Neyrocərrahiyyə 1 Baş beynin frontopolyar şöbələrinin zədələnmələrində epileptik sindromun xarakteri necə olur?


) Hipofizin şişlərində endokrin-mübadilə pozğunluqlarına nə aid deyil ?



Yüklə 1,44 Mb.
səhifə2/16
tarix24.04.2018
ölçüsü1,44 Mb.
#40075
1   2   3   4   5   6   7   8   9   ...   16

66) Hipofizin şişlərində endokrin-mübadilə pozğunluqlarına nə aid deyil ?
A) İsenko-Kuşinq sindromu

B) Hiperpituitarizm

C) Tireotoksikoz

D) Heç biri

E) Hipoituitarizm
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
67) Kraniofarinqiomada kranioqrafik dəyişikliklərə hansı aid deyil?
A) Platbaziya və ya bazilyar impressiya sindromu

B) Təzyiqdən sümük toxumasının atrofiyası

C) Şişin kirəcləşməsi

D) Hidrosefal – hipertenziya sindromu

E) Bütün sadalananlar
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
68) Kraniofarinqioma əksər hallarda nə vaxt aşkar olunur?
A) 20-30 yaşda

B) 30-50 yaşda

C) 1-3 yaşda

D) Doğulan anda

E) 3-19 yaşda
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
69) Hipofiz şişlərində göz dibində olan dəyişikliklər necə xarakterizə olunur?
A) Görmə sinirlərinin sadə atrofiyası

B) Görmə sinirlərinin durğunluq diskləri

C) Görmə sinirlərinin ikincili atrofiyası

D) Disklərin birtərəfli hiperemiyası

E) Görmə sinirlərinin bir– ikitərəfli sadə atrofiyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
70) Kraniofarinqiomada tez–tez rast gələn klinik əlamətlər hansılardır?
A) Adipozo genitial sindrom

B) Hipofizar nanizm

C) Bütün sadalananlar

D) Görmə pozğunluğu

E) Episindrom, hidrosefaliya
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
71) Kraniofarinqiomanın topoqrafik-anatomik variantlarına aiddir:
A) Suprasellyar

B) Bütün sadalananlar

C) Endosellyar

D) Parasellyar

E) Ventrikulyar
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
72) Kraniofarinqiomanın klinik əlamətlərinə aiddir:

A) Hipofizin endosellyar inkişaflı qeyri sekrotor şişi

B) Hamısı

C) Hipertenziya və hipotalamik əlamətlərin üstünlük təşkil etməsi

D) Suprasellyar inkişaflı və xiazmal sindromlu hipofiz şişi kimi

E) Gicgah payının və alın payı bazal şöbələrinin zədələnməsi kimi


Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
73) Kraniofarinqiomada görmə pozğunluqlarına nə aiddir?
A) Bitemporal hemianopsiya

B) Mərkəzi skotoma

C) Bitemporal və kvadrant hemianosiya

D) Görmə sahələrinin asimmetrik pozulması

E) Kvadrant hemianopsiya
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
74) Kraniofarinqiomada uşaqlarda endokrin-mübadilə pozğunluqlarına nə aiddir?
A) Adipozo-genital sindrom

B) Hipotireoz

C) Şəkərsiz diabet

D) Hamısı düzdür

E) Hipotenizm
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
75) Kraniofarinqiomada böyüklərdə endokrin-mübadilə pozğunluqlarına nə aiddir?
A) Hipotireoz

B) Adipozo-genital sindrom

C) Dismenoreya

D) İmpotensiya

E) Amenoreya
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
76) III mədəciyin xoşxassəli şişlərinə nə aiddir?
A) Kolloid kistalar

B) Qlioma

C) Ependimoma

D) Epidermoidlər

E) Xorioidpapilloma
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
77) III mədəcik dibinin şişlərində endokrin pozğunluqlara nə aid deyil?
A) Qrefe simptomu

B) Adipozo-genital piylənmə

C) Şəkərsiz diabet

D) Karbohidrat və su mübadiləsinin pozulması

E) Cinsiyyət vəzilərinin hipofunksiyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
78) III mədəcik şişlərində oftalmoloji əlamətlər hansılardır?
A) Görmə sinirlərinin ikincili atrofiyası ilə durğunluq diskləri

B) Bütün sadalananlar

C) Görmə sinirlərinin durğunluq diskləri

D) Homonimhemianopsiya

E) Tam və natamam bitemporal hemianopsiya
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
79) III mədəcik yuxarı şöbələrinin şişinin klinik əlamətləri hansılardır?
A) Yayılmış baş ağrıları alın və ənsədə, qusma ola bilər. Durğunluq diskləri,bəzən II-li atrofiya ,başın məcburi vəziyyəti

B) Görmə sahələrinin müxtəlif pozğunluqları

C) Eyforik vəziyyət

D) Cinsiyyət vəzilərinin hipotrofiyası,hipertenziya sindromu

E) Durğunluq diskləri,bəzən II-li atrofiya ,başın məcburi vəziyyəti
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
80) III mədəcik dibinin şişinin klinik əlamətləri hansılardır?
A) Yayılmış baş ağrıları alın və ənsədə, qusma ola bilər

B) Cinsiyyət vəzilərinin hipotrofiyası, hipertenziya sindromu

C) Durğunluq diskləri, bəzən II-li atrofiya, başın məcburi vəziyyəti

D) Durğunluq diskləri, bəzən II-li atrofiya, başın məcburi vəziyyəti

E) Görmə sahələrinin müxtəlif pozğunluqları, eyforik vəziyyət
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
81) Baş beyinin mərkəzi neyrositomaları hansı qrup şişlərə aiddir?
A) Meninqodamar şişlər

B) Neyronal şişlər

C) Neyroektodermal şişlər

D) Heç biri

E) Neyroepidermal şişlər
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
82) Baş beyinin şişləri arasında neyrositomların rast gəlmə tezliyi hansıdır?
A) 1%

B) 2%


C) 4%

D) 3%


E) 5%
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
83) İlk dəfə baş beynin neyrositomasını təsvir edən alim kimdir?
A) Yaşargil

B) Xassun

C) Lillekvist

D) Kuşinq

E) Beyli
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
84) Neyrositomanın differensial diaqnostikası hansı şişlələ aparılır?
A) Kraniofaringioma ilə

B) Xorioidpapilloma

C) Ependimoma

D) Qlial şişlər

E) Oliqodendriqlioma ilə
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
85) Neyrositomalarda nevroloji simptomatika nə ilə bağlıdır?
A) Şişin lokalizasiyası və yayılması ilə

B) Şişin yayılması

C) İnkişafın infiltrativ olması

D) Şişin histobioloji xüsusiyyətləri

E) Şişin lokalizasiyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
86) Neyrositomalarda tipik klinik əlamətlər hansılardır?
A) Endokrin pozğunluqlar

B) Görmə pozğunluqları

C) Psixi pozğunluqlar

D) Kəllədaxili hipertenziya

E) Kəllədaxili hipertenziya və psixi pozğunluqlar
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
87) Neyrositomanın kompüter tomoqrafiya (KT) diaqnostikası nəyi aşkar edir?
A) Yaxşı məhdudlaşmış şiş

B) Əksər hallarda şişin ortada yerləşməsi

C) Heterogen densitivlik

D) Şişin yan mədəciklər nahiyyəsində yerləşməsi

E) Hamısı düzdür
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
88) Neyrositomanın maqnit-rezonans tomoqrafik (MRT) diaqnostikası nəyi aşkar etməyə imkan verir?
A) T2 rejimdə balaca kistaların olması

B) Hamısı düzdür

C) T1 rejimdə izointensiv siqnal

D) T2 rejimdə izo-hiperintensiv siqnal

E) Orta intensivlikdə kontrast güclənmə
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
89) Neyrositomanın rentgenstrukturasının dəqiqləşdirilməsinə nə imkan verir?
A) KT - spektroskopiya

B) KT


C) KT - angioqrafiya

D) KT - kontraslaşma

E) Heç biri
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
90) Neyrositomanın xaric edilməsində cərrahi müdaxilə yolu hansıdır?
A) Subfrontal, suboksipital

B) Bütün sadalananlar

C) Ön transkallez

D) Baxış zonasından transkortikal yol

E) Gicgahaltı
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
91) Neyrositomanın cərrahi müalicəsində ön-transkallez yol nə vaxt aparılır?
A) Zəif hidrosefaliyada neyrositomanın yan mədəciklərin ön buynuzlarında yerləşməsi, III mədəcik və Silvi sukəmərinə yayılmaqla şişin əsasən yan mədəciklərdə yerləşməsi

B) Zəif hidrosefaliyada neyrositomanın yan mədəciklərin ön buynuzlarında yerləşməsi

C) Lateral inkişaf etməklə şişin assimmetrik yerləşməsi

D) Şişin periventrikulyar yayılması

E) III mədəcik və Silvi sukəmərinə yayılmaqla şişin əsasən yan mədəciklərdə yerləşməsi
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
92) Neyrositomanın cərrahi müalicəsində transkortikal transventikulyar yol nə zaman icra edilir?
A) Şişin əsasən arxa lokalizasiyası

B) Lateral inkişaf etməklə şişin assimmetrik yerləşməsi

C) Lateral inkişaf etməklə şişin assimmetrik yerləşməsi, III mədəcik və Silvi sukəmərinə yayılmamaqla şişin əsasən yan mədəciklərdə yerləşməsi

D) III mədəcik və Silvi su kəmərinə yayılmamaqla şişin əsasən yan mədəciklərdə yerləşməsi

E) Ependimaya infiltrasiya edən şişlər
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
93) Neyrositomanın cərrahi müalicəsində kombinəolunmuş yol nə vaxt icra edilir?
A) Lateral inkişaf etməklə şişin assimmetrik yerləşməsi

B) Yan mədəciklərin arxa buynuzlarında yerləşmiş şişlər

C) Lateralizə olunmuş şişlər

D) Şişin periventrikulyar yayılması

E) Şişlərdə böyük assimmetrik kistalrın olması, yan mədəciklərin arxa buynuzlarında yerləşmiş şişlər
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
94) Diaqnozun son patomorfoloji verifikasiyası üçün həlledici müayinə üsulu hansıdır?
A) Biokimyəvi müayinələr

B) Şiş markerlərinin öyrənilməsi

C) İmmunohistoloji müayinə

D) İşıq mikposkopiyası

E) Elektron mikroskopu
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
95) Neyrositomanın xaric edilməsində ən təhlükəli intra və postoperasion fəsad hansıdır?
A) Hamısı düzdür

B) Okkulizion tipli likvo rsirkulyasiyanın pozulması

C) İltihabı dəyişikliklər

D) Qanaxma

E) Şişin qalıqlarına qansızma nəticəsində hematomanın formalaşması
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
96) Neyrositomada angioqrafik müayinə nəyi aşkar etmir?
A) Qidalandırıcı hipertrofiyalaşmış damarları-ön xorioidal və lentikulostrial arteriyanı

B) Venoz axın beyinin daxili venası və Qalen venası hesabına aparılır

C) Yaxşı ifadə olunmuş damar şəbəkəsini

D) Şişin damarsız zonasını

E) Yaxşı ifadə olunmuş damar şəbəkəsini, qidalandırıcı hipertrofiyalaşmış damarları-ön xorioidal və lentikulostrial arteriyanı
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
97) Baş beynin meningiomaları arasında türk yəhərinin meningiomasının rastgəlmə tezliyi hansıdır?
A) 2-4%

B) 14-15%

C) 5-10%

D) 1-2%


E) 10-13%
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
98) Türk yəhəri qabarının meningiomasında tez-tez rast gəlinən başlanğıc görmə pozğunluqları hanslardır?
A) Görmə siniri məməciyində durğunluq

B) Bitemporal hemianopsiya.

C) Görmə siniri məməciyində durğunluq və görmə sinirinin I-li atrofiyası

D) Görmə itiliyinin azalmasında assimmetriya

E) Görmə sinirinin I-li atrofiyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
99) Görmə sinirlərinin və xiazmanın qliomasının əmələgəlmə tezliyi necədir?
A) 1.0-2.5%

B) 10-15%

C) 3.0-5.0%

D) 6-10%


E) 0.8 %
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
100) Görmə sinirinin qliomasında görmə pozğunluqları necə xarakterizə olunur?
A) Əks tərəfdə tədrici anoloji pozğunluqların inkişafı

B) Görmə sahəsinin daralması və görmə sinirinin sadə atrofiyası

C) Görmə itiliyinin zəifləməsi

D) Görmənin ikitərəfli I-li atrofiyası

E) Görmə itiliyinin zəifləməsindən başqa hamısı düzdür
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
101) Xiazmanın qlioması zamanı yaranan görmə pozğunluqlarına hansı aid deyil?
A) Hamısı

B) Simmetrik hemianopsiya

C) Sentral skotoma

D) Parasentral skotoma

E) Bitemporal hemianopsiya tipli görmə sahəsində assimmetrik dəyişikliklər
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
102) Arxa kəllə çuxurunun şişlərində qusma nə ilə əlaqədar deyil?
A) Kəllədaxili təzyiqin qalxması

B) Rombabənzər çuxurun dibinin qıcıqlanması

C) Kəllədaxili təzyiqin düşməsi

D) Arterial təzyiqin qalxması

E) Venoz durğunluq
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
103) Arxa kəllə çuxurunun şişlərində başın məcburi vəziyyəti necədir?
A) Başın arxaya dartılması

B) Bütün sadalananlar

C) Heç biri

D) Önə bükülmə və şiş tərəfə meyllik

E) Şişdən əks tərəfə əyilmə
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
104) Arxa kəllə çuxurunun şişlərində ürək-damar pozğunluqları nə ilə əlaqədardır?
A) X sinirin nüvəsinə şişin təzyiqi

B) Beyin kötüyünə şişin inkişaf etməsi

C) Hamısı düzdür

D) Kəllədaxili hipertenziya

E) Kəskin oklluzion sindrom
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
105) Arxa kəllə çuxurunun şişlərində vegetativ pozğunluqlar nə ilə əlaqədardır?
A) Hamısı düzdür

B) Beyin kötüyünə şişin təzyiq etməsi

C) IV mədəciyin hidrosefaliyası

D) Yan mədəciklərin hidrosefaliyası

E) III mədəciyin hidrosefaliyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
106) Arxa kəllə çuxurunun şişlərində qıcolma sindromu necə xarakterizə olunur?
A) Hamısı düzdür

B) Hamısı səhvdir

C) Klonik qıcolmalarla

D) Tonik qıcolmalarla

E) Klonik-tonik qıcolmalar
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
107) Beyincik yarımkürələrinin şişlərinin inkişafı (tipik klinik əlamətlərin meydana çıxmasına kimi) necə xarakterizə olunur?
A) Ataktik pozğunluqlar

B) Hamısı düzdür

C) Çanaq orqanlarının funksional pozğunluqları

D) İfadə olunmuş kəllədaxili hipertenziya ilə

E) Boyun nahiyəsində ağrılar
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
108) Beyincik soxulcanı şişlərində ümumi beyin əlamətlərinin xarakteri necədir?

A) Stato-kinetik pozğunluqlara paralel meydana çıxır

B) Stato-kinetik pozğunluqlardan sonra meydana çıxır

C) Artmaya meyllidir

D) Statikanın pozulmasını qabaqlayır

E) Stato-kinetik pozğunluqlara paralel meydana çıxır, artmaya meyillidir


Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
109) Yuxarı soxulcanın şişlərində xəstədə nə aşkar olunur?
A) Yuxarı və aşağı baxışın parezi

B) Udmanın pozulması

C) Kənara baxışın parezi

D) Rotator nistaqm

E) Heç biri
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
110) Beyincik şişlərində hansı dislokasiya simptomu müşahidə olunmur?
A) Tənəffüsün pozulması

B) Ürək-damar fəaliyyətinin pozulması

C) Parino sindromu

D) Fovilla simptomu

E) Qertviq –Majandi simptomu
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
111) Beyincik şişlərində hansı görmə simptomları müşahidə olunmur?
A) Binazal hemianopsiya

B) Ambliopiya

C) Görmə itiliyinin enməsi

D) Amavroz

E) Görmə sahəsinin konsentrik daralması
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
112) Beyincik şişlərində ikincili endokrin– mübadilə pozğunluqları nəyin hesabına meydana çıxır?
A) Fronto-pontin əlaqələrin pozulması

B) Limbik sistemin disfunksiyası

C) Retikulyar formasiyanın disfunksiyası

D) Mədəcik sisteminin hidrosefaliyası

E) Vaqal requlyasiyanın disfunksiyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
113) Beyincik hemangioblastoması üçün nə xarakterik deyil?
A) Xəstəliyin uzunmüddətli gedişi

B) Dəqiq alternativ sindromlar

C) İfadə olunmuş sütun pozğunluqları

D) Heç biri

E) Simptomların dəqiq lateralizasiyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
114) IV mədəciyin şişləri necə xarakterizə olunur?
A) Bütün sadalananlar

B) I vegetativ pozğunluqlar

C) Proqredient gediş

D) Bruns sindromunun meydana çıxması

E) Kobud sütun əlamətləri
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
115) IV mədəciyin şişlərində rast gəlinməyən beyin kötüyü əlaməti hansıdır?
A) Çox vaxt Lerebul sindromu olur

B) Tipik olaraq yalnız qusma

C) Başlanğıcda tipik qusma

D) Klinik mənzərədə əsas simptomdur

E) Dejerin-Russi sindromu
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
116) IV mədəciyin şişlərində beyincik əlamətləri ən çox hansı hallarda dəqiq ifadə olunub?
A) Ependimomalarda

B) Bütün sadalananlar

C) Xorioidpapaillomalarda

D) Xorioidkarsinomalarda

E) Ependimoblastomalarda
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
117) IV mədəciyin şişlərində dislokasiya simptomları nəyin hesabına meydana çıxır?
A) Mikrosirkulyasiyanın pozulması

B) Likvorsirkulyasiyanın pozulması və beyin kötüyünün kaudal nahiyələrinə şişin bilavasitə təsiri ilə

C) Beyin kötüyünün kaudal nahiyələrinə şişin bilavasitə təsiri

D) Likvorsirkulyasiyanın pozulması

E) Beyin kötüyünün oral nahiyələrinə şişin bilavasitə təsiri
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
118) IV mədəciyin şişlərində ikincili görmə pozğunluqları necə ifadə olunur?
A) Obnubilyasiyalarla

B) Amavrozla

C) Binazal hemianopsiya

D) Obnubilyasiyalarla və görmə sahəsinin konsentrik daralması

E) Görmə sahəsinin konsentrik daralması
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
119) Körpü-beyincik bucağının şişləri əksər hallarda hansı yaş qrupunda rast gəlinir?
A) Yeniyetmə dövründə

B) İstənilən yaşda

C) Yetkin dövrdə

D) Ahıl yaşda

E) Uşaqlıq dövründə
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
120) Körpü-beyincik bucağının şişlərində ümumi beyin simptomları hansı xarakterdə olur?
A) Hər bir halda əsaslı fərqlənir

B) Hər bir halda var

C) Gecikmiş əlamətdir

D) Gecikmiş əlamətdir, hər bir halda əsaslı fərqlənir

E) Erkən əlamətdir
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
121) Körpü-beyincik bucağının şişlərində VII sinirin zədələnməsi necə xarakterizə olunur?
A) Periferik parezlə

B) Dilin arxa 1/3-də dad hissiyyatının pozulması

C) Üzün 1/2-nin hipesteziyası

D) Bütün sadalananlar

E) Mərkəzi parezlə
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
122) Körpü-beyincik bucağının şişlərində beyin kötüyü əlamətlərinə nə aiddir?
A) Erkən simptom

B) Əsasən kaudal kötük xarakterli

C) Orta beyin lokalizasiyalı xarakter daşıyır

D) Əsasən oral kötük xarakterli

E) Gecikmiş simptom
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
123) Körpü-beyincik bucağının şişlərində beyincik pozğunluqları necə xarakterizə olunur?
A) Erkən əlamətdir

B) Şiş tərəfində

C) Gecikmiş əlamətdir

D) Hər iki tərəfdən

E) Şiş tərəfində, gecikmiş əlamətdir
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
124) Körpü-beyincik bucağının meninqiomalarında onurğa beyni mayesində nə təyin edilir?
A) Yüngül zülal-hüceyrə dissosiasiyası , neytrofil pleositoz

B) İfadə olunmuş zülal-hüceyrə dissosiasiyası

C) Neytrofil pleositoz

D) Yüngül zülal-hüceyrə dissosiasiyası

E) Limfositar pleositoz
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
125) Eşitmə sinirinin nevrinoması gicgah sümüyündə hansı dəyişikliklərə səbəb olur?
A) Daxili qulaq keçəcəyinin dəliyinin daralması

B) Daxili qulaq keçəcəyi dəliyinin genəlməsi

C) Piramidin zirvəsinin osteosklerozu

D) Daxili qulaq keçəcəyi dəliyinin genəlməsi, piramidin zirvəsinin osteosklerozu

E) Piramidin zirvəsinin amputasiyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
126) Eşitmə siniri nevrinomasının oral inkişaf variantının xarakter əlamətləri hansılardır?
A) Daxili yuxu arteriyası kanalı dəliyinin genəlməsi, dilin ön 2/3-də dadın pozulması, piramid əlamətlər

B) Dilin ön 2/3-də hissiyyatın pozulması, spontan horizontal nistaqm, patoloji pəncə əlamətləri,hemihipesteziya

C) Dilin ön 2/3-də hissiyyatın pozulması, piramid əlamətlər

D) Üz sinirinin periferik parezi, spontan vertikal nistaqm, baxışın yuxarı parezi, üzün yarısında ağrılar

E) Disfoniya ,rotator nistaqm,udma refleksinin zəifləməsi
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
127) Eşitmə siniri nevrinomasının kaudal inkişaf variantının xarakter əlamətləri hansıdır?
A) Daxili yuxu arteriyası kanalı dəliyinin genəlməsi

B) Üz sinirinin periferik parezi, spontan vertical nistaqm, baxışın yuxarı məhdudlaşması, üzün yarısında ağrılar

C) Dilin ön 2/3-də hissiyyatın pozulması, piramid əlamətlər

D) Disfoniya, rotator nistaqm, udma refleksinin enməsi

E) Dilin ön 2/3-də hissiyyatın pozulması, spontan horizontal nistaqm, patoloji pəncə əlamətləri, hemihipesteziya
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
128) Eşitmə siniri nevrinomasının medial inkişaf istiqamətinin xarakter əlamətləri hansıdır?
A) Daxili yuxu arteriyası dəliyinin genəlməsi

B) Dilin ön 2/3-də dadın pozulması, piramid əlamətlər

C) Disfoniya, rotator nistaqm, udma refleksinin zəifləməsi

D) Dilin ön 2/3-də dadın pozulması, spontan horizontal nistaqm, patoloji daban əlamətləri, hemihipesteziya

E) Üz sinirinin periferik parezi, spontan vertikal nistaqm, baxışın yuxarı məhdudlaşması, üzün yarısında ağrılar
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
129) Baş beynin silkələnməsi diaqnozu hansı simptomların əsasında qoyulur?
A) Öyümə, baş gicəllənməsi. Sifətə qan axınının güclənməsi, qulaqda küy, zəif meningeal simptom, 10-12 gündən sonra keçici nistaqm

B) Öyümə, baş gicəllənməsi. Sifətə qan axınının güclənməsi, qulaqda küy Davamsız, dəyişkən anizokoriya olması, zəif meningeal simptomu

C) Öyümə, baş gicəllənməsi. Davamsız, dəyişkən anizokoriya olması, zəif meningeal simptom, 10-12 gündən sonra keçici nistaqm

D) Sifətə qan axınının güclənməsi, qulaqda küy. Davamsız, dəyişkən anizokoriya olması, zəif meningeal simptom. 10-12 gündən sonra keçici nistaqm

E) Öyümə, baş gicəllənməsi. Sifətə qan axınının güclənməsi, qulaqda küy Davamsız, dəyişkən anizokoriya olması, 10-12 gündən sonra keçici nistaqm
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
130) Beyin kötüyünün şişləri necə xarakterizə olunur?
A) Əksər hallarda meningiomalar

B) Yetkin yaşda rast gəlinir

C) Əksər hallarda qliomalar

D) Əksər hallarda xolesteatomalar

E) Gənc yaşlarda rast gəlinir, əksər hallarda qliomalar
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə