Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

canlandırılmışdır, Yeseninin bəzi  şerləri  ikinci dəfədir ki, dilimizə tərcümə  olunur. 

Onların 20 il əvvəlki nəşri ilə müqayisəsi (bax: “Rus şairləri Azərbaycan haqqında”, 

Bakı, 1955) bir daha  təsdiq edir ki, Ə. Kürçaylı Yesenindən tərcümə sahəsində 

səmərəli yaradıcılıq axtarışları yolunu  tutmuşdur. “26–lar haqqında ballada”nın 

tərcüməsi bu fikrimizi sübut etmək üçün yaxşı nümunədir. Lakin həmin  şerin 

tərcüməsinə dair bəzi xırda iradlarımızı da demək istərdik.  



 

Sergey Yesenin: 

 

Пой  песню, поэт, 



Пой, 

Ситец неба такой 

Голубой 

Море тоже  рокочет 

Песнь. 

Их было 


26. 

 

 



Əliağa Kürçaylı: 

 

Söylə, şair, nəğməni 

Söylə sən yenə. 

Mavi sətin çəkilib göyün üzünə. 

Dənizin də nəğməsi 

Ucaldı. 


Onlar 

26 – dı, 

26. 

 

 



 Bütün 

tərcümədə olduğu kimi  bu bənddə də Ə.Kürçaylı, Yesenin şerinin zahiri 

əlamətlərini canlandırmış, eyni zamanda konkret olaraq bu ballada üçün seçilmiş 

təntənəli matəm ruhunu qoruyub saxlamağa müvəffəq olmuşdur. Burada ситец – çit 

əvəzinə  sətin yazılması  tərcümə prosesində yol verilən haldır ki, bundan şerdə itib-

azalan az şey var. Lakin  oijinaldakı песнь sözünün  yanındakı  пой  (oxu) əvəzinə 

tərcümədə  söylə  işlədilməsi  bizi qane etmədi. Deyə bilərlər ki, qədim abidəmiz 

“Kitabi – Dədə Qorqud” un  dilində boy boylamaq, söz söyləmək deyəndə söyləmək 

elə oxumaq mənasını verir. Lakin 26–lar haqqında  əsrin tərcüməsində  «поy» un  

qarşılığı olan “oxu” kimi ümumişlək  sözü qoyub, bu gün özgə  məna verən  söylə 

işlətmək istər filoloji, istərsə də tarixi cəhətdən özünü doğrultmur.  

 

11




 

Xalq bir fırtına kimi  

Qalxdı ayağa. 

İmperiyanın önündə  

Dayandı qat – qat. 

Dayandı kəndlilərlə 

Proletariat  

 

 Parçasındakı qat–qat  ifadəsi də yerinə düşməmişdir. Üst-üstə dayanmış şerlər 



haqqında (yer dərinliyindəki süxurlar, evin mərtəbələri və s.) işləndikdə “qat-qat” 

məqbul olardı. Orijinalda isə söhbət proletariatla kəndlilərin vahid sırada,birgə çıxış 

etməsindən gedir: 

 

На империю встали  



В ряд 

И крестьянин, 

И пролетариат. 

 

 



Bu cür ifadələrə A. Kürçaylının bəzi digər tərcümələrində də rast gəlmək olur. 

Lakin xoşbəxtlikdən onlar Yeseninin şerlərinin azərbaycancasından alınan  ümumi 

qənaətbəxş təəssürat  xələl gətirə bilmir: 

 Tofiq 


Bayramın Rəsul Həmzətovun tərcümələrinin geniş  təqdir olunduğunu 

hamı bilir. Bu barədə mətbuatda  çıxış edən  müəlliflər arasında  biz də varıq.  Odur 

ki, bu qiymətli tərcümələr barədə deyilənləri təkrar etmək istəmirik. Tofiq Bayramın 

digər tərcüməsinin - A. Tvardovskinin “Üfüqlərdən üfüqlərə” poemasının 

azərbaycancasını oxuyarkən inandıq ki, bu əsər də dilləri gözəl bilən sənətkarın 

yaradıcılıq aləmini, təsvir, tərənnüm və  tənqid etdiyi hadisə  və  əhvalatların 

mahiyyətini yaxşı duyan dərk edən  şairin – mütərcimin  əlinə düşmüşdür. A. 

Aslanovun müvəffəqiyyətlə etdiyi “Vasili Troyki” tərcüməsindən sonra  “Üfüqlərdən 

üfüqlərə”  Tvardovski  yaradıcılığının dilimizdə səslənən  ikinci gözəl nümunəsidir. 

Öz yaradıcılığının  müəyyən məqamlarında, daha konkret desək sovet həqiqətinin  

bilik – publisist tərənnümündə Tofiq Bayramın  “Üfüqlərdən üfüqlərə”  müəllifinə 

yaxınlaşdıran əlamətlər  poemanın Azərbaycan dilinə ürəyə yatan tərcüməsində az rol 

oynamamışdır.  

 

 



    Xeyr, 

yan 


keçmərəm, susmaram qəti, 

 

    Buna 



yol 

da 


verməz, əqidəm yolum. 

 

 



 

 

 



Mənə partiyanın mərd həqiqəti 

 

    Deyib 



ki, 

həmişə onunla olum. 

 

 

 



 

 

Bir sətrim ayrılmaz o həqiqətdən, 



 

    Onsuz 

yaratmaram, 

and 


içib 

ürək! 


 

12



 

 

 



 

 

İnamla baxmaq üçün üfüqlərə mən



 

    Borcumu 

yerinə yetirəm gərək! 

 

 



Bu sətirlər “Üfüqlərdən üfüqlərə” poemasının doqquzuncu fəslindəki son bəndlərin 

tərcüməsi olmasaydı,  biz onları  tərəddüd göstərmədən T. Bayramın  eyni ruhda 

yazılmış vətəndaş lirikasından bir nümunə kimi  qəbul  etməyə hazırıq.  

 Mütərcim sərbəst olmalıdır. Mətndəki bütün sözlərin hökmən, həm də  hərfi–

hərfinə  tərcüməsini tələb etmək onun – qolunu  bağlamaq demək olardı. Haqqında 

bəhs etdiyimiz poemanın  yeddinci fəsli  belə başlayır. 

 

Сибирь! Леса и горы скопом, 



Земли довольно, чтоб на ней 

Раздаться вширь пяти Европам 

Со всею музыкой своей. 

 

 



Tofiq Bayram  “Со всею музыкой своей” ifadəsinin hərfi tərcüməsində  haqlı 

olaraq imtina edib,  canlı danışıq dilində geniş işlənən  dəm–dəstgah ifadəsini tapmış 

və bununla da  Tvardovski fikrini bütün vüsəti ilə əks etdirə bilmişdir:  

 

 



 

 

 



Sibir! Sıx meşədir, dağdır hər yanı, 

Torpağı o qədər geniş ki, ona  

Hər dəm–dəsgahı ilə beş Avropanı 

Sığışdırmaq olar yığsaq yan – yana. 

 

 Lakin 


təəssüf ki, Tofiq Bayramın yol verdiyi sərbəstliklər  bəzən 

müvəffəqiyyətlə nəticələnmir. Məsələn, həmin fəslin ikinci bəndində tək bircə kəlmə 

sözü lüzumsuz yerə  başqası ilə  əvəz edilməsi, yəni «Могучий  край»  söz 

birləşməsi müqabilində  “qüdrət qalası”  yazılması  tərcümədə  zərərli olmuşdur. 

Mütərcim belə bir faktı  nəzərdən qaçırmışdır ki, şair indicə misal gətirdiyimiz  

yeddinci fəsilin başlanğıcında  Sibirin genişliyindən  danışmış onun vüsətindən  bəhs 

açmışdır.  Obrazlar silsiləsindən Могучий край anlayışı həmin böyüklük və genişlik 

obrazının  bir növ davamı  kimi    mütləq qorunub saxlanmalıdır.  Qala  morfemi isə 

qüdrət rəmzi olsa da, bu mətn də  göz işlədikcə uzanan varlı–barlı torpağın,  üstü də, 

altı da zəngin olan geniş  ərazinin,  şairin üfüqlərdən üfüqlərə deyə xüsusi ehtirasla 

tərənnüm etdiyi vüsətin müqabili kimi çox kiçikdir.  

 

И не скажу  что сердце выну, 



Ему  на месте быть добро –  

 

 



misralarını 

 

13




Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə