Nigar axundova amea a. Bakıxanov adına Tarix İnstitutunun



Yüklə 379,33 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü379,33 Kb.
#54583


140                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



 

NİGAR AXUNDOVA 

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun 

aparıcı elmi işçisı, t.ü.f.d., dosent 

E-mail: nigar-akhundova@yandex.ru 

 

HEYDƏR ƏLIYEV AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİDİR 

 

Açar sözlər: Heydər Əliyev, mədəniyyət 

Ключевые слова: Гейдар Алиев, культура 

Keywords: Heydar Aliyev, cultural 

 

Ən qədim zamanlardan Аzərbaycan  mədəniyyətin və  incəsənətin  ən müxtəlif sahələri 



inkişaf etmiş, dünya şöhrətli memarlıq məktəbi inkişaf tapmışdır. Əvəzsiz milli-mənəvi irsdən 

bəhrələnən Azərbaycan mədəniyyəti xüsusən XX əsrdə misilsiz inkişaf yolu keçmişdir. 

Azərbaycan  mədəniyyətinin  ən  yüksək  nailiyyətləri  xalqımızın  ümummilli  lideri  Hey-

dər Əliyevin adı ilə bağlıdır. 

1969-cu ildə Heydər  Əliyevin  Azərbaycan  Kommunist Partiyası  Mərkəzi  Komitəsinin 

birinci katibi seçilməsi ilə (1) xalqımızın və ölkəmizin tarixində böyük dönüş dövrünün, mütə-

rəqqi dəyişikliklər mərhələsinin əsası qoyuldu. Heydər Əliyevin bütün sahələrdə olduğu kimi 

mənəvi-mədəni  sahədə  də  ciddi  uğurlara  nail  olmuş,  Azərbaycan  mədəni  intibah  və  dirçəliş 

yoluna çıxartmışdı. 

Respublikada 1970-ci ildə 2146 klub müəssisəsi, 2004 kino qurğusu var idisə, 1975-ci 

ildə onların sayı müvafiq olaraq 2806 və 2220 təşkil edirdi. Bütün ixtisaslardan olan həkimlə-

rin sayı 13.1 mindən 54.8 minə çatmışdı. 1975-ci ildə respublikada 103 sanatoriya və istirahət 

mərkəzi var idi ki, orada 198,9  min insan dincəlmişdi (2).  Respublika əhalisinin  maddi rifah 

halında  və  mədəni  səviyyəsində  müsbət  dəyişikliklər  1970-ci  illərin  ikinci  yarısı  və  1980-ci 

illərin  əvvəllərində  də  davam  etmişdir.  1970-ci  illə  müqayisədə  istehsal  olunmuş  milli  gəlir 

1975-ci ildə 139%, 1980-ci ildə 204%, 1985-ci ildə 258 % artmış, adambaşına real gəlirlər də 

müvafiq olaraq 117%, 142% və 164% artmışdır. 1980-ci ildə respublikada 3837, 1985-ci ildə 

isə 4203 kütləvi kitabxana, müvafiq olaraq 2302 və 2342 kinoqurğusu, 111 və 130 sanatoriya 

və istirahət müəssisəsi var idi (3). Heydər Əliyev yaxşı dərk edirdi ki, hər bir xalqı ucaldan, ta-

nıdan  təkcə  onun  iqtisadi  potensialı,  hərbi  gücü,  təbii  resursları  deyil,  birinci  növbədə  onun 

mədəniyyəti,  mənəvi  dəyərlər  sistemidir.  Buna  görə  də  siyasi  hakimiyyətə  başladığı  ilk  gün-

dən  Azərbaycanda  mədəniyyətin,  maarifin,  elmin  inkişaf  etdirilməsi,  xalqın  mədəni-mənəvi 

potensialının araşdırılması özünün əsas fəaliyyət istiqaməti seçmişdi. 

Azərbaycan KP XXVIII qurultayında yaradıcılıq ittifaqlarının, ziyalıların, ədəbiyyat və 

incəsənət xadimlərinin cəmiyyətinin  mənəvi inkişafında, estetik-bədii zövqünün formalaşma-

sında yüksək rolunu vurğulayan Heydər Əliyev Azərbaycan ədəbiyyat və incəsənət xadimləri-

nin qazandıqları uğurları, onların həyatla əlaqəsinin möhkəmləndiyini, bədii ustalıq səviyyəsi-

ni nəzərə çarpacaq dərəcədə yüksəldiyini, ədəbiyyata və incəsənətə gənc qüvvələrin gəldiyini, 

onların bir çoxunun özlərini yaradıcılıq nöqteyi-nəzərdən kamil əsərlərlə tanıtdığını böyük fə-

xarət hissi ilə qeyd etmişdir (4). 

Heydər Əliyev incəsənətin və incəsənət xadimlərinin milli-mənəvi dəyərlərin inkişafın-

da rolunu yüksək qiymətləndirirdi. Azərbaycan KP MK-nın plenumundakı (29 oktyabr 1971-




Ümummilli lider Heydər Əliyev – 90                                                    141 

Tarix və onun problemləri, №2 2013 

 

ci il) çıxışında göstərirdi: incəsənət zəhmətkeşlərin tərbiyəsində, insanın mənəvi aləminin zən-

ginləşməsində,  şəxsiyyətin  ahəngdar  inkişafında  mühüm  vasitədir.  Azərbaycan  incəsənətinin 

ən  yaxşı  əsərləri  respublikanın  hüdudlarından  uzaqlarda  da  şöhrət  tapmışdır.  Respublikanın 

bəstəkarları  bir  sıra  qiymətli  əsərlər  yaratmış,  musiqi  obrazlarında  təcəssüm  etdirmişlər  (5). 

Simfonik və kamera musiqisinin inkişafında müvəffəqiyyətlərin olduğunu, Azərbaycan baleti-

nin maraqlı əsərlərlə zənginləşdiyini qeyd edən Heydər Əliyev məruzəsində incəsənətimiz və 

musiqimizlə bağlı xoş sözlərlə yanaşı bu sahədə mövcud olan problemlərdən də bəhs etmiş və 

göstərmişdir ki, musiqi həyatımızda yaranmış vəziyyət ümumən narahatlıq doğurur. Hər şey-

dən əvvəl ona görə ki, çoxdan bəri  yeni,  yaxşı opera əsərləri  yaradılmış, bəstəkarların son il-

lərdə yaratdıqları bir çox mahnılarda vətəndaşlıq motivləri, əsas coşqunluq yoxdur (6). Azər-

baycan ərazisində mövcud olan çoxsaylı tarixi, dini və mədəniyyət abidələrinin mühafizəsi və 

bərpası  istiqamətində  təsirli  tədbirlər  həyata  keçirilmişdi.  1973-cü  ildə  respublika  ərazisində 

2000 tarixi abidə dövlət mühafizəsinə götürülmüş, 11 abidə bərpa olunmuşdu (7). 

Heydər Əliyev Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığının öyrənilməsi və təbli-

ğinə böyük diqqət verirdi. Bunu 1970-80-ci illər Azərbaycan KP MK qəbul etdiyi «Bədii ədə-

biyyat  klassikləri  əsərlərinin  tədqiqini,  nəşrini  və  təbliğini  yaxşılaşdırmaq  tədbirləri  haqqında» 

xüsusi  qərarı,  Nizami  Gəncəvinin,  Nəsiminin,  Füzulinin,  C.Cabbarlının,  Vaqifin,  S.Vurğunun 

(8),  Mirzə  Şəfi  Vazehin  və  başqa  klassiklərin  ədəbi  yaradıcılıq  irsinin  öyrənilməsi,  nəşrini  və 

təbliğini gücləndirmək tədbirləri haqqında xüsusi qərarlar da sübut edir (9). Azərbaycan yazıçı-

larının  VII  qurultayındakı  nitqində  Heydər  Əliyev  Azərbaycan  klassik  və  müasir  ədəbiyyatı 

əsərlərinin  rus  dilinə  tərcüməsi  sahəsində  ciddi  problemlərin  olduğunu,  fəaliyyət  planlarının 

yoxluğunu,  yüksək  ixtisaslı  tərcüməçi  kadrların  çatışmadığını,  bədii  tərcümənin  keyfiyyətinin 

problemlərinin  özünün  ciddi  problem  olduğunu  açıb  göstərmiş,  Azərbaycan  mədəniyyətinin 

daha da yüksəlməsi üçün bütün tərcümə işinin kökündən yaxşılaşdırılmasını tələb etmişdi (10). 

Müxtəlif  şairlərin  poeziya  günlərinin  (Şamaxıda  M.Ə.Sabirin,  Xızıda  M.Müşfiqin,  Qazaxda 

S.Vurğunun, Şuşada M.P.Vaqifin, Naxçıvanda H.Cavidin) keçirilməsi mühüm mədəni və bədii 

hadisəyə çevrilirdi. Heydər Əliyev 1982-ci ilin yanvarında M.P.Vaqifin Şuşa şəhərində abidəsi-

nin açılışında və həmin ilin avqustunda Vaqif poeziya günlərində şəxsən iştirakı həm onun Va-

qifin yaradıcılığa verdiyi böyük dəyərin, həm də Qarabığın Azərbaycan mədəniyyətində tutduğu 

yerin təzahürü oldu. 

Həmin  illərdə  Azərbaycan  yazıçıları  İ.Əfəndiyev,  İ.Qasımov,  Ə.Vəliyev,  B.Bayramov, 

Əbülhəsən  «Azərbaycan  xalq  yazıçısı»,  O.Sarıvəlli,  M.Dilbazi,  B.Azəroğlu,  N.Rəfibəyli  isə 

«Xalq şairi» adına layiq görülmüşdülər. Bir çox şair və yazıçılar-ədəbiyyatşünaslar - B.Vahab-

zadə,  Qabil,  M.İbrahimov,  Ə.Cəmil,  Anar,  M.Dadaşzadə,  H.Arif,  S.Rüstəm  Heydər  Əliyevin 

şəxsi imzası ilə «Azərbaycan SSR dövlət mükafat»ı ilə təltif olunmuş, R.Rza isə «Lenin» müka-

fatı almışdı. Yaşı 60-ı haqlamış mədəniyyət və ədəbiyyat xadimlərinin yubileylərinin keçirilmə-

si ənənəyə çevrilmişdi. Heydər Əliyevin Azərbaycan milli-mədəni, tarixi irsinin qorunub saxla-

nılmasında  on  cildlik  Azərbaycan  Sovet  Ensiklopediyasının  nəşrinə  nail  olması  xüsusi  qeyd 

edilməlidir.  Heydər  Əliyevə  qədər  bir  neçə  dəfə  bu  mühüm  işə  başlamağa  cəhd  göstərilsə  də, 

yalnız böyük öndərin qətiyyəti və siyasi iradəsi nəticəsində bu iş baş tutmuşdur. Heydər Əliyev 

bir neçə dəfə Azərbaycan KP MK bürosunda ensiklopediya ilə bağlı məsələləri müzakirəyə çı-

xarmış,  onun  rəhbərliyini  möhkəmləndirmiş,  maliyyə  problemlərini  həll  etmiş,  ensiklopediya 

üçün İçərişəhərdə yeni inzibati bina tikdirmiş, maddi-texniki bazası ilə bağlı məsələləri həll et-

mişdi. Əvvəlcə 50 min tirajla nəşri nəzərdə tutulan ASE Heydər Əliyevin iradəsi sayəsində 80 

min tirajla nəşr edilmişdi. 




142                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



Azərbaycan xalqının zəngin  musiqi irsinə  malik olduğunu bildirən  H.Əliyev bəstəkar-

lardan öz yaradıcılıq fəaliyyətində bu təmələ əsaslanmağı, bu zəngin materialdan geniş istifadə 

etməyi tövsiyə edirdi. 

1979-cu ildə Qara Qarayev sovet musiqisinin inkişafındakı xidmətlərinə görə Sosialist 

Əməyi Qəhrəmanı, Fikrət Əmirov isə 1980-ci ildə "Min bir gecə" baletinə görə SSRİ Dövlət 

Mükafatı aldı. Azərbaycan SSR-nin Dövlət Mükafatı alanlar üçün döş nişanı və diplomun es-

kizləri  1971-ci  ildə  (Azərbaycan  KP  MK-nın  16  noyabr  1971-ci  il,  protokol  24,  §16)  təsdiq 

olunmuşdu (11). 

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi tez-tez xarici ölkələrdə səslə-

nirdi. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qaraye-

vin və Ü.Hacıbəyovun simfonik əsərləri bir çox ölkələrin tanınmış orkestrlərinin ifasında səs-

lənmiş  və  böyük  şöhrət  qazanmışdılar.  80-ci  illərdə  Arif  Məlikovun,  Xəyyam  Mirzəzadənin, 

Aqşin  Əlizadənin,  Firəngiz  Əlizadənin,  Fərəc  Quliyevin  və  b.  əsərləri  Avropa,  Amerika  və 

Asiyanın  şəhərlərində  uğurla  ifa  edilmişdi.  Azərbaycan  ifaçıları  Rəşid  Behbudov,  Müslüm 

Maqomayev,  Zeynəb  Xanlarova,  Fidan  və  Xuraman  Qasımovalar,  Fərhad  Bədəlbəyli  Azər-

baycan  musiqisini  dünyada  layiqincə  təbliğ  edirlər,  edirdilər.  Azərbaycan  xalq  artisti  Fidan 

Qasımova 1977-ci ildə İtaliyada, onun bacısı Xuraman Qasımova isə Afinada musiqi mükafatı 

almış,  sonuncu  1982-ci  ildə  Çaykovski  adına  8-ci  Moskva  beynəlxalq  müsabiqəsində  ikinci 

yeri tutmuşdu. 

Azərbaycan musiqisinin xarici ölkələrdə təbliğində dirijorlardan Niyazi, Rauf Abdulla-

yev, Kazım Əliverdibəyov, Yalçın Adıgözəlov, İsmayıl Hacıyev, Ramiz  Məlikaslanov, Tey-

mur Göyçayev, Nəriman Əzimov, Ramiz Mustafayev və b. böyük xidmətlər göstərmişlər. 

70-ci illərdə Azərbaycan teatrı özünün əsil dirçəliş dövrünü yaşayırdı. Heydər Əliyevin 

himayəsi, incəsənət insanlarına dövlət qayğısı sayəsində teatr sənəti sürətli inkişaf yoluna da-

xil olmuşdu. 1974-cü ildə respublikada Azərbaycan teatrının 100 illik  yubileyi geniş şəkildə 

qeyd edildi. 

Azərbaycan teatrının üç görkəmli ustası – Mehdi Məmmədov, İsmayıl Dağıstanlı və İs-

mayıl Osmanlı isə SSRİ Xalq Artisti adına layiq görülmüşdülər. Lenin ordeni ilə təltif olun-

muş Azərbaycan Dövlət Dram Teatrı  elə  həmin ilin  yayında Moskvada  qastrol səfərində  ol-

muşdu. 1972-ci ildə isə Rus Dram Teatrının 50 illiyi qeyd edilmişdi (12). Bununla  əlaqədar 

Rus Dram Teatrının bir sıra xadiminə fəxri adlar verilmişdi. Onlardan «Azərbaycanın xalq artis-

ti» adına - Adamov K.Q. və Falkoviç A.S., «Azərbaycanın əməkdar artisti» – Ləzqişvili M.V., 

Potapov V.İ., Tumarkina D.İ., Filippa V.S., Çukmasov B.Q., «Azərbaycanın əməkdar rəssamı» 

adına Toropov İ.A. və başqaları (13) layiq görülmüşdülər. 

1972-ci ildə Azərbaycan KP MK-nın bürosunda (protokol 46,§16) Lənkəranda Dövlət 

Dram teatrının yaradılması haqda qərar qəbul olunmuşdu (14). 

Heydər Əliyev Azərbaycan kino sənətinin inkişafında da böyük xidmətlər göstərmişdir. 

Heydər Əliyev xalqımızın mədəni səviyyəsinin inkişafında kinonun rolunu yüksək qiymətlən-

dirir, onu mühüm tərbiyə vasitəsi hesab edirdi. Əhalinin geniş kütlələrinin kino sənətinə daha 

yaxından cəlb edilməsi, onların estetik dünyagörüşünün artırılması üçün kinoteatrların, kino-

qurğuları  sisteminin  genişləndirilməsinə  çalışırdı  (15).  1970-1980-ci  illərdə  Azərbaycanda 

140, o cümlədən 1980-ci ildə 45 yeni kinoteatr və kino qurğusu istifadəyə verilmişdi (16). Bü-

tün bunlar kinofilmlərə gələnlərin sayının artmasına müsbət təsir göstərmişdi. 

Azərbaycan rəssamları bu dövrdə rəsm, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət 

sahələrində maraqlı əsərlər yaratmışdılar. Bütövlükdə 70-ci illər Azərbaycan rəssamlıq məktə-



Ümummilli lider Heydər Əliyev – 90                                                    143 

Tarix və onun problemləri, №2 2013 

 

binin  inkişaf  dövrü  kimi  səciyyələndirilə  bilər.  Heydər  Əliyev  1972-ci  ildə  Azərbaycan  rəs-

samlarının  VII  qurultayında  əsas  uğurlardan  və  inkişafın  əsas  istiqamətlərindən  danışdı,  işi 

faydalı təşkil etməyi tövsiyə etdi (17). Bu nəslin ən görkəmli nümayəndələri T.Salahov, M.Ab-

dullayev,  H.Əliyev,  T.Nərimanbəyov,  N.Əbdürrəhmanov,  A.Cəfərov,  T.Cavadov,  R.Babayev, 

N.Rəhmanov,  M.Abbasov,  E.Rzaquliyev,  A.Zeynalov,  B.Mirzəzadə,  S.Salamzadə,  T.Tağıyev, 

B.Əliyev, M.Rəhmanzadə, O.Sadıqzadə, Əşrəf Murad, Mir Cavad, Q.Əfəndiyev, F.Xəlilov və 

b. öz əsərləri ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına böyük töhfə vermişdilər. Azərbay-

can rəssamları və heykəltəraşlarının əsərləri SSRİ-nin və dünyanın bir çox sərgi salonlarında 

nümayiş etdirilmişdi. T.Salahov, M.Abdullayev SSRİ xalq rəssamı fəxri adına layiq görülmüş-

dülər. Heydər Əliyev orta əsr Azərbaycan memarlığının öyrənilməsinə və təbliğinə xüsusi diq-

qət  göstərirdi.  Onun  imzaladığı  qərarla  Azərbaycan  memarı  Əcəmi  Əbubəkr  oğlu  Naxçıva-

ninin 850 illik yubileyi 1976-cı ildə böyük ildə böyük təntənə ilə qeyd olundu. Heydər Əliyev 

Azərbaycan  memarlığının  görkəmli  nümayəndəsi  M.Ə.Useynova  Sovet  dövlətinin  yüksək 

adını «SSRİ-nin xalq memarı» adının verilməsinə nail olmuşdu (18). Sovet tarixində ilk dəfə 

olaraq  məhz  Heydər  Əliyevin  hakimiyyəti  dövründə  Azərbaycan  ziyalılarının  böyük  bir  qru-

puna dövlətin yüksək mükafatı – Sosialist Əməyi Qəhrəmanı adına verilməsi Heydər Əliyevin 

ziyalı əməyinə, ziyalı yaradıcılığına göstərdiyi qayğının ən mühüm sübutudur. 

Müstəqil  Azərbaycanın  milli-mənəvi  meyarları  Heydər  Əliyevin  70-80-cı  illərdə  for-

malaşdırdığı ədəbi-mədəni mühitin konteksti ilə sıx bağlıdır. Bu illərdə millilik dövlət siyasəti 

səviyyəsində  aparılırdı.  Heydər  Əliyev  bunu  böyük  müdrikliklə  həyata  keçirirdi.  Sovet  siste-

minin  sərt  qaydalarına  rəğmən  respublikada  böyük  iqtisadi,  elmi,  mənəvi-intellektual  poten-

sialın  yaradılması  uzaq  gələcəyə  hesablanmış  siyasət  idi.  Xalqımızın  azadlıq  ideyaları,  azər-

baycançılıq, dövlətçilik dəyərləri kütləvi şüurda özünə geniş  yer tapmırdı. Milli-mənəvi şüu-

run inkişafı, milli varlığın təsdiqinə, tarixi-mənəvi prosesə çevrilmişdi. Azərbaycan millətinin 

ideologiyası olan Azərbaycançılıq bu illərdə formalaşma prosesini keçirirdi. Sonralar müstəqil 

dövlət quruluşu prosesində bu rəsmi ifadəsini tapmışdır. 

 

ƏDƏBİYYAT 

 

1.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARR 



İİSSA), f.1, s.56, iş 4, v.7. 

2.Материалы делегату XXXI съезда Коммунистической Партии Азербайджана. Баку, 

Азернешр, 1986, с.56 

3.Yenə orada. 

4.Heydər Əliyev və mədəniyyət. Müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar. 3 

cilddə, I cild. Bakı, Nurlan, NPM, 2008, s.13. 

5.Yenə orada, s.15. 

6.Yenə orada. 

7.Qasımlı M. Heydər Əliyev - İstiqlala gedən yol (1969-1982-ci illər) Bakı, BDU, 2001, 

s.160. 


8.ARR İİSSA, f.1, s.70, iş 411, v.147. 

9.Qasımlı M. Göstərilən əsər, s.186-228. 

10. Əliyev H. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Respublika yazıçılarının VII 

qurultayında nitq. 12 iyun 1981-ci il. Bakı, Azərnəşr, 1981, s.38-39. 

11.ARR İİSSA, f.1, s.58, iş 140, v.304. 



144                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



12. Yenə orada, f.1, s.58, iş 63, v.155. 

13. Yenə orada, f.1, s.58, iş 149, v.145-146. 

14. Yenə orada. f.1, s.59, iş 70, v.249. 

15. Yenə orada, f.1, s.59, iş 82, v.17, 18. 

16.Azərbaycan, 1981, 3 iyul. 

17. ARR İİSSA, f.1, s.59, iş 114, v.2-3. 

18. Yenə orada, f.1, s 9, iş 72, v.242. 

 

НИГЯР АХУНДОВА 

ведущий научный сотрудник Института Истории НАНА 

д.ф.и.н., доцент 

 

ГЕЙДАР АЛИЕВ ОСНОВАТЕЛЬ РАЗВИТИЯ КУЛЬТУРЫ 

 

Статья  "Гейдар  Алиев  основатель  развития  культуры".  посвящена  роли  лидера 



Азербайджанского  государства  в  развитии  искусства,  театра,  музыки,  скульптуры  и 

других областей культуры, его вниманию и заботе к деятелям культуры, ко всей худо-

жественной  интеллигенции,  решению  лидером  еѐ  социальных  задач  1969-1982  гг.  В 

республике в 1970 году функционировала 2146 клубов, 2004 киноустановок. Их числен-

ность росла, соответственно в 1975 году 2806 и 2220. В статье затрагиваются вопросы 

охраны памятников культуры. Автор показывает роль Гейдар Алиева в развитии куль-

туры в 1969-1982 годах. 

 

NIGAR AKHUNDOVA 

leading researcher of the Institute of History of ANAS, 

PhD in historical sciences, associate professor 

 

HEYDAR ALIYEV CHIEF THE CULTURAL DEVELOPMENT 

 

The article “Heydar Aliyev chief the cultural development” deals with Heydar Aliyev’s 



coming  to  the  power  and  creating  a  suitable  chance  for  the  development  of  our  culture.  The 

author emphasizes that the rich and ancient culture of Azeri people have branched roots. She 

also  stresses  close  connection  between  the  highest  achievements  national  leader.  The  article 

says, since the early years of his authority Heydar Aliyev began to implement the strategy of 

national-cultural  revival  which  comprises  the  backbone  of  his  leadership  mission.  Improve-

ment  of  the  welfare  and  cultural  level  of  population  of  our  republic  is  emphasized  in  the 

article.  Heydar  Aliyev  highly  appreciated  artists  and  cultural  figures  and  our  cultural-moral 

values. Heidar Aliyev’s each meeting with artists and literary figures became a cultural event 

and each order signed by him laid the foundation of new development of culture. 

 

 



Rəyçilər: t.e.d.Ə.Ə.Qasımov, t.e.d.R.C.Süleymanov 

AMEA A.A.Bakıxanov adına Tarix Institutunun “Əliyevşünaslıq” şöbəsinin 20 fevral 2013-cü 

il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№23).

 

Yüklə 379,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə