Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

 

Demərəm ürəyi qoparım, üzüm, 

Yerində ən incə duyğular olsun,- 

kimi tərcümə etməkdə düzgün deyil. Əvvəla,  yerindən qoparılmış, üzülmüş ürəkdə 

hansı duyğular ola bilər? Bir də axı, A. Tvardovski ikinci misrada təkid edir ki, ürək 

öz yerində qalsa yaxşıdır. 

 

Biz arzu edərdik ki,  T. Bayram A. Tvardovskidən gələcək tərcümələrindən 



orijinalın ruhuna sadiq, mənasına daha həssas olsun.  

 Burada 


üzərində nisbətən  ətraflı dayanılan, siyahılarda  xatırladılan və adları 

çəkilməyən tərcümələr, nəhayət, Qorki əsərlərinin  Azərbaycan dilindəki 15 – cildliyi, 

Şoloxov  əsərlərinin  8 – cildliyi Lermontov  əsərlərini 4 – cildliyi, Turgenov 

əsərlərinin 2-cildliyi, Dostoyevskinin, Lev Tolostoyun romanları  bədii tərcümə 

sahəsindəki digər mühüm nailiyyətlərlə yanaşı mövcud nöqsanlar haqqında da 

müəyyən təsəvvür yaradır. Həm 15–cildliyin, həm də 8–cildliyin  tərtibində 

redasksiya heyətləri həmçinin  verdiyi imkanlar daxilində    bu  sənətkarların  

əsərlərinin  müvəffəqiyyətlə seçmişlər. Həmin nəşrlər vasitəsilə Azərbaycan oxucusu  

Qorkinin demək olar ki, bütün məşhur hekayə və dramları, “Ana” romanı, “Uşaqlıq”, 

“Özgə qapılarında”, “Mənim universitetlərim” trilogiyası, “Klim Samginin həyatı” 

epopeyası, şer və  publisitikası ilə bir küll haqqında tanış ola bilmişdir. Şoloxov 8 – 

cildliyinin tərtibində isə  əsas yer ədəbin  əvvələrdə dilimizə  tərcümə edilmiş “Sakit 

Don”  və  “Oyanmış torpaq” romanlarına verilmişdir. Sovet ədəbiyyatının,  sosializm 

realizminin yaradıcılıq metodununu  böyük ideya və  sənətkarlıq imkanlarını parlaq 

surətdə təmsil edən bu iki qüdrətli ədibin  əsərlərinin belə geniş miqyasda tərcüməsi 

və nəşri tamamilə təbii və gələcəkdə də davam etdirilməsi  vacib olan qanunauyğun 

bir prosesdir. Ümumən çoxcildliliklərdəki əsərlər xüsusilə də Qorkinin və Şoloxovun 

romanları  bu nəşrlər üçün hazırlanarkən onların tərcüməsi üzərində    əsaslı 

təkmilləşdirmə işi aparılmışdır. Bu cəhətdən “Sakit Don” və “Oyanmış torpaq” ın 8 – 

cildlik üçün hazırlanmasında mərhum  Cahanbaxşın çəkdiyi yaradıcılıq zəhmətini 

ehtiramla yad etmək lazımdır.  “Sakit Don”– un  1961-ci  il nəşrində Qriqorinin  çayı 

keçib həyətlərində öz oğlu ilə görüşərkən yaşadığı  həyacanın  təsviri belə  tərcümə 

edilmişdir:  

 “Meşədə ikən  uşaqlarını xatırladığı zaman gecələr axtarıb tapdığı bu nəvazişkar 

və  zərif sözlərin hamısı indi Qriqorinin  hafizəsindən çıxıb getmişdir. O, dizi üstə 

çökərək oğulcuğazının soyuqdan qizarmış balaca əllərini öpə-öpə boğuq səsi ilə 

yalnız bircə kəlməni deyib dururdu.  

 

-  Oğulcuğazım...   Oğulcuğazım...  



 Qriqori 

onu 


qucağına götürdü. Oğlunun çöhrəsinə quru,  hədəqədən çıxmış bir 

şəkildə yanan gözləri ilə həris–həris baxaraq soruşdu: 

- Necəsiniz? ... Xalan necədir, Полюшка, - hamısı salamatdırmı? 

 

 



 

 

14




... Dünya  xalam sağ–salamatdır, amma  Полюшка payızda öldü, Boğaz 

xəstəliyindən”. 

15–il sonrakı nəşrində isə həmin parça aşağıdakı  vacib təshihə məruz qalmışdır:  

Orada, meşədə  uşaqlarını andığı zaman gecələr  dilində  əzbər etdiyi şirin sözlərin 



hamısı yadından tamam çıxmışdır.  O,    oğlunun qarşısında diz çökərək onun 

soyuqdan qızarmış balaca əllərindən öpə-öpə,  boğuq səslə  yalnız bircə söz deyirdi:   

 - 

Oğlum ... Oğlum... 



 

Qriqori onu qucağına götürdü. Dəlicəsinə alışıb yanan gözlərini üzünə 



zilləyərək soruşdu:  

Siz burada necə yaşayırsınız... Bibim, Полюшка  sağ salamatdırmı? 



- … 

Amma 


Полюшка payızda öldü.  



“Boğaz ağrısından”.  

 

 Kursivlə verdiyimiz təshihlər,  əvəzetmələr yeni söz və ifadələr son nəşrin 



əvvəlkinə nisbətən xeyli təkmilləşdiyini əyani surətdə nümayiş etdirir. Ümumiyyətlə 

bu nəşrdə  əsərin dili  daha da  rəvanlaşmış, orijinalla tərcümənin tərkib hissələri 

arasında adekvatliq artmış, başlıcası isə, tərcümənin bədii  səviyyəsi yüksəlmiş,  

Şoloxov mətninə əvvəlkindən xeyli artıq uyğunlaşdırılmışdır.  

 Bu 

nə  qədər qeyri-normal və xoşa gəlməz olsa da,  təəssüflə qeyd etmək 



lazımdır ki, bizim bəzi tərcümələrimiz də mətni  təhrif çox ciddi qüsurlar müşahidə 

olunmaqadır.  F. Engelsin  Birinci  İnternasionalın baş katibi F.A. Zorgeyə  yazdığı 

23 aprel  1887–ci il tarixli  məktubunda öyrənirik ki,  böyük alim bəzi  əsələrinin 

tərcümə keyfiyyətindən çox narazı qalmışdır.  “... İngilis dilində yazılmış əsərlərinin 

başqası  tərəfindən almancaya tərcüməsinin, həm də  səhvlərlə dolu olub, orijinalın 

mühüm yerlərini təhrif edən tərcüməsinin çapdan çıxmasına yol verə bilmərəm... Mən 

xahiş etdim orijinalı qaytarsın ki, onu özüm tərcümə edim.Əsərin elə yerləri var ki, 

hər sözü elmin qızıl tərəzisində çəkilməlidir...”  

 

Öz – özünə aydındır ki, ədəbi əsərlərin də  həm elmi, həm də bədiiyyatın qızıl 



tərəzisində çəkilməli məqamları var və tərcümə zamanı onların vəzncə  yüngül və ya 

ağır olmasına yəni təhrifinə  əsla yol verilməlidir. Bədii tərcümənin eybəcər 

üsullarından olan  təhrif orijinala, onun məna xüsusiyyətlərinə diqqətsizliyin, 

laqeydliyin, tərcümədə yüngül müqavimət deyilən  bədnam yolla getməyin ağır 

nəticələrindəndir. 

 

M.Qorkinin “Oxucu” hekayəsinin tərcüməsində belə bir parça ilə  rastlaşanda 



təəccüb etdik.  

 “Gecə vaxtı idi,  mən evdən küçəyə  çıxdım, çap olunmuş hekayəmi yaxın 

adamlarımın çevrəsində oxudum. Bu hekayəyə görə məni çox təriflədilər”. 

 

Burada  qüsur təkcə ondan ibarət deyil ki, mütərcim “yaxın adamlarımın 



çevrəsində” kimi  mənasız bir söz yığımından istifadə etmişdir. Başlıca qüsur budur 

ki, “Была ночь, тогда вышел на улицу из дома, где в кругу близких мне люди  

читал свой  напечатанный  рассказ» kimi sadəcə bir cümləsini  sintaktik quruluşu  

mütərcim üçün  anlaşılmaz  qalmışdır. Orijinalda birinci şəxs çap olunmuş birinci 

 

15



Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə