ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   2   3   4   5   6   7   8   9   ...   58

16 
 
nəlxalq  münasibətlər  sistemində  kardinal  dəyişikliklər  baş 
verdi. Bunun fonunda isə nəzəriyyəçilər və ideoloqlar müasir 
beynəlxalq  münasibətlər  sisteminin  təməl  xüsusiyyətlərinə 
müvafiq  surətdə  infoimperializmin  məqsəd  və  hədəflərinə 
xidmət edən ideya və konsepsiyalarla çıxış etdilər. Bu, əslin-
də,  mədəni  imperializmdən  infoimperializmə  transformasiya 
prosesinin  sistemləşdirilməsi  idi.  Bu  istiqamətdə  Samuel 
Hantinqton 1993-cü ildə Amerika Birləşmiş Ştatlarının xarici 
siyasət jurnalı olan “Foreign affairs”də “Sivilizasiyaların toq-
quşması”  adlı  məqalə  dərc  etdirdi  və  sonralar  bu  yazı  daha 
ciddi diskussiyalar yaratdı. 
Əslində,  bu  məqalədə  əks  olunmuş  tezis  və  ideyaların 
fonunda  üçüncü  dünya  müharibəsində  yeni  cəbhə  açılmış 
oldu. “Sivilizasiyaların toqquşması” adlı məqalə çox ciddi ef-
fekt  yaratdı  və  onun  ortaya  çıxardığı  tezislər  infoimperializ-
min beyin mərkəzlərinin əsas silahlarından birinə çevrildi.  
Ümumiyyətlə,  S.Hantinqtonun  “Sivilizasiyaların  toq-
quşması” adlı məqaləsində əks olunmuş tezislərin xarakterini 
və mahiyyətini anlamaq üçün orada yer almış bir sıra məsələ-
lərə diqqət yetirmək lazımdır. 
Beləliklə, S.Hantinqtonun konsepsiyasının ümumi cizgi-
ləri  bir  növ  gələcəklə  üzləşmə  idi.  Beynəlxalq  münasibətlər 
tarixinin müxtəlif mərhələlərində dünya siyasətinin dinamika-
sı  münaqişələrin  müxtəlif  tipini  müəyyənləşdirdi.  Əvvəlcə, 
bu, monarxlararası münaqişələr idi. Böyük fransız inqilabın-
dan sonra millət və dövlətlərarası münaqişələr erası başlandı. 
1917-ci il rus inqilabından sonra dünya ideoloji, sosial-siyasi 
prinsiplər üzrə parçalandı. Bu parçalanma soyuq müharibənin 
başa  çatması  dövrünə  qədər  ixtilafların  əsas  mənbəyi  oldu. 
Lakin S.Hantinqtonun fikrincə, bu tip münaqişələr Qərb sivi-
lizasiyası daxilindəki münaqişələr idi. Politoloq göstərir: «so-


17 
 
yuq müharibənin başa çatması ilə beynəlxalq siyasətin inkişa-
fının Qərb fazası başa çatır. Qərblə  qeyri-Qərb sivilizasiyası 
arasında qarşılıqı fəaliyyət mərkəzə doğru irəliləyir». 
S.Hantinqton  sivilizasiyanı  sosial-mədəni  birliyin  ən 
yüksək  dərəcəsi  və  insanların  mədəniyyət  identikliliyinin  ən 
yüksək səviyyəsi kimi müəyyənləşdirir. Hər sivilizasiya üçün 
bəzi  obyektiv  təzahürlərin  mövcudluğu  xarakterikdir:  tarix, 
din,  dil,  adət  birliyi,  sosial  institutların  fəaliyyətinin  özünə-
məxsusluğu,  habelə  insanın  subyektiv  özünüeyniləşdirməsi. 
A.Toynbi  və  digər  tədqiqatçıların  işlərinə  arxalanan  S.Han-
tinqton 8 sivilizasiya müəyyənləşdirir: – Qərb-xristian – Pra-
voslav-xristian – İslam Konfutsi – Latın Amerika – İnduist – 
Yapon – Afrika. Onun nöqteyi-nəzərincə, beynəlxalq münasi-
bətlərdə sivilizasiya amili daim güclənəcək. Bu qənaət aşağı-
dakı tərzdə əsaslandırılır.  
Birincisi, əsasını dinin təşkil etdiyi sivilizasiyaların ara-
sındakı  müxtəliflik  daha  mühümdür,  bu  müxtəliflik  əsrlərlə 
yığılır, siyasi ideologiya və  siyasi rejim arasındakı  müxtəlif-
likdən olduqca güclüdür;  
İkincisi, müxtəlif sivilizasiyalara mənsubluğu olan xalq-
ların  qarşılıqlı  fəaliyyəti  güclənir,  bu  isə  sivilizasiya  özünü-
dərkinin artmasına və sivilizasiyalar və birliklər çərçivəsində 
öz sivilizasiyasının müxtəlifliyinin başa düşülməsinə aparır;  
Üçüncüsü, dinin rolu artır, üstəlik, sonuncu daha funda-
mental hərəkatlar formasında təzahür edir;  
Dördüncüsü, Qərbə aid olmayan ölkələrdə Qərbin təsiri 
zəifləyir, bu isə yerli elitanın qərbsizləşdirmə prosesində özü-
nüifadəsinə gətirir və öz sivilizasiya köklərini axtarmağı güc-
ləndirir; 
Beşincisi,  iqtisadi  və  siyasi  fərqliliyə  nisbətən  mədəni 
fərqlilik daha az dəyişikliyə uğrayır və buna uyğun olaraq da-


18 
 
ha  az  güzəştli  qərarlara  gətirib  çıxarır.  S.Hantinqton  yazır: 
“Keçmiş  Sovet  İttifaqında  kommunistlər  demokrata,  varlılar 
kasıba çevrilə bilərlər, amma bütün arzulara baxmayaraq, rus-
lar estonlara, azərbaycanlılar erməniyə çevrilə bilməzlər”.  
Altıncısı, politoloq mədəni-dini eyniliyin bir çox iqtisa-
di təşkilat və inteqrasiya qruplaşmalarına əsaslandığından, si-
vilizasiya  amili  ilə  bağlı  olan  iqtisadi  regionçuluğun  güclən-
məsini qeyd edir. 
S.Hantinqton soyuq müharibədən sonra sivilizasiya ami-
linin  dünya  siyasətinə  təsirini  «qardaş  ölkələr  sindromu»nun 
təzahüründə görür.  Bu sindrom dövlətlərin qarşılıqlı  münasi-
bətlərdə ideoloji birlik və siyasi sistemə görə istiqamətlənmə-
sini deyil, sivilizasiya yaxınlığını əsas götürür. Bununla belə, 
sivilizasiya fərqinin reallığı üçün nümunə qismində son illər-
dəki  əsas  münaqişələrin  sivilizasiyalararası  parçalanma  xət-
tində baş verdiyini göstərir. Bu sərhəd sivilizasiya meydanla-
rının kəsişməsindən keçir (Balkanlar, Qafqaz, Yaxın Şərq və 
digərləri). 
Gələcəyi  proqnozlaşdırarkən  S.Hantinqton  belə  bir  qə-
naətə gəlir ki, Qərb və qeyri-Qərb sivilizasiyası arasında mü-
naqişə qaçılmazdır, üstəlik, Qərb üçün əsas təhlükəni konfut-
si-islam  bloku  –  Çin,  İran,  bir  sıra  ərəb  və  digər  müsəlman 
dövlətlərinin hipotetik (fərziyyəvi) koalisiyası təşkil edir. Öz 
ehtimallarının təsdiqi üçün Amerika politoloqu 1990-cı illərin 
siyasi həyatından faktlar gətirir. 
Onun  fikrincə,  Qərb  yeni  təhlükənin  qarşısında  möh-
kəmlənməlidir  və  S.Hantinqton  bunun  üçün  tədbirlər  təklif 
edir.  Bundan başqa,  Amerika  politoloqu  hökumətin  Qərbyö-
nümlü  olduğu,  lakin  adət-ənənə,  mədəniyyət,  tarix  baxımın-
dan Qərblə ümumi heç nəyi olmayan «parçalanmış dövlətlər» 
adlanan  ölkələrə  diqqət  yetirməyə  çağırır.  Belə  ölkələrə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə