“Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 10,01 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix15.11.2018
ölçüsü10,01 Mb.
#79842
1   2   3   4   5   6   7   8   9   10   11

· 

İnformasiya günün tələbinə uyğun, aktual olmalıdır;

· 

İnformasiya “təzə” olmalıdır;



· 

Press-reliz yalnız bir xəbəri (hadisəni) əks etdirməlidir, 

həmçinin oxunaqlı və aydın dildə yazılmalıdır;

· 

Press-relizin başlığı jurnalistləri informasiyanı oxumağa 



cəlb  edən  hissə  sayılaraq,  maraqlı  və  eyni  zamanda  mümkün 

dərəcədə  qısa  olmalıdır.  Başlıq  kontekstə  uyğun  olmalı  və 

məlumatın mahiyyətini oxuculara xəbər verməlidir;

· 

Press-reliz reklam xarakteri daşımamalıdır.



Press-relizlərin növləri

Press-relizlərin aşağıdakı növləri var:

· 

Press-reliz anons - bu cür press-relizdə baş verəcək hadisə 



haqda informasiya verilir

· 

Press-reliz  xəbər  (news-reliz)  –  bu  cür  press-reliz  artıq 



baş  vermiş  hadisə  haqqında  informasiya  verir.  Bu  press-relizə 

həmçinin  tədbir  və  hadisə  iştirakçılarının  kiçik  şərhləri  və 

mövqelərini də əlavə etmək olar.

· 

İnformasiya press-relizi – bu cür press-reliz isə hələ başa 



çatmamış, davamlı tədbir haqqında məlumatı özündə əks etdirir. 

Bu  press-relizdə  yalnız  tədbirin  gedişatındakı  kiçik  yeniliklər 

haqqında məlumat verilir.

Press-relizin  həcmi  iki  səhifədən  artıq  olmamalı,  oradakı 

informasiya  press-relizin  göndəriləcəyi  ünvanın  tələblərinə 

uyğun  olmalıdır.  Bir  nüansı  da  xüsusi  olaraq  vurğulamaq 

lazımdır  ki,  hədəf  qruplarınızla  kommunikasiyada  savadlı  PR 

mətn sizin uğurunuzun təminatıdır.

ь

PReambula 

ь

     PRoblemlərin həlli

ь

     PRoqmatik

ь

     PRaktik

19



PR - da hər bir təşkilatı ictimai rəylər okeanında üzən yelkənli 

gəmiyə bənzətmək olar. Külək hansı tərəfdən əsə bilər? Və ya 

hansı tərəfə üzmək mümkündür? Münasibətlər varsa bu zaman 

hansı  tərəfə  üzməyə  fikir  vermək  lazımdır  ki,  aysberqə 

toxunmayaq. İctimai rəy – ictimaiyyətin nəyəsə münasibətidir. 

İctimai  rəyi  isə  PR  tədbirlər  zamanı  formalaşdırmaq  olar.  PR 

tədbirlərin aşağıdakı formaları var:

·

informativ 



·

mədəni


·

elmi


·

təhsil


·

bayram


·

xeyriyyəçilik

Bu  formalara  əsasən,  PR  tədbirlər  aşağıdakı  təsnifatlara 

bölünür:


·

Brifinq  - Dövlət  və  kommersiya  təşkilatlarının  rəsmi 

 

şəxslərinin  KİV  nümayəndələri  ilə  görüşünü  nəzərdə  tutan  PR 



aksiyadır.  Bu  aksiyada  yeniliklər  barədə  məlumat  verilir, 

müəyyən  edilmiş  məsələlər  barədə  təşkilatın  fikirləri  ifadə 

olunur. 

·

Press-konfrans  –  Jurnalistlərlə  təşkilat,  şirkət  və 

qurumların  nümayəndələrinin  görüşünün  təşkili.  Press-

konfransın  məqsədi  –  birinci  şəxslərin  dilindən  KİV  nüma-

yəndələrinə  müxtəlif  aspektlərdən  informasiya  və  şərhlərin 

verilməsidir.  Press-konfranslarda  qarşılıqlı  sual-cavab  for-

masında  KİV  nümayəndələri  əvvəlcədən  müəyyənləşdirilmiş 

mövzu  və  ya  qurumun  fəaliyyət  sahəsinə  dair  digər  aktual 

məsələlər barədə  dolğun informasiya ilə təmin edilir. 

·

Press-tur – Region, layihə, təşkilata diqqəti cəlb etmək 

üçün jurnalistlər üçün təşkil edilmiş ekskursiyadır.

PR tədbirlərin və promo-aksiyaların formaları

20



·

Təqdimat - Yeni təşkilatın, şirkətin, layihənin, əmtəənin 

dəvət edilmiş maraqlı tərəflərin əhatəsində rəsmi olaraq təqdim 

edilməsi. Adətən, təqdimatlar reklam-kommersiya məqsədləri ilə 

keçirilir.

·

Sərgi – İqtisadiyyat, elm, texnika, mədəniyyət, incəsənət 

və  ictimai  həyatın  başqa  sahələrində  əldə  edilən  nailiyyətlərin 

göstərilməsini nəzərdə tutan PR aksiyadır.

·

Konfrans  –  Əvvəlcədən  müəyyənləşdirilmiş  mövzu 

əsasında  təşkilatın,  müxtəlif  fəaliyyət  sahəsi  mütəxəssislərinin 

iclası.


·

Şou-marketinq  -  Əmtəə  və  xidmətlərin  tanıtımı  üçün 

reklam-şousu çərçivəsində xüsusi proqramların təşkilini nəzərdə 

tutan  PR  aksiyasıdır.  Bu  aksiya  zamanı  PR-  obyekt  tanınmış 

aktyor, idmançı və siyasətçilərin iştirakı ilə təşkil edilən  konsert 

və şou-proqramlar vasitəsi ilə populyarlaşdırılır.

·

Məhsulun  kino  və  telefilmlərdə,  kliplərdə  yerləş-



dirilməsi – (product placement) Brendin cəmiyyətə inteqrasiyası 

məqsədi  ilə  təşkil  edilən  PR  aksiyadır.  Məsələn:  hər  hansı  bir 

xidmət və məhsulun cəmiyyətə inteqrasiyasını həyata keçirməyə 

zərurət yaranarsa, bu zaman həmin məhsuldan və ya xidmətdən 

istifadəyə dair kadrlar film və ya məşhur müğənnilərin iştirakı ilə 

klipə  salınır.  Lakin  yadda  saxlamalıyıq  ki,  həmin  məhsul  və 

xidmətin  özünü  qabarıq  şəkildə  büruzə  verməməsinə  diqqət 

yetirmək lazımdır; bir-iki kadrla kifayətlənmək olar. 

·

Sponsorluq  –  Fiziki  və  hüquqi  şəxslərə  pul  ödənişi, 

əmlak  təqdimetmə,  xidmət  göstərilməsi  formasında  köməklik 

edilməsi. Bu zaman sponsorun məhsul və xidmətləri sponsorluq 

xidməti göstərilən qurum tərəfindən təbliğ edilir.

·

“Qaynar xətt” - İctimaiyyətlə effektli, ikitərəfli inamlı 

əlaqə vasitəsidir. Qaynar xəttin fəaliyyətə başlamasına dair qəzet 

və  televiziyalarda  məlumat  verilir.  “Qaynar  xətt”  həm 

informasiya  almağa,  həm  də  ictimai  fikri  öyrənməyə  imkan 

yaradır. “Qaynar xətt” 24 saat açıq olmalıdır. Bu zaman zənglər 

qeydə  alınarsa,  hansı  mövzuların  daha  aktual  olduğunu 

müəyyənləşdirmək olar.

21



Yüklə 10,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə