Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

hekayəsinin  evdə oxuyur. Buna görə də yaxın adamları onu tərifləyirlər. Tərcümədə  

isə  hekayə  küçədə, özü də... gecənin qaranlığında oxunur.  

Turgenevin 2 cildliyindəki “Qəribə  əhvalat” hekayəsində    birinci  şəxsin 



dilindən deyilir:  

 

“Мой  магнетизер  сталь  окончательном,  юродивым.  Вот  куда  повернула 



его  та сила, которую  нельзя было не признать в нем». 

 

Tərcümədə isə oxuyuruq: 



 “Mənim sehrikdarım (?) tamam divanə olmuşdur. Bax,  ondakı  inkar  edilmiş 

qüvvə  gör onu nə hala salmışdır”.  

 

Orada inkar edilməz qüvvədən,  burada isə inkar edilmiş qüvvədən söhbət gedir.  



 

“Klim Samginin həyatı” romanın üçüncü hissəsində Bezbedovla söhbət edən 

parisli deyir:  

 “ 


Во  Франции    революцию  делали    богатые  буржуа  против    дворян, 

которые  уже разорились, но  держали короля в своих руках». 

 Bu 

cümlə Azərbaycan dilinə  belə tərcümə edilmişdir: 



 “Fransada 

inqilabi 

varlı burjular müflisləşmiş zadəganlara qarşı eləyirdilər, 

ancaq yenə də kralı əllərində saxlamışdılar”.  

 

Orijinalda  kralı əllərində saxlayanlar  iflas etmiş zadəganlardır, tərcümədə isə... 



varlı burjualar. (!). Göründüyü kimi burjua inqilabı üçün heç də adi məsələ olmayan  

krala,  monarxa münasibət məsələsi bu mətnin tərcüməsində  qarışdırılmışdır. 

 

Şoloxovun  “Qanlı düşmən” hekayəsinin bir yerində deyilir: “  из  степи  шла 



ноць,  сгущая  краски,  и  едва    лишь    село   солнце,  на   колоделзным  журавлем 

повесла,  мигая,  звездочка,  застенчивая    и  сгущенная  как  невеста  на  первых 

смотрена». Bu cümlənin müqabilində Azərbaycan  səkkizcildliyinin  birinci 

kitabında oxuyuruq: 

 “Çöldən gecə yaxınlaşmaqda, boyaları qatlaşdırmaqda idi: gün yenicə batmışdı 

ki, qızgördü zamanı  qız utandığı kimi utancaq ulduz  göz vura – vura  quyu çarxının  

üzərindən asılı qaldı”. 

 Qapısına elçilər gəlmiş  qızın utancaqlığı hara,  göz vurmaq hara? “Qanlı 

düşmən hekayəsindəki mətnin özünə diqqət edəndə görmək çətin deyil ki, Şoloxovun 

bu əla təşbehindəki мигать sözünün müqabilində göz  vurmaq yox,  göz qırpmaq 

yazılmalı idi. «Колодезный  журавыль» ifadəsinin də “quyu çarxı” kimi tərcümə 

edilməsi təhrifdir, “quyu mancanağı” kimi tərcümə etmək lazım idi. 

 

Təhriflərin böyük bir qismi tərcümə prosesində orijinalın üzdə olan, ilkin gözə 



çarpan  mənasına uymaqdan, onun mətn daxilindəki konkret mənasını 

axtarmamaqdan meydana gəlir. Hərfi tərcümə adlanan bu xətanın  orijinalın ideya və 

bədii keyfiyyətinə vurduğu zərəri heç nə ilə müqayisə etmək olmaz.  Əlbəttə,  

tərcümə  dəqiq olmalıdır. Lakin bədii tərcümədən söhbət gedərkən bu anlayış daha 

geniş    və spesifik məzmun kəsb edir.  Hərfi–hərfinə edilmiş  tərcümə ümumiyyətlə,  

naqis tərcümədir. Bədii  əsərin tərcüməsində isə  tamamilə dözülməz haldır. Hərfi 

tərcümədə əsər ideyaların, obrazların məcmusu kimi, bir tam və bütöv kimi deyil, ayrı 

 

16




– ayrı sözlərin, ifadələrin  əksər halda da onların lazımi mənasından uzaq çalarlarının 

tərcüməsi kimi təqdim olunur. Əsl mütərcim sözlə, dilin bədii, üslubi imkanlari ilə 

həsssaslıqla işləməyi bacarmalı, necə deyərlər söz üzərində əsməlidir. 

 Böyük 


Çili 

şairi  Pablo Neruda “Etiraf edirəm ki, yaşamışam” adlı xatirələrində 

(“Literaturnaya qazeta”, 17 iyul 1974) belə yazır:”Mənim aləmimdə sözlər qanad açıb 

uçmağa da, cəh-cəh vurub oxumağa da qadirdir. Mən sözləri sevirəm. Yığıb 

toplayıram, saf-çürük edirəm,  əridib yenidən tökürəm. Mənim sevimli sözlərim! 

Onlar ləl-cəvahirat kimi bərq vurur. Sözlər o qədər gözəl və cazibədardırlar ki, mən 

onların hamısını birdən şerimə salmaq istəyirəm. Ətrafımda fırlanan, başımın üstündə 

səslənən sözləri mən elə onlar uçduqları yerdəcə tuturam, təmizləyib, hamarlayıb, 

təzə paltar geyindirib yenidən buraxıram. Söz hər  şeyə qadir olan bir məxluqdur. 

Sözlərin  şəffafi, kölgəlisi var, sözlərin çəkisi, sanbalı var. Onların bəziləri qu tükü 

kimi yüngül, bəziləri isə stalaktit parçası kimi ağır olur. Sözlər bizim həm qədim 

keçmişimiz, həm də bugünümüzdür. Mənim sözlərim, mənim dilim qəlbimə o qədər 

doğmadır ki!”. 

 Dünyanın ən görkəmli söz sərraflarından birinin söz haqqında qənaətləri təkcə 

şairlərin, yazıçıların deyil, mütərcimlərin də  hər gün yaşadıqları yaradıcılıq 

həyacanlarını çox gözəl  əks etdirməklə yanaşı, onların söz üzərində, bədii  əsərin-

tərcümənin dili üzərində dönə-dönə, zərgər dəqiqliyi ilə işləməyə çağırır.  

 

Tərcümə  əsərini oxuyarkən biz hər  şeydən  əvvəl  bunun fərqinə varırıq ki,  



şəninə dünyanın  ən böyük sənətkarlarının söz qoşduğu,  Füzuli demiş, “hər ləhzə 

yoxdan var olan” sözlər tərcümədə özlərini necə hiss edir, onların hamısı    öz 

yerindədirmi və  üzərlərinə düşən məna, üslub ahəngdarlıq vəzifələrini yerinə yetirə 

bilirlərmi? Təəssüf ki, bir sıra hallarda bu suala  mənfi cavab alırıq.  

 

Dostoyevskinin  “Cinayət və  Cəza”  əsərində  Razumixin  Raskolnikovla  



söhbəti zamanı bir nəfərin qarasına söyləyir və onun bəd əməllərindən  danışdıqdan 

sonra deyir:  

 

«Хотел было  ему для  очистки тоже струю пустить…»  



 Mütərcim orijinalın hərfinə qapılaraq,   «струю пустить» ifadəsinin üzdə olan 

mənası  ilə  kifayətlənib,  belə yazmışdır:  

 

“İstərdim  vicdanımı təmizləmək üçün onun üstünə cərəyan buraxım”.  



 

Əslində isə Razumixin  Cebaryova  hərbə - zorba gəlmək, onun köpünü almaq 

istəmişdir. Burada həmsöhbətini üstünə  cərəyan buraxmaq kimi  ağlasığmaz bir 

vəziyyətdən  söhbət ola bilməz.  

 

Orest Maltsevin “Dənizdə  şəfəqlər” romanının tərcüməsində yol verilmiş belə 



bir qüsur isə  bizi daha çox narahat etdi. «Баку  чудесный  город…» deyə söhbətə 

başlayan O. Maltsev  müasir Bakının  gözəlliklərini təsvir etdikdən sonra yazır: 

 « 

А  как  гармонический  сочетаются  современные  здания  с  остатками 



старого  города,  с  крепостными  стенами,  минаретом  Сыныхкала,  с  Ханским 

двором, Диванхана…»  

 

17



Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə