ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   2   3   4   5   6   7   8   9   ...   58

10 
 
I FƏSĠL 
 
 
Ġnfoimperializm 
ən yeni imperializm növü kimi 
 
1.1. Ġnfoimperializm: mahiyyəti və əsasları 
 
İmperializmdən  bəhs  edərkən,  ilk  növbədə,  fərqli  key-
fiyyətlərin  daşıyıcısı  qismində  çıxış  edən  müxtəlif  imperia-
lizm  və  ya  imperialist  siyasət  növlərini  səciyyələndirmək  la-
zımdır.  Nəzərə  alsaq  ki,  bəşəriyyət  dinamik  inkişaf  tempinə 
malik  olan  sistem  və  ya  platformadır,  onda  qeyd  edə  bilərik 
ki, müasir kibertexnologiyaların və yaxud texnoloji innovasi-
yaların gətirdikləri xüsusiyyətlər və keyfiyyətlər cəmiyyət da-
xilində, eləcə də,  müasir beynəlxalq  münasibətlər sistemində 
əhəmiyyətli  dəyişikliklər  etmək  gücündədir.  Eyni  zamanda, 
fərqli  xüsusiyyət  və  keyfiyyətlərin  daşıyıcısı  qismində  çıxış 
edən hərbi, siyasi və mədəni imperializm yuxarıda sadalanan 
dəyişikliklərin  fonunda  öz  funksiya  və  missiyalarını  yerinə 
yetiriblər. Amma bununla belə, kapital mahiyyət etibarilə irti-
caçı olduğu üçün daim yeni bazarlar axtarır. Həmçinin, kapi-
tal bu bazarların münbit, əlverişli, idarəolunan və sabit olma-
sını tələb edir. Belə olan halda, imperialist güclər imperializ-
min substratı olan kapitalizmin inkişafı üçün, heç şübhəsiz ki, 
yeni metod və vasitələr axtarışına çıxıblar. Bunun fonunda isə 
əqli və idraki inkişafın son mərhələsində kapital, demək olar 
ki,  klassik  kapitalizmin  hüdud  və  sərhədlərini  zorlayaraq,  ən 
müasir dövrdə  özünə  məqbul  qəlib və  forma tapmağı bacar-
mışdır.  Biz  imperializmi  qidalandıran  kapitalizmi  bütün  növ 


11 
 
qəlib  və  formalara  uyğun  gələn  su  ilə  müqayisə  edə  bilərik. 
Başqa sözlə, kapital elastik, çoxşaxəli və istənilən konfiqura-
siyaya  uyğun  gəlmək  xüsusiyyətinə  malikdir.  Amma  təyinat 
etibarilə  vahiddir.  Kapitalın  əsas  funksiyası  gəlir  əldə  etmək 
və istismara yönəlməkdir. 
Məlum  olduğu  kimi,  Marksizm  nəzəriyyəsində  kapita-
lizm  istismarçı  quruluş  və  irtica  kimi  səciyyələndirilirdi. 
Amma sonrakı dövrdə kapitalizmə qarşı ümumi loyal müna-
sibət  formalaşdırıldı.  Buna  baxmayaraq,  hazırki  nəzəriyyəçi-
lər  və  araşdırmaçılar  belə  bir  qənaət  ifadə  edirlər  ki,  Karl 
Marksın kapitalizmlə bağlı səsləndirdiyi fikirlər bu quruluşun 
əsaslarını,  hətta  iç  üzünü  olduqca  adekvat  surətdə  əks  etdir-
mişdir. Eyni zamanda, qeyd edə bilərik, Marksizm nəzəriyyə-
sində ifadə olunan tezis və fikirlər ənənəvi və modern beynəl-
xalq münasibətlər sisteminin əsaslarını dəqiq şəkildə ifadə et-
mişdir. Nəzərə alsaq ki, müasir beynəlxalq siyasi münasibət-
lər və proseslər realizmə söykənir və güc nəzəriyyəsinə əsas-
lanır,  məhz  bu  zaman  kapitalın  nə  qədər  böyük  güc  olduğu 
qənaətinə  gələ  bilərik.  Bu  baxımdan,  kapital  varsa,  deməli, 
kapitalizmlə  yanaşı  imperialist  siyasət  də  var.  Ümumiyyətlə, 
kapitalizmlə imperializm eyni mənbədən qidalanır. Bəzi araş-
dırmaçılar iddia edirlər ki, imperializm kapitalizmin məhsulu-
dur  və  yaxud  son  mərhələsidir.  Hətta  bir  sıra  nəzəriyyəçilər 
kapitalizmlə  imperializmi  eyniləşdirirlər.  Amma  qeyd  etmək 
lazımdır ki, kapitalizm və imperializm vəhdətdədirlər, biri di-
gərini  qidalandırır,  yaxud  biri  digərinin  mövcudluğunu  şərt-
ləndirir.  Beləliklə,  bir-birilə  vəhdətdə  olan  bu  iki  siyasi-iqti-
sadi  faktor  intellektual  amillə  birləşərək,  beynəlxalq  münasi-
bətlər  sistemində  spesifik  iyerarxiya  formalaşdırmağı  bacarır 
və  diktə  edən  tərəf  kimi  çıxış  edir.  Buradan  da  yeni  siyasət 
növünü səciyyələndirən modern bir anlayış meydana çıxır: ən 


12 
 
yeni  imperializm.  Əlbəttə  ki,  bunu  neoimperializmdən  fərq-
ləndirmək lazımdır. Belə ki, ən yeni imperializm daha çox in-
formasiya  resursları  və  idarəetməsi  üzərində  qurulduğu  üçün 
onu  infoimperializm  kimi  səciyyələndirmək  doğru  olardı. 
Çünki  infoimperializm  çərçivəsində  idarəetmə  və  istismar 
ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə  deyil,  məhz  infor-
masiya  vasitəsilə  həyata  keçirilir.  Bunun  üçünsə  modern  ki-
bertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə 
edilir. 
İnfoimperializm adlandırdığımız (H.B.) yeni beynəlxalq 
siyasi  sistem  inkişaf  prosesində  olduqca  maraqlı,  ancaq  eyni 
zamanda,  proqnozlaşdırılması  xeyli  çətin  olan  problemlər  də 
əmələ gətirir. Bu problemlər cəmiyyətin ən ağlagəlməz sahə-
lərinə nüfuz etməklə bir sıra hallarda  yeni keyfiyyət dəyişik-
liklərinə, əksər hallarda isə dəhşətli aşınmalara gətirib çıxarır. 
Aşınma əsas etibarilə mənəvi sferada baş verir və bu o dərə-
cədə  güclü  təsirə  malik  olur  ki,  millət  və  xalq  anlayışlarının 
ifadə etdiyi  məzmuna  belə, köklü şəkildə təsir göstərir. Yeni 
qlobal sosial piramida yaradır. Bu piramida isə klassik milli-
etnik piramida deyil, infokulturoloji (H.B.) piramida şəklində 
ortaya çıxır. 
İnfokulturoloji piramidanın formalaşması isə milli döv-
lətləri beynəlxalq münasibətlərin aktoru kimi ilkin mərhələdə 
zəiflədir, sonrakı mərhələdə isə tamamilə sıradan çıxarıla bil-
mə ehtimalını gücləndirir. Milli aktorların zəifləməsi isə info-
imperializmə xidmət edən qloballaşmanı gücləndirir. Beləlik-
lə, infoimperializm yeni qlobal infokratiyanı (H.B.) infokrati-
ya isə  yeni infoelitanı (H.B.) şərtləndirir. Nəticə etibarilə bə-
şər  tarixində  bu  vaxtadək  müşahidə  edilməmiş  yeni  və  dəh-
şətli bir indentiklik formalaşır. Bu milli-etnik və dini identik-
likdən  köklü  şəkildə  fərqlənən,  eyni  zamanda,  bu  identikliyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə