ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   2   3   4   5   6   7   8   9   10   ...   58

22 
 
bilavasitə bir-biriləri ilə sərhədə malik oldular. Qərb və İslam 
arasında  ərazi  aspektindən  daha  çox,  daha  geniş  problemlər 
dayanır: silahların yayılması, insan hüquqları və demokratiya, 
neft  istismarına  nəzarət,  miqrasiya,  İslam  terrorizmi  və  Qər-
bin müdaxiləsi. 
XXI əsrin əvvəllərində İslam  terrorizminin fəallaşması-
nın  əks-sədası  “sivilizasiyalar  toqquşması”  konsepsiyasına 
yenidən maraq yaratdı. Buna baxmayaraq, 11 sentyabr 2001-
ci ildən sonra Hantinqton Qərb-xristian və İslam sivilizasiya-
sının  qarşıdurması  barədə  öz  tezislərini  etibarsız  saymağa 
cəhd etdi. Hər şeydən öncə, o, bunu siyasi əxlaq düşüncəsi ilə 
edirdi. Nyu-York və Vaşinqtona qarşı terrorçuların hücumun-
dan sonra ABŞ-da antimüsəlman əhval-ruhiyyəsi birdən-birə 
güclənmişdi,  buna  görə  də,  sivilizasiyalararası  münaqişəni 
xatırlatmaq  oxşar  əhval-ruhiyyəni  alovlandıra  və  arzu-
olunmaz xaosa gətirib çıxara bilərdi. 
S.Hantinqtonun  ideyası  ətrafında  artıq  10  ildən  çoxdur 
ki, diskussiyalar gedir. Bütün alimlər və siyasətçilər bu ideya-
lara əsaslanaraq, dünya siyasətində baş verən bir çox proses-
ləri izah edirlər. Digərləri, əksinə,  beynəlxalq münasibətlərin 
real  praktikasının  “sivilizasiyaların  toqquşması”  konsepsiya-
sının müddəalarına uyğun olmadığını hesab edirlər. Məsələn, 
Rusiya  sivilizasiya  kökləri  ilə  pravoslav  olan  Gürcüstanla 
münasibətlərini  postsovet  dövründə  daha  çətin  qurur,  nəinki 
mahiyyət etibarilə İslam sivilizasiyasına məxsus Azərbaycan-
la. Rusiya Federasiyası kimi çoxmillətli və çoxdinli dövlətlər-
də  dini  fərqlilik  məsələsinin  şişirdilməsi,  habelə  sivilizasiya-
lararası münaqişələrin qaçılmazlığını iddia etmək stabillik və 
təhlükəsizlik üçün mənfi nəticələr verə bilər. Amma qloballa-
şan  dünyada  müxtəlif  mədəniyyət  və  din  nümayəndələrinin 
bilavasitə  qarşılıqlı  fəaliyyəti  şəraitində  mürəkkəb  münaqişə 


23 
 
vəziyyətlərinin  yaranacağını  nəzərə  almamaq  olmaz.  Bütün 
bunlar Hantinqtonun ideyalarını başa düşməyi və real beynəl-
xalq münasibətlərin analizində onun rolunu qiymətləndirməyi 
şərtləndirir. 
Beləliklə,  Samuel  Hantinqtonun  “Sivilizasiyaların  toq-
quşması”  adlı  məqaləsi  beynəlxalq  siyasi  və  ictimai  dairələ-
rin,  o  cümlədən  siyasət  elminin  nəzəriyyəsi  ilə  məşğul  olan 
alimlərin  ciddi  diskussiyasına  səbəb  oldu.  Bəs  S.Hantinqto-
nun dedikləri doğrudan da yeni fikir idimi? Bu nöqteyi-nəzər-
dən  yanaşsaq,  əlbəttə  ki,  bəşər  sivilizasiyasının  tarixi  inkişaf 
mərhələlərinə nəzər saldıqda görəcəyik ki, S.Hantinqton yeni 
bir fikir və ideya irəli sürmürdü. Bu, sadəcə, mövcud olan si-
yasi, iqtisadi və milli – etnik gerçəkliyin yeni keyfiyyətdə təs-
viri idi. Və bu siyasi-coğrafi gerçəkliyi Hantinqton öz məqa-
ləsində yeni adlar və yeni politoloji terminlərlə təsvir etdiyinə 
görə, bu qədər maraq doğurmuşdu. Samuel Hantinqtonun mə-
qaləsində iddia olunur ki, “soyuq müharibə”nin başa çatması 
ilə  beynəlxalq  siyasətin  inkişafının  qərb  fazası  da  tamamla-
nıb.  Tam  bu  nöqtədə  S.Hantinqton  sivilizasiyaları  Qərb  və  
qeyri-Qərb  olmaqla  iki  cəbhədə  qruplaşdırır.  O  gündən  bu 
vaxta qədər də S.Hantinqtonun bu nəzəri fikirlərinə söykənən 
diskussiyalar davam edir. Amma hər nə qədər artıq 20 ilə ya-
xın bir müddətdir ki, bu diskussiyalar davam etsə də, heç kəs 
Qərblə qeyri-Qərbin sərhədlərini müəyyənləşdirə bilmir. 
Beləliklə, yeni mərhələdə rəqabət, qarşıdurma və uzlaş-
ma siyasi-ideoloji müstəvidən dini-etnik münasibətlər sferası-
na transfer olundu. Hadisələr o qədər sürətlə  cərəyan etdi ki, 
sonrakı mərhələdə infoimperializmin ideoloqları və ideya ge-
neratorları bunu vahid  imperialist siyasət növü kimi səciyyə-
ləndirməyə  başladılar.  Əlbəttə  ki,  bu  siyasət  növünün  adını 
infoimperializm  qoymaqla  dünyaya  hökm  etmək  olmazdı. 


24 
 
Ona  görə  də,  imperialist  güclər  burada  da  əqlin  və  idrakın 
üfüqlərini bir daha zorlayaraq yeni institusional ideyaları, xü-
susilə  də  “qlobal  dövlət”  ideyalarını  aktuallaşdırmağa  başla-
dılar. Əslində, “qlobal dövlət” ideyası hegemoniya fəlsəfəsi-
nin fonunda tarixin bir çox dövrlərində müxtəlif adlar altında 
mövcud  olmuşdur. Amma tarixin  müxtəlif dövrlərində  möv-
cud  olmasına  baxmayaraq,  bu  ideya  indiki  qədər  aktual  və 
real olmamışdır. Belə ki, bu gün dünya siyasəti və beynəlxalq 
münasibətlər sisteminin başlıca  meyil  və  istiqamətlərini  mü-
əyyənləşdirən imperialist güc mərkəzləri bu ideyanın gerçək-
ləşdirilməsi  istiqamətində  sistematik  və  kompleks  xarakter 
daşıyan addımlar atırlar və tədrici surətdə müəyyən nailiyyət-
lər  əldə  edirlər.  Nəticə  etibarilə,  bəşəriyyətin  üzləşdiyi  duru-
mun  mahiyyəti ondan  ibarətdir ki,  dünyada vahid imperialist 
şəbəkə  və  yaxud  şəbəkə  hakimiyyəti  (netokratiya)  formalaş-
dırılıb ki, bu da “qlobal dövlət” konsepsiyasının tərkib hissəsi 
kimi səciyyələndirilməlidir. 
Bütün bunlarla yanaşı, ən yeni imperializmin və “qlobal 
dövlət”  konsepsiyasının  fonunda  bu  proseslərin  substratları-
na, institusional əsaslarına və funksionallıq məsələsinə toxun-
maq  məqsədəmüvafiqdir.  Əslində,  infoimperializm  çərçivə-
sində idarəetmə aparatı kimi istifadə olunan institusional qu-
rum məhz milli dövlətlərdir. Çünki milli dövlət real sosial-si-
yasi  təsisat  olmaq  etibarilə  başlıca  idarəetmə  aparatıdır.  Elə 
ilkin idarəetmə institutları deyəndə də milli dövlətlər nəzərdə 
tutulmuşdur. Nəticə etibarilə, “Mondializm” və “Qlobal döv-
lət”  konsepsiyasında  da  milli  dövlətlər  “qlobal  dövlət”in  da-
yağı  və  yaxud  institusional  substratı  kimi  səciyyələndirilir. 
Bunun  üçün  milli  dövlətlərin  gücünün  və  səlahiyyətlərinin 
məhdudlaşdırılması nəzərdə tutulur. Beləliklə, milli dövlətlə-
rin maraqlarına və əsaslarına transmilli korporativ mənafelər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə