Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

çevrilib həmin tərcümə vasitəsilə Azərbaycan oxucularına təqdim edilmişdir. Bu 

əsərin tərcüməsindən 40 ilə yaxın bir müddət keçir. Lakin onun qəhrəmanlarının 

xüsusi bir şeriyyətlə səslənən taleyi ana dilimizdə də hər dəfə oxunanda adama xüsusi 

bədii zövq verir.  Orijinalla müqayisədə bu tərcümənin məna dəqiqliyinə heyran 

qalmamaq olmur. Əsərin “Onegin” bəndi adlanan ondördlük formasına, xüsusən onun 

qafiyələnmə qaydalarına dəqiq riayət edildiyi də  nəzərə alınarsa, S. Vurğunun 

həqiqətən böyük yaradıcı tərcüməçi istedadının nələrə qadir olduğunu təsəvvür etmək 

mümkündür. Qeyd etmək istərdik ki, “Yevgeni Onegin”in ölkəmizin bir çox türkdilli 

xalqlarının  tərcüməsi Səməd Vurğunun tərcüməsindən sonra və bu tərcümənin 

təcrübəsi  əsasında olmuşdur. M. Əvəzov S.Vurğunun tərcüməsinin “tərcümə 

sənətinin şedevri” adlandırmışdır.  

 Lermontov 

lirikasından Məmməd Rahimin, Mayakovski irsindən isə  Rəsul 

Rzanın tərcümələri haqlı olaraq onların ikinci yaradıcılığı hesab edilir. Rəsul Rzanın 

bu sahədəki fəaliyyətini nəzərdən keçirərkən aldığımız ilk təəssürat belədir ki,  

Mayakovskinin ideyalar və məqsədlər aləminə,  bu aləmin  mühüm ifadə vasitəsi olan 

obrazlar dünyasına dərindən  bələd olmuş və əsərin rus poeziyasında novator  sənətin  

yüksək zirvəsinə qalxan Mayakovskini sözün geniş  mənasında Azərbaycan dilində 

danışdırmağı bacarmışdır. Məhz R. Rzanın tərcüməsində Mayakovskinin  şer və 

poemaları dönə - dönə çap olunmağda, efirdə  səslənməkdə, dərslik və 

müntəxəbatlarda öz şərərfli yerini tutmaqda, orta və ali məktəblərimizdə oxunmaqda, 

öyrənilməkdədir. R.Rza Mayakovski şerinin Azərbaycan dilində dəqiq səslənməsinin 

qayğısına qalarkən dilimizin daxili imkanları  xəzinəsində axtarışlar aparıb,  şairin 

orijinal obrazlarının ekvivalentinə gah bərabər, gah da ən yaxın olan tutarlı təsvir və 

ifadə  vasitələri tapır, onun poeziyasına  xas daxili  dinamizmi, dərin inqilabi  

məzmunu ehtiva etməyə müvəffəq olur: 

 

 

Sinfin beyni, 



gücudür, 

Şərəfidir partiya. 

Partiyamızla Lenin 

iki qardaşdır əkiz! 

` hansi 

daha 


əzizdir? 

Ana tarix söyləsin. 

Lenin deyən zamanda – 

partiya deyirik biz! 

Partiya söyləyəndə 

düşünürük biz Lenin! 



( “ Vladimir İliç Lenin”) 

 

 



Dinlətin ey yoldaşlar. 

 

6




Dinləyin ey nəsillər. 

Bu cür səsli carçını. 

Coşqun təşviqatçını! 

Mən şer axınlarını 

yerində susduraraq, 

keçəcəyəm üstündən, 

incə, lirik tomların. 

O gün görəcəksiniz 

Ölməmişəm, sağam mən. 

Sizinlə bir canlı tək 

söhbət açacağam mən! 

(“ Var səsimlə”) 

 

 



 R.Rzanın tərcüməçi fəaliyyətinin son dövr məhsulları arasında Lonqfellonun 

“Hayavata haqqında mahnı”,  İrji Taufelin “İllər” və Nekrasovun “Rus elində kimin 

günü xoş keçir?” kitabları mühüm yer tutur.  Son kitab onunla əlamətdardır ki, R.Rza  

öz tərcüməsində Nekrasovu  təhkimçi mülkədar zülmünün atəşin ifşaçısı olan əsl xalq 

şairi kimi bütün əzəmiyyəti ilə təqdim edə bilmişdir. Poemanın rus xalq mahnılarına, 

bılinalarına məxsus canlı danışıq dili, sarkazm dərəcəsinin yüksələn tənqidi ruhun 

Azərbaycan xüsusi qayğı və həssaslıqla tərcümə edilmişdir.  

 Rus 


ədəbiyyatından və rus dili vasitəsilə başqa xalqların bədii təfəkkür  

xəzinəsindən Azərbaycan dilinə  tərcümə etməmiş nasir, xüsusən də  şair 

Azərbaycanda demək olar ki,  yoxdur. S. Rüstəm, Mirzə  İbrahimov,  Ə. 

Məmmədxanlı, N. Xəzri, Qabil, J. Əzimzadə, O. Sarıvəlli, N. Rəfibəyli, M. 

Seyidzadə, M. Dilbazi, Qılman İlkin, Cəfər Bağır,  Cabir Novruz, Qasım Qasımzadə, 

Məmməd Araz, Aslan Aslanov, Ələviyyə Babayeva,  Əzizə  Cəfərzadə,  Əkrəm 

Əylisli,  Novruz Gəncəli, Nəriman Həsənzadə, Hüseyn Hüseynzadə  bədii tərcümə 

sahəsində müxtəlif vaxtlarda qiymətli işlər görüblər. Lakin  rus və dünya lirikasının,  

qardaş xalqlar poeziyasının Azərbaycan dilində    səslənməsi sahəsində böyük əmək 

sərf etmiş Məmməd Rahimi (A. İsaakiyanın “Seçilmiş əsərləri”),  Tələt Əyyubovun 

(Şekspirin Sonetləri), Adil Babayevin Azərbaycan səhnəsində oynayan bir sıra 

əsərlər, “Darıxma ana!” və “Tufan” pyesləri, Mikayıl Rzaquluzadənin (Heynenin 

“Seçilmiş  əsərləri”),  Ələkbər Ziyatayın (Qriboyedovun “Ağıldan bəla” sı, 

Mejalaytisin “İnsan”ı), yaradıcılıq fəaliyyətini başlayandan özünü demək olar ki, 

bütünlüklə rus dilindən bədii nəsr tərcüməsinə  həsr etmiş Beydulla Musayevin, 

Hüseyn  Şərifin,  Əziz  Şərifin, Cəlal Məmmədovun,  Əli Səbrinin və Elxan 

İbrahimovun xidmətlərini xüsusi qeyd etmək lazımdır.  Əziz  Şərif,  Əli Səbri, Cəlal 

Məmmədov,  İmran Seyidov və Elxan İbrahimovun yaradıcılığı bir də onunla 

əlamətdardır ki, onlar eyni müvəffəqiyyətlə Azərbaycan yazıçılarının əsərlərini də rus 

dilinə çevirib, ümumittifaq  oxucusunun malı edirlər...  

 

7



 Moskva 

Dövlət Universitetini bitirdikdən sonra təqribən 40 il ərzində fasiləsiz 

surətdə etdiyi tərcümələr sayəsində B. Musayev bu gün haqlı olaraq, Azərbaycan 

tərcümə  sənətinin patriarxı sayılır. “Hərb və sülh” (II, III cildlər),  “Ölü canlar”, 

“Alçaldılmış və təhqir edilmiş insanlar”, “Birinci Pyotr”, “İnsanın taleyi”, “Yenilməz 

insanlar”, “Xoşbəxtlik”, “Dekameron”, “Baskervillərin iti”,  “Səfillər”, (II – III 

cildlər), “Ovod”, “Spartak”, nəhayət, “Ulenşpigel  Əfsanəsi”. Xeyli ixtisarla 

verdiyimiz bu siyahı tərcüməsinin fəaliyyəti haqqında çox söz deyir və bizi yaradıcı 

mütərcimin əməyinə ehtirama çağırır. 

 

Məhsuldar və  təcrübəli professional mütərcim Hüseyn Şərifin yaradıcılığında 



Qorkinin “Klim Samginin həyatı” (I – III hissələr)  əsərinin tərcüməsi mühüm yer 

tutur.  


Qorkinin  ən böyük əsəri olan bu epopeyanın tərcüməsi çox mürəkkəb bir işdir. 

Tərcüməçi Qorkinin üslubunu, yaradıcılıq laboratoriyasını kamil bilməklə  bərabər, 

rus tarixinin böyük bir dövrünü xalq həyatını, məişətini, ictimai–siyasi həyat və 

fəlsəfi cərəyanlarını, hərtərəfli bilməlidir ki, əsərin bütün məzmununu, məziyyətlərini 

Azərbaycan oxucularına yüksək səviyyədə çatdıra bilsin. “Klim Samginin həyatı”nın 

tərcüməsinə Hüseyn Şərif böyük əmək sərf etmiş, gərgin yaradıcılıq işi görmüşdür. 

 

“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyanın tərcümə  məsələlərinə  həsr 



olunmuş axırıncı “ Dəyirmi stol” yığıncağında professor Ağamusa Axundov bədii 

tərcümə ilə məşğul olanları aşağıdakı iki qismə ayırmışdır: sənətkar tərcüməçilər, bir 

də peşəkar tərcüməçilər. Sənətkar tərcüməçi deyəndə o, xüsusi bədii yaradıcılıq 

istedadı, yüksək yazıçılıq – şairlik qabiliyyəti olanları, peşəkar tərcüməçi deyəndə

ümumiyyətlə, dilləri bilən, lakin özləri bədii  əsər yazmaqla az məşqul olan,  yaxud 

heç məşğul olmayan mütəxəssisləri nəzərdə tutur. Redaksiyanın həmin müşavirə 

haqqında qeydlərində bu təsnifata dair belə bir şərh vardır: “Bədii tərcüməni 

həqiqətən yaradıcı iş hesab ediriksə,  özlərini tamamilə tərcümə işinə həsr edənləri bir 

yaradıcı kimi müəyyən dərəcədə nəzərdən sala bilən ifadələrdən çəkinməyimiz yaxşı 

olar. Redaksiya mütərcim əməyinə ehtiyat və etika ilə yanaşmışdır. Lakin yuxarıdakı 

təsnifat  da obyektiv həqiqəti əks etdirməkdədir və özü də orada qoyulan tələb ədəbi – 

tənqidi fikir tarixində yeni deyil. N.A. Dobrolyubov “Vergili “Eneida” – sının cənab 

Şerşneviç tərəfindən rus dilinə edilmiş  tərcüməsi haqqında” məqaləsində yazırdı ki, 

mütərcim  fövqəladə  dərəcədə çox və müxtəlif tələblərə cavab verməlidir. Həmin 

tələblərdən birincisi kimi böyük tənqidçi göstərirdi ki, mütərcimin özü şair olmalıdır. 

Şairlik ruhu mütərcimə çevirdiyi əsərdə hətta “axıradək deyilib qurtarmamış” fikri də 

başa düşüb tərcümə etməyə imkan verir.  

 

Əlbəttə, bədii tərcümə ilə  məhz  əsl yazıçıların məşğul olması  tələbini biz də 



başa düşürük. Digər tələblərlə yanaşı bədii tərcümənin bir vacib tələbi də vardır ki, 

yazıçı olmayan mütərcimlər bəzən ona  cavab verə bilmirlər. M. Əzizbəyov adına  

teatrın səhnəsində oynanılan  rus və Avropa klassikası nümunələrini tamaşaçıların 

rəğbətlə qarşılanmasının bir səbəbi də  onların dram sənətinin sirlərini, səhnənin 

tələblərini yaxşı bilən dramaturqlar, rejissorlar tərəfindən tərcümə olunmasıdır. 

 

8




Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə