Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

Təəssüf ki, bunu bəzi  kinossenarilərin tərcüməsi (dublyajı) haqqında demək çətindir. 

Məlumdur ki, dublyaj zamanı    bəzi texniki tələblərə  də riayət etmək lazım gəlir. 

Onlardan biri budur ki, nitq bölgüsünün  müqabilində mütərcim hecalarının  sayı 

məhz orijinaldakının eyni, yaxud   ona maksimum yaxın olan nitq bölgüsü tapmalıdır. 

Bu tələbin gözlənilməsi tərcümənin dilinə  bəzi  şərtiliklər, mətləbə az dəxli olan,  

bəzən də onu təhrif edən söz və ifadələr gətirir ki, onlar həddini aşanda işə ciddi zərər 

vurur. Məsələn, bu yaxınlarda mavi ekranlarda gördüyümüz “Köçəri cəbhə” filminin  

personajlarından biri deyirdi: “Kim ki, bizimlə qalmaq istəyirsə...” Aydındır ki, 

burada  “ki”  bağlayıcısı ilə “sə” şərt şəkilçisi biri digərini inkar edir. İkisindən biri 

olmalı idi: “Kim bizimlə qalmaq istəyirsə”,  yaxud  “Kim ki, bizimlə qalmaq 

istəyir...” Lakin mütərcim  “Те  которые  хотят  остаться  с  нами”  əvəzinə hecanın 

sayına görə ona yaxın səslənmək üçün  qüsura yol verməli olmuşdur. Həmin filmdə 

belə bir cümlədə nəzərimizi cəlb etdi: “Qorxuram,  əvvəl – axır bu ipin ucu bizim 

boynumuza keçməsin”.     Buradakı təhriflər göz qabağında olduğundan onları şərh 

etməyi lazım bilmirik: yalnız bunu demək istəyirik ki,  həmin təhrifləri heç bir texniki 

tələblə izah etmək düzgün deyildir. 

  

Bir 



də, görərsən  tərcümə dilinin təbiiliyini, dəqiqliyi, məna dərinliyi və 

ahəngdarlığı  naminə bu tələbin buxovlarını xüsusi ehtiyac duyulduqda  qırmaq 

olmazmı?  

 

 Əlbəttə,  bədii  əsər tərcümə edən  şəxs önündəki sənətkarın  duyğu və 



həyəcanlarını  həssaslıqla qavramalı,  onları yaşamağı bacarmalı,  obrazlı ifadələrin 

mahiyyətindəki, zərifliyi almaq, müqabil dildə  yaratmaq istedadına malik olmalıdır. 

Lakin bu tələbi birtərəfli başa düşməməliyik. Həyatda  şer yazmayan, amma şair 

ruhlu,  şairanə  təbiətli,  şair həssaslığına malik adamlar olduğu qəbul edilən bir 

həqiqətdirsə,  ömründə hekayə yazmayan, yaxud lap az yazan, lakin qəlbən yazıçı 

olan mütərcimlərdən bu haqqı almaq ədalətsizlik deyilmi? Hələ biz orasını demirik ki,  

sərasər qafiyələnmiş, bəzən isə qafiyələnməmiş  əsərləri çıxan müəlliflər var ki,  

onlardan məhz  şairanəlik,  müasiranəlik,  ümumən yaradıcı  təbiət azlıq təşkil edir. 

Əgər Beydulla Musayev Dostoyevskidən  tərcümələrində    qəhrəmanların son 

həddinədək gərgin psixoloji və dramatik vəziyyətləri ilə bizi sarsıda bilirsə, o, məhz 

yaradıcı tərcüməçidir.  

 Son 


dövrün 

tərcümə ədəbiyyatından danışarkən qələm yoldaşlarımızdan üçünün 

yaradıcılığını ayrıca qeyd etmək lazımdır:  Əhməd Cəmilin,  Əliağa Kürçaylının və 

Tofiq Bayramın. Onların hər üçü əvvəllər də rus dilindən xeyli tərcümələr etmişlər. 

Son dövr Azərbaycan tərcümə sənətinin ağır və şərəfli yükündən isə onların payına 

xüsusilə sanballı hissə düşür. Lakin məsələ  tərcümə olunan əsərlərin çoxluğunda 

kitabların saylında və qalınlığında deyil. Müasir şerimizin bu görkəmli nümayəndələri 

üçün də poetik tərcümə onların orijinal yaradıcılığının  bərabər hüquqlu tərkib 

hissəsinə çevrilmişdir. Diqqətli oxucular belə bir cəhətin fərqinə varmamış deyillər ki,  

Əhməd Cəmil özünün axırıncı “Seçilmiş  əsərləri”nin  bir qismini tərcümələri üçün 

ayırmışdır. Nəşriyyat təcrübəmizdə nadir hallardan sayılan bu faktı necə 

 

9




qiymətləndirmək olar? Biz bunu belə başa düşürük ki, hörmətli  şairimiz 

Nekrasovdan,  İsakovskidən, Sosyuradan tərcümələrini  öz əsl yaradıcılıq  əməyinin 

bəhrəsi kimi  oxucularına təqdim etməklə onların qarşısında  ətraflı hesabat verir.  

 

Əliağa Kürçaylının Yesenindən və Dantedən, Tofiq Bayramın Tvardovskidən 



və Rəsul Həmzətovdan tərcümələri axır illərin fərəhləndirici  ədəbi hadisələrindəndir. 

Bədii tərcümənin  ədəbi – mədəni, ideoloji və siyasi həyatımızdakı  əhəmiyyətini  

düzgün qiymətləndirən  şairlər bu işə    əsl sənətkar ehtirası    ilə girişmişlər və biz 

inanırıq ki, onlar gələcəkdə  də bütün yaradıcılıqları  boyu  həmişə bu nəcib 

fəaliyyətlərini  davam etdirəcəklər. Kürçaylının Yeseninə vurğunluğu keçici hal 

olmadı, rus sənətkarına, onun bakir yaradıcılığını bütün incəlikləri ilə qavramasına 

gətirib çıxartdı.  

 Vurğunluq sözünü biz  gəlişi gözəl işlətmədik.  

 Kürçaylı Yesenindən artıq iki tərcümə kitabının müəllifi idi. Onun tərcümələri 

üçün hər iki dili  əla bilməyin və poetik həssaslığın vəhdətindən doğan məna 

dəqiqliyi, səmimiyyət  səciyyəvidir. 

 

 



Xorasan bağları, evləri üstə 

Nə üçün solğundur ayın ziyası? 

Elə bil gedirəm rus çöllərilə

Başımın üstündə duman cunası. 

 

Soruşdum mehriban, əziz lalədən 



Gecə sərvlərin kölgəsində mən. 

O cavab vermədi bir kəlmə mənə. 

Başını qürurla şax tutdu yenə. 

 

Nə üçün qəmlidir ayın ziyası? 



Ləkdə çiçəklərdən xəbər aldım mən 

Çiçəklər söylədi: “Soruş bu sirri 

Qəmli qızılgülün titrəyişindən”. 

 

Qızılgül titrədi ləçəklərilə, 



Ləçək dodağı ilə söylədi mənə; 

“Başqası ilə gəzib sənin şahanən, 

Başqa birisini öpdü şahanə”. 

 

 Bu 



tərcümədə orijinala məxsusu demək olar ki,  bütün əsas əlamətlər qorunub 

saxlanılmışdır. Füsünkar cənub gecəsi, onu heyranlıqla seyr edib.  Təbiətlə insan 

arasındakı ünsiyyətin bir vasitəsi kimi canlandıran şimallı şairin incə ruhu, nəhayət, 

Şərq folkloru, motivlərilə    aşılanmış  bədii təsvir vasitələri – hər  şey mütərcimin  

diqqətindən yayılmamış, səlist dillə,  şairanə misralarla Azərbaycan dilində 

 

10




Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə