ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

25 
 
əsasında müdaxilə edilir ki, bu da dövlətin “millilik” xüsusiy-
yətinin  sıradan  çıxmasını  şərtləndirir.  Artıq  milli  dövlət  xal-
qın və  millətin maraqlarını özündə  təcəssüm etdirən və real-
laşdıran ictimai-siyasi təsisat olmaq xüsusiyyətini itirir. Eyni 
zamanda, zaman keçdikcə milli dövlətlər beynəlxalq münasi-
bətlər  sisteminin  təməl  aktoru  statusundan  məhrum  olmağa 
başlayırlar. 
Əlbəttə ki, infoimperializm çərçivəsində milli dövlətlərə 
müəyyən  rol,  funksiya  və  səlahiyyətlərin  verilməsi  nəzərdə 
tutulmuşdur. Hazırki şəraitdə bunun bir sıra praktik nümunə-
ləri mövcuddur. Ən yeni mərhələdə milli dövlətlərə özlərinin 
tarixi inzibati-siyasi sərhədləri çərçivəsində asayiş qoruyucu-
su funksiyası verilməsi nəzərdə tutulub. Qeyd etmək lazımdır 
ki, II Dünya müharibəsidən sonra təşəkkül tapmış mədəni im-
perializm  çərçivəsində  milli  dövlətlər  müstəmləkə  kimi  mə-
dəni-ideoloji vasitələrlə istismar edilirdi. Bu zaman daha çox 
formal  institusional  vasitələrdən  istifadə  olunurdu.  Belə  olan 
təqdirdə,  ortaya  məhz  bu  cür  sual  çıxır:  o  zaman  milli  döv-
lətlər  mədəni-ideoloji  vasitələrlə  istismar  olunurdu,  bəs  ən 
yeni imperializmin yaradılmasına nə ehtiyac var idi? Artıq bu 
suala münasibətdə fikirlərimizi və analitik qənaətlərimizi ifa-
də  etmişik.    Əlavə  olaraq  onu  da  qeyd  etmək  lazımdır  ki,  II 
Dünya  müharibəsindən  sonra  xalqların  milli  özünüdərki  və 
həmrəyliyi  daha  da  gücləndiyindən  mədəni  imperializm  əv-
vəlki qədər effektli olmadı. Məlum olduğu kimi, həmin dövrə 
qədər imperialist mərkəzlər hakimiyyətə gətirməklə özlərinin 
transmilli səciyyəli korporativ maraqlarını ayrı-ayrı ölkələrdə 
öz  mədəni oxşarlarını  (identiklərini)  yetişdirib təmin etməyə 
çalışırdılar.  Ancaq  qeyd  etdiyimiz  kimi,  XX  əsrin  50-60-cı 
illərindən  başlayan  milli  intibah  bəhs  olunan  imperialist  si-
yasətin  əsaslarını  sarsıtdı  və  ən  yeni  imperializmin  meydana 


26 
 
çıxmasını şərtləndirən faktor qismində çıxış etdi. Eyni zaman-
da,  yeni  texniki  vasitələrin  meydana  çıxması,  texniki  tərəq-
qinin müşahidə olunması, kibertexnologiyaların sürətlə inkişaf 
etməsi infoimperializmin yaranmasına təkan vermiş oldu. 
Qeyd etdik ki, yeni infoimperializm arasında milli döv-
lətlər  “polis”,  asayiş  qoruyucusu  funksiyasını  icra  edəcəklər. 
Buna baxmayaraq, milli dövlətlərin intibahı və öz funksional-
lığını bərpa etməsi ehtimalı da mövcuddur. Bu isə “Mondia-
lizm”  və  “Qlobal  dövlət”  konsepsiyalarına  ziddir.  Ona  görə 
də, ən yeni imperializm çərçivəsində müəyyən edilmiş başlıca 
məqsədlərdən biri də milli dövlətlərin yerləşdiyi inzibati-coğ-
rafi sərhədlər daxilində idarəedilən xaosun yaradılmasıdır. Bu 
kontekstdə  biz  idarəetmə  və  ideoloji  əsasları,  struktur  ele-
mentləri  müəyyənləşdirilmiş  “İraq  modeli”ni  müşahidə  edi-
rik. Məlum olduğu kimi, 2003-cü ilin mart ayında imperialist 
güc  mərkəzləri İraqa hərbi müdaxilə etdilər, hakimiyyəti de-
virəndən  sonra  isə  infoimperializmin  əsaslarına  söykənən 
bəhs etdiyimiz modeli yaratdılar. Başqa sözlə, İraqın bir milli 
dövlət  kimi  öz  sərhədləri  daxilində  mövcudluğu  qorundu, 
amma bu dövlətin idarəetməsi və strukturunda ciddi funksio-
nal dəyişikliklər edildi. Bəhs olunan ölkə daxilində bir-birinə 
münasibətdə  fərqli mövqe  və  qütblərdə  yer  alan qruplar  for-
malaşdırıldı. Əlbəttə ki, burada başlıca məqsəd həmin inziba-
ti-siyasi  sərhədlər  daxilində  nəzarət  və  idarəetməni  əldə  sax-
lamaq,  eyni  zamanda,  fərqli  xüsusiyyət  və  keyfiyyətlərə  ma-
lik olan toplumların formalaşmasına nail olmaq idi. Qeyd et-
mək lazımdır ki, “qlobal dövlət” daxilində sosial-iqtisadi, in-
tellektual, dini-etnik, məzhəb və digər əlamətlərə görə bir-bi-
rindən  fərqlənən  stratifikasiyaların  yaradılmasına  nail  olmaq 
xüsusi strateji məqsəd qismində çıxış edir. Bu, identiklik fak-
torunun sıradan çıxarılması missiyasını təmin etməklə yanaşı, 


27 
 
həm  də  infoimperialistlərin  idarəetmə  əsaslarının  möhkəm-
lənməsinə xidmət edir. Biz bu model və strategiyanın praktik 
nümunələrini  Yaxın  Şərq  və  Şimali  Afrika  geosiyasi  məka-
nında müşahidə edə bilərik.  
Beləliklə,  sadalananların  fonunda  qeyd  edə  bilərik  ki, 
bəhs olunan proseslər kontekstində müasir beynəlxalq müna-
sibətlər  sisteminin  təməl  aktorları  qismində  çıxış  edən  milli 
dövlətlərin qarşısında bir sıra strateji vəzifələr durur. Bu vəzi-
fələrin  başında,  heç  şübhəsiz,  “qlobal  dövlət”in  institusional 
subyektinə çevrilməkdən xilas olmaq və öz funksionallıqları-
nı  bərpa  etmək  missiyası  gəlir.  Əlbəttə  ki,  milli  dövlətlərin 
“qlobal  dövlət”in  institusional  subyektinə  çevrilməsi  prosesi 
uzun müddət davam edəcək. Onu da qeyd etmək lazımdır ki, 
modern  milli  dövlətlər  iqtisadi,  siyasi,  hərbi  və  intellektual 
nöqteyi-nəzərdən bu prosesin qarşısını almaq iqtidarında de-
yillər. Bəhs olunan qlobal proses Yaxın Şərq və Şimali Afri-
kadan  digər  siyasi  coğrafiyalara  da  transfer  olunacaq.  Pers-
pektivdə  bu  prosesləri  Cənub-Şərqi  Asiya,  Şərqi  Avropa  və 
Mərkəzi  Asiyada  da  müşahidə  etmək  mümkün  ola  bilər. 
Amma  prosesi  müəyyən  qədər  zəiflətmək  və  ləngitmək  də 
olar.  Əlbəttə  ki,  bu  milli  dövlətlərin  və  xalqların  sistemli  və 
kollektiv  mübarizəsi  ilə  mümkün  ola  bilər.  Ancaq  vurğulan-
ması  zəruri  olan  strateji  məqam  budur  ki,  xalqların  və  milli 
dövlətlərin mübarizəsi sırf institusional və intellektual müstə-
vidə kreativ əsaslar da olmalıdır.
 
 
                                                       
 
 
 
    
 
 
 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə