Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun bir sıra şöbələri yaranıb müəyyənləşmişdir



Yüklə 22,56 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü22,56 Kb.
#82050
  1   2
ses ve fonem


GİRİŞ
Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun bir sıra şöbələri yaranıb müəyyənləşmişdir.

Dilin səs sistemindən bəhs edən dilçilik şöbəsi Fonetika adlanır. Fonetika dilçiliyin ən çox işlənmiş sahələrindəndir. Fonetika termini yunan mənşəlidir. Yunan dilində fone (phone) səs deməkdir. Bu sözdən yaranmış fonetika isə danışıq səsinə məxsus olan təlim anlayışını bildirir. Fonetikanın mövzusu danışıq səsləri olduğundan dilin səs sistemini müəyyənləşdirmək , fonem və fonem variantlarının akustik-fizioloji xüsusiyyətlərini öyrənib geniş fizioloji xarakteristikasını vermək, fonetik qanunların, hadisələrin mahiyyətini aydınlaşdırmaq onun başlıca vəzifəsidir. Fonetikanin yaranma ve inkişaf tarixi çox qədimdir. Fonetika anlayışı hələ eradan əvvəl hind dilçiliyində təşşəkkül tapmışdır.Qədim hindlilər dini abidələrin dilinə muraciət edərkən fonetika hadisələrinə biganə qalmamışlar.

Fonetikanın dilçilikdə əhəmiyyəti böyükdür. Belə ki, hər hansı bir dilin qrammatik quruluşunu yaxşı mənimsəmiş bir adam əgər səsləri düzgün tələffüz etmirsə, onun orfoepik normalarını pozursa, nitqi anlaşılmaz olar. Bu səbəbdən hər hansı bir dili öyrənərkən onun səs sistemindən başlamaq lazımdır. Dilin qrammatikasını da öyrənərkən də fonetikadan istifadə olunur. Sintaksisdə fonetik vasitələrin, fonetik ritmin əhəmiyyətli dərəcə də rol oynadığını da bura əlavə etsək, dilin səs sistemini öyrənməyin nə qədər lazımlı olduğunu asanlıqla başa düşmək olar.

Fonetika yalnız insan səslərini, ictimai ünsiyyət elementi olan səsləri öyrənir. Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səslərini öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.

A.Axundova görə Fonologiya (Fonetika) dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur.Başqa sözlə,o, nitq səslərini söz və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin,səs birləşmələrinin və prosodic vasitələrin semioloji relevantliğini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiyanın vahidi fonemdir.Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur.O,söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Muasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühüm problemlərdən biridir.Təxminən yarım əsrlik tədqiqat tarixinə malik olsa da bu problem istər bizdə,istərsə də xaricdə dilçilərin diqqət mərkəzində durmuş,saysız-hesabsız tədqiqatların mövzusu olmuşdur.Dilçiliyin yeni tədqiqat üsulu kimi meydana çıxan və artıq qısa,lakin zəngin bir inkişaf yolu keçən strukturalizm,birinci növbədə,məhz fonem nəzəriyyəsi əsasında formalaşmiş və öz tədqiqat metodlarını dilçiliyin başqa sahələrinə də tətbiq etməyə başlamışdır.Müasir dövrdə istər Praqa funksional dilçiliyi,istər Danimarka qlossematikası,istərsə də Amerika deskriptiv dilçiliyi formalarında təzahur edən strukturalizmdə,istərsə də boyük inkişaf yoluna malik olan və dillərin tədqiqində böyük müvəffəqiyyətlər qazanmış ənənəvi dilçilikdə fonem oz layiqli yerini tutan mühüm məsələlərdən biridir. Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır.İndi işlənən mənada fonem məsələsini ilk dəfə o, dilçiliyə gətirmiş və onun ilk izahını vermişdir.Boduen fonemi ilk dəfə etimoloji-morfoloji bir hadisə kimi izah etmişdir ki,bu fikir də onun şagirdi N.V.Kruşevski tərəfindən inkişaf etdirilmişdir. “Morfemin komponentləri kimi fonemin bir fonemdə ”səs haqqında ümumi anlayışda” birləşən səslərin çoxcəhətliliyinin,fonemlərin dəyişmələri(divergensiya) və əvəzlənmələrinin(alternasiyanın) əsas məsələləri bu alimlər(xüsusən Boduen de Kurtene)tərəfindən işlənmişdir.Boduenin psixoloji izahatının qəbul oluna bilməməsinə baxmayaraq, onun linqvistik təhlilləri fonologiyanın mohkəm bünövrəsini qoymuşdur. Fonemin ilk tədqiqatçisi Boduen 1917-ci ildə çap olunmuş “Введение в языкознание”(Dilçiliyə giriş) adlı əsərində yazmışdır:”Biz psixikamızda mövcud olan səsin anlayışını,yəni təlləfüz əməlinin eyni zamanlı mürəkkəb kompleksini və bundan alınan təəssüratı fonem adlandıracağıq.”

Deməli Dilçiliyin şöbələrindən biri olan Fonetika özüdə məzmunca geniş və çoxsahəlidir. Müstəqil işin davamında Fonetikanın əhatə etdiyi sahələr daha ətraflı qeyd edilmişdir.


Yüklə 22,56 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə