ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   2   3   4   5   6   7   8   9   ...   58

19 
 
S.Hantinqton Türkiyəni, Meksikanı və Rusiyanı aid edir. So-
nuncunun  xarici  siyasi  istiqaməti  müəyyən  qədər  beynəlxalq 
münasibətlərin gələcəyinin təhlil edilməsindən asılıdır. Buna 
görə  də,  S.Hantinqton  xüsusi qeyd edir  ki, Qərbin  maraqları 
Rusiya  ilə  əməkdaşlığı  genişləndirmək  və  davam  etdirməyi 
tələb edir. S.Hantinqton XX əsrin 90-cı illərində də öz ideya-
larını müdafiə və inkişaf etdirirdi. 1996-cı ildə o, «Sivilizasi-
yaların  toqquşması  və  dünya  düzəninin  dəyişdirilməsi»  kita-
bını nəşr etdirdi. Bu işdə amerikalı politoloq Qərb-xristian və 
islam  sivilizasiyasının  qarşılıqlı  münasibətlərinə  xüsusi  diq-
qət verir. S.Hantinqtonun fikrincə, onların arasındakı münaqi-
şənin mənbəyi çoxəsrlik tarixə malikdir.  
Xristianlıqla  İslam  arasında  qarşılıqlı  ixtilaflı  münasi-
bətlər Şimali Afrikada, İberiya yarımadasında (İspaniya), Ya-
xın  Şərq  və  digər  regionlarda  ərəb  istilalarından  başlayır. 
Xristian-ərəb  qarşıdurması  Rekonsistə  –  İspaniyanın  ərəb  və 
barbarlardan  azad  edilməsi  müharibələrinə,  150  il  ərzində 
Qərbi  Avropa  hökmdarlarının  Fələstin  torpaqları  və  onların 
ətraf  bölgələrində  möhkəmlənmək  üçün  təşkil  etdikləri  Xaç 
yürüşlərinə qədər davam edir. Bu qarşıdurmada ən əlamətdar 
hadisə kimi 1453-cü ildə türklər tərəfindən Konstantinopolun 
ələ keçirilməsi və 1529-cu ildə Vyananın mühasirəyə alınma-
sını göstərir. Bizans imperiyasının süqutundan sonra əvvəllər 
ona məxsus olan Kiçik Asiya, Balkanlar və Şimali Afrika əra-
zilərində  İslam  dünyasının  ən  iri  hərbi  və  siyasi  mərkəzinə 
çevrilən Osmanlı imperiyası meydana çıxdı. Uzun müddət bir 
çox xristian ölkələri və xalqlarına bilavasitə bu imperiya tərə-
findən təhlükə mövcud idi.  
Böyük  coğrafi  kəşflər  və  Qərb-xristian  dünyasının  İs-
lamla  qarşıdurmasında  qüvvələr  nisbəti  Qərbin  lehinə  dəyiş-
di.  Avropa  dövlətləri  Avropa  ərazilərindən  kənarda  –  Asiya 


20 
 
və Afrika qitələrində olan geniş ərazilərdə nəzarəti ələ aldılar. 
Bu ərazilərin bir çox hissəsində ənənəvi olaraq İslama inanan 
xalqlar  məskunlaşmışdılar.  S.Hantinqtonun  istinad  etdiyi 
mənbələrin məlumatına əsasən, 1757-ci ildən 1919-cu ilə qə-
dər  92  müsəlman  bölgəsinin  qeyri-müsəlman  dövlətləri  tərə-
findən işğalı qeydə alınıb. Avropa müstəmləkəçiliyi və istila-
ları ona qarşı qeyri-Qərb əhalisinin, əksərən müsəlman əhali-
nin  müqaviməti,  silahlı  münaqişələrilə  müşayiət  olunurdu. 
S.Hantinqtonun qənaətinə görə, 1820-ci ildən 1929-cu ilə qə-
dər  dövlətlər  arasında  müharibələrin  yarısı  başqa  dinə  mən-
sub  olan,  o  cümlədən,  xristian  və  İslam  dövlətləri  arasında 
baş verib. 
Hantinqtonun  fikrincə,  onların  arasındakı  münaqişə  bir 
tərəfdən  İslamın həyat tərzinə çevrilmiş  müsəlman  konsepsi-
yası ilə din və siyasətdən kənara çıxan Qərb xristianlığı kon-
sepsiyası  arasındakı  fərqdən  qaynaqlanır.  Digər  tərəfdən,  bu 
münaqişə oxşar cizgilərlə şərtlənir. Həm xristian, həm də İs-
lam  monoteist  (təkallahlı)  dinlərdir  və  politeist  (çoxallahlı) 
dinlərdəki kimi başqalarının allahlarını assimilyasiya etmir və 
dünyaya  «biz  və  onlar»  prizmasından  baxırlar.  Hər  iki  din 
universal xarakter daşıyır və Yer kürəsindəki bütün insanların 
arxasınca  gedə  biləcəkləri  vahid,  həqiqi  inanc  roluna  iddia 
edirlər. Hər ikisi öz ruhları etibarilə missioner xarakterlidir və 
öz tərəfdarlarının öhdəsinə prozelitzm (sadiqlik) qoyur. İslam 
ekspansiyası  ilk  illərində  istila  yolu  ilə  həyata  keçirilirdi, 
amma  xristianlıq  da  belə  imkanları  əldən  vermirdi.  S.Han-
tinqton  qeyd  edir  ki,  „cihad”  və  „xaç  yürüşü”  təkcə  bir-
birilərinə  oxşar  deyillər,  həm  də  bu  təzahür  bu  dinləri  başqa 
dünya dinlərinin içərisindən seçib ayırır. 


21 
 
Hantinqtonun  fikrincə,  XX  əsrin  sonunda  müsəlman  və 
xristian  sivilizasiyası  arasında  köhnə  münaqişələrin  gərgin-
ləşməsi beş amillə şərtlənir. 
– müsəlman əhalisinin sayının artması ilə yaranan işsiz-
lər dalğasının və Qərbə miqrasiya edən, İslam hərəkatına qar-
şı gənclərdə narazılığın yaranması; 
– İslamın dirçəlməsinin müsəlmanlara öz sivilizasiyala-
rının  və  dəyərlərinin  xüsusi  missiyası  və  xüsusi  xarakterinə 
inanmaq imkanı verməsi; 
–  Qərbin  öz  təsisat  və  dəyərlərini  universallaşdırmağı 
təmin etməsi, müsəlman dünyasındakı münaqişələrə müdaxi-
lə etmək cəhdləri üçün hərbi və iqtisadi üstünlüyü saxlamağı 
bacarması; 
– kommunizmin dağılmasının həm Qərb, həm də İslam 
üçün  ümumi  düşmənin  aradan  qalxmasına  gətirib  çıxarması, 
nəticədə onların əsas təhdid kimi bir-birilərini görməyə başla-
ması; 
– müsəlmanların və Qərbin nümayəndələri arasında sıx 
əlaqələrin onların bir-birindən fərqli olduqlarını və  başqa si-
vilizasiyaya aid olmalarını üzə çıxarması, mənsub olduğu öl-
kələrdə  milli  azlıqların  nümayəndələrinin  hüquqlarının  məh-
dudlaşdırılması məsələsini qəbul edə bilməmələri. 
Hantinqton qeyd edir ki, elə buna görə də, 1980-1990-cı 
illərdə həm müsəlman, həm də xristian sivilizasiyası çərçivə-
sində dözümlülük azalmağa doğru getdi. 
Hantinqtonun fikrincə, Qərb və müsəlman sivilizasiyası 
arasındakı  münaqişənin  ənənəvi  geosiyasi  ölçüsü  tarixə  qo-
vuşmuşdur. Qərbin məhəlli imperializmi haqda faktiki məlu-
matın  olmaması,  müsəlmanların  ərazi  ekspansiyalarının  da-
yanması  coğrafi  ayırmaya  gətirib  çıxardı.  Nəticədə  Qərb  və 
müsəlman  icmaları  yalnız Balkanlardakı  bir neçə  məntəqədə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə