, 

erkən-ilkin  hazırlıq  siniflərində  gördüyümüz 

işlər  haqqında  məlumat  vermək  bizim  üçün 

çox xoş oldu. Bir komanda olaraq sizin müsbət 

fikirlərinizi almaq və uşaqların yeni siniflərdə 

xöşbəxt olduqlarını bilmək bizim üçün böyük 

şərəfdir.   

 

Yenidən görüşmək ümidi ilə,  



 

Ms Clare Ranns 

     Erkən-İlkin Hazırlıq Mərhələsinin Rəhbəri

 

     



 

 

 



 

 

 



 

  Səhifə 2 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




BOS XƏBƏR BÜLLETENİ 

PAYIZ 2015

 

 

İbtidai Məktəb Xəbərləri 



b

 

 

 



 

Yeni  tədris  ilini  maraqlı  tədbirlərlə 

başlamaq çox gözəl hissdir!   

17 sentyabr tarixdə uşaqların iştirakı ilə 

keçirdiyimiz xeyriyyə bazarı çox faydalı 

olmuşdur. 

Şagirdlərimiz 

köməyə 


ehtiyacı  olanlar  üçün  maliyyə  ehtiyatı 

toplamış və böyük cəhd göstərmişdirlər. 

Şagirdlərin  təşkil  etdikləri  xeyriyyə 

bazarında, evdə hazırlanmış şirniyyatlar, 

oyuncaqlar, kitab və DVD-lər, uşaqların 

çəkdikləri  rəsm  işləri  və  s.  məktəb 

cəmiyyətinə satılmışdır. Günün sonunda 

uşaqlar dəstək  fondunun  məbləğini 600 

manata qaldırmışdırlar. Təbriklər!

 

 



Bir sonrakı tədbirimiz Kitab Həftəsinə həsr 

edilmişdir  və  uşaqlar  çoxlu  hekayələr 

oxuyub-dinləmişdirlər. Bundan başqa onlar, 

təşkil 


edilmiş 

kitab 


yarmarkasından 

müxtəlif 

kitablar 

almışdırlar. 

Kitab 

həftəsinin ən maraqlı hissəsi siniflərə dəvət 



olunmuş Gizli Oxucunun gəlməsi olmuşdur. 

Bütün  məktəb  cəmiyyətinə  bu  tədbirdə 

iştirak 

etdikləri 

üçün 

təşəkkürümü 



bildirirəm.  

 

 



 

 

 



 

 

 



 

 

 



5  oktyabr  tarixdə  bir  sıra  ibtidai  sinif 

şagirdlərinin iştirakı ilə, müəllimlər gününə 

həsr edilmiş möhtəşəm konsert proqramında 

iştirak  etmişik.  Şagirdlərimizin  bacarıqları, 

gözəl  oxumaq,  oynamaq  və  danışmaq 

qabiliyyətləri 

məni 

yüksək  dərəcədə 



təəccübləndirdi! 

Müəllimlərə 

olan 

hörmətlərini göstərmək üçün, vaxt tapıb bu 



konserti 

hazırladıqlarına 

görə 

şagirdlərimizə çox sağ ol deyirəm. 



 

 

Semestr 



ərzində 

keçirdiyimiz 

səhər 

görüşlərində  iştirak  edən  valideynlərə 



gəldikləri üçün təşəkkür edirik. Sizi görmək, 

məktəb  haqqında  fikirlərinizi  almaq  və 

gördüyümüz  işlər  haqqında  sizə  məlumat 

vermək bizi xeyli məmnun etmişdir. Bu dəfə 

səhər  görüşlərində  iştirak  edə  bilməyən 

valideynlər, məlumat göndərildikdən sonra, 

növbəti görüşdə iştirak edə bilərlər!  

Lawrence M. Buck 

İbtidai Məktəbin Rəhbəri  

     


 

 

 



                                                                                                     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Səhifə 3 



 

 



BOS XƏBƏR BÜLLETENİ       

PAYIZ 2015 

 

 

Orta Məktəb Xəbərləri



   

 

 

Yeni  tədris ilimiz  çox uğurlu başlamışdır  və 



bunun  üçün  müəllim  və  şagirdlərimizə 

təşəkkür  etmək  və  onları  təbrik  etmək 

istəyirəm. Aramıza qatılan yeni şagirdlərmizi 

çətinliklərin öhdəsindən gəldikləri və məktəb 

tələblərini qarşıladıqları üçün xüsusilə təbrik 

edirəm! Proqram və tədris imkanlarını daha 

da inkişaf etdirmək üçün daim çalışırıq. Bu il 

məktəb qaydaları və gündəlik prosedurlarda 

bir sıra dəyişikliklər baş verib. Gördüyümüz 

bu  tədbirlər  nəticəsində,  sizin  də  hiss 

etdiyiniz  kimi,  BOS-da  dissiplin  və  nizam-

intizam  güclənib.  Ümid  edirik  ki,  bütün 

şagirdlər  uğurlu  və  əyləncə  dolu  il 

keçirəcəklər.  

 

BOS-da İngilis dilinə həsr edilmiş Kitab və 

Kitabxana həftəsi  

Baku Oxford School-un yeni tədris ilinin ilk 

tədbiri  İngilis  dilində  kitab  və  kitabxana 

həftəsinə həsr edilmişdir.  

Orta  məktəbin  şagirdləri  sinifdə  və  sinifdən 

kənar  müxtəlif  ədəbi  proqramlarda  iştirak 

etmişdirlər. BOS-da ilk olaraq “DEAR” adlı 

(yəni,  müəyyən  siqnal  eşitdikdə  uşaqlar  hər 

şeyi  dayandırıb  oxumağa  başlamalıdırlar) 

oxuma  metodu  təqdim  edilmişdir  və  il 

ərzində bu əyləncəli metodu davam etdirməyi 

düşünürük.  

Uşaqlar  kitabxananı  kəşf  edib,  oyunlar 

oynayıb  –  viktorinalar  keçirmiş,  məşhur 

müəlliflər  haqqında  məlumat  toplayıb, 

“Crime  Scene  İnvestigation”  mövzusunda 

keçirilən tədbirdə iştirak etmişdirlər.  

 

Film  qəhrəmanlarının  obrazında  “Mad 



Hatter”-lərin  çay  partisi  adlı  parad  6-cı 

siniflərin  ümumi  otağında  təşkil  edilmişdir, 

rəngarəng  və  dadlı  kap-keyklər  bütün 

iştirakçılar tərəfindən həvəslə yeyilmişdir. 

 

 

Azərbaycan 



və 

Britaniya 

ədəbiyyatını 

birləşdirərək  7-ci  siniflərin  hazırladıqları 

“Romeo və Culyetta”-dakı eyvan səhnəsinin 

“Qız  qalası”  əfsanəsi  ilə  əlaqələndirməsi 

nəticəsində  çox  maraqlı  bir  romans  təqdim 

edilmişdir.  “Əli  və  Nino”  mağazasının 

müxtəlif yaşlı uşaqlar üçün təşkil etdiyi kitab 

sərgisi başa çatmışdır.    

Kitab  həftəsi,  cümə  günü  şagirdlərin 

hamısının  bir  arada  toplandığı  yığıncaqla 

başa  çatmışdır.  Uşaqlar  bu  yığıncaqda  öz 

ədəbi  təcrübələri  və  ədəbiyyat  fənnindən 

aldıqları  biliklər  ilə  bölüşmüş  və  bununla, 

“Kitab  sadəcə  oxumaq  üçün  deyil,  eyni 

zamanda 

düşünmək, 

birləşdirmək 

və 


gücləndirmək 

üçündür” 

mesajını 

yaymışdırlar.      



         KİTAB götürün - OXUYUN!

 

 



Beynəlxalq Məktəbin Qiymətləndirilməsi 

(ISA)  

29-30 sentyabr tarixlərində 6, 7 və 8 siniflər 

ISA testində iştirak etmişlər. 

ISA  müxtəlif  testlərdən  ibarət  yoxlama 

sistemidir  ki, bütün beynəlxalq məktəblərdə 

uşaqların  bilik  səviyyəsini  öyrənmək  və 

müəyyən  müddət  keçdikdən  sonra  yenidən 

yoxlayaraq uşaqların səviyəsinin beynəlxalq 

standartlara 

cavab 


verib-vermədiyini 

müəyyən  etmək  üçün  keçirilir.  Yoxlamanın 

nəticələrinə 

əsasən  biz  şagirdlərimizin 

riyaziyyat  və  dil  üzrə  ümumi  bilik 

səviyyəsini  müəyyənləşdirib  onları,  dünya 

miqyasındakı 

beynəlxalq 

məktəblərin 

şagirdləri ilə müqaisə edəcəyik.



  

Müəllimlər Günü  

Müəllimləri təbrik etmək üçün, şagirdlərimiz 

konsert  proqramı  ilə  məktəbimizin  böyük 

Akt zalında çıxış etmişdirlər.  Uşaqların belə 

müvəffəqiyyətli  çıxışı  və  hazırlaşmaları 

müəllimlər  üçün  mükafatdır.    Uşaqlar 

müəllimlərə  olan  təşəkkürlərini  ümumi 

otaqlarda asılan tablolarda ifadə etmişdirlər. 

 

 

 



 

 

Tələbə Şurası seçkiləri  

9  oktyabr  2015  tarixdə  bütün  orta  məktəb 

şagirdləri  Tələbə  Şurasında  siniflərini  bu 

tədris  ilində,  təmsil  edən  nümayəndəni  və 

müavini  seçmək  üçün  səs  vermədə  iştirak 

etmişdirlər.  

Namizədliyini irəli sürən şagirdlər, seçilsələr 

məktəbə 

necə 


faydalı 

olacaqları 

və 

görəcəkləri  işlər haqda təsirli çıxış hazırlayıb 



sinif  qarşısında  danışmalı  və  səs  toplamalı 

idilər.


  

 

Səfərlər 

BOS-da  İngilis  dili  həftəsində,  8-ci  siniflər 

Bakını  dolaşaraq,  əyləncəli  və  maraqlı 

gəzintidə iştirak etmişdirlər. Bələdçi, müasir 

Bakı  tarixinin  həvəskarı  Fuad  Axundov 

qədim  Bakını  əks  etdirən  “Əli  və  Nino” 

kitabından parçalar oxuyaraq, uşaqlara qədim 

zamanları  yaşatmış  və  onları,  şəhərimizin 

tarixi  yerləri  ilə  çanlı  şəkildə  tanış  etmişdir. 

İçəri  şəhərin  dolanan  yollarını  gəzə-gəzə 

şagirdlər,  Filarmoniyanın  yanındakı  bağa, 

fəvvarələrə  qədər  gəlmişdirlər.  Təcrübəli 

bələdçinin  köməyi  ilə  8-ci  sinif  şagirdləri 

həmin  gün,  Bakının  tarixi  haqqında  zəngin 

məlumat  əldə  etmiş  və  əsrlər  boyu  şəhərin 

necə dəyişdiyinin şahidi olmuşdurlar. 

 

Cəmilə Çıraqzadə 



Orta Məktəbin Rəhbəri 

 

 



 

  

Səhifə 4 




BOS XƏBƏR BÜLLETENİ       

PAYIZ 2015 

 

 

Yuxarı Məktəb Xəbərləri 



Yuxarı  məktəbin  xəbər  bölməsində  hamınızı 

salamlayıram! 

Azərbaycan  Respublikasının  prezinedtinin 

sərəncamı  ilə  yaradılmış  Bilik  Fondu  yuxarı 

sinif şagirdləri üçün Baku Oxford Məktəbində 

15  sentyabr  2015  tarixdə  bilik  gününə  həsr 

edilmiş 

xüsusi 


təqdimat 

keçirmişdir. 

Azərbaycan 

Dillər 


Universitetinin 

nümayəndəsi xanım K. Qeybullayeva dünyada 

baş  verən  qloballaşma  mövzusu  ilə  çıxış 

etmişdir. 

Təqdimatın 

sonunda 


xanım 

Qeybullayeva  Azərbaycanın  əxlaqi  və  dini 

dəyərləri haqqında şagirdlərin suallarına cavab 

vermişdir.

 

 

 



 

5 oktyabr 2015 tarixdən etibarən Baku-Oxford 

School  9-10  siniflər  üçün  nəzərdə  tutulmuş 

SAT 


imtahanlarının 

hazırlıq 

kursuna 

başlamışdır.   

Kursların cədvəli belədir: 

Bazar  ertəsi,  Çərşənbə  -  Tənqidi  oxuma  və 

yazma; 

Çərşənbə axşamı, Cümə axşamı – Riyaziyyat.



 

 

 



 

 

 



 

Yuxarı sinif şagirdləri 9 oktyabr 2015 tarixdə 

(cümə)  səs  vermə  yolu  ilə  Tələbə  Şurasında 

siniflərini  təmsil  edən  nümayəndəni  və 

müavini seçmişdirlər və seçkinin nəticələri ilə 

sizi tanış edirəm: 

11-ci sinif  

Şagird Təmsilçisi – Ramina Bağırova 

Müavin – Cəmilə Rzayeva 

10-cu sinif 

Şagird Təmsilçisi – Ayçin Sultan 

Müavin – İbrahim Mirzəyev 

9-cu sinif 

Şagird Təmsilçisi  - Mədinə Kərimova 

Müavin – Dəniz Səfərova 

 

Humanitar  fənlərə  həsr  edilmiş  həftə  ərzində 



11-cilər  yuxarı  sinif  şagirdləri  üçün  “Zamana 

qarşı  sağlam  həyat  tərzi”  mövzusunda 

prezentasiya nümayiş etdirmişdirlər.  

  

Çingiz Əliyev



 

Yuxarı Məktəbin Rəhbəri

 

 

Xaricdə Təhsil 



 

Bir  aydır  ki,  yeni  2015-2016 tədris ilinə start 

vermişik  və  artıq  yuxarı  sinif  şagirdləri  ilə 

karyera 


və 

gələcək 


təhsil 

seçimlərinə 

başlamışıq.    

Bu ilki şagirdlərimiz haqqında danışmamışdan 

əvvəl sizə 2015-ci ilin məzunları haqqında qısa 

məlumat  vermək  istəyirəm.  Keçən  il  20 

şagirdimiz  məktəbdən  məzun  olmuşdur  və 

qürur hissi  ilə  bildirmək  istəyirəm  ki,  onların 

hamısı  müxtəlif  ölkələrin  ali  məktəblərinə 

daxil  olmuşdurlar.  Məzunlarımızın  qəbul 

olduqları ali məktəblərdən üstünlük təşkil edən 

ölkə  İngiltərədir.    Digər  istiqamətlər  İtaliya, 

İsveçrə, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, İran 

və  Azərbaycandır.  Növbəti  cədvəldə  2015-ci 

ilin məzunlarının təhsil aldıqları ölkələrin faiz 

göstəricisini nəzərinizə çatdırıram: 

Birləşmiş Krallıq 

55% 


Türkiyə 

15% 


Azərbaycan 

10% 


İsveçrə 

5% 


İtaliya 

5% 


Birləşmiş 

Ərəb 


Əmirliyi 

5% 


İran 

5% 


 

Məzunlarımızın 

seçdikləri 

istiqamətlər 

Memarlıq,  Biznes,  İqtisadiyyat,  Mühəndislik, 

Beynəlxalq  Münasibətlər,  Tibb,  Siyasət  və 

Psixologiyadır.  

Bu  il  məktəbi  bitirən  şagirdlərimizin  çoxu  ali 

məktəblərə  qəbul  olmaq  üçün  ərizələrini 

yazmağa  başlayıblar.  Müraciət  etməyən 

şagirdlərə  xəbərdarlıq  edirik  ki,  hökmən 

seçimlərini  tamamlayıb  ərizələrə  başlasınlar. 

Yuxarı  sinif  şagirdləri  davamlı  olaraq  Təhsil 

Məsləhətçisi ofisinə məsləhət və kömək almaq 

üçün  gəlməlidirlər.  Onlar,  Bakıda  keçirilən 

təhsil 


yarmarkalarında 

iştirak 


etməli, 

universitet nümayəndələri ilə görüşməli və ali 

məktəblər 

haqqında 

ətraflı 

məlumat 


almalıdırlar.  2015-ci  ilin  payız  aylarında 

Bakıda  keçirilən  təhsil  sərgilərinin  siyahısını 

nəzərinizə çatdırıram:  

 



Azərbaycan 

Beynəlxalq 

Təhsil 

Sərgisi  -  9-11  oktyabr  2015-ci  il  – 



Bakı 

Ekspo 


Mərkəzində 

keçiriləcəkdir 

 

Study 



British 

UK 


Education 

(Britaniyada təhsil) – 10-11 oktyabr 

– Fairmont Hotel Flame Towers 

 



Birləşmiş  Krallıqda  Təhsil  Sərgisi 

(Education  UK  Exhibition)  –  6 

noyabr – Baku Oxford School 

Şagirdlərimizə 

karyera 

müəyyənləşdirilməsində 

və 

gələcək 


təhsillərində  düzgün  seçim  etmək  üçün 

bacardığımız  köməyi  edəcəyik.  Şagirdlərə 

kömək etməkdə bizim əsas məqsədimiz onları 

parlaq 


gələcəyə 

aparan 


düzgün 

yol 


göstərməkdir.  

 

Hörmətlə, 



Aynur Muxtarova 

Xaricdə Təhsil üzrə Məsləhətçi



  

 

 



Səhifə 5

 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə