“Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 10,01 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix15.11.2018
ölçüsü10,01 Mb.
#79842
1   2   3   4   5   6   7   8   9   10   11

bununla  bağlı  geniş  auditoriyanı  da  məlumatlandırmağın 

qayğısına  qalır.  Ona  görə  də  bu  kitabın  ərsəyə  gəlməsinə 

müəllifin  ictimai  missiyası  kimi  də  baxmaq  olar.  O,  piar 

kommunikasiyası sahəsində davamlı müşahidə və araşdırmalar 

aparıb,  informasiyalar  toplayıb,  ictimaiyyətlə  əlaqələrə  dair 

beynəlxalq  təcrübəni  öyrənib  və  əldə  olan  bilikləri 

sistemləşdirərək  bu  kitabda  cəmləyib.  Bu,  əsl  maarifçilik 

missiyasıdır,  insana  mənəvi  zövq  verən  yaradıcılıq  işidir  və 

şübhəsiz  ki,  bu  işin  gerçəkləşməsində  Namiqin  yaradıcılıq 

instinkti əsas rol oynayıb.

Kitabın  əsas  məqsədi  piar  haqqında  mövcud  təsəvvürləri 

genişləndirmək, anlayışın semantik hüdudlarını dərinləşdirmək 

və konkret olaraq bank sektorunda ictimaiyyətlə əlaqələrin necə 

qurulmasını göstərməkdir. Müəllif   “piar nədir?” sualına cavab 

verərkən doğru olaraq göstərir ki, bu, daha çox hansısa təşkilat, 

lider və onun işi haqqında ictimaiyyətdə yaxşı fikir yaratmaqdan, 

müsbət  imic  formalaşdırmaqdan  ibarət  fəaliyyət  növüdür.  Ona 

görə də müasir dövrdə ictimai fəaliyyət və ya biznes sahəsində 

uğur qazanmaq istəyən hər bir təşkilat piar menecerləri vasitəsilə 

özlərini  cəmiyyətə  daha  yaxşı  tanıtmaq  üçün  məqsədyönlü 

fəaliyyət  planı  qurur.  Piar  mütəxəssisi,  ilk  növbədə  insanların 

qəlbinə yol tapmağa çalışır, onların iç dünyasını öyrənir, maraq 

dairələrini  müəyyənləşdirir,  yalnız  bundan  sonra  toplumu 

informasiya  ilə  təmin  edir  və  bununla  da  ictimai  fikrin 

dəyişməsinə nail olurlar.

Deməli,  kommunikasiyanın  ayrıca,  müstəqil  bir  sahəsi  olan 

piar, informasiya vasitəsi ilə insanların idarə edilməsidir. Amma 

iş burasındadır ki, kommunikasiyanın başqa sahələri – təbliğat, 

reklam,  marketinq  və  s.  də  təsir  vasitəsi  kimi  informasiyadan 

istifadə edir. Bəs belə olan halda piarın informasiya ilə işləmə 

tərzi, onun incəliyi başqa kommunikasiya kanallarından nə ilə və 

necə fərqlənir? Müəllif bu incəliyi çox sadə situasiya ilə izah edir: 

əgər kimsə özünü tərifləyərək işə düzəltmək istəyirsə, bu satışdır, 

həmin  adam  bir  nəfərə  deyil,  hədəf  auditoriyasına  özünü 

5



müraciət  edib  onlara  yaxşı  mütəxəssis  kimi  lazım  olduğunu 

deyirsə,  bu  marketinqdir,  yox  əgər  həmin  adam  məqsədyönlü 

şəkildə konkret bir şirkətə məhz onlar üçün gərəkli mütəxəssis 

olduğunu  deyib  öz  üstünlüklərini  tərifləyirsə,  bu  təbliğatdır. 

Piarın isə bütün bunlardan fərqi odur ki, həmin   adam heç kimə 

müraciət etmir, əksinə   şirkət bacarıqlı bir mütəxəssis kimi ona 

müraciət edib işə çağırır, çünki piar incə informasiya yayma tərzi 

ilə həmin şəxsin parlaq obrazını yaradır.

Göründüyü  kimi,  piar  xəbərlərin  məqsədyönlü  şəkildə 

yaradılması və yayılmasıdır. Bax, bu incə məqamı qabartmaqla 

N.Əliyev piarın satış, marketinq, təbliğat, daha çox isə reklamdan 

fərqlərini  göstərir,  onun  özəlliklərini  izah  edir.  Bu  məqamda 

müəllif  istər-istəməz  piar  fəaliyyəti  üçün  vacib  olan  bir  sıra 

suallara  da  cavab  verir,  ictimaiyyətlə  əlaqələrin  qurulmasında 

önəmli amilləri göstərir, kommunikatorların əsas sənədi sayılan 

press-relizdən bəhs edir. Bundan başqa o,   piar tədbirlərinin və 

promo-aksiyaların  formalarından  da  danışır,  böhran  zamanı 

piarın  qurulmasına,  məlumatların  ötürülməsinə,  nüfuzun 

qorunmasına,  böhran  şəraitində  müştərilərlə  münasibətlər 

məsələsinə  xüsusi  diqqət  ayırır.  Müəllif  çox  ciddi  şəkildə 

xəbərdarlıq  edir  ki,  piar  mütəxəssislərinin  fəaliyyəti  adamları 

qıcıqlandıran, yoran, bezdirən tərzdə olmamalıdır. Başqa sözlə 

desək,  N.  Əliyevin  fikrincə,  piar  çox  incə,  ağıllı  şəkildə 

düşünülmüş  ünsiyyət  formasında,  bir  az  da  diplomatcasına 

aparılmalıdır, yəni nəyi, nə vaxt və necə demək lazım olduğunu 

dəqiq  bilmək  lazımdır.  Bax,  bu  məqama  görə  müəllifin  öz 

kitabının adında “Nəyi? Necə? Nə vaxt?” suallarını qabartması 

təsadüf deyildir. 

Vaxtilə  Amerika  milyonçusu  C.  Rokfeller  deyirdi  ki, 

insanlarla ünsiyyət yaratmaq bacarığı elə bir əmtəədir ki, eynən 

qənd, yaxud kofe ala bildiyimiz kimi onu da ala bilərik. Aydın 

məsələdir  ki,  “ünsiyyət  yaratmaq”  deyəndə,  məşhur  milyonçu 

ünsiyyət vasitəsilə idarəetməni nəzərdə tuturdu. Əlinizdəki kitab 

da biz oxuculara bunu təlqin edir ki,   piar, məhz auditoriya ilə     

ünsiyyət   və   bu    ünsiyyət   prosesində   ötürülən     məqsədli 

6



informasiya vasitəsilə idarəetmədir.

Bu  sahədə  yaxşı  nəticəyə  nail  olmaq  üçün  müasir  piar 

texnologiyalarını mənimsəmək çox vacibdir.

İngilis sosioloqu Sem Blek belə hesab edir ki, piar ictimai fikri 

öyrənmək,  konkret  məqsədlər  və  üsullarla  ona  təsir  etmək, 

həqiqətə  və  dolğun  informasiyaya  əsaslanmaqla  ahəngdarlığa 

nail olmaq sənətidir. Buna görə də bəziləri piarı elm, başqaları isə 

korporativ diplomatiya kimi qəbul edir, hətta belə düşünənlər də 

var ki, media qurumları vasitəsilə geniş auditoriyaya təsir etmək, 

hər  hansı  ideya  və  ya  təşkilat  haqqında  ictimaiyyətin  fikrini 

müsbət  istiqamətə  yönəltmək  bu  diplomatiyanın  yalnız  bir 

hissəsidir. 

Piar  işini  yaxşı  bilən  Namiq  Əliyevin  sizlərə  təqdim  etdiyi 

kitab,  məhz  haqqında  söhbət  gedən  ünsiyyət  diplomatiyasının 

incəliklərini öyrənmək üçündür. Müəllif həm öz təcrübəsini saf-

çürük edərək, həm də dünya təcrübəsinin ən yaxşı nümunələrini 

təhlil  süzgəcindən  keçirərək  bu  qənaətə  gəlmişdir  ki,  piar  hər 

hansı  təşkilatla  ictimaiyyət  arasında  xeyirxah  münasibətlər  və 

qarşılıqlı  anlaşma  yaradılmasına  və  bu  münasibətlərin 

saxlanmasına  yönəlmiş  planlı  və  sürəkli  cəhdlərdir.  Həmin 

cəhdlərin uğurla gerçəkləşdirilməsində bu kitabın etibarlı bələdçi 

rolunu oynayacağına əminəm.



Qulu Məhərrəmli 

Filologiya elmləri doktoru, professor

7



Yüklə 10,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə