Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   2   3   4   5   6   7   8   9   ...   17

 
20
Az keçmiş valideynlər gəldilər. Hal-əhval 
tutdular. Evə dərin sükut çökmüşdü. Toxumağı 
nənəsindən öyrənən Nazlı göy və  ağ yun 
saplardan küçüyə arxalıq toxuyurdu ki, qışda 
üşüməsin, rahat gəzməyə  çıxara bilsin. Anar 
internetdə  eşələnirdi. Küçük böyükləri görüb 
ürəkləndi, xaltasını  ağzına alıb Anarın qarşı-
sında dayandı, gəzmək istədiyini bildirdi. Anar 
da küçüyü bəhanə edib həyətə düşdü.  İnter-
netdə yeni tanış olduğu qızla görüşəcəkdi. 
Evlərinin qarşısı Malakan bağı idi. Görüşmək 
üçün bundan gözəl fürsəti  ələ düşməzdi. Qız 
gəlib çıxdı, tək deyildi, iri ovçarkası yanında 
şəstlə, saymazyana Anara yaxınlaşdı. Küçük 
dartınmağa başladı, indi xalta taxmağına peş-
man olmuşdu. Ovçarkayla oynamaq istəyirdi. 
Qaçmaq, tullanmaq, azadlığın dadına baxmaq 
istəyirdi. Yaşıl yarpaqlar pıçıldayırdı, quşlar 
səs-səsə verib onu çağırırdılar. Hər  şey, hətta 
torpaqdakı qara böcək də maraqlı və qəribə idi. 
 Anarın ağzı söhbətə qarışmışdı, dünya 
gözünə görünmürdü. Maraqları uyğun olma-
dığına görə küçüyün atılıb-düşməsinə  əhəmiy-


 
21
yət vermirdi. Kim məcbur etmişdi ona küçük 
alsınlar? Öz ayaqlarını güclə sürüyür, itə necə 
baxsın? Hamısı Nazlının günahıdır, hər dəfə 
ata-anasının başını yeni cəfəngiyatla doldurur. 
Bir dəfə balıq aldırdı, baxa bilmədi, öldülər, 
ikinci dəfə tutuquşu aldırdı, o da getdi işinə. 
Gündə bir hoqqa çıxarır. 
Söhbət etməyə söz tapmayanda ayrıldılar, 
hərə öz evinə getdi. Küçük gəzintidən məmnun 
qalmadı. Sahibinin onu xaltadan azad edib, baş-
qa itlər kimi oynamağa buraxmadığının səbə-
bini anlamırdı. Nə üçün Anar ona qarşı say-
ğısızdır, hər dəfə qanını qaraldır? Qəhərlənib 
divanın yanındakı xalçaya çöməldi, məlul-mə-
lul başını pəncəsinin üstünə qoydu. Həmin ax-
şam iştahadan kəsildi. Nazlı düşündü ki, yəqin 
gəzməkdən usanıb. Yorulmasaydı, arxalığı 
geydirib yoxlayardı əynində, görsün necə qalır. 
Səhər açıldı, valideynlər işə gedirdilər, qa-
pının aralı qaldıdığını görən küçük canlandı, 
azadlıq eşqi dov gəldi. Həyət ona bərli-bəzəkli 
güllərdən, yaşıl yarpaqlardan don geyinmiş 
oyun meydanı kimi görünürdü. Xalta onu bo-


 
22
ğurdu, azadlığını  əlindən alırdı. Bu dəm onu 
sevən, əzizləyən Nazlı da gözünə görünmürdü. 
Yalnız bu zindandan qaçmaq, özünə yeni dost-
lar tapmaq, atılıb-düşmək, istədiyi qədər həyət-
bacada sülənmək, küçədən keçənlərə yalman-
maqdı arzusu. 
Şirin xəyalların sonluğunu düşünmədən 
pilləkənlərlə düşən qonşuları diksindirə-diksin-
dirə bir göz qırpımında küçəyə atıldı. Arxasına 
baxmadan xeyli qaçdı, qaçdı, təngnəfəs oldu. 
Yorulub yavaşıdı. Maşınların siqnalları, vıyıl-
tıları onu təşvişə saldı. Bəs hanı onun kimi kü-
çüklər, itlər? Ətrafda bir-iki pişik, evlərin həyət-
lərində zibil qutularının yanında siçovuldan 
başqa heç nə görmədi. Get-gedə  həyəcan qəl-
bini çulğadı. Səhərdir, işə gedən insanlar tələs-
diklərindən küçüyün yiyəsiz olduğunu sezmə-
dilər, sanki həyətdə doğulmuş ata-anası kimi 
sadə həyət iti idi. 
– Off, nə  qələt edib evdən qaçdım. Nazlı, 
haradasan?  
Həyəcandan kəsik-kəsik zingildəməyə başladı. 
“Evə qayıtsam, bir daha xaltanı boynumdan 


 
23
çıxarmayacağam. Anar, o eybəcər məxluq da nə 
qədər danışır-danışsın, şıltaqlıq etməyəcəyəm”.  
Bir neçə gün o həyətdə, bu həyətdə zibil 
qutularının yanına qısılıb yatdı. Kiçik olduğun-
dan ona dəyib-dolaşan yoxdu. Dünyanın işi 
belədir, ovçarka olsaydı, nə tez oğurlayıb evə 
aparar, çimizdirib, yanlarında yer salardılar. 
Hələ yeməyini demirəm. Küçük iki gündə bö-
yümüşdü, hər  şeyin qədrini bilir, ürəyində gö-
tür-qoy edirdi. Həyətdən küçəyə boylandı, bi-
nanın başına dolandı, aclıqdan gözü qaralırdı. 
Axı pişik deyildi, hündür dəmir yeşiklərə at-
lansın, nəsə tapıb yesin, bir tikə çörəyə görə 
özünü  şirin göstərib zingildəsin. Cins itdi, qü-
rurlu idi, belə yaltaqlığı sahibi istisna olmaqla 
əsla özünə  sığışdırmazdı. Birdən xaltasını gör-
dü, sevincək yüyürüb boğazını  dəmir halqaya 
keçirtdi. Uzaqdan görünən qızı Nazlı bilib se-
vinclə hürməyə başladı.  
– Nazlı, Nazlı, mənəm, sənin sevimli kü-
çüyün!  
Qız ona baxmadan keçib getdi. Dartındı, yox, 
deyəsən ilişib. Dartındıqca boğazı  sıxılırdı. 
Gözləri qaralırdı. Boğulurdu… 


 
24
Səhər Nazlı  məktəbə gedirdi, əvvəllər bu 
küçədən keçməzdi, ayaqları  çəkib onu buraya 
gətirdi. Gözü köhnə dalandakı zibil yeşiklərinə 
sataşdı, dəhşətə  gəldi. Sevimli küçüyü tapıl-
mışdı, amma heyvanın yarıaçıq gözlərində 
iztirab donmuşdu, yay kimi dartılmış bədənin-
dən hiss olunurdu qurtulmağa çox çalışıb, ba-
carmayıb. Görünür, qisməti belə imiş, həyat 
eşqi ilə  aşıb-daşan oynaq, şən küçük iztirablar 
içində, ürəyi nisgilli o dünyalıq olmuşdu. 
 


 
25
BANKOMAT 
 
 
Axır vaxtlar ev-iş qayğıları Rübabə xanımı 
yaman üzmüşdü. Yenə qarşıdan bayram gəlir, 
həm də anasının ad günü olacaq, bacılarına, iki 
yaşlı bacısı  qızına, anasına hədiyyə almalıdır. 
Fikrində  hədiyyələrin smetasını tuturdu, üstəlik 
evə bazarlıq etmək lazımdı. Qayğıkeş atası,  əri 
yoxdur, bacısının  əri fərsizin biridir. Şöbədə 
dostluq etdiyi, həmdəm bildiyi, çox vaxt dərdini-
sərini etibar etdiyi Məlahətə yaxınlaşdı:  
– Günorta yeməkdən sonra gəzməyə çıxanda 
bankomata gedək? Bilmirəm evdəkilərə  nə 
alım? Maaş da yetərli deyil. 
– Rübabə xanım, nəyi nəzərdə tutursunuz, 
kimə nə almaq istəyirsiniz? 
Guya bilmirsən, qarşıdan Novruz bayramı 
gəlir, həm də anamın ad günüdür. Bacılarıma, 
bacım qızına, anama hədiyyə almalıyam. Hə-
mişə hədiyyə alıb onları sevindirirəm. 
– Ananızı başa düşdüm, iki yaşlı  uşaq nə 
bilir hədiyyə  nədir? Siz tək qadınsınız, bəlkə 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə