Neyrocərrahiyyə


) Miastenik kriz zamanı təcili yardım tədbirləri aşağıdakılardan hansından ibarətdir?



Yüklə 1,25 Mb.
səhifə14/17
tarix20.09.2017
ölçüsü1,25 Mb.
#1014
1   ...   9   10   11   12   13   14   15   16   17

806) Miastenik kriz zamanı təcili yardım tədbirləri aşağıdakılardan hansından ibarətdir?
A) Vitamin B6 500 mq venadaxili yeridilməsi, hemodez köçürülməsi

B) Atropin – 0,1 ml və prozerin – 1,0 ml venadaxili yeridilməsi, hemodez köçürülməsi, effekt əldə etmədikdə – plazmoforez

C) Prozerin 0,05% - 1,0 ml venadaxili, sonra isə əlavə olaraq həmin preparatın 2,0-3,0 ml həcmində əzələdaxili yeridilməsi, effekt əldə etmədikdə - traxeyanın intubasiyası və ASV

D) Atropin 0,1% - 1,0, prednizolon 60 mq və kalsium xlorid 10% - 10,0 venadaxili yeridilməsi

E) Prednizolon 60-90 mq, vitamin B6 – 500 mq, prozerin – 2,-3,0 ml venadaxili yeridilməsi, köməkçi üsül kimi – ASV
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
807) Ağ ciyərlərin bədxassəli şişlərinin kimyəvi terapiyası zamanı «şiş prosesinin stabilizasiyası» dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?
A) Yeni ocaqların olmaması şərti ilə şişin ilkin ölçülərinin saxlanılması

B) Şiş prosesinin yeni ocaqları müəyyən olunursa belə şişin həcminin 50%-dan çox kiçilməsi

C) Yeni ocaqların olmaması şərti ilə şişin həcminin 25%-dək kiçilməsi

D) Yeni ocaqların olmaması şərti ilə şişin həcminin 50%-dək kiçilməsi və ya 25%-dək böyüməsi

E) Şişin yeni ocaqlarının mövcud olmaması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
808) Ağ ciyərin metastatik şişləri arasında kimyəvi müalicəyə ən yüksək rezistentlik göstərən hansı şişlərin metastazlarıdır?
A) Süd vəzisinin xərçəngi

B) Mədə xərçəngi

C) Ağ ciyərin kiçik hüceyrəli xərçənginin metastazları

D) Xorionepiteliomalar

E) Seminomalar
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
809) Floranın həssaslığı barəsində laborator göstəricilər olmadıqda ağ ciyərin qanqrenası və qanqrenoz abseslərinin müalicəsində seçim preparatlar hansılardır?
A) Gentamisin, kanamisin, tetrasiklin

B) Klindomisin, sulfanilamidlər, rondomisin

C) Ftorxinolonlar, amfenikol, makrolidlər, siprofloksasin

D) Nitrofuranlar, vankomisin, eritromisin

E) Xloramfenikol, sefalosporinlər, amikasin, metronidazol
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
810) Ağ ciyərlərin iltihabi prosesin kəskin fazası və intoksikasiya olduqda seçim immun preparatı aşağıdakılardan hansıdır?
A) Pirogenal, zimozan

B) Levamizol, prodiqiozan

C) Taktivin, timalin

D) Interferon, qammaferon

E) Hiperimmun plazma, qamma-qlobulin
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
811) Travmatik asfiksiyanın klinik təzahürünün inkişafının əsası nədir?
A) Qarnın və ya döş qəfəsinin güclü sıxılması nəticəsində yuxarı boş vena sistemində təzyiqin kəskin artması və qanaxınının pozulması

B) Döş qəfəsinin və diafraqmanın sıxılması nəticəsində bronxlarda və alveollarda təzyiqin kəskin artması

C) Döş qəfəsinin sıxılması nəticəsində ağ ciyər arteriyası sistemində təzyiqin kəskin artması

D) Döş qəfəsinin sıxılması nəticəsində kiçik qan dövranı sistemində təzyiqin kəskin artması

E) Döş qəfəsinin və diafraqmanın sıxılması nəticəsində bronxlarda təzyiqin kəskin artması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
812) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?
A) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası

B) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş qəfəsinin USM-i

C) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i

D) Torakoskopiya və laparoskopiya

E) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
813) Diafraqmanın küt travmatik zədələnmələri (cırılmaları) zamanı əksər hallarda hansı hallar müşahidə olunur?
A) Bel nahiyəsində diafraqmanın qopması

B) Vətər hissəsinin əzələ hissəsindən ayrılması

C) Sol tərəfdə vətər hissəsinin cırılmaları

D) Sağ tərəfdə vətər hissəsinin cırılmaları

E) Diafraqmanın döş hissəsinin qopması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
814) Ağ ciyərin odlu silah (güllə) yarasının tipik xüsusiyyəti hansılardır?
A) Geniş yara kanalının, böyük nekroz zonasının və kiçik molekulyar sirkələnmə zonasının olması

B) Kiçik yara kanalının, geniş nekroz və geniş molekulyar sirkələnmə zonalarının olması

C) Geniş yara kanalının, kiçik nekroz zonasının və böyük molekulyar sirkələnmə zonasının olması

D) Kiçik yara kanalının, geniş nekroz və kiçik molekulyar sirkələnmə zonalarının olması

E) Kiçik yara kanalının, kiçik nekroz və geniş molekulyar sirkələnmə zonalarının olması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
815) Daxili döş limfatik düyünlərinin kazeoz nekrozu zamanı ən radikal müalicə üsulu hansıdır?
A) Limfonodulotomiya və ya limfonodulektomiya əməliyyatı

B) Ən böyük limfatik düyünlərin punksiyası, kazeozun evakuasiyası və vərəməleyhi preparatların yeridilməsi

C) Mediastinoskopiya əməliyyatı, limfatik düyünlərin punksiyası və kazeozun evakuasiyası

D) Vərəməleyhi preparatların endolimfatik yeridilməsi

E) Limfatik düyünlərə vərəməleyhi preparatların yeridilməsi ilə transbronxial punksiya və limfotrop terapiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
816) Prosesin patogenezinə əsaslanaraq ağ ciyərin ocaqlı vərəmində seçim əməliyyatı hansıdır?
A) Ağ ciyərin tipik seqmentar və biseqmentar rezeksiyası

B) Mediastinal limfonodulektomiya ilə aparılan lobektomiya

C) Lobektomiya

D) Ağ ciyərin atipik rezeksiyası

E) Plevrolobektomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
817) Kazeoz pnevmoniyaya görə əməliyyat olunmuş xəstələrdə ən çox rast gəlinən ağırlaşma hansıdır?
A) Ürək-ağ ciyər çatmamazlığı

B) Pnevmoniya

C) Bronxoplevral fistula və plevranın empiyeması

D) Irinli mediastinit

E) Ağ ciyər arteriyasının tromboemboliyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
818) Ağ ciyərin tuberkulomasına görə əməliyyat olunmuş xəstələrdə residiv əleyhinə aparılan antibakterial müalicəyə neçə kimyəvi preparat daxil edilməlidir?
A) 3

B) 5


C) 1

D) 4


E) 2
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
819) Ağ ciyərin qanqrenoz absesinin xüsusiyyəti aşağıdakılardan hansıdır?
A) Yalnız 6-cı seqmentdə lokalizasiyası

B) Nekrotik proseslərin üstünlük təşkil etməsi və boşluqda sekvestrin olması

C) Çoxsaylı kiçik ölçülü boşluqların yaranması ilə sürətlə inkişaf edən destruktiv proseslər

D) Qram mənfi mikrofloranın daha çox olması

E) Yalnız bazal seqmentlərdə lokalizasiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
820) Ağ ciyərin kəskin və xroniki absesləri zamanı seçim əməliyyatlar qruppu hansısıdır?
A) İkietaplı plevropulmonektomiyalar

B) Pulmonektomiyalar və plevropulmonektomiyalar

C) Absestomiyalar və pnevmotomiyalar

D) Lob- və bilobektomiyalar, kombinəolunmuş lobektomiyalar, plevrolobektomiyalar

E) Seqmentar, biseqmentar, kombinə olunmuş və poliseqmentar rezeksiyalar, o cümlədən plevrektomiya aparılmaqla
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
821) Ağ ciyərin qanqrenasına görə aparılmış pulmonektomiyadan sonra ilkin 3-5 sutkalarda antibiotiklərin hansı yeridilmə üsuluna daha çox üstünlük verilməlidir?
A) Endobronxial və endolimfatik

B) Intraplevral və endobronxial

C) Endolimfatik və əzələdaxili

D) Əzələdaxili və venadaxili

E) Venadaxili və plevradaxili
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
822) Ağ ciyərin qanqrenası zamanı əməliyyatdan sonrakı ölüm faizi nə qədər təşkil edir?
A) 7%-dən aşağı

B) 28% - 35%

C) 50% - dən yuxarı

D) 50%


E) 7% - 10%
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
823) Hansı prosesin müşahidəsi rast gəlinən xəstəliklər şişönü hesab edilir?
A) Atrofiya halları ilə toxumaların trofikasının pozulması

B) Epitelin proliferasiya və metaplaziyası

C) Epitelial qatın alterasiya prosesləri

D) Epitelin displaziyası

E) Epitelial hüceyrələrin stratifikasiyasının pozulması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
824) Penkost simptomokompleksinə hansı zədələnmələr daxildir?
A) 1-ci qabırğa, simpatik kötük, bazu kələfi

B) 1-ci qabırğa, körpücükaltı vena, bazu kələfi

C) 1-ci qabırğa, simpatik kötük, körpücükaltı vena

D) Simpatik kötük, qayıdan sinir, bazu kələfi

E) Simpatik kötük, körpücükaltı vena, bazu kələfi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
825) Ağ ciyərin metastatik şişləri arasında hansı orqanların metastazları daha çox rast gəlinir?
A) Uşaqlığın, yumurtalıqların xorionepiteliomaları

B) Böyrəyin, yumurtalığın, sidik kisəsinin xərçəngi

C) Süd, qalxanvari və prostat vəzlərinin xərçəngi

D) Qida borusunun xərçəngi, dərinin melanoması

E) Mədənin, düz və çənbər bağırsağın xərçəngi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
826) Bronxların və traxeyanın inkişaf qüsurlarının arasında cərrahi müalicə baxımından hansılar daha böyük praktiki əhəmiyyət kəsb edirlər?
A) Traxeal ağ ciyər, traxeyanın və bronxların divertikulları

B) Vilyams-Kempbel sindromu

C) Traxeyanın atreziyası, ikili traxeya, traxeyanın trifurkasiyası

D) Anadan gəlmə stenozlar, traxeal bronx, ekspirator kollaps, anadan gəlmə traxeya-qida borusu fistulası

E) Munye-Kun sindromu
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
827) Traxeyanın «pəncərə tipli» defektlərinin cərrahi müalicəsinin başlıca və hələ də texniki olaraq həll edilməmiş problemləri hansılardır?
A) Əksər hallarda traxeyanın bifurkasiya şöbəsinin rezeksiyasının aparılması məcburiyyəti

B) Traxeyanın plastikasının texniki çətinlikləri

C) Əməliyyatın anestezioloji təminatının çətinlikləri

D) Traxeyanın plastikası sahəsinin plevranın empiyemasından etibarlı izolyasiyasının texniki çətinlikləri

E) Çapıq və aralılıq divarının dəyişilmiş topoqrafiyası şəraitində traxeyanın mobilizasiyasının texniki çətinlikləri
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
828) Traxeyanın fenestrasiyası nədir?
A) Traxeyanın inkişaf qüsuru – traxeyanın boyun hissəsində qığırdaq yarımdairələri sahəsinin anadan gəlmə olmaması

B) Terminal xroniki traxeostomiya əməliyyatının sinonimi

C) Traxeyanın ön divarının oval kəsilməsindən və fonasiyanı yaxşılaşdırmaq məqsədi ilə dəri loskutlarının (klapanların) formalaşmasından ibarət olan daimi (xroniki) traxeostomiya variantı

D) Traxeostoma yaradılması məqsədi ilə üzükvari qığırdağın ön səthinin ləğv edilməsi

E) Traxeyanın ön divarında dairəvi pəncərənin kəsilib götürülməsindən ibarət olan xroniki traxeostomiya variantı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
829) Bronxlarda yad cisimlərin olduğu təqdirdə cərrahi əməliyyat hansı həcmdə icra oluna bilər?
A) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası, ağ ciyərin rezeksiyası

B) Bronxotomiya

C) Bronxun sirkulyar rezeksiyası, ağ ciyərin rezeksiyası

D) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası

E) Bronxotomiya, ağ ciyərin rezeksiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
830) Döşdaxili zob münasibəti ilə icra olunan əməliyyatlar zamanı ən nadir hallarda istifadə olunan kəsik hansıdır?
A) Boyun (suprasternal)

B) Milton üsulu ilə sternotomiya

C) Qabırğarası torakotomiya (ön, ön-yan)

D) Kombinəedilmiş (boyun-qabırğaarası)

E) Ren üsulu ilə sternotomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
831) Timoma münasibəti ilə xəstələrin cərrahi müalicəsinə əks-göstərişlər hansılardır?
A) Timomanın yuxarı boş və solbazu-kəllə venalarına sirayət etməsi, hətta məhdud sahədə olsa belə

B) Paramediastinal plevrit

C) Xüsusi farmpreparatlara və əməliyyatönü şüa terapiyasına tolerant olan miasteniyanın ağır formaları

D) Şişin perikarda sirayət etməsi

E) Diafraqmal və qayıdan sinirlərin parezi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
832) Kəskin irinli mediastinit zamanı aralıq divarının açılması üçün hansı üsüllar istifadə edilə bilər?
A) Ön-yan torakotomiya

B) Nasilov kəsiyi, Dobromıslov üsulu ilə arxa torakotomiya, Razumovski üsulu ilə boyun mediastinotomiyası

C) Kombinəolunmuş torakotomiya variantları

D) Total orta sternotomiya

E) Stemmer üsulu ilə sternotomiya və Daniels kəsiyi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
833) Ezofaqoqastroskopiya zamanı qida borusunun perforasiyası baş verdikdə gösətəriş nədir?
A) Yalnız dinamik müşahidə

B) Yalnız konservativ terapiya

C) Təcili cərrahi müdaxilə: aralıq divarının açılması, qida borusu defektinin tikilməsi, aralıq divarının drenə edilməsi, nazoqastral zondun və ya qastrostomiyanın qoyulması

D) Nazoqastral zond, intensiv konservativ terapiya (antibakterial, infuzion), aralıq divarının, plevral boşluqların kontrolu

E) Qastrostomiya, intensiv konservativ terapiya (antibakterial, infuzion), aralıq divarının, plevral boşluqların kontrolu
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
834) Əməliyyatdan sonrakı mediastinitin diaqnostikasının optimal müayinə metodları hansılar hesab olunur?
A) Rentgenoterapiya + Ezofaqoqrafiya + Ultrasəs müayinəsi

B) Rentgenoqrafiya + mediastinoskopiya + torakoskopiya

C) Kompyuter tomoqrafiya + ezofaqoskopiya + mediastinoskopiya

D) Rentgenoqrafiya + Ultrasəs müayinəsi + Kompyuter tomoqrafiya

E) Rentgenoskopiya + ezofaqoskopiya + bronxoskopiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
835) Ağ ciyərlərin rezeksiyası zamanı daimi qalıq plevral boşluğun formalaşması hansı müddətə yekunlaşır?
A) Əməliyyatdan 21-28 gün sonra

B) Əməliyyatdan 5-10 gün sonra

C) Əməliyyatdan 3-5 gün sonra

D) Əməliyyatdan 10-21 gün sonra

E) Əməliyyatdan 28-40 gün sonra
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
836) Əməliyyatdan sonrakı intraplevral qanaxma zamanı hansı templi davam edən qanaxma təcili retorakotomiyaya göstərişdir?
A) 0,2 – 0,3 litr/saatda, 2-3 saat ərzində aparılan hemostatik konservativ tədbirlərin effekti və müsbət dinamika olmadıqda

B) 0,3 – 0,4 litr/saatda

C) 0,5 litr/saatda və daha templi

D) 0,2 – 0,3 litr/saatda

E) 0,5 litr/saatda və qanın laxtalanmasının pozğunluğu haqda göstəricilər olmadıqda
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
837) Rezeksiya olunmuş sağ ağ ciyərin seqmentlərinin patoloji dislokasiyasının ən çox müşahidə olunan variantı hansıdır?
A) 7-ci seqmentin xarici kostodiafraqmal sinusa yerdəyişməsi

B) 6-cı seqmentin plevral boşluğun kümbəzinə yerdəyişməsi

C) 8-ci seqmentin arxa kostodiafraqmal sinusa yerdəyişməsi

D) 6-cı seqmentin arxa kostodiafraqmal sinusa yerdəyişməsi

E) Orta payın plevral boşluğun kümbəzinə yerdəyişməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
838) Şəkərli diabet fonunda ağ ciyərin vərəmi ilə olan xəstələrdə cərrahi müdaxilənin aparılması zamanı nə vacibdir ?
A) Sadə insulinin dozasını endirmək

B) Insulinin sutkalıq dozasını artırmaq

C) Xəstənin müalicəsini mütləq adekvat dozalanmış sadə insulinə keçirmək

D) Sadə insulinin və peroral hipoqlikemik preparatların kombinə olunmasını təyin etmək

E) Dyurant preparatlara keçməklə insulinin dozasını endirmək
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
839) Asperqilommalar adətən harada inkişaf edirlər?
A) Bronxoektazlarda

B) Uzun müddət təzahür edən boşluqlarda

C) Ağ ciyərin intakt zonalarında

D) Yalnız anadan gəlmə sistlərdə

E) Yalnız vərəm kavernalarında
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
840) Ağ ciyərin vərəmi ilə müştərək rast gəlinən ağ ciyərin inkişafı qüsürları ilə olan xəstələrdə adətən hansı cərrahi müdaxilələr icra olunur?
A) Seqmentar rezeksiyalar

B) Kollapsocərrahi müdaxilələr

C) Boşluqların drenə edilməsi

D) Kaverna üzərində yerli əməliyyatlar

E) Lobektomiyalar və pulmonektomiyalar
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
841) QİÇS zamanı ağ ciyərlərin zədələnməlirinin ən çox rast gəlinən variantı olan pnevmoniyanın törədicisi hansıdır?
A) Legionella

B) Pnevmosist

C) Kandida növündən olan göbələk

D) Sitomeqalovirus

E) Göy-yaşıl irin çöpləri
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
842) Qlomusektomiya əməliyyatı zamanı kəsik harada aparılır?
A) Boynun dilaltı-körpücük üçbucağında

B) Boynun dilaltı-traxeal uçbucağında

C) Piroqov üçbucağında

D) Boynun yuxu üçbucağında

E) Boynun orta üçbucağında
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
843) Boyun nahiyəsindəki irinli proseslər döş boşluğuna necə keçir?
A) Böyük arterial və venoz damarlar boyunca

B) Boyun fassiyaları boyunca

C) Qida borusu boyunca

D) Traxeya boyunca

E) Döş sümüyünün arxa səthi boyunca
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
844) Sol qayıdan sinirin əməliyyatdan sonra travmasının ən xarakterik klinik simptomu hansıdır?
A) Klod Bernar-Qorner simptomu

B) Larinqospazm

C) Anizokoriya

D) Səsin karlaşması

E) Bronxospazm
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
845) Adətən diafraqmanın kümbəzinin normal yerləşməsi hansı səviyyədədir?
A) Sağda 7-ci qabırğa, solda 6-cı qabırğa

B) Sağda 4-cü qabırğa, solda 5-ci qabırğa

C) Sağda və solda 6-cı qabırğa

D) Sağda 5-ci qabırğa, solda 4-cü qabırğa

E) Sağda və solda 4 qabırğa
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
846) Ağ ciyər arteriyalarının başlanğıc şöbələri necə yerləşib?
A) Metaperikardial

B) Mezoperikardial

C) Ekstraperikardial

D) Izoperikardial

E) Intraperikardial
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
847) Brunner və Dubasov üsulu ilə torakotomiya nəyə aiddir?
A) Yan torakotomiya variantına

B) Bilateral torakotomiya variantına

C) Ön-yan torakotomiya variantına

D) Sternotomiya variantına

E) Arxa-yan torakotomiya variantına
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
848) Delorma əməliyyatı nədən ibarətdir?
A) Ağ ciyərin dekortikasiyasından

B) Plevropulmonektomiyadan

C) Emipiyema boşluğunun fenestrasiyasından

D) Plevrektomiyadan

E) Empiyema boşluğunun miotorakoplastikasından
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
849) Klassen üsulu ilə ağ ciyərin açıq biopsiyası hansıdır?
A) Standart qabırğaarası torakotomiya və dəyişilmiş sahələrin rezeksiyası

B) «Kiçik» torakotomiya və ağ ciyərin kənar rezeksiyası

C) «Kiçik» torakotomiya və ağ ciyərin gözlə görünən dəyişilmiş sahələrinin rezeksiyası

D) Videotorakoskopiya və aciyərin dəyişilmiş hissələrinin apparat vasitəsi ilə rezeksiyası

E) Standart torakotomiya və ağ ciyərin pazvari rezeksiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
850) Ağ ciyərin kombinəolunmuş seqmentar rezeksiyası hansıdır?
A) Ağ ciyərin müxtəlif paylarından iki və daha çox seqmentlərin kəsilib götürülməsi

B) Atipik rezeksiya ilə birgə aparılan seqmentar rezeksiya

C) Şüa terapiyası kursundan sonra aparılmış seqmentar rezeksiya

D) Eyni zamanda hər iki tərəfdə aparılan seqmentar rezeksiya

E) Hər hansı bir tamamlayıcı əməliyyatla aparılan seqmentar rezeksiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
851) Ağ ciyərlərdə patologiyanın pay və seqmentar lokalizasiyasını dəqiqləşdirmək üçün mütləq müayinə üsulu hansıdır?
A) Döş qəfəsi orqanlarının yan proyeksiyada rentgenoqrafiyası

B) Zonoqramma

C) Döş qəfəsi orqanlarının icmal rentgenoqrafiyası

D) Döş qəfəsi orqanlarının laterpozisiyada rentgenoqrafiyası

E) Döş qəfəsi orqanlarının polipozision rentgenskopiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
852) Eyni endoskopik kabinetdə hansı prosedurları icra etmək olar?
A) Bronxoskopiya, qastroskopiya, kolonoskopiya

B) Bronxoskopiya, qastroskopiya, sistoskopiya

C) Bronxoskopiya, qastroskopiya, histeroskopiya

D) Bronxoskopiya

E) Bronxoskopiya və qastroskopiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
853) Poliklinika şəraitində bronxoskopik müayinənin istənilən növünün aparılması hansı halda mümkündür?
A) Endoskopik kabinet reanimasion vasitələrlə təchiz olunubsa

B) Yerli keyləşdirmə ilə fibrobronxoskopiya olunursa

C) Xəstəyə əvvəllər də belə müayinə aparıbsa

D) Poliklinka istənilən profili stasionar nəzdində yerləşirsə

E) Profili koykalar olmaqla («bir günlük stasionar» tipli) anesteziologiya və reanimasiya xidməti olduqda
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
854) Fibrobronxoskopiyaya əks-göstəriş hansıdır?
A) Əsas bronxda yad cismin olması

B) Profuz ağ ciyər qanaxması

C) Diffuz irinli bronxit

D) Bronxların infiltrativ-xoralı vərəmi

E) Ağ ciyərin mərkəzi xərçəngi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
855) Ventilyasion radioqrafiya nəyi qiymətləndirməyə imkan verir?
A) Ağ ciyər parenximasının şöbələrinin ventilyasiyada iştirakını

B) Alveolyar-kapilyar membranından qazların mübadiləsinin xarakterini

C) Ağ ciyərlərdə qan axınının parametrlərini

D) Ağ ciyər daxili və ağ ciyər xarici şuntların mövcudluğunu

E) Ağ ciyərin damar sahəsinin ümumi mənzərəsini
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə