Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 3. Sahibkarlıq fəaliyyətinin



Yüklə 1,54 Mb.
səhifə8/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   4   5   6   7   8   9   10   11   ...   444
§ 3. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin zəruri şərtləri
Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi formalaşdınimasında müəyyən şərtlərin olması tələb olunur. Bu şərtlərə ilk növbədə iqtisadi, sosial, hüquqi və digər faktorları göstərmək olar.

20 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

Sahibkarlıq fəaliyyətinin iqtisadi şərtlərinə ilk növbədə əmtəə təklifi və həmin əmtəələrə olan tələb, əmtəələrin növləri (hansı ki, alıcı tərəfindən əldə edilir), pul vəsaitinin həcmi (hansı ki, lazım olan əmtəənin əldə edilməsinə sərf edilir), işçi qüvvəsinin və iş yerlərinin artıqlığı və çatışmazlığı, işçilərin əmək haqqının səviyyəsinə təsir edən amillər və s. aid edilir. İqtisadi vəziyyətə pul resurslarının həcmi, gəlirlərin səviyyəsi, investisiyaya yönəldilən kapitalın həcmi, həmçinin işgüzar əməliyyatları maliyyələşdirmək üçün istifadə ediləcək borc vəsaitinin məbləği əhəmiyyətli dərəcədə təsir göstərir.

Sahibkarlıq fəaliyyəti üçün zəmri olan iqtisadi şərtlərə ən müxtəlif təşkilati strukturlar daxildir. Onun da köməyi ilə sahibkarlar kommersiya əməliyyatlarını həyata keçirirlər. Bu strukturlara misal olaraq aşağıdakıları göstərmək olar: banklar - maliyyə xidməti göstərir; mal göndərənlər - xammal, materiallar, yarımfabrikatlar, yanacaq, eneqi, maşın, avadanlıqlarla təchizatını; topdansatış pərakəndə ticarət strukturları - əmtəənin istehlakçılara çatdırılmasını; ixtisaslaşdırılmış firmalar - hüquq, mühasibat, vasitəçilik xidmətlərini; işədiizəltmə agentlikləri - işçi qüvvəsinə olan ehtiyaclann təmin edilməsini; sair agentliklər - reklam, nəqliyyat, sığorta, informasiya və rabitə xidmətlərini həyata keçirirlər.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin sosial şərtlərinə aşağıdakılar daxildir. Sahibkarlığın formalaşmasının sosial şərtləri hər şeydən əvvəl alıcının əmtəəni əldə edərkən ona təsir edən zövq və moda ilə xarakterizə olunur. Müxtəlif mərhələlərdə bu ehtiyaclar dəyişə bilir. Çox hallarda sosial-mədəni mühitdən asılı olaraq sahibkarlıq fəaliyyətində mənəvi və dini normalar da əhəmiyyətli rol oynayır. Bu normalar istehlakçıların həyatına və onun vasitəsilə əmtəələrə olan tələbə birbaşa təsir edir. Sosial şərtlər eyni zamanda ayn-ayn fərdlə- rin fəaliyyətinə, bu isə öz növbəsində əmək haqqının həcminə və əmək şəraitinə təsir edir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkar öz işçilərinin sosial məsələlərinin həllində iştirak etməli, sağlamlığın mühafizəsi və iş yerlərinin saxlanılmasını təmin etməlidir.

Sahibkarlığın formalaşmasında sahibkar kadrların hazırlanması və ixtisaslarının yüksəldilməsi mühüm rol oynayır. Bu sistemə ilk növbədə müasir şəraitdə sahibkarlıq fəaliyyəti göstərilməsinin təşkili, kadrların təlimi və yenidən öyrədilməsi, inkişaf etmiş ölkələrdə təcrübə keçilməsi, sahibkarlara təlim keçilməsi üzrə müəllimlərin hazırlanması və təşkili, məsləhət mərkəzlərinin yaradılması və s. aid edilir.

Hər hansı sahibkarlıq fəaliyyəti müvafiq hüquqi mühitin formalaşmasını tələb edir. Odur ki, iqtisadiyyatda sahibkarlıq fəaliyyəti üçün zərufifiüquqi şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu ilk növbəot^ sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasını, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunların qəbul edilməsini nözərdə tutur. Bundan əlavə sahibkarlıq fəaliyyəti üçün hüqu

21

qi şərtlərin formalaşdırılması həm də müəssisələrin yaradılması və qeydiyyatdan keçirilməsi ilə bağlı qaydaların sadələşdirilməsini, sahibkarların dövlət bürokratizmindən müdafiəsini, xarici ölkələrlə birgə sahibkarlıq fəaliyyətinin inkişafını, istehsal təyinatlı sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan vergi tutulmasının təkmilləşdirilməsini özündə əks etdirir. Yuxarıda adları çəkilən hüquqi şərtlər kompleksinə həm də xırda sahibkarlığın inkişafına kömək məqsədilə regional mərkəzlərin yaradılması, statistik uçot və hesabat formalarının təkmilləşdirilməsi daxildir. Sahibkarlığın hüquqi şərtlərinin formalaşdırılma- sında ilk növbədə mülkiyyət hüququ və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi də daxil olmaqla sahibkarlıq fəaliyyətinə hüquqi təminatın yaradılması ilə bağlı qanunvericilik aktlarının hazırlanması da mühüm rol oynayır.



Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin zəruriliyini ilk dəfə elmi nöqteyi-nəzərdən məşhur iqtisadçı Filipp Kotler tərəfindən əsaslandırmış və sahibkarlığın hüquqi cəhətdən müdafiə edilməsi ilə bağlı onun üç əsas faktorunu ön plana çəkmişdir. Odur ki, iqtisadi ədəbiyyatda sahibkarlığın hüquqi şərtlərini araşdırarkən Kotler faktorundan da istifadə edilir. Bu foktorlar aşağıdakılardır:

  1. Firmaların bir-birindən müdafiəsinin zəruriliyi. Elə qanunvericilik aktları hazırlanmalıdır ki, kommersiya əməliyyatları zamanı firmaların xüsusi maraqlarına digər firmalar tərəfindən toxunulduqda o, neytrallaşdırılsın. Məhz bu amili əsas götürərək dövlət tərəfindən xoşməramlı olmayan rəqabətin qarşısının alınması ilə bağlı qanunvericilik aktları qəbul edilməli və həyata keçirilməlidir.

  2. İstehlakçıların xoşməramlı olmayan rəqabət mühitindən mühafizə edilməsinin zəruriliyi. Buraya ilk növbədə alıcıların reklam vasitəsi ilə aldadılması, onlara keyfiyyətsiz malların satılması, qiymətlərin səviyyəsinin heç bir obyektiv səbəb olmadan qaldırılması və s. daxildir.

  3. Sahibkarlıq fəaliyyəti heç həmişə yüksək həyat şəraitinin yaradılmasına təminat vermir. Məhz bu prinsipin özü ilk dəfə iqtisadi praktikada sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin zəruriliyini ön plana çəkmişdir.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə