ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

45 
 
maraqlara xidmət etməsi normal hal kimi qəbul olunur, bizim 
mətbuatda dövlət və milli maraqlarımızın qorunması isə anti-
demokratik  hal  kimi  səciyyələndirilir.  Əslində,  mahiyyət  eti-
barilə bunların hər ikisi eynidir: hər iki tərəf özünün milli ma-
raqlarını müdafiə edir. Bu halda, necə olur ki, onların mediası 
öz maraqlarını qoruyanda bu, demokratiyanın nümunəsi və ya 
təzahürü  olur,  biz  öz  maraqlarımızı,  dövlətimizin,  millətimi-
zin, xalqımızın mənafeyini müdafiə edən zaman bu, medianın 
siyasiləşməsi olur? 
Çox təəssüf ki, bu və ya buna bənzər neqativ tendensi-
yalar davam etməkdədir. Azərbaycan jurnalistlərinin də bəzi-
ləri bilərəkdən, bəziləri isə bilməyərəkdən bu informasiya bu-
rulğanında,  demokratiya-siyasət,  siyasət-demokratiya,  siya-
sət-media,  media-siyasət  oyunlarında  o  nazik  “pərdə”nin  ha-
rasında  -  sağında  və  ya  solunda  qərar  tutacaqlarını  müəy-
yənləşdirə bilmirlər. Ona görə də, hesab edirik ki, jurnalistlər 
Azərbaycan  cəmiyyətinin  lokomotivlərindən,  dinamik  güclə-
rindən biridir və Azərbaycanda demokratik təsisatların forma-
laşmasında,  təkmil  bir  sosiumun  yaranmasında  çox  böyük 
xidmətləri  olan  xüsusi  bir  zümrədir.  Bu  məxsusi  zümrənin 
təmsilçiləri olmaq isə jurnalistlərin üzərinə yeni vəzifələr qo-
yur. Amma çox təəssüflər olsun ki, son dövrlərdə baş vermiş 
hadisələr  bir  daha  göstərdi  ki,  Azərbaycanda  jurnalistlər  heç 
də həmişə neytrallığını qoruya bilmirlər. 
Bir  çox  hallarda  biz  Azərbaycan  siyasi  palitrasında 
mövcud  olan  ayrı-ayrı  siyasi  güclərdən,  partiyalardan  daha 
artıq siyasiləşmiş jurnalistlərə təsadüf edirik. Jurnalistlər bəzi 
hallarda heç bir siyasi subyektin səsləndirmədiyi, ifadə etmə-
diyi absurd siyasi tələblər irəli sürürlər. Məsələn, bəzən Azər-
baycanda  müəyyən  sosial  problemlərlə  bağlı  müxtəlif  siyasi 
qruplar  mitinq  keçirməyə  cəhd  göstərirlər.  Mitinqləri  təşkil 


46 
 
edən  qrupların  səsləndirdikləri  tezislər,  fikirlər,  əslində,  bir 
çox hallarda sosial məsələlərlə bağlı olur. Amma çox təəssüf 
ki,  Azərbaycan  mətbuatında  ayrı-ayrı  həmkarlarımız  tərəfin-
dən  yazılan  yazılarda  bu  sosial  tələblər  həddindən  artıq 
siyasiləşdirilir. Yəni jurnalist necə deyərlər “papanın özündən 
daha artıq papa olmağa”, “siyasətçilərdən daha çox siyasətçi” 
olmağa çalışır. Ayrı-ayrı fikirləri qəzet səhifələrində o qədər 
kəskin  və  təhrif  olunmuş  şəkildə  təqdim  edirlər  ki,  siyasi 
mövqe  jurnalistlərin  fəaliyyətinin  kölgəsində  qalır.  Bəzi  qə-
zetlərdə  “Azərbaycanda  inqilab  baş  verdi”,  “Ərəb  inqilabı 
Azərbaycana gəldi”  və s. kimi  manşetlər  yer  alır və bunların 
altında da jurnalistlərin imzaları var. Bu, hansı meyarlarla öl-
çüləsi  jurnalist  fəaliyyətidir?  Həddindən  artıq  siyasiləşmiş 
bəzi  həmkarlarımızın  antidövlət,  anarxist  çağırışlarına  qarşı 
müvafiq  strukturlar  fəaliyyətə  keçəndə,  onlara  qarşı  hüquqi 
əsaslara  uyğun  surətdə  müvafiq  tədbirlər  görüləndə  həmin 
şəxslərin  jurnalist  olduqları  dərhal  yadlarına  düşür  və  bir  an 
içində çevrilib jurnalist olurlar. Axı onlar dağıdıcı anarxistlər 
olmaqla  siyasəti  mətbuata,  mətbuatı  siyasətə  qarşıdırırlar, 
dövlət, millət, xalq qarşısında cavab verməyə gələndə isə jur-
nalist  olurlar.  Sonra  isə  aləmə  car  çəkirlər  ki,  jurnalist  kimi 
fəaliyyətimiz  məhdudlaşdırıldı,  söz  azadlığı  pozuldu  və  s. 
Hesab  edirik  ki,  həmkarlarımız  qəti  şəkildə  bu  məsələlərə 
diqqətlə  yanaşmalı,  peşə  qaydalarına  istisnasız  riayət  etməli-
dirlər. 
Elə  burada  başqa  bir  fakta  da  diqqət  çəkmək,  2011-ci 
ilin aprel ayının 2-də təşkil olunmuş və fiaskoya uğramış mi-
tinqdə  şahidi  olduğumuz  bir  epizodu  xatırlatmaq  istəyərdik. 
Azərbaycanda fəaliyyət göstərən məşhur xarici radiostansiya-
lardan  birinin  nümayəndəsi  mitinqdə  iştirak  edən  bir  vətən-
daşdan  soruşur  ki,  sizin  tələbiniz  nədir  və  bu  aksiyaya  niyə 


47 
 
qoşulmusunuz?  O  isə  cavab  verir  ki,  yaxşı  olardı  ki,  cənab 
Prezident  pensiyamızı  bir  qədər  də  artırsın.  Jurnalist  dərhal 
soruşur  ki,  sizin  başqa  siyasi  tələbiniz  yoxdurmu?  Vətəndaş 
da bildirir ki, onun başqa heç bir siyasi tələbi yoxdur. Bu dia-
loqdan  da  aydın  görünür  ki,  xarici  radiostansiyanın  müxbiri 
Azərbaycanda sosial vəziyyətinin daha da yaxşı olmasını istə-
yən  bir  vətəndaşın  fikirlərində  mütləq  siyasət  axtarır.  Necə 
ola bilər ki, xarici radiostansiyanın müxbiri Azərbaycanda və-
təndaşları siyasiləşməyə məcbur edir və dövlət əleyhinə siya-
si şüarlar səsləndirməyə təşviq edir. Bu, jurnalistikadırmı, bu, 
jurnalistdirmi? Hesab  edirik ki, bunun jurnalistika fəaliyyəti-
nə heç bir aidiyyəti yoxdur. 
Şahidi olduğumuz başqa bir epizoda nəzər yetirək. Yerli 
və  ya  xarici  medianın  təmsilçiləri  vətəndaşların  təhlükəsizli-
yini  və  sabitliyi  qorumağa  çalışan  polisi  görən  kimi  onunla 
yaxın təmasa girməyə, polisi təxribata çəkməyə çalışır. Başqa 
bir həmkarı isə onun polislə şəklini çəkib yaymaqla ictimaiy-
yətdə yanlış fikir formalaşdırır. Dolayısıyla, bir teatr tamaşası 
yaradırlar.  Ən  faciəli  məsələlərdən  biri  də  odur  ki,  əyninə 
KİV  nümayəndələri  üçün  nəzərdə  tutulan  gödəkçəni  geymiş 
jurnalist qanunu pozan vətəndaş haqqında polis müvafiq təd-
bir  görərkən,  polislə  əlbəyaxa  olub,  qanunu  pozan  vətəndaşı 
müdafiə etməyə çalışır. Yəni jurnalistin peşəsi, vəzifəsi xəbər 
verməkdir,  yoxsa  qanunu  pozan  vətəndaş  haqqında  qəti  təd-
birlər görən polislə əlbəyaxa olmaq? Belə olanda, onun özünə 
də  polisə  müqavimətə  görə  qanunun  tələbi  tətbiq  olunanda 
deyirlər ki, jurnalistlərin hüquqları pozulur. Axı biz bilirik ki, 
vətəndaş antidövlət, antimillət şüarları səsləndirir, ictimai ni-
zamı  pozur,  təhqiramiz  ifadələr  işlədir  və  polis  də  ictimai 
qaydaları  pozduğuna  görə  ona  qarşı  müvafiq  cəza  tədbirləri-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə