Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   2   3   4   5   6   7   8   9   ...   17

 
15
üstündən qəsdən vıyıltı ilə uçdum, qorxub əlin-
dən yerə saldı. Anası məcbur olub zibil yeşiyinə 
atdı. Mən də bu dəmir qutu dediyin zibil ye-
şiyindən çıxarıb içməyə çalışıram. İndi anladın? 
– Belə de! Qorxdun şərik çıxam dondur-
mana, ona görə də sözü uzatdın? Gəl bir yerdə 
dadına baxaq. Mən heç dondurma yeməmişəm.  
Gombul qarğa  əlacsız qalıb razılaşdı. Don-
durmanı kağızı ilə yerə atdı, dimdiyi ilə kağızı 
dondurmadan ayırdı. İkisi də dondurmanın da-
dına baxdılar. Sonra qarğaların bir ağızdan 
məşvərət etdikləri budaqlara uçdular. Yaraşıqlı 
dişi qarğaları görən Cahan qarğanın gözləri 
dörd oldu. Onlar daha baxımlı, daha nazlı, ətli, 
yumrubaldır idilər. Cahan qarğa daha vaxt 
itirmədən hamı ilə tanış oldu, hər gün birinin 
yuvasına qonaq getdi. Şəhərdəki dişi qarğalar 
ona görə xoşuna gəlirdi ki, şən və qayğısızdılar, 
yuva qurmağa, bala çıxartmağa tələsmirdilər.  
Burada çox şey öyrəndi, dondurmanın ləz-
zətini gördü, yaraşıqlı dişi qarğaların  əhatə-
sində yurd, yuva, yem dərdi çəkmirdi. Hər şey 
çox asan başa gəlirdi, su içmək üçün qoz qabığı 
axtarmırdı. “Kola” şüşəsinin qapağını suya 


 
16
salıb başına çəkirdi, bunu yaşlı Bilgəh qarğa-
sından öyrənmişdi. Artıq cantaraq, çevik, güclü 
qarğadan harın,  ətli,  əprimiş, müftəxor quşa 
çevrilmişdi. Həmyerlisi Şirin qarğanı görməyə-
nədək işləri yağla bal kimi gedirdi.  
– Şirin, Şirin, ay qara zırtıq qarğa, məni tanı-
madın? Mənəm də, Cahan qarğa… 
– Bıyy, Cahan, dədən də gəlsə səni tanımaz. 
Əməlli-başlı qarın bağlamısan! 
– Elə demə, qarın düşmən çəpəridir, gözün 
dəyər. Nə var, nə yox? Kənddə vəziyyət düzəl-
di? Dişi qarğam Simuzər neyləyir? 
Şirin tutuldu. 
 –  İndi yadına düşür? Burda kefdə-damaq-
dasan. Nə  əcəb indiyədək gedib özün görmə-
misən? 
– Elə demə,  Şirin, ürəyim yaralıdır. Qəribəm, 
gəldim yem tapım, yuva qurum. Simuzəri də 
gətirəcəkdim, amma burada vəziyyət yaxşı deyil. 
Bütün  şəhər qarğaları budaqları  mənimsəyib. O 
budaqda, bu budaqda gecələməkdən bezmişəm. 
Az qalırlar məni dimdikləyib öldürsünlər. 
– Yaxşı, ağlama, axşam düşməmiş uçub 
getməliyəm. 


 
17
– Simuzərə çatdır uçub gələcəyəm, şəhərdən 
ona dimdiyimdə dondurma gətirəcəyəm. 
– Yaxşı deyərəm! 
Şirin qarğa tələsik gözdən itdi. 
Dimdiyində  kəndə necə dondurma aparaca-
ğının fərqinə varmayan çaşqın Cahan Şirinin 
arxasınca xeyli baxdı. Kəndçisinin sözlərindəki 
istehza,  şübhə qanını qaraltmışdı. Ürəyinə 
gələni dilinə gətirmədi. 
Cahan bütün yayı Bakıda qaldı. Yedi, içdi, 
neynim demədi, amma bir gün canındakı kənd-
çilik baş qaldırdı. Başında öz doğma yurduna 
uçub getmək, Simuzər qarğaya ixtisar edilmiş 
sehrli Bakı nağılını danışmaq, yenidən yuvasın-
da hüzur tapıb rahatlanmaq, səhər obaşdan 
yem axtarmaq kimi şirin xəyallar qurdu. Şəhər-
dəki qarğalarla vidalaşdı, yenidən qayıdacağını 
vəd edib kəndə uçdu. Kəndə girər-girməz 
“Simuzər” deyə qarıldadı. Elə darıxmışdı Si-
muzəri, isti yuvası üçün. Yenə “Simuzər” deyə 
möhkəm qarıldadı, cavab verən olmadı. Birgə 
yuva qurduqları palıd ağacına sarı uçdu. Qə-
fildən Şirinin ona tərəf şığıdığını gördü.  


 
18
– Nə olub, içkili adamlar kimi nə qarıldayıb 
durursan? 
– Simuzəri görmək istəyirəm. 
– Hmm, Simuzəri görmək istəyir. Haradan 
gəlmisən, ora qayıt. 
 – Nə üçün? Anlamadım! 
Simuzəri narahat etmə, o bizim yumur-
taların üstündə oturub. 
– Necə? Bəs mənim balalarım? Mənim  əziy-
yətlə qurduğum yuva? Sən mənim  ən yaxın 
dostum… 
– Hə, indi sadəcə tanışın! Simuzərin çətin 
anlarında mən yanında oldum, yem, su gətirdim. 
Sənin yumurtalarının üstündə oturub xiffət edir-
di. Axırda qəzəblənib yumurtaları yuvadan aşağı 
atdı. Xatırlasan, o zaman şəhərdə dişi qarğalarla 
halay vururdun! Havayı yemək, içmək, gözəl dişi 
qarğalar səni başdan çıxarmışdı. 
Cahan qarğa qabaqdangəlmişlik etmək istə-
di, alınmadı.  Şirin ondan güclü idi. Artıq nə 
yuvası, nə dişisi, nə  də balaları vardı. Qarşıda 
onu al-əlvan işıqları bic-bic sayrışan, seyrək 
ağaclı küçələri çarpazlaşan, hələ soyuq qışına 
bələd olmadığı Bakı şəhəri gözləyirdi. 


 
19
XALTASIZ 
 
 
Anar qapını açıb açarları dəhlizdəki mebelin 
siyirməsinə tolazladı. Universitetdə  dərslərdən 
təngə gəlmişdi. Dəri şap-şapları geyinəndə aya-
ğı yaş oldu. Əvvəlcə heç nə anlamadı, fikirləşdi 
ayaqları tərləyib, ancaq birdən divarın küncünə 
sıxılmış  ağ küçük gözünə  dəydi.  İtin günahkar 
gözləri sahibinə zillənmişdi, sanki fikrini öyrə-
nirdi. Anar deyinməyə başladı, küçüyün belinə 
bir-iki şapalaq çəkdi.  
– Köpək oğlunun küçüyü, neçə  dəfə  sənə 
yerini göstərmişəm, yenə də buranı batırmısan.  
Nazlı  səsə qaçdı, küçük yaddan çıxdı, bacı-
qardaş dalaşmağa, bir-birini günahlandırmağa 
başladılar. Anar Nazlının saçını dartmağı da 
unutmadı. Küçük də  qızışdı, atılıb düşür, zin-
gildəyir, Anarın  şalvarından tutub dişləri ilə 
dartışdırırdı. Bununla Nazlıyla həmfikir olma-
sını, məhəbbətini izhar edirdi. Əlacı olsaydı, 
Anarın sağ qulağını dartıb qoparardı, fikir verib 
görmüşdü oğlan tez-tez barmağını qulağına 
soxub çıxarır. Amma qulaqdan heç nə çıxmırdı. 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə