Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   ...   9   10   11   12   13   14   15   16   17

 
81
lənməsi camaatın cibi ilə düz gəlmirdi. Bir 
sözlə, incə xalq diplomatiyası pul dövriyyə-
sinin, qarşılıqlı  vətəndaş borclarının qaytarıl-
masının bu mühüm sahəsini məharətlə  nə-
zarətdə saxlayır, etibarlı  şəkildə  təmin edirdi. 
Bu gün qız evinin növbəsi idi. Artıq toy baş-
lamışdı, bacardıqları  qədər bəzənmiş xoşbəxt 
səbəbkarları başda oturtmuşdular. Bəyin yaxın 
qohumları onlara ayrılan stollarda qürurla 
yerlərini tutub sonradan gələnləri gözləmədən 
yeməyə  uğurlu həmlələr edirdilər. Bir göz 
qırpımında saralmış dibləri görünən boşqab-
ların sayı  əşyayi-dəlil kimi artdıqca toy yiyə-
lərinin, aşpazların qanı qaralırdı. Çıxışçılar ilha-
ma gələrək ithaf şeirlərindən, qoşmadan, 
mədhiyyədən, ibrətli hekayələrdən guppulda-
dır, bəyin, gəlinin  şərəfinə sağlıqlar deyir, 
spirtli içkilərdən içib məsti-xumar olurdular. 
Guya bütün dünyada bu bəydən mərd, ağıllı 
oğlan, bu gəlindən gözəl, qabiliyyətli qız tap-
mazsan. Rəsul, Sənəm xəcalət təri töksələr də, 
qalan adamların kefi kökdür, yeyib-içib dəm-
lənir, şənlənir, birillik toğlular kimi dingildəyib 


 
82
ortalıqdan çıxmırdılar. Dünyanın heç bir ölkə-
sində video-kameraya düşmək üçün belə əldən-
dildən düşənədək dingildəməzdilər. Hamı  oğ-
lan evinin gəlişini səbirsizliklə gözləyirdi, gör-
sünlər hansı qabiliyyətlə ortaya çıxacaqlar. 
Maşınlar yanaşı tikilmiş birmərtəbəli  şadlıq 
saraylarının qarşısında dayandılar, bir bölük əli 
xonçalı qadın-uşaq “Vağzalı” sədaları altında 
mağara birinci daxil oldular. Xonçalara şirniy-
yat,  ətriyyat, parça, pal-paltar, zinət  əşyaları 
qoyulmuşdu. Kişilər şəstlə kənarda durub məc-
lisi müşahidə edirdilər. Bunu görən çalğıçılar 
mahnını  dəyişib “diringə” hava çaldılar. Fəda-
kar  Şəbnəm  əlində güzgü, şam önə keçib oy-
naya-oynaya bəylə  gəlinə  tərəf süzməyə başla-
dı.  Əgər bu sürətlə bir-iki addım da irəli 
getsəydi, cavanları tapdalayıb, divarı yaracaq, 
maşın yoluna çıxacaqdı. Yaxşı ki həlledici anda 
bəlağətli nitqinin kəsilməsindən inciyən tamada 
ilə üzləşdi, sol çiyni üstdə  məharətlə yana 
fırlandı. Digər qadınlar da ardınca  əllərindəki 
xonçaları başlarının üstünə qaldırıb “Şalaxo” 
vurmağa başladılar. Musiqi sədaları altında 


 
83
xeyli  şıdırğı oynadılar ki, hamı  oğlan evinin 
cah-calalını doyunca görsün, nəhayət, yorulub 
əldən düşdülər.  Şəbnəm güzgünü, şamı  bəylə 
gəlinin masasına qoymaq istəyəndə gözü qo-
humlara deyil, yadlara sataşdı. Bayaqdan sın-
dıra-sındıra oynayan qadınlar donub qalmış-
dılar. Ondan-bundan kimin toyuna gəldiklərini 
soruşub gülə-gülə geri döndülər, onları gözlə-
yən iki növcavanın toyuna yola düşdülər. 
 
 


 
84
NATAŞA 
 
 
Nərminə Xarici Dillər Universitetinə sevinə-
sevinə daxil olub, ilk dərs günündən evə 
qanıqara gəlmişdi. Tədris binası təsəvvür etdiyi 
təsiri bağışlamamışdı, təmirsiz və soyuqdu. 
Yayda isti, qışda soyuq olardı. Sonralar bina 
əsaslı  təmir olunsa da, məhrəmlik hiss etmədi, 
həyatının dörd ili burada puç oldu. Ödənişli 
fakültəyə düşmüşdü, barmaqları  qırılsa da, 
mühazirələri tez-tez yazmağa məcbur olurdu-
lar. Üç nəfər oğlanı  çıxsaq, qrup qızlardan iba-
rətdi. Oğlanlardan biri Türkiyədən gəlmişdi, 
hündür boyu, uzunsov sifəti, miyanə gözləri ilə 
hərdəmxəyal təsiri bağışlayırdı. 
Fonetika dərsi idi, cavan, məlahətli müəllimə 
sözlərdən, informasiyadan aramla danışmağa 
başladı. Tələbələr dərsə maraqla qulaq asır-
dılar, yalnız arxa partada oturan Əli məst ol-
muşdu, ağzını ayırıb zəndlə müəlliməyə ba-
xırdı, gözlərini qırpmadan nəsə fikirləşirdi. 
Müəllimənin qəribə cazibəsi  Əlini ovsunlamış-


 
85
dı. Müəllimə  dərsə yekun vurdu, bir-iki sualla 
hamını yoxladı, qızlar bəzi məqamları dəqiqləş-
dirdilər. Bir nəfərsə sükuta qərq olmuşdu, sanki 
dili tutulmuşdu. Yalnız zəngin səsinə ayılan Əli 
ora-bura, qızlara baxıb gərnəşdi. Bir gün dərsin 
sonunda qızlardan müəllimənin boylu olub-
olmadığını soruşdu, qızlar bu sualdan pərt olub 
cavab vermədilər.  Əli otaqdan çıxandan sonra 
Xəyalə əsəbiləşib özündən çıxdı. 
– Nə həddi var bizə belə sual verir? Utanmır 
verdiyi sualdan? 
Nərminə belə məsələnin Türkiyədə adi qarşı-
landığını desə  də,  əsəbləri sakitləşməyən Xə-
yalə yenidən coşdu. 
– Bura onun üçün Türkiyə deyil, getsin bu 
sualları evində versin.  
Qeyrət mücəssəməsi Xəyalə elə bil qoçu idi, 
sinif nümayəndəsi Anarı çağırıb onun vasitəsilə 
Əliyə  xəbərdarlıq etdi, o da öz növbəsində 
Əliyə  məsələni anlatdı. Müəllimə artıq analıq 
məzuniyyətinə  çıxmışdı, özünə ayrı  məşğuliy-
yət tapmayan Əli bu dəfə rus qızlarına ilişirdi. 
Dəhlizlə hündürboylu, lakin sifətdən eybəcər 


 
86
bir rus qızı  gəlirdi.  Əliyə  fərqi yoxdu gözəl, 
çirkin, təki rus olsun, tanış olub rus dilini öy-
rənsin. Gödək yubkalı rus qızı  Əliyə  qətiyyən 
məhəl qoymadı, dördüncü mərtəbəyə qalx-
mağa başladı, bu etinasızlıqdan pərt olub qıp-
qırmızı pörtən  Əli necə olursa-olsun, onunla 
tanış olmaq istəyirdi. Vaxt itirmədən qızın 
arxasınca cumdu. 
– Ey, Nataşa, nərəyə gediyorsun? 
Adını bilmədiyi qızı Nataşa çağırmasına 
qrup qızları xeyli güldülər,  Əlisə özünə müəl-
limə tutub rus dilini öyrənməyə, tənəffüslərdə 
rus bölməsinin qızları ilə oturub çay içməyə 
başladı. Qrupun qızları onu qətiyyən maraq-
landırmırdı, dərslərə nadir hallarda gəlirdi, de-
yəsən, qiymət almağın dolayı yollarını öyrən-
mişdi. Türkiyədə universitetə daxil olmağın, 
oxumağın çətin olduğunu söyləmişdi, ona 
buradakı universitetin diplomu lazımdı.  
Artıq dördüncü kursu bitirmək üzrəydilər. 
Anar  Əlini toyda bir qızla tanış etmişdi, nə-
hayət, arzusu gerçəkləşən  Əlinin sevincinin 
həddi-hüdudu yoxdu. Çox qızlarla fırlansa da, 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə