“Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 10,01 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix15.11.2018
ölçüsü10,01 Mb.
#79842
1   2   3   4   5   6   7   8   9   10   11

Kifayət  qədər  informasiyaya  malik  və  çalışdığı  şirkətin 

onların  qayğısına  qaldığını  hiss  edən  əməkdaş  təşkilatın 

mövqeyini  dəstəkləyəcək.  Bundan  əlavə  informasiya  ilə  təmin 

edilən  əməkdaşlar  şaiyə  yaymayacaq,  böhran  şəraitində  daha 

intensiv çalışmağa başlayacaq.

Əməkdaşlarla  kommunikasiyanın  aşağıda  sadalanan 

növlərinin də böhran zamanı müsbət təsiri ola bilər:

Ümumi yığıncaq. Bu tədbir yeniliklərin bütün kollektivə elan 

edilməsi üçün daha uyğun üsuldur. Bu cür iclasların keçirilməsi 

mövcud  problemin  həlli  üçün  əməkdaşların  güclü 

konsolidasiyasının  yaranmasında  effektiv  nəticənin  əldə 

olunmasına xidmət edir.

Fərdi  görüşlər.  İnformasiya  ayrı-ayrı  əməkdaşlara  aid 

olarkən keçirilir. 

Əməkdaşların  əldə  edə  biləcəkləri  lazımı  informasiyanın 

yerləşdirildiyi daxili portal. 



Memorandum, məktub.

Elan lövhələri.

Video lentə alınmış təqdimatların nümayişi. 

Bundan  əlavə,  təşkilat  əməkdaşları  böhran  zamanı  nə 

danışacağı,  özünü  necə  aparacağı,  mətbuatla  ünsiyyət 

mədəniyyəti barədə təlimatlandırmalıdır. 

31



Böhran zamanı bütünlükdə kommunikasiya prosesinin təhlili 

də  böhrandan  uğurla  çıxmağa  təkan  verən  addımlardandır. 

Verilən  sualların  və  qurum  tərəfindən  verilən  cavabların 

qiymətləndirilməsi  mütləqdir.  Bu,  kommunikasiya  prosesinin 

korrektə edilməsinə imkan verəcək. Ən əsası isə kommunikasiya 

prosesi  hətta  böhran  pik  həddini  arxada  qoysa  belə 

dayandırılmamalıdır.  Bəzən  bir  çox  təşkilatlar  uğurlu 

kommunikasiyadan  sonra  hesab  edirlər  ki,  artıq  ictimaiyyətin 

məlumatlara  ehtiyacı  yoxdur.  Lakin  bu,  kökündən  yanlış 

düşüncədir.  Böhran  zamanı,  habelə  böhrandan  sonra  təşkilat 

üçün  önəmli  olan  hədəf  qrupları  ilə  əlaqənin  saxlanılması 

vacibdir.



Böhranın təhlili

Bank  sektorunda  ictimaiyyətlə  əlaqələrin  qurulması  və 

inkişafından  bəhs  edərkən  ilk  olaraq  qısaca  haşiyə  çıxıb 

“Bank”ın tərifinə nəzər yetirək. İtalyanca “Banko” – “skamya, 

pul  dəyişməsi  üçün  masa”  sözündən  götürülən  bank,  fiziki  və 

hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin 

cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, 

habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-kassa 

əməliyyatlarını məcmu halda həyata keçirən kredit təşkilatıdır. 

Hüquqi status baxımından hüquqi şəxsdir. Bank, pul vəsaitlərinin 

toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata 

keçirilməsi,  müxtəlif  qiymətli  kağızların  buraxılması  və  s. 

funksiyalarını  yerinə  yetirən  iqtisadi  təşkilatlardır.  Bankların 

əsas  vəzifəsi  kreditorlardan  borc  alanlara,  alıcılardan satıcılara 

pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir.

Bank sektorunda ictimaiyyətlə əlaqələr

32



Bank sektorunda ictimaiyyətlə əlaqələr cəmiyyət və maliyyə 

qurumlarının  maraqları,  ənənələrin  təhlili,  proqnozlar  nəzərə 

alınaraq qurulmalıdır. Təyinatı üzrə bank biznesi xidmətin çətin 

növünə  aid  edilir.  Onun  əsasını  və  qanunauyğunluğunu 

anlamayan  ictimaiyyətlə  əlaqələr  mütəxəssisi  ban kın 

ictimaiyyətdəki nüfuzuna zərər vura bilər. 

Bəzən banklar müxtəlif PR aksiyaların keçirilməsi üçün müs-

təqil  PR  şirkətlərin  xidmətlərindən  də  istifadə  edirlər.  Bankın 

özünün  ictimaiyyətlə  əlaqələr  üzrə  departamentinin  (ya  da 

şöbəsinin)  fəaliyyət  göstərməsi  və  ya  müstəqil  PR  şirkətlərin 

xidmətlərindən istifadəsinin üstünlükləri ilə növbəti səhifədəki 

cədvəldə tanış ola bilərsiniz.

33

İctimaiyyətlə əlaqələrə dair



uzunmüddətli proqramın

həyata keçirilməsinə təminat

verir;

müstəqil


informasiyanın

Hadisəyə operativ reaksiya 

vermək imkanı əldə edir

kommunikasiyasında

çarxının

ö

proqramların




Bankların  rifahı  yalnız  effektiv  texnologiya  və  lazımı 

əlaqələrdən asılı deyil, eyni zamanda imic və nüfuzdan da asılıdır. 

İmic  və  nüfuzu  sinonim  və  ya  eynimənalı  sözlər  hesab  etmək 

düzgün  deyil.  İmicin  yaradılması  ictimaiyyətə  bankın 

üstünlüklərinin çatdırılmasıdır; nüfuz isə uzun illərin təcrübəsi, 

faktlar  əsasında  formalaşır.  Müsbət  imicin  formalaşdırılması 

üçün  yalnız  əldə  edilmiş  uğur  deyil,  həmçinin  əldə  ediləcək 

nailiyyətlər,  bankın  gələcəkdə  reallaşdırmağı  nəzərdə  tutduğu 

layihələr, həmçinin bank rəhbərinin ictimai fikirləri və proqressiv 

baxışlarından  istifadə  etmək  olar.  Çünki  reallaşdırılacaq  hər 

hansı  bir  layihə  barədə  ictimaiyyətə  açıqlama  verilərkən  bank 

müsbət  imic  qazanmış  olur.  Beynəlxalq  təcrübədə  bir  çox  PR 

ekspertlər hesab edir ki, imic və nüfuz olmadan bank biznesi ilə 

məşğul olmaq mümkün deyil.

Beynəlxalq  təcrübədə  bankların  müsbət  imicinin  forma-

laşdırılması üçün aşağıdakı tədbirlər həyata keçirilir.

ь

"Business  Development  Days"  –  Biznesin  inkişafı 

günləri kampaniyasının keçirilməsi (əsasən, bank rəhbərliyinin 

müştəri  kontingenti  ilə  əlaqələrin  inkişafına  xidmət  edən 

tədbirdir)

ь

"Bank İmage Audit" - Bankın nüfuzu haqqında ictimai 

rəyin öyrənilməsi üçün “imic təftişi”nin aparılması. 

 

Bank

İmic -Nüfuz

34



Yüklə 10,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə