ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   2   3   4   5   6   7   8   9   ...   58

13 
 
rədd  edən  infoidentiklikdir  (H.B.).  İnfoidentiklik  qloballaş-
manın sosial bazasını formalaşdıran  yeni növ, infoidentik in-
san (şəxsiyyəti və dünyagörüşü milli-mənəvi dəyərlər əsasın-
da  deyil,  qəbul  etdiyi  informasiya  əsasında  formalaşan  yeni 
insan)  yaratmaqla  infoimperializmi  təmin  edən  intellektual 
resurs rolunu oynayır. 
İnfoimperializmin  sürətlə  təşəkkül  etməsi  üçün  media 
(bütün növ, əsas etibarilə isə sosial media) əvəzsiz rol oynayır.
 
 
1.2. Ġnfoimperializmin dünyanın siyasi sisteminə da-
xil olması: ilkin təcrübələr, reallıqlar və perspektivlər 
 
İnfoimperializmin yaranması və yaxud onun əsaslarının 
qoyulması XX əsrin ikinci  yarısına təsadüf edir. Belə ki, hə-
min dövrdə bir sıra Qərb nəzəriyyəçiləri, ideoloqları və stra-
teqləri  ənənəvi,  klassik  əsaslar  üzərində  bərqərar  olunmuş 
mədəni imperializmin lazımi dividendlər gətirmədiyini və ki-
fayət qədər səmərəli olmadığını, həmçinin, həmin dövrdə ge-
niş vüsət almış milli özünüdərk prosesinin mədəni imperializ-
min  üfüqlərini  məhdudlaşdırdığını  anlayırdılar  və  özləri  də 
mədəni imperializmin sonunun yaxınlaşdığını etiraf edirdilər. 
Məhz buna görə də, həmin dövrdə bəhs olunan ideoloqlar və 
strateqlərin qarşısında iki əsas  məsələ var idi: birincisi, impe-
rializmi  yeni  keyfiyyət  ünsürləri  əsasında  təşkil  etmək  və 
onun  davamlılığının  təmin  olunmasına  nail  olmaq;  ikincisi, 
imperializmə mane olan ünsürlərə, xüsusilə də milli dövlətlə-
rə qarşı mübarizə aparmaq.  
Əlbəttə ki, bu məsələlər dünya siyasətinin əsas meyil və 
istiqamətlərini müəyyənləşdirən Avroatlantik dairələrin beyin 
mərkəzlərində  xüsusi  müzakirə  predmetinə  çevrilmiş  və  bu 
istiqamətdə  məxsusi  strateji  kurs  işlənib,  hazırlanmışdır.  Tə-


14 
 
əssüf ki, bəhs olunan strateji kursun mahiyyəti və təfərrüatları 
dünya ictimaiyyətinə məlum olmamış və həyata keçirilən im-
perialist  siyasətin  fonunda  ortaya  çıxan  real  mənzərə  müasir 
beynəlxalq  münasibətlər  sisteminin  tərəddüdsüz  qəbul  edilən 
aktorları  olan  milli  dövlətləri  ciddi  fakt  və  seçim  qarşısında 
qoymuşdur. Buna görə də, informasiya imperializmi öz məq-
səd  və  hədəflərini  diktə  etməyə  başlayanda,  mövcud  beynəl-
xalq şəraitin fonunda milli dövlətlər onun qarşısında aciz du-
ruma düşdülər. 
Beləliklə, bir neçə ilkin uğurlu əməliyyatdan sonra yeni 
ümumbəşəri-infokulturoloji  piramidanın  qurulması  məsələsi 
aktuallaşmağa başladı. Və XX əsrin 80-ci illərindən başlaya-
raq beynəlxalq münasibətlər sisteminin keyfiyyətcə yeni mər-
hələyə daxil olması özü ilə bərabər spesifik və yeni ideyaların 
meydana çıxmasını şərtləndirdi. Bu məqamda onu da mütləq 
mənada  qeyd  etmək  lazımdır  ki,  gözlənilməyən  və  proqnoz-
laşdırılmayan bir şəkildə  dünya siyasətinin nəhəng güc  mər-
kəzi  qismində  çıxış  edən  SSRİ  iflasa  uğradı.  Bundan  sonra 
“Mondializm” və  “Yeni dünya  düzəni” konsepsiyasına  əsas-
lanan  “qlobal  dövlət”  ideyası  meydana  çıxdı.  Məhz  bu  kon-
tekstdə baş verən hadisələrin mahiyyətini daha dəqiq izah et-
mək üçün imperializmi yaradan və şərtləndirən əsas faktorlar-
dan biri olan müharibə məsələsinə toxunmaq məqsədə müva-
fiqdir. Bilindiyi kimi, hərbi, iqtisadi və mədəni imperializmin 
əsas vasitəsi qismində məhz müharibələr çıxış edir. Və yaxud 
hərbi,  iqtisadi  və  mədəni  imperializmi  qurmaq  müharibələr 
nəticəsində  mümkün  olmuşdur.  Belə  olan  halda,  əlbəttə  ki, 
informasiya  imperializmini  formalaşdırmaq  da  müharibələr 
nəticəsində mümkün olmalı idi. Amma bu kontekstdə maraqlı 
bir hadisə baş verdi. Belə ki, informasiya imperializmi hərbi, 
iqtisadi və  mədəni imperializmdən nə qədər fərqlənirdisə, ən 


15 
 
yeni  imperializmin  yaranmasını  şərtləndirən  müharibə  də 
keyfiyyətcə  klassik  müharibələrdən  bir  o  qədər  fərqlənmiş 
oldu. Dolayısıyla, müharibə klassik vasitələrlə-artilleriya, top, 
tüfəng  vasitəsilə  cəbhələrdə  deyil,  məhz  insanların  beyinlə-
rində,  təfəkküründə,  eyni  zamanda,  ideya  və  ideologiyalarda 
aparılmağa  başlandı.  Təbii  ki,  burada  da  müəyyən  hərbi  və 
iqtisadi resurslardan istifadə olunmağa başlandı və bu, müəy-
yən dərəcədə kataklizmləri, lokal qarşıdurmaları şərtləndirmiş 
oldu. Düşünürük ki, 4 aprel 1987-ci il tarixində Sovet İttifaqı 
Mərkəzi  Komitəsinin  Baş  katibi,  SSRİ  Ali  Soveti  Rəyasət 
Heyətinin  sədri  Mixail  Qorbaçovun  “4  aprel  plenumu”nda 
səsləndirdiyi  “perestroyka”  və  “qlastnost”  məhfumları  bəhs 
olunan xarakterli müharibənin başlanması demək idi. Əlbəttə, 
olduqca  paradoksaldır  ki,  dövlət  rəhbəri  öz  dövlətinə  qarşı 
müharibə elan etmişdi. Ona görə də, hesab edirik ki, bu tarix, 
əslində, üçüncü dünya müharibəsinin başlanğıcı idi. 
Qeyd etmək lazımdır ki, məlum müharibənin elan olun-
masından  sonra  baş  verən  hərbi,  siyasi,  iqtisadi  və  ideoloji 
proseslərin fonunda əhəmiyyətli dəyişikliklər qeydə alındı və 
nəticə etibarilə, ikiqütblü sistem sıradan çıxmış oldu. Əlbəttə 
ki, bipolyar sistem dünya siyasəti və beynəlxalq münasibətlər 
sistemində  rəqabəti  şərtləndirir,  eyni  zamanda,  elmin,  iqtisa-
diyyatın  inkişafını  stimullaşdırırdı.  Həmçinin,  həmin  dövrdə 
dünya  dini-etnik  identikliyə  görə  fərqli  cəbhələrə  bölünmə-
mişdi. Məlum olduğu kimi, o dövrdə dünyada siyasi-ideoloji 
identikliyə  görə  cəbhələşmə  və  yaxud  bölgü  var  idi.  Buna 
görə  də,  multimədəni  sərhədlər  daxilində  rəqabət,  inkişaf  və 
uzlaşma  prosesi  baş  verirdi.  Düşünürük  ki,  bu,  bəşəriyyətin 
ümumi inkişafının lehinə idi. 
Amma  sonrakı  mərhələdə,  yəni  SSRİ-nin  dağılması  və 
yeni dünya düzəninin formalaşması ilə dünya siyasəti və bey-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə