Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

 

Ə.Cəmilin uzun illər üzərində xüsusi səylə çalışdığı yaradıcılıq işi gözəl 

bəhrəsini vermişdir: Azərbaycan oxucusu öz “Faust”na malik olmuşdur.Bu gün  tam 

məsuliyyətlə  deyə bilərik ki, əlimizdə S. Vurğunun “Yevgeni Onegin” ilə yanaşı dura 

biləcək bir səviyyədə fundamental tərcümə  əsəri var. Bir filosof-şairin, mütəfəkkir 

sənətkarın yarıməsrlik zəhmətinin bəhrəsi olub, dünya klassikasının insan azadlığını 

tərənnüm edən əsərləri içərisində ölməz yer tutan “Faust” bu gün Azərbaycan dilində 

də  qürurla səslənir. Təəssüf ki,  müqayisələrimiz  əsərin almancasına  əsaslanmır. 

Lakin almancanı  əla bilən yoldaşların (xüsusən professor  Nəzakət xanım 

Ağayevanın) mülahizələri bu əsərin ruscası ilə    azəraycancasını qarşılaşdırmaqdan 

aldığımız gözəl qənaəti tamamlayır. Tərcümənin  ən mühüm keyfiyyəti kimi qeyd 

etmək lazımdır ki,  əsərdəki dərin bəşəri məzmun,  müxtəlif həyatı  və  əfsanəvi 

hadisələr, əhvalatlar Azərbaycan dilində  təbii səslənir və rəvan oxunur. Ə. Cəmil bu 

faciə  əsərinin  qəhrəmanlarının  hər biri üçün onların birbəbir obraz kimi 

səciyyələnməsinə  müvafiq ahəng  tapmağa  müvəffəq olmuşdur. “Faust” un dilindən 

verdiyi nümunə  buna yaxşı misaldır:  

 

Mən bir tora salıb saf qəlbimizi, 



Yaltaq təriflərlə gətirib bizi. 

Bu boş mağaraya çıxaran məlum, 

Məşum qüvvələrə min lənət olsun! 

Lənət ilk addımda bizi çaşdıran 

Lovğa təkəbbürə, bədgümanlığa, 

Lənət zahirliyə, göz qamaşdıran. 

Gözəllik önündə kor heyranlara! 

Şirin röyalarda bizi aldadan, 

Şərəf də, Şöhrət da yalandır, yalan! 

Min bir lənət olsun mülkiyyətə, 

Qəlbə fərəh vara – dövlətə 

Arvada , uşağa, kənizə, qula 

Bütün ev – eşiyə, torpağa, pula! 

Böyük xəzinələr vədi ilə hərdən 

Cəsur əməllərə bizi sövq edən  

O qızıl allahı Mammona lənət! 

Bizi əyyaşlığa, qayğısızlığa 

Odur şirnikləndirən,bax, ona lənət! 

Lənət məhəbbətin səfasına da. 

Üzüm şirəsinin şəfasına da. 

Ey ümid, ey inam, lənətlər sizə

Lənətlər ən əvvəl öz əsrimizə! 

 

 

20




 

Ə. Cəmil fikri dəqiqliklə yanaşı orijinalın bədii xüsusiyyətlərini mühafizə etmək 

üçün  də, yaradıcılıq zəhmətinə qatlaşmışdır.   Mütərcim yeri gəldikcə hecanın demək 

olar ki,  bütün bölgülərindən  istifadə etmişdir; Faustun ağır, fikirli  bəzi 

monoloqlarının 14-lüklə,  Yelenanın oynaq müraciətlərinin  5-liklə, xor mətninin 7- 

liklə və s. verilməsi bu mürəkkəb quruluşlu  əsərin Azərbaycancasına yaxşı mənada  

bir əlvanlıq  aşılamışdır. Ə. Kürçaylı da “İlahi komediya”nın  bir sıra rus tərcümələri 

ilə    tanış olmuş, lakin əsas  fikrini o, Dante poemasının M. Lozinski tərəfindən 

tərcümə olunmuş son variantına verməyi qət etmişdir. Əsərin rus dilində ən mötəbər 

və mükamməl  variantı olan bu tərcümə ilə M. Lozinski SSRİ dövlət mükafatına layiq 

görülmüşdür. Respublikamızın partiya mətbuatında haqlı olaraq təqdir edilmiş 

Azərbaycan tərcüməsində irəlidəki rus tərcümələrinə  məxsus bəzi qüsurlar nəzərə 

alınıb islah edilmişdir. Bir mütərcim kimi Ə.Kürçaylının işi ona görə mürəkkəb 

olmuşdur ki, o, Dante poemasının  məzmun dəqiqliyinə nail olmamağa çalışmaqla 

yanaşı,  əsərin bədii quruluşunu da saxlamış, onun 3–lük bəndlərindəki misraların 

sayını, hətta xeyli çətin olan qafiyyələnmə qaydasını da  orijinaldakı kimi bərpa 

etməyə böyük zəhmət sərf etmişdir.  

 Belçika 

ədəbiyyatının bütün dünyada tanınan nümunəsi – “Ulenşpigel əfsanəsi” 

üzərində işlərkən Beydulla Musayev də müəyyən çətinliklərlə qarşılaşmışdır. Bu əsər 

tədqiqatçıların yazdığına görə, Belçika ədəbiyyatının özünün də  digər 

nümunələrindən janr, dili,  üslubu, təsvir və ifadə vasitələrinin xüsusiyyətləri ilə 

fərqlənir. Burada “tarixi hadisələr  də  təsvir olunur lakin bu əsər adi mənada  tarixi 

roman deyil;  romanda  material xüsusi bir üslubda  işlənmiş, həm folklor motivlərin,  

həm də yazıçının öz fantaziyasının məhsulu olan bədii uydurma ilə birləşmiş, 

nəticədə sənədli bir əfsanə adlandırıla biləcək bir roman yaranmışdır”.  Belə bir əsərin 

yeri gəldikcə xalq danışıq dilinin  canlı ahəngindən, oynaq  yumorundan  istifadə yolu 

ilə Azərbaycan  ədəbi dilinə  tərcüməsi Beydulla Musyevin növbəti yaradıcılıq 

nailiyyəti kimi qiymətləndirilməlidir.  

 Rus 


və Avropa ədəbiyyatından tərcümə sahəsində qocaman yazıçı və mütərcim 

M.Rzaquluzadənin də xidmətləri böyükdür. Öz xələflərinə müraciətlə “Tabutumun 

üzərinə  qılnc qoyun, çünki mən bəşəriyyətin azadlığı  uğrunda mübarizədə  cəsur bir 

əsgər olmuşam”deyən alman şairi Henrix Heyneni Azərbaycan oxucusu üçün məhz 

M.Rzaquluzadə açmışdır desək,  əsla yanılmarıq. Onun təqribən iyirmi illik 

zəhmətinin barı olan Heynenin “Seçilmiş  əsərləri”  klassik alman poeziyasından 

Azərbaycan dilində çap olunmuş ən mükəmməl nümunədir. Biz yalnız ona görə belə 

demirik ki, həmin kitabın 300-dən artıq səhifəsi vardır. Bir də ona görə belə deyirik ki, 

kitab xüsusi qayğı ilə,  şövqlə  tərtib edilmiş, Heynenin gənclik iztirablarının, 

məhəbbət duyğularının ifadəsi olan lirikasından başlamış, ağalar-qullar dünyasının 

alnına mıxladığı  kəskin siyasi ittihamlarına, qiymətli poemalarına qədər 

yaradıcılığının bütün sahələrindən zövqlə seçilmiş nümunələr  müvəffəqiyyətlə 

tərcümə edilmişdir. Seçmə və tərtib işinin özünün həcmini təsvir etmək üçün göstərək 

 

21




ki, həmin kitabdakı şer və poemaları mütərcim Heyne əsərlərinin on cildindən seçib 

ayırmışdır.  

 Azərbaycan  şair və yazıçılarının rus ədəbiyyatından tərcümələri bu dilin 

vasitəsilə digər  ədəbiyyatlardan tərcümələrə nisbətən əsasən ona görə qənaətbəxşdir 

ki, qələm yoldaşlarımızın çoxu rus dilini yaxşı bilir və müntəzəm olaraq bu sahədə 

vərdişlərini təkmilləşdirir, biliklərini zənginləşdirirlər. Vladimir Qafarovun 

bayatılarımızdan, Abram Plavnikin Qasım bəy Zakirdən rus dilinə, Samvel 

Qriqoryanın Sabirdən, Oleq Xaçunsun Aşıq  Ələsgərdən erməni dilinə, Li Sepperin 

Rəsul Rzadan və  İ.Əfəndiyevdən eston dilinə, Leyla Eradzenin Azərbaycan 

nasirlərindən gürcü dilinə, Vaqif Arzumanovun Nigər Rəfibəylidən, Fikrət Qocadan 

Litva dilinə  tərcümələrinin müvəffəqiyyət qazanıb dönə-dönə çap olunması, Li 

Sepperin isə Rəsul Rzanın “Tükənməzlik” kitabının tərcüməsinə görə Yuxan Smuul 

adına respublika mükafatına layiq görülməsi həmin yoldaşların mütərcim kimi başqa 

keyfiyyətlərlə yanaşı məhz yuxarıdakı tələblərə də cavab verməsilə əlaqədardır.  

 Mübariz,Məmmədaga Sultanov, Qulamhüseyn Beqdeli, Əbülfəz Hüseyni və 

Abbasəli Sarovlunun farsdilli poeziyadan, Dilarə  Əliyevanin gürcü ədəbiyyatından, 

Abbas Abdullanın Ukrayna dilindən, Abdulla Dağçaylının avarcadan, Xəlil Rzanın 

özbəkcədən, tərcümələri də buna görə  rəğbətlə qarşılanmışdır. X.Rza çoxdandır ki, 

özbək  ədəbiyyatını öyrənir; o, dəfələrlə, həm də uzun müddət Özbəkistanda olmuş

yazıçı, alim, naşir və mütərcimlərlə görüşmüş, fəhlə və kolxozçuların söz-söhbətində 

iştirak etmiş, xalq danışıq dilinin ahəngini qavramış, özbək dilini öyrənmişdir.  İki 

xalqın övladı, görkəmli özbək  şairi Maqsud Şeyxzadə haqqında onun bütün 

yaradıcılığını orijinaldan oxumaq  əsasında yazdığı monoqrafiya X.Rzaya bu sahədə 

çox kömək etmişdir.  

 Estoniyada 

hazırda 70 xalqın  ədəbiyyatından tərcümə edilmişdir. Bunun 

mühüm bir qismi sətri tərcüməsiz, birbaşa orijinaldan icra olunub. Son vaxtlada 

Estoniyada “Sasunlu Davud” erməni dilindən, K. Qamsaxurdiya və N. Dumbadzenin 

əsərləri gürcü dilindən, Rudəki tacik dilindən , Bir sıra məcmuələr isə özbək, belorus  

və Ukrayna dillərindən tərcümə edilmişdir. Eston qardaşlarımız  buna necə müvəffəq 

olmuşlar? Orada ali məktəbdə  təhsil alan poetik  istedada malik gənclərin bəzilərinin 

şəxsi arzularını və meyllərini nəzərə alıb Ukrayna, Belorusiya, Zaqafqaziya  və Orta 

Asiya ali məktəblərinin filoloji fakültələrinə ezam edirlər. Təbiətən  şair olasan, dil 

öyrənməyə həvəsin ola, özü də bir neçə milli respublikanın dilində təhsil alıb, onun 

adamlarının arasında  yaşayasan. Bu dildən tərcümə etmək üçün bunlardan da gözəl, 

ilkin  şərtlər təsəvvür etmək çətindir. Yazıçılar  İttifaqımızın tərcümə bölməsi 

Azərbaycan Dövlət Universitetinin  və Respublika pedaqoji institutlarının  rəhbərləri 

ilə birlikdə bu təcrübəni bizdə  də geniş tətbiq etsələr daha faydalı olardı.  

 

Mərhum professor Əli Sultanlının  antik ədəbiyyata dair müntəxəbat hazırlamaq 



sahəsində nəcib fəaliyyətini də burada qeyd etmək istərdik. Vaxtilə o, klassik yunan 

və Roma sənətkarlarının bizim ali məktəb proqramına daxil olan əsərlərindən ibarət 

iki müntəxəbat tərtib etmişdi. Roma ədəbiyyatına həsr olunmuş müntəxəbatdakı 

 

22




Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə