25
Güney Azәrbaycan şairlәrinin әn öndә gedәni, şübhәsiz ki Mәhәmmәd Hüseyn
Şәhriyardır. Şәhriyara sözün hәqiqi mәnasında millәt fәdaisi demәk yerinә düşәrdi. O, öz xalqının
problemlәrini, müstәqilliklә bağlı hәsrәtini qәlәmiylә usta bir şәkildә dilә gәtirib. O, sәnәtin bir
millәtin müstәqilliklә bağlı anlayışının formalaşmasında vә zirvәyә yüksәlmәsindә nә qәdәr
önәmli rol oynadığını aydın şәkildә göstәrib. Bir örnәk kimi “Sәhәndim” adlı şeirinin bir yerindә
dediyi;
“Dedin Azәr elinin bir yaralı nisgiliyәm mәn
Nisgil olsam da gülüm bir әbәdi sevgiliyәm mәn
Yad mәni atsa da öz gülşәnimin bülbülüyәm mәn
Əbәdiyyәt gülüyәm mәn.
Elimin Farsıca da dәrdini söylәr diliyәm mәn” misralarını göstәrmәk kifayәt edәr.
Günәy Azәrbaycan әdәbiyyatında Şәhriyardan sonra adı ön plana çıxan ikinci şәxsiyyәt
Bulut Qaraçorlu Sәhәnddir. Sәhәnd 1926-cı ildә Azәrbaycanın elm vә mәdәniyyәt yurdu
Marağada dünyaya gәlib. Atası o qәdәr dә tәhsili olmayan bir insan olub. Sәhәnd, azsavadlı
zәhmәtkeş ata vә anasının nağılları, söhbәtlәri, öyüdlәri ilә böyüyüb. Pişәvәrinin rәhbәrliyi ilә
Güney Azәrbaycan Milli Hökumәtinin yaranması vә ardınca imperiya siyasәti güdәn dövlәtlәr
tәrәfindәn mәhv edilmәsi gәnc Sәhәndin ruhunda yaranan sevinc tәlatümlәrini dayandırıb vә onu
mәyus edib. Sevinc vә iftixarla yazdığı şeirlәrini davam etdirә bilmәyib.
Qаrğış zәmаnәnin qаnunlаrınа
Qаrğış ürәklәri аyırаnlаrа
Qаrğış insаnlаrı qәfәsә sаlıb
Bәşәr hüququndаn dәm vurаnlаrа.
Pişәvәri hәrәkatının yaranmasından sonra qoyulan senzur vә qadağalar Sәhәndin ruhunda
fırtınalar yaradıb.
Tаlеyimә sәn bах!
Düşüncәlәrim yаsаq,
Duyğulаrım yаsаq,
Kеçmişimdәn söz аçmаğım yasaq,
Gәlәcәyimdәn dаnışmаğım yаsаq.
Ata-babamın adın ç
әkmәyim yasaq,
Anamdan ad aparmağım yasaq,
Bilirsәn..!
Anadan doğulandan belә
Özüm bilmiyә-bilmiyә
Dil açıb danışdığım dildә
Danışmağım da yasaq imiş, yasaq..!
Sәhәnd, Dәdә Qorqud Dastanlarıyla alim dostu Mәhәmmәd Əli Fәrzanә vasitәsilә tanış
olub. On il üstündә işlәyәrәk dastanları nәzmә çәkib vә adını “Sazımın Sözü” qoyub. Sağlığında
iki cildi böyük çәtinliklәrlә çap olunub, qalan iki cildi isә 1979-cu ildә infarkt keçirib dünyasını
dәyişdikdәn sonra çap olunub.
Dostları ilə paylaş: