Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun bir sıra şöbələri yaranıb müəyyənləşmişdir



Yüklə 48,61 Kb.
tarix17.10.2017
ölçüsü48,61 Kb.
#5200

GİRİŞ
Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun bir sıra şöbələri yaranıb müəyyənləşmişdir.

Dilin səs sistemindən bəhs edən dilçilik şöbəsi Fonetika adlanır. Fonetika dilçiliyin ən çox işlənmiş sahələrindəndir. Fonetika termini yunan mənşəlidir. Yunan dilində fone (phone) səs deməkdir. Bu sözdən yaranmış fonetika isə danışıq səsinə məxsus olan təlim anlayışını bildirir. Fonetikanın mövzusu danışıq səsləri olduğundan dilin səs sistemini müəyyənləşdirmək , fonem və fonem variantlarının akustik-fizioloji xüsusiyyətlərini öyrənib geniş fizioloji xarakteristikasını vermək, fonetik qanunların, hadisələrin mahiyyətini aydınlaşdırmaq onun başlıca vəzifəsidir. Fonetikanin yaranma ve inkişaf tarixi çox qədimdir. Fonetika anlayışı hələ eradan əvvəl hind dilçiliyində təşşəkkül tapmışdır.Qədim hindlilər dini abidələrin dilinə muraciət edərkən fonetika hadisələrinə biganə qalmamışlar.

Fonetikanın dilçilikdə əhəmiyyəti böyükdür. Belə ki, hər hansı bir dilin qrammatik quruluşunu yaxşı mənimsəmiş bir adam əgər səsləri düzgün tələffüz etmirsə, onun orfoepik normalarını pozursa, nitqi anlaşılmaz olar. Bu səbəbdən hər hansı bir dili öyrənərkən onun səs sistemindən başlamaq lazımdır. Dilin qrammatikasını da öyrənərkən də fonetikadan istifadə olunur. Sintaksisdə fonetik vasitələrin, fonetik ritmin əhəmiyyətli dərəcə də rol oynadığını da bura əlavə etsək, dilin səs sistemini öyrənməyin nə qədər lazımlı olduğunu asanlıqla başa düşmək olar.

Fonetika yalnız insan səslərini, ictimai ünsiyyət elementi olan səsləri öyrənir. Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səslərini öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.

A.Axundova görə Fonologiya (Fonetika) dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur.Başqa sözlə,o, nitq səslərini söz və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin,səs birləşmələrinin və prosodic vasitələrin semioloji relevantliğini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiyanın vahidi fonemdir.Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur.O,söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Muasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühüm problemlərdən biridir.Təxminən yarım əsrlik tədqiqat tarixinə malik olsa da bu problem istər bizdə,istərsə də xaricdə dilçilərin diqqət mərkəzində durmuş,saysız-hesabsız tədqiqatların mövzusu olmuşdur.Dilçiliyin yeni tədqiqat üsulu kimi meydana çıxan və artıq qısa,lakin zəngin bir inkişaf yolu keçən strukturalizm,birinci növbədə,məhz fonem nəzəriyyəsi əsasında formalaşmiş və öz tədqiqat metodlarını dilçiliyin başqa sahələrinə də tətbiq etməyə başlamışdır.Müasir dövrdə istər Praqa funksional dilçiliyi,istər Danimarka qlossematikası,istərsə də Amerika deskriptiv dilçiliyi formalarında təzahur edən strukturalizmdə,istərsə də boyük inkişaf yoluna malik olan və dillərin tədqiqində böyük müvəffəqiyyətlər qazanmış ənənəvi dilçilikdə fonem oz layiqli yerini tutan mühüm məsələlərdən biridir. Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır.İndi işlənən mənada fonem məsələsini ilk dəfə o, dilçiliyə gətirmiş və onun ilk izahını vermişdir.Boduen fonemi ilk dəfə etimoloji-morfoloji bir hadisə kimi izah etmişdir ki,bu fikir də onun şagirdi N.V.Kruşevski tərəfindən inkişaf etdirilmişdir.”Morfemin komponentləri kimi fonemin bir fonemdə ”səs haqqında ümumi anlayışda” birləşən səslərin çoxcəhətliliyinin,fonemlərin dəyişmələri(divergensiya) və əvəzlənmələrinin(alternasiyanın) əsas məsələləri bu alimlər(xüsusən Boduen de Kurtene)tərəfindən işlənmişdir.Boduenin psixoloji izahatının qəbul oluna bilməməsinə baxmayaraq, onun linqvistik təhlilləri fonologiyanın mohkəm bünövrəsini qoymuşdur. Fonemin ilk tədqiqatçisi Boduen 1917-ci ildə çap olunmuş “Введение в языкознание”(Dilçiliyə giriş) adlı əsərində yazmışdır:”Biz psixikamızda mövcud olan səsin anlayışını,yəni təlləfüz əməlinin eyni zamanlı mürəkkəb kompleksini və bundan alınan təəssüratı fonem adlandıracağıq.”

Deməli Dilçiliyin şöbələrindən biri olan Fonetika özüdə məzmunca geniş və çoxsahəlidir. Müstəqil işin davamında Fonetikanın əhatə etdiyi sahələr daha ətraflı qeyd edilmişdir.




Səs və Fonem anlayışı

Danışıq səsləri və fonem anlayışlarının bir –birindən fərqli və oxşar cəhətləri, onların ayrı –ayrılıqda dildə oynadığı rol və təzahür formaları, fonem anlayışının konkret izahına dair dünya dilçiliyində çox müxtəlif fikirlər irəli sürülmüşdür. Bu sahədə Boduen de Kurtene, L.V.Şerba, A.A.Reformatskinin fikirləri daha maraqlı elmi nəticələr vermişdir.

Şerba ilk dəfə olaraq fonemin əsl real təbiətini açmağa nail olmuşdur. O, göstərir ki, canlı danışıqda tələffüz olunan müxtəlif cür səslərdən fərqli olaraq fonem mənaları fərqləndirmələrə xidmət edir.

Həqiqətən danışıq səsləri öz funksiyasına görə dildə 2 şəkildə özünü göstərir:



  • Səs variantları şəklində

  • Fonem şəklində

Bütün dünya dillərində buna rast gəlmək olar. Danışıq səsi dedikdə danışıq prosesində təzahür edən sait və samit səslərin fonem variantları nəzərdə tutulur. Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.

Lakin bunlar dilin leksik və qrammatik quruluşunda aparıcı rol oynamır. Məsələn, Azərbaycan dilində səadət, həyat, alim, aygün, yaşayış və s sözlərin tərkibində tələffüz edilən a saiti, fizioloji –akustik cəhətdən müxtəlif cür tələffüz olunur.Dilin Fonetik sistemində mövcud olan bütün sait və samitlərin bu cür keyfiyyətdə müxtəlif variantları mövcuddur. Bu dil hadisəsi digər dillərdə də ,ərəb ,fars, rus, fransız, alman və s. aydın şəkildə özünü göstərir.

Danışıqda iştirak edən səslərin bir qismi isə dildə sırf leksik və qrammatik məna yaratmağa xidmət edir. Bu cür danışıq səsləri dilçilikdə fonem adlanır. Məsələn;


  1. atam –adam, yaşat –yarat ; 2) dəftəri –dəftərə, evim –evin və s.

Azərbaycan dilindən misal gətirdiyimiz bu sözlərin birinci qrupunda ancaq bir səsi dəyişməklə (t-d, ş-r) başqa mənalı leksik vahid yaranır. İkinci qrup sözlərdə isə sözün tərkibində bir səsi dəyişməklə(i-ə, m-n) başqa mənalı leksik vahid deyil, müxtəlif qrammatik mənalar yaranır.

Evim -1 şəxs mənsubiyyəti

Evin -2 şəxs mənsubiyyəti

Dildə mövcud olan səs variantlarının hamısı əlifbada öz əksini tapmır. Lakin bütün fonemlər isə əlifbada, yazıda əks olunur.

Fonemlərin əlamətlərindən danışarkən Ə.M.Dəmirçizadə Moskva fonoloji məktəbinin konsepsiyasını qəbul edir, buna görə də o Fonemin əlamətlərini aşağıdakı kimi göstərir:

1.Fonem dilin müstəqil bir həlqəsidir



  1. Fonem sözdən ayrı deyil,ancaq söz daxilində olan mənalı dil vahididir.

  2. Fonem dilin məna yaradan ən kiçik vahididir.

  3. Fonemlər sistemi hər bir dilin məxsusi əlamətlərinə görə müəyyənləşir.

  4. Bir Fonem 1, 2 hətta 3 səsdən ibarət ola bilər.

  5. Sözdən, ifadədən və bir sıra amillərdən asılı olaraq bir fonem digər fonem çalarlığında işləndikdə yeni bir fonem formalaşması mümkündür.

  6. Fonemlər silsiləsi qarşılıqlı cütlükdən ibarətdir.

Ümumiyyətlə dildə fonem sisteminin öyrənilməsi əsas problemlərdən biri kimi meydana çıxır, həmdə dilin fonemlər sistemi onun mənşəyinin tədqiqində mühüm rol oynayır. Fonem nəzəriyyəsi qısa tarixə malik olduğuna görə,müxtəlif illər ərzində müxtəlif şəklində izah olunmuş və hal-hazırda nəinki müxtəlif xalqların dilçilyində,hər hansı bir milli dilçilikdə ,hətta eyni bir dilin mütəxəssislərinin, eyni bir dilçiliyin də müxtəlif şəkillərdə izah olunmaqdadır.

HECA
Dildə heca ən mürəkkəb fonetik vahidlərdəndir.Dilçilikdə heca haqqında müxtəlif baxışlar mövcuddur. Bunların içərisində ən obyekiv mülahizə budur ki, heca danışıq nitqində ən kiçik fasilələrlə ayrılan fonetik vahiddir.Hər bir hecanın tərkibindəki səslərdən biri yüksək tonla tələffüz olunur. Həmin səs heca əmələ gətirən səs hesab olunur.Dillərin əksəriyyətində heca saitlərin iştirakı ilə əmələ gəlir. Belə ki sözdə neçə sait varsa o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz .Lakin dünyanın bir çox dillərində samitlərlə də (l,m,p,y) heca əmələ gəlir.

Heca haqqında çox deyilmiş,çox da yazılmışdır. Dilçilikdə heca haqqında çoxlu nəzəriyyələr vardır. Məsələn, Ekspirator nəzəriyyəsi, hecanın sonor nəzəriyyəsi, əzələ gərginliyi nəzəriyyəsi və s.

Ekspirator nəzəriyyəsi hecanı bir nəfəsvermə zamanı tələffüz edilən səs birləşməsi hesab edir.Bu nəzəriyyə çoxlu tənqidə məruz qalmışdır.Lakin amerikalı alim Stetsonun fəaliyyəti sayəsində yenidən dirçəlmişdir.O, heca tərkibində saitin olmasını labüd hesab edir.

Hecanın sonor nəzəriyyəsinin əsasını O.Cespersonqoymuşdur. O belə hesab edir ki, heca daha çox səslənənin az səslənənlə birləşməsi deməkdir.O, heca tərkibi üçün saitin varlığını qəbul etmir.

Əzələ gərginliyi nəzəriyyəsinin ən görkəmli nümayəndəsi L.V.Şerbadır. Bu nəzəriyyə hecanı bir əzələ gərginləşməsi zamanı tələffüz edilən fonetik vahid hesab edir. Hər bir əzələ gərginliyi impulsu 3 hissədən ibarətdir:


  • Gərginliyin güclənməsi

  • ən yüksək nöqtəsi

  • əzələnin zəifləməsi.

Bu nəzəriyyəyə görə vurğunun da hecalanmada rolu var.

Azərbaycan dilçiliyində həmişə ekspirator nəzəriyyəsi əsas götürülmüşdür.

Sözdə nə qədər sait səs varsa, bir o qədər də heca olur:
Məs.: ya-şıl-laş-dı-rıl-mış.

Bu sözdə 6 sait səs olduğu üçün 6 heca vardır. Bundan başqa,

bir neçə hecalı sözləri də göstərmək olar: Məs.: qu-ru-cu-luq-la-rın,

can-fə-şan-lıq-la-rın.

Dilçilikdə hecanın quruluşun təsvir etmək üçün burda V və C işarələrindən istifadə olunur. V işarəsi latınca sait (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.
Azərbaycan dilində sözlərimizin 6 heca quruluşu vardır:
1. V: (o), (i)+nək = inək, (a)+na = ana 2. VC: (on), (or)+(ta) = orta, (ar)+tıq = artıq 3. VCC: (alt), (üst) 4. CV: (nə), (bu), o+dun+(çu) = odunçu 5. CVC: (daş), (qar)+(maq) = qarmaq, ar+(tıq) = artıq 6. CVCC: (bərk), (dörd), (dinc)
Dilimizdə başqa dillərdən keçən sözlərin bir qismində CCVC, CCVCC, CCV, CCVCCC və s. Heca quruluşuda vardır, məsələn: (plan), (sport), (pro)+fes+sor = professor və s.
Samitlə başlanan heca örtülü, sayitlə başlanan heca örtüsüz adlanır:
Örtülü heca: CV, CVC, CVCC, CCV, CCVCC Örtüsüz heca: V, VC, VCC
Azərbaycan dilində hecanın aşağıdakı növləri vardır.

1. Sadə heca - tək bir saitdən ibarət olub nə özündən əvvəl, nə də özündən sonra samitlə birləşir. Məs: o-xu, a-ta, a-na. Bu sözlərdəki birinci sait sadə hesab olunur.

2. Açıq heca: Əgər heca saitlə qurtararsa, belə heca açıq hesab olunur. Məs: ba-ba, nə-nə, xa-la, bi-bi və s.

3. Qapalı heca - samitlə qurtaran heca qapalı hesab olunur.

Məs qar-daş, baş, əl, ət, üz və s.

4. Hecaların örtülü və örtüsüzlüyü isə onların samitlə başlanması ilə bağlıdır. Samitlə başlayan heca örtülüdür. (məs: bi-li-rəm,), saitlə başlayan heca isə örtüsüz hesab olunur (məs; at, ot, ət) və s.

5. Azərbaycan dilində çoxhecalı sözlərə, habelə çoxfonominli - çox səsli hecalara az təsadüf edilir. .

Məs; şpris, ilyaj, çariz, Marks, kənd, qənd və s. bu kimi çoxsəsli sözlər bir hecadan ibarət olub dilimizə gəlmə sözlərdi.

Heca bölgüsündə də dünya dillərində fərqli cəhətlər özünü göstərir.Məsələn, Azəbaycan dilində qoşa samitli sözlərdə heca bölgüsü qoşa samitlərin arasına düşür. Məsələn:qüs-sə,bən-na,tə-sər-rü-fat,saq-qal,baq-qal,mü-əl-lim və s. Ancaq rus,fransız dillərində qoşa samitlər heca bölgüsündə bir hecanın tərkibində qalır .Məsələn:Rus dilində a-kter,o-kno,pa-tron və s.
Çox vaxt saitlərlə samitləri fərqləndirərkən əsas əlamətlərdən biri kimi, onların heca əmələ gətirməsi qabiliyyəti nəzərdə tutulur.Bir hecadan ibarət olan sözlərdə, əlbəttə,heca əmələgətirmə funksiyasını sait yerinə yetirir.Bəzi hallarda samit səslər də heca əmələ gətirə bilir.Məsələn: alman dilində çox hecalı sözlərdə (m,b,n) sonorları sait düşməsi nəticəsində heca əmələ gətirir.

VURĞU


Dil vahidlərindən olan səsin, hecanın və ya sözün tələffüz prosesində daha qabarıq nəzərə çatdırılması üçün onların qüvvətli, yüksək tonla səslənməsi Vurğu adlanır. Məşhur rus alimi Trubetskoy haqlı olaraq səsin tonundan qeyri-bərabər şəkildə istifadə edir .Dünya dillərinin bir qismində, məsələn, çex, latın, macar dillərində vurğu bir qayda olaraq sözün ilk hecalarına düşür. Türk dillərinin əksəriyyətində, Avropa dillərindən fransız dilində vurğu əsasən sözün sonuncu hecasına düşür.Dilçilikdə müxtəlif prinsiplərinə görə vurğu növləri göstərilir. Bunlardan biri obyektə görə vurğu növləridir: a)HECA VURĞUSU, b)SÖZ VURĞUSU, c)İBARƏ VURĞUSU.Heca vurğusu bir söz daxilində bir hecanın o birinə nisbətən qüvvətli tələffüzünə deyilir.Söz vurğusu bütövlükdə bir sözün yüksək tonla tələffüzünə deyilir. Belə halda eyni bir sözdə həm heca vurğusu, həm də söz vurğusu birləşir.İbarə vurğusu müəyyən bir ibarəni daha qabarıq nəzərə çatdırılması zamanı istifadə olunan fonetik vasitəyə deyilir. Bunlardan başqa, dilçilikdə vurğunun işlənmə yerinə görə də iki növü var: sərbəst vurğu, sabit vurğu.Elə dillər var ki, orada vurğu sabit şəkildə özünü göstərir.Yəni vurğu bir qayda olaraq ya sözün ilk hecasında, ya da son hecasında işlənir. Elə dillər də vardır ki, sözdə vurğu müxtəlif hecalar üzərinə düşür.Məsələn, rus dilində sərbəst vurğu geniş yayılmışdır. Azərbaycan dilində vurğu, əsasən, söz sonundakı heca üzərində olur.Rus dilində müxtəlif hecaya düşür. Rus, fars və başqa dillərdə vurğu sözün mənasını dəyişir. Məntiqi vurğu isə cümlədə hər hansı sözü xüsusi tonla nəzərə çatdırmaq üçündür. Məsələn: Mən dünən Günayı gördüm, yəni başqası yox, mən dünən Günayı görmüşəm. Mən dünən Günayı gördüm, yəni mən iki gün əvvəl deyil, məhz dünən Günayı görmüşəm. Mən dünən Günayı gördüm, yəni mən dünən başqasını yox, məhz Günayı görmüşəm və s.

Azərbaycan dilində vurğunun yeri sabitdir, o son hecanın üzərinə düşür. Məsələn; Azərbaycan, yaşamaq, qapıçı, dəmirçi və s. Bəzi alınma sözlərdə vurğu sözün əvvəlki hecasının üstünə düşür. Məsələn; opera, sola, Çexov, Tula, Korpus, ekspert və s.

Türk mənşəli sözlərdə vurğu əsasən sözün son hecasına düşür. Məs: sarı', danla', danışıq', Eldəni'z və s. İstisna olaraq vurğusu əvvələ düşən əsl Azərbaycan sözləri də var:

Azərbaycan dilində vurğunun yeri sabitdir, o son hecanın üzərinə düşür. Məsələn; Azərbaycan, yaşamaq, qapıçı, dəmirçi və s.

Bəzi alınma sözlərdə vurğu sözün əvvəlki hecasının üstünə düşür. Məsələn; opera, sola, Çexov, Tula, Korpus, ekspert və s.

Deməli, sözdə bir hecanın başqalarına nisbətən yüksək, ifadəsinə vurğu deyilir.

Vurğulu heca isə üzərinə vurğu düşən, yəni yüksək ifadə olunan heca deməkdir. Azərbaycan dilində vurğu çox zaman sözlərin son hecasının üzərinə düşür. Buna görə də bir çox şəkilçisi qəbul etdikdə vurğu şəkilçinin üzərinə düşür.

Məs: oxu-oxuyur, bil-bilər, çalış-çalışqan, yaxşı-yaxşılıq, hörmət,

hörmətcil və s.

Onu da qeyd etmək lazımdır ki, söz kökünə artırılan hər bir şəkilçinin üzərinə vurğu düşmür. Azərbaycan dilində bir sıra şəkİlçilər vardır ki, onlar heç bir zaman vurğu qəbul etmir.

İntonasiya
İntonasiya tonlar məcmusu, melodika, ritmomelodikadır.Əgər geniş mənada yanaşsaq, intonasiya cümlənin fonologiyasıdır. İntonasiya cümlənin quruluşundan, danışanın nitqinə münasibətindən, cümlə qurulma məqsədindən və s. Bu kimi melodik komplekslərdən ibarət mürəkkəb anlayışdır.Danışan situasiyadan, qurduğu cümlənin xarakterindən asılı olaraq öz nitqinin tempini, surətini, intensivliyini öz məqsədinə muvafiq sürətdə tənzimləyir ki, bu tənzimləmə intonasiyanı yaradır.Ə.Dəmirçizadə intonasiyanı avazlanma adlandırır.Avazlanmadan danışarkən onun arzu, xahiş, əmr-hökm, sual-təəccüb, təsdiq-xəbər, şübhə-kinayə, sadalama, həmcins avazlanma,qarşılaşdırma və s.növlərini göstərir. Əlbəttə, bu, intonasiyanın bütün növləri deyil.İntonasiyanın yüksələn, alçalan ikizirvəli, ikiüzvlü, çağırış, məntiqi və s. növlərini əlavə etmək olar. Nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu və s. kimi hadisələrin məcmusuna intonasiya deyilir.
İntonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, sadə və mürəkkəb cümlələrin, habelə tabesizlik və tabelilik əlaqələrinin şərtləndirilməsinə xidmət edir. Həmçinin məntiqi vurğunun, ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır. İntonasiya danışanın məqsədi, istək və arzuları ilə əlaqədar olduğundan, modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyalarını fərqləndirirlər. Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir İntonasiyanın bəzi növlərinə nəzər salaq:
Əmr intonasiyası: Bahar- Onda salamat qal!

Həyəcan intonasiyası:Bahar- Mahmud!


Sual intonasiyası:Nə deyirsən?
Sadalama intonasiyası: Mahmud: - Xeyr,olmaz!
Həmcins üzvlərin bölüşdörmə intonasiyası: Mahmud: Yox, yox , yox! Bir az sakit ol, mənim yuxum gəlir, yatacağam. Bəyin getməyinə bir saat qalır.(Ə.H)


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT


Azərbaycan dilində

  1. Afad Qurbanov . Ümumi Dilçilik ( 1 cild), Bakı 2004.

  2. Adil Babayev . Dilçiliyə Giriş, Maarif , Bakı 1992

  3. Ağamusa Axundov Dilçiliyə Giriş

  4. Adil Babayev Azərbaycan dili və nitq mədəniyyəti, Bakı 2008.

  5. Ə.Dəmirçizadə Müasir Azərbaycan dilinin fonetikası, Bakı 1960.





Yüklə 48,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə