“Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 10,01 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix15.11.2018
ölçüsü10,01 Mb.
#79842
1   2   3   4   5   6   7   8   9   10   11

Reklam satıcılar və alıcılar arasında kommunikasiya yaradır. 

Bu zaman kommunikasiyanın əsas məqsədi satışdır. Mahiyyətcə 

reklam  qiyabi  ticarət  agentidir.  O,  alıcını  əmtəə  ilə  tanış  edir, 

əmtəənin nə üçün lazım olduğu və digər oxşar əmtəələrdən fərqi 

haqqında məlumat verir və bu yolla onu almaq üçün müştərilərdə 

maraq  yaradır.  Lakin  bu  da  həqiqətdir  ki,  şirkət  və  qurumların 

fəaliyyəti yalnız satışdan ibarət deyil. Əlbəttə ki, reklam vasitəsi 

ilə əmtəə və xidmətləri tərifləmək, fərqini hiss etdirmək olar. Bəs 

ictimai  fikir?  Qalmaqalların  aradan  qaldırılması?  Hədəf 

qruplarının  fikirlərinin  məqsədyönlü  istiqamətə  yönəldilməsi? 

Bu  məsələlərin  həlli  reklamın  çərçivəsinə  sığmır.  Elə  hədəf 

qrupları  var  ki,  onlar  sizin  şirkətin  istehsal  etdiyi  əmtəə  və 

göstərdiyi  xidmətin  istehlakçısı  deyil,  lakin  onların  da  fikir  və 

fəaliyyətləri  birbaşa  olaraq  ictimaiyyət  arasındakı  nüfuzunuza 

təsir edir. Bunlar səhmdarlar, jurnalistlər, bloggerlər və s. hədəf 

qrupları ola bilər. 

Müasir  bazara  xarakterik  olan  daha  bir  xüsusiyyət  isə 

korporativ istehlakçıların “simasızlaşması”dır. Belə ki, əvvəllər 

hər hansı bir əmtəə və xidməti almaq üçün bir və ya bir neçə nəfər 

qərar verirdisə, indi bu dairə genişlənir. Hazırda uğurlu təşkilat və 

şirkətlərin  əksəriyyəti  qərar  qəbul  edərkən  geniş  müzakirələr 

aparır,  məsul  əməkdaşların  hər  birinin,  eləcə  də  digər  maraqlı 

tərəflərin  rəyi  soruşulur.  Bundan  əlavə  bazara  müasir  baxış  bir 

daha  onu  göstərir  ki,  hazırda  bazarların  sərhədləri  hərəkətlidir. 

Beləliklə, təşkilat reklamdan istifadə etməyə bilər, lakin istənilən 

təşkilat  əvvəl-axır  PR-la  məşğul  olmağa  məcburdur.  Çünki  PR 

yalnız  alıcı  və  satıcı  arasındakı  kommunikasiyanı  deyil,  bütün 

kommunikasiyaları  özündə  ehtiva  edir.  PR  daha  geniş  və 

hərtərəfli olmasına görə reklamdan fərqlənir. 

PR reklamdan nə ilə fərqlənir?

11



PR və Reklamın ümumi xüsusiyyətləri və əsas fərqləri

Ümumi xüsusiyyətlər:

ь

Məqsəd auditoriyası



ь

Məlumatvermə

ь

Yayım kanalları



ь

Kreativlik



      Fərqlər:

ь

Reklam ödənişli birtərəfli kommunikasiyadır



ь

PR  təşkilatın  obrazını  yaradır  və  cəmiyyətdə  bu  obrazın 

möhkəmlənməsinə xidmət edir

ь

Reklam  müştərilərin  loyallığını  düşünür,  PR  isə  eyni 



zamanda  şirkətin  pozitiv  nüfuzunun  yaranıb,  qorunmasına 

xidmət edir.

“İctimaiyyət” və “əlaqə” hər birimizin gündəlik həyatımızda 

ən çox rast gəldiyimiz və bizə tanış olan sözlərdir. Lakin müasir 

dövrümüzdə  hər  bir  təşkilatın  nüfuzunun  qorunması  və 

yüksəlməsinin  əsas  sütunlarından  biri  olan  ictimaiyyətlə 

əlaqələrin  necə  ququrulması  haqqında  hər  birimiz  dolğun 

məlumata malikikmi?

İctimaiyyətlə  əlaqələrin  qurulmasına  Avropa  və  Amerikada 

XX  əsrin  əvvəllərindən  önəm  verilməyə  başlanmışdırsa,  bizim 

ölkəmizdə  qurum  və  təşkilatların  ictimaiyyətlə  əlaqələrinin 

yaradılmasının geniş müstəvidə inkişafı son 10 ilə təsadüf edir. 

Maraqlıdır  ki,  son  dövrlər  beynəlxalq  münasibətlərdə, 

ictimaiyyət  arasında    nüfuzun  artması  üçün  bir  çox  dövlət 

orqanlarının ictimaiyyətlə əlaqələrin peşəkarcasına qurulmasına 

xüsusi önəm verildiyinin şahidi oluruq.



İctimaiyyətlə əlaqələrin qurulmasında 

vacib olan amillər

12



Məsələn: Amerika Birləşmiş Ştatlarında dövlət marketinqinə 

və İctimaiyyətlə Əlaqələrə hər il büdcədən 2 milyard dollara ya-

xın vəsait ayrılır. Rusiya hökuməti isə Böyük Səkkizlik sammiti-

nin sədri postunda Rusiyanın effektiv təbliği üçün 2007-ci ildə 

Amerika kommunikasiya şirkəti olan “Ketchum”un hesabına 2 

milyon dollar vəsait köçürüb.

Hər  bir  qurumun  ictimaiyyətə  çatdırmaq  istədiyi  mesajın 

arzuolunan  nəticə  doğurması  məhz  təşkilatın  ictimaiyyətlə 

əlaqələrinin nə dərəcədə effektiv qurulmasının göstəricisidir.

Ümumiyyətlə,  təşkilatın  ictimaiyyətə  çatdırmaq  istədiyi 

mesaj ötürülərkən ilk olaraq planlama, üslub və dəyərləndirməyə 

xüsusi  diqqət  yetirilməlidir.  Gəlin  hər  üç  amilə  ayrı-ayrılıqda 

nəzər salaq:

        Planlama:

·

Problemin  araşdırılması  və  vəziyyətin  qiymətlən-



dirilməsi  (mesajın  verilməsini  vacib  edən  səbəblərin 

müəyyənləşdirilməsi)

·

Mesajı çatdırmaq istədiyimiz hədəf kütləsinin təhlili



·

Dəyərləndirmə  üçün  hədəflərin  və  meyarların 

müəyyənləşdirilməsi

·

Uyğun  media  seçimi  (ənənəvi  KİV,  elektron  KİV,  yeni 



media )

Üslub:

·

Mesajın strategiyasının hazırlanması



·

Mesajın çatdırılma tərzi (press-reliz, müsahibə, bəyanat, 

açıqlama və s.)

Dəyərləndirmə:

·

Yayım vasitələrinə görə test (bunun ən uğurlu yolu media 



monitorinqlərin aparılmasıdır)

Monitorinq zamanı təşkilatın ictimaiyyətə ötürdüyü məlumatın 

yeri  və  vaxtına  da  diqqət  yetirilməlidir.  Bu  məsələdə  əsasən, 

aşağıdakı meyarlara əməl etmək vacibdir:

13



ь

Məqalənin sərlövhəsi;

ь

Qəzetdə  və  ya  informasiya  agentliyində  yerləşdi-



rilməsi: ön, orta və ya son səhifələr

ь

Məqalə və ya press-relizə şəkillərin əlavə edilməsi



Təşkilatın  ictimaiyyətə  reportaj  və  süjet  vasitəsi  ilə  çatdırdığı 

mesajların  TV  proqramın  əvvəli,  davamı  və  ya  sonunda 

yerləşdirilməsi.

14



Yüklə 10,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə