ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   2   3   4   5   6   7   8   9   ...   58


 
VI FƏSĠL 
 
Ġnfoimperializmə  qarĢı  mübarizə  mexanizmləri:  ideoloji 
və institusional vasitələr 
 
6.1. Ailə institutu  infoimperializmə qarşı mübarizə 
       prosesində başlıca strateji vasitə kimi ........................ 113 
6.2. İnfoimperializmə qarşı mübarizədə milli 
       ideologiya faktoru ...................................................... 115 
6.3. Milli ideologiya vətəndaş həmrəyliyi və ictimai 
       ahəngdarlığı təmin edən vasitədir .............................. 125 
 
VII FƏSĠL 
 
Azərbaycan  və  beynəlxalq  informasiya  Ģəbəkələri:  milli 
maraqlar və onların müdafiəsi mexanizmləri 
 
7.1. Milli enerji, milli güc və milli dövlət: milli enerji 
       pozitiv və neqativ platformada ................................... 132 
7.2. Milli vətənpərvərlik məsələsi: təmayüllər və 
       istiqamətlər; intellektual patriotizm milli maraqların 
       etibarlı müdafiə vasitəsi kimi ..................................... 139 
7.3. Modern informasiya cəmiyyətində milli maraqlar və 
       onların müdafiəsi: Azərbaycan təcrübəsi ................... 163
 
 
 
 



 
GĠRĠġ 
 
XXI  yüzillik  informasiya  əsri  kimi  səciyyələndirilir. 
Müasir  dövrdə  modern  və  postmodern  cəmiyyətlərdə  infor-
masiya başlıca idarəetmə vasitəsi kimi təsbit edildiyindən in-
formasiya  subyektləri  kommunikasiya  texnologiyalarının  in-
kişafına  xüsusi  diqqət  yetirir  ki,  bu  da  mütəmadi  surətdə  in-
formasiya  resurslarının  artırılmasını  və  təkmilləşdirilməsini 
şərtləndirən  faktor  qismində  çıxış  edir.  Xüsusi  mübadilə  və 
idarəetmə  vasitəsi  səciyyəsi  daşıyan  informasiya  resursların-
dan səmərəli surətdə istifadə edilməsi üçün daim  yeni  mexa-
nizmlər  və  texnologiyalara  istinad  edilir.  Eyni  zamanda,  in-
formasiya resurslarının idarə edilməsi  və informasiya siyasə-
tinin həyata keçirilməsi üçün klassik vasitələrdən istifadə olun-
ması ilə yanaşı, yeni metod və mexanizmlərə də istinad edilir. 
Beləliklə,  ortaya  yeni  bir  idarəetmə  forması  –  informasiya 
menecmenti, yaxud informasiya vasitəsi ilə idarəetmə çıxır. 
Bütün  bunları  nəzərə  alan  müəllif  yeni  sosium  növü 
olan informasiya cəmiyyəti, transmilli media institutlarının və 
sosial şəbəkələrin fəaliyyəti, beynəlxalq informasiya savaşın-
da  yeni  kibertexnologiyalar  və  texnoloji  innovasiyalardan 
spesifik strateji vasitə kimi istifadə olunması kimi məsələlərə 
toxunub  və  analitik  tədqiqatının  nəticəsi  kimi  ən  yeni  impe-
rializm  növünün  –  infoimperializmin  əsasları  və  mahiyyətini 
xüsusi tədqiqata cəlb etmişdir. Beləliklə, xüsusi kateqoriya və 
mövzu  olmaq  etibarilə  infoimperializm  ilk  dəfə  müəllif  tərə-
findən  politoloji  leksikona  və  elmi  dövriyyəyə  gətirilmişdir. 
Müəllif  infoimperializmi  “informasiya  resursları  və  idarəet-
məsi üzərində qurulan idarəetmə və istismarın ənənəvi hərbi, 
iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə 
həyata keçirildiyi siyasət növü” kimi səciyyələndirir. Bu siya-



 
sət növü modern kibertexnologiyaların yaratdığı imkanlardan 
maksimum istifadə edilməsi ilə xarakterizə olunur. Qeyd edi-
lir  ki,  infoimperializmin  silahı  qismində  sosial  media,  "face-
book", "twitter" kimi sosial şəbəkələr, transmilli medianın di-
gər  resursları  və  bütün  növ  manipulyativ  internet  mənbələri 
çıxış edir. 
Qeyd etmək lazımdır ki, infoimperializmin və infoimpe-
rialist siyasətin mahiyyətini daha dəqiq anlatmaq üçün müəl-
lif beynəlxalq münasibətlər nəzəriyyələrini informasiya impe-
rializmi kontekstində ideoloji vasitə kimi nəzərdən keçirir, ən 
yeni imperializmin fonunda qloballaşma prosesini xüsusi ana-
litik  tədqiqat  obyektinə  çevirir,  mədəni  imperializmə  infor-
masiya  imperializminin  bir  öncəki  mərhələsi  kimi  yanaşır. 
Həmçinin, tədqiqat çərçivəsində informasiya imperializminin 
dünyanın siyasi sisteminə daxil olması, ilkin təcrübələr, real-
lıqlar və perspektivlərə nəzər salınır, infoidentiklik milli – et-
nik  identikliyi  neytrallaşdıran  faktor  kimi  səciyyələndirilir, 
milli-etnik sosial piramidadan homogen infokulturoloji sosial 
piramidaya doğru dəyişən sosial stratifikasiya diqqətə təqdim 
olunur. Müəllif, eyni zamanda, yeni növ hakimiyyət formasın-
dan – “şəbəkə hakimiyyəti”ndən (netokratiya) bəhs edir, onun 
infoimperializm çərçivəsindəki funksionallığına toxunur. 
Vurğulamaq gərəkdir ki, kitabda infoimperializmə qarşı 
mübarizə  mexanizmləri,  ideoloji  və  institusional  vasitələr  də 
oxucuların  diqqətinə  çatdırılır.  Ailə  institutu    infoimperializ-
mə  qarşı  mübarizə  prosesində  başlıca  strateji  vasitə  kimi  sə-
ciyyələndirilir,  bu  prosesdə  ictimai  ahəngdarlığı  təmin  edən 
milli ideologiya faktorunun xüsusi əhəmiyyət kəsb etdiyi bil-
dirilir. Eyni zamanda, informasiya imperializmi kontekstində 
Azərbaycanın  milli  maraqlarının  etibarlı  müdafiəsi  mexaniz-
minə  toxunulur,  milli  vətənpərvərlik,  ailə  institutu,  milli-mə-



 
nəvi  dəyərlər  sistemi  və  intellektual  patriotizm  infoimperia-
lizmə qarşı müdafiə vasitəsi kimi müəyyən edilir. 
Bir məqama xüsusilə toxunmaq lazımdır ki, kitabda isti-
fadə  edilmiş  “infoimperializm”,  “infoidentiklik”,  “infokrati-
ya”  “infokulturoloji  piramida”,  “infoelita”,  “infogen  təsir” 
terminləri  ilk  dəfə  politoloji  leksikona  müəllif  tərəfindən 
gətirilmişdir. 
Ümidvarıq  ki,  kitab  yuxarıda  qeyd  edilmiş  məsələlər 
kontekstində  baş  verən  hadisə  və  proseslərin  araşdırılması, 
öyrənilməsi baxımından tədqiqat xarakterli xüsusi elmi-nəzə-
ri  və  empirik-analitik  informasiya  mənbəyi  kimi  oxucular 
üçün maraqlı olacaqdır. 
Kitab  ali  məktəb  tələbələri,  magistr  və  doktorantlar, 
araşdırmaçılar,  media  nümayəndələri  və  ümumilikdə,  geniş 
oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə