illik nəticələri, nəzarət, maliyyə-təftiş komissiyasının hesabatlarını təsdiq etmək;
mənfəətin bölüşdürülməsi və zərərin ödənilməsi qaydalarını müəyyən etmək:
- filialları və nümayəndəlikləri yaratmaq, onların əsasnamələrini təsdiq etmək və fəaliyyətinə xitam vermək;
cəmiyyətin vəzifəli şəxslərinin əmlak məsuliyyətinə cəlb edilməsi haqqında qərarlar çıxarmaq;
cəmiyyətin təşkilati strukturunu, daxili qaydalarını təsdiq etmək:
cəmiyyətin, onun filiallarının, nümayəndəliklərinin və vəzifəli şəxslərinin əmək haqlarını müəyyən etmək;
cəmiyyətin fəaliyyətinə xitam vermək.
Ümumi yığıncaq səsvermə hüququna malik olan səhmdarların azı 60 faizi iştirak etdikdə səlahiyyətli sayılır.
Aşağıdakı məsələlər barədə qərarlar səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların dörddə üç səs çoxluğu ilə qəbul edilir:
cəmiyyətin nizamnaməsinin dəyişdirilməsi:
cəmiyyətin fəaliyyətinə xitam verilməsi;
filialların yaradılması və onların fəaliyyətinə xitam verilməsi.
Ümumi yığıncaqda səsvermə bir səs prinsipi ilə həyata keçirilir. İdarə heyətinə nəzarət etmək üçün cəmiyyətdə azı üç fiziki şəxsdən ibarət olan müşahidə şurası yaradılır. Onlar cəmiyyətin səhmdarlanndan və kənar şəxslərdən seçilə bilər. Cəmiyyətdən asılı olan müəssisənin nümayəndəsi, dövlət hakimiyyəti və idarəetmə orqanlannın vəzifəli şəxsləri müşahidə şurasının üzvü ola bilməzlər. Eyni zamanda müşahidə şurasının üzvü idarə heyətinin üzvü, cəmiyyətin hüquqşünası və müvəkkili ola bilməz.
Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik azı üç şəxsdən ibarət olan idarə heyəti tərəfindən həyata keçirilir. İdarə heyətinə həm cəmiyyətin səhmdarlan, həm də kənar şəxslər seçilə bilər. Ona sədr rəhbərlik edir. İdarə heyətinin səlahiyyəti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
31
Cəmiyyətin təsərrüfat-maliyyə fəaliyyətinə nəzarəti onun səhmdarlarından olmayan fiziki şəxslərdən seçilmiş maliyyə-təftiş komissiyası həyata keçirir. Onun rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edə bilməz.
Maliyyə-təftiş komissiyası aşağıdakı hallarda cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişini həyata keçirir:
təsərrüfat ili haşa çatdıqda;
səhmdarların ümumi yığıncağının tələbi ilə;
səslərin onda bir hissəsinə malik səhmdarların tələbi ilə;
müşahidə şurasının və idarə heyətinin tələbi ilə, nizamnamədə nəzərdə tutulan digər hallarda.
Cəmiyyət öz öhdəliklərinin yerinə yetirilməsində və borclarının ödənilməsində bütün əmlakı ilə məsuliyyət daşıyır. Cəmiyyətin öhdəliklərinin yerinə yetirilməsinə və borclarına görə səhmdarlar yalnız öz səhmləri həcmində məsuliyyət daşıyırlar.
Cəmiyyətin fəaliyyətinə xitam verilməsi “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.
Cəmiyyət ləğv edilərkən ləğvetmə komissiyası kreditorlarla hesablamaları aşağıdakı ardıcıllığa əməl etməklə həyata keçirir:
|