Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

 

İnqilabdan  əvvəl ayrı-ayrı ziyalıların və  mədəniyyət xadimlərinin vaxtaşırı 

məşğul olduğu  bədii tərcümə Azərbaycanda Sovet hakimiyyətinin  qələbəsindən 

sonra  ümumxalq, ümumdövlət işinin vacib tərkib hissələrindən birinə çevrilmişdir.   

Xalqlarımızın  bir–birini öyrənməsində,  ədəbi–mədəni  əlaqələrin  inkişafında, 

qarşılıqlı təsir yolu ilə  zənginləşməsində  bədii tərcümənin  rolunu və əhəmiyyətini  

yüksək qiymətləndirən Azərbaycan yazıçıları bu sahədə çox böyük  nailiyyət  əldə 

etmişlər. 

 

 

Radişşev – “Peterburqdan Moskvaya səyahət”, Puşkin – “Yevgeni Onegin”, 



Gertsen  - “Kimdir müqəssir?”, Lermontov – “Zəmanəmizin qəhrəmanı”, Ostrovski – 

bütün məşhur dramları, Qoqol – “Ölü canlar”, Krılov – “Təmsillər”, Qonçarov – 

“Oblomov”, Qriboyedov – “Ağıldan bəla”, Dostoyevski – “Cinayət və  cəza”,  

Çernışevski – “Nə etməli?”, Lev Tolstoy – “Anna Karenina”, “Dirilmə”, “Hərb və 

sülh”, A.Tolstoy “Əzablı yollarla”, M. Qorki – “Ana”, “Klim Samginin həyatı”,  

Furmanov – “Çapayev”, Mayakovski  - “Lenin”, N.  Ostrovski – “Polad necə 

bərkidi”, Fedin – “Qəribə yay”, Yesenin – “Şerlər və poemalar”, Fadayev – “Gənc 

qvardiya”, Şoloxov  - “Oyanmış torpaq”, “Sakit don”, S. Smirnov – “Brest qalası”: 

digər qardaş xalqların  klassik və müasir ədəbiyyatından: T. Şevçenko,  İ. Franko, 

L.Ukrainka, O. Qonçar, A. Korneyçuk, P. Brovka, A. İsaakyan, O. Tumanyan, X. 

Abovyan, A.  Şirvanzadə, Çarens, S. Kaputikyan, G. Emin, Ş. Rustavelli, İ. 

Çavçavadze,  A.Sereteli, N. Barataşvili,  İ. Abaşidze, Abay, M. Əvazov, Nəvai, 

Zülfiyyə, Ş Rəşidov, E.Vilde, Yan Raynis, Mejelaytis,  Çingiz Aytamatov,Musa Cəlil 

və    Rəsul Həmzətovun: ingilis ədəbiyyatından:  Şekspir, Bayron, Kiplinq, D.Defo,  

Konan Doyl və Mayn Ridin: Amerika  ədədbiyyatından: Mark Tven, Cek London, 

Drayzer və Heminqueyin: Alman ədəbiyyatından: Hote, Heyne, Şiller, L. 

Feyxtvanger və Remarkın: italyan ədəbiyyatından: C. Bokaço,  Dante və 

Covanyollinin: fransız ədəbiyyatından: Rable, Hüqo, Balzak,  Didro,  Zolya, Stendal,  

Flober, Bualo, Barbus və  başqalarının  müxtəlif kitabları, seçilmiş əsərləri, ayrı – ayrı 

xalqların onlarca nəsr,  şer və folklor  antologiyaları, nəhayət,  yüzlərlə digər 

kitablar... Ümumi həcmin varaqlarilə ölçülən, qiyməti isə ölçüyə gəlməz  bir xəzinə! 

 

Bir zamanlar  nəşriyatlarımız bu görkəmli sənətkarların tək–tək  əsərlərini 



Azərbaycan  dilində buraxmaqla kifayətlənirdilər. Lakin indi SSRi və dünya xalqları 

ədəbiyyatları nümayəndələrinin  çoxcildlikləri  tərcümə  və  nəşriyyat  işimizin  

normalarından birinə  çevrilməkdədir. Puşkin  əsərlərinin  altıcildliyi,  Şoloxov 

əsərlərinin səkkizcildliyi,  Taqor əsərlərinin səkkizcildliyi, Qaydar əsərlərinin  

dördcildliyi, Qorki  əsərlərinin  on beş cildliyi, habelə çoxlu  ikicildliklər dediyimizə 

sübutdur. Rus dilindən azərbaycancaya  tərcümə olunmuş    əsərlərin yalnız  

biblioqrafiyası  üçün  böyük bir kitab tərtib etmək  lazım gələrdi (belə bir kitab tərtib 

etməyin də  vaxtə  gəlib çatmışdır).  Biz  mənzərəni təqribi də olsa  canlandırmaq 

məqsədilə  müxtəsər bir siyahı    verməklə kifayətləndik. Lakin müxtəsər  siyahının  

 

4




özü də bu  sahədə görülən işlərə ümumi, elmi–tənqidi nəzər salmağa və ondan bəzi 

əməli nəticələr çıxarmağa əsas verir. 

 

Hər  şeydən  əvvəl  diqqəti cəlb edən budur ki, Sovet  hakimiyyəti illərində 



dilimizdə çap edilmiş tərcümə əsərlərinin sayı və həcmi ədəbiyyatımızın bütün  tarixi 

boyu çap  edilmiş    tərcümələrin sayından və  həcmindən  qat–qat artıq olub,  milli 

mədəniyyətlərin və ədəbiyyatların inkişafına partiyamızın  göstərdiyi böyük qayğının  

qiymətli təzahürlərindən biridir.  Biz,  dünya  mədəniyyəti  xəzinəsinin  parlaq 

incilərinə  tərcümə vasitəsilə ölkəmizin  digər xalqlarına nisbətən daha əvvəl, geniş 

miqyasda  və yüksək səviyyədə sahib olmuş rus xalqına, onun qüdrətli dilinə 

minnətdarıq ki,  həmin xəzinənin  eyni hüquqlu varisləri olmaqla bizə  bu dərəcədə 

əzəmi  kömək edir!  Qeyd etmək xoş və fərəhlidir ki,  Dostoyevski romanlarına xas 

olan mürəkkəb və ziddiyyətli  insan psixologiyası, Lev Tolstoy yaradıcılığındakı 

zəngin həyat lövhələri, tarixi vüsət,  Çexov hekayələrinin lakonizmi, inqilab carçısı 

Mayakovskinin poetik nidaları, Yeseninin  rus  təbiətinin  ən səmimi təsviri üçün  

tapıb zərifliklə işlətdiyi  təkrarsız boyalar ana dilimizdə müvəffəqiyyətlə səslənir.Belə 

böyük bir sərvətin Azərbaycan dilində yenidən canlanması  təkcə  ədəbiyyatımızın,  

estetik  sərvətlər xəzinəmizin deyil,  dilimizin özünün də xeyli inkişaf edib 

büllurlaşmasına, onun lüğət tərkibinin zənginləşməsinə səbəb olmuşdur.  

 

“Literaturnaya qazeta” (12 iyul 1972 – ci il) səhifələrində    bədii tərcümə 



məsələlərinə dair  müzakirələrdə  tərcüməçi və tərcümə nəzəriyyəçisi  Y. Ryaşentsev 

“Ən yaxşı    tərcümə  nədir?” sualına belə  cavab vermişdir: “Əgər  ikinci dildə 

yaradılan  əsər  oxucuda orijinalın oyatdığı təəsüratla maksimum dərəcədə yaxın təsir 

oyada bilirsə, onu  ideal tərcümə hesab etmək olar”.  Onun opponenti – V. Koptilov 

isə    təəsüratı  tərcümə  işində yeganə meyar kimi  qəbul etməyin  əleyhinə  çıxaraq, 

ədəbi  əsərin “ideya – bədii  strukturasını” müqabil dildə canlandırmağı    əsl  bədii  

tərcümənin meyarı hesab edir. Bədii tərcümə sahəsində sovet realist  tərcümə 

məktəbinin  on illərdən bəri davam edib gəlmiş çox qiymətli təcrübəyə  və mütərəqqi  

klassik  ənənələrə    əsaslanan  qənaəti  bundan ibarətdir ki,  tərcümə orijinalın 

məzmunu ilə forması,  ruhu ilə hərfi mənası  arasındakı  dialektik vəhdəti  qoruyub 

saxlamalı, müqabil dilin leksik, sintaktik, üslubi imkanlarının, təsvir və ifadə 

vasitələrinin  əsasında oxuculara çatdırılmalıdır. Burada tək – tək söz və ifadələrin  

mənası dərindən qavranılmalı, lakin  onların hər birinin ümumiyyətlə  adekvatı deyil, 

müəyyən mətn daxilindəki konkret vəzifəsi, daşıdığı  bədii yük açılmalı  və ümumi  

ideya–bədii strukturaya tabe edilməlidir. Məntiqi dəqiqliklə  bədii kamilliyin 

təcəssümünə nail olmaq üçün bu, riayət edilməsi son dərəcə vacib olan tələblərdən 

biridir.  

 Razılıq hissi ilə qeyd etmək lazımdır ki, tərcüməçilərimiz bu tələblərə  əsasən  

cavab verən bir sıra qiymətli  əsərlər yaratmağa müvəffəq olmuşlar. Sovet 

Azərbaycanının bədii tərcümə sahəsində ilk sanballı nailiyyəti olan “Jevgeni Onegin” 

bu gün də  ən yaxşı  bədii tərcümə kimi öz əhəmiyyətini qoruyub saxlamaqdadır. 

Puşkin dühasının yetirməsi Səməd Vurğunun özü demiş, “qəlbinin bir parçasına” 

 

5



Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə