Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   2   3   4   5   6   7   8   9   ...   17

 
26
ancaq ananıza hədiyyə almaqla kifayətlənə-
siniz? 
– Yox, nə danışırsan, elə  şey olar? Balaca 
Aytən məni görcək bilirsən necə qucağına 
cumur, gözləyir ona nəsə dadlı bir şey verəm. 
Hələ bazarlıq da etməliyəm. 
– Özünüz bilərsiniz, sizə ürəyim yanır, hələ 
bazarlıq, çatdıra biləcəksiniz? 
– Gərək pulun hamısını xərcləyəm, onsuz da 
məndən pul yığan çıxmaz,  əlimə düşən kimi 
başına daş salıram. 
– Nə deyirəm, çıxarıq, mənə də pul lazımdır.  
Mart ayı olmasına baxmayaraq, hava xoşdu, 
isti adamı bişirirdi, hərdənbir mülayim külək 
əsirdi. Havalar qəribə keçirdi, bilmirdin sabah 
soyuq olacaq, yoxsa isti, belə məqamlarda necə 
geyinəcəyini bilmirsən. Gəzə-gəzə köhnə dəyir-
manın arxasındakı bankomata yaxınlaşdıq, 
qarşısındakı növbəni görüb məyus olduq. İşə 
gecikmək olmazdı, yoxlayırdılar.  
Növbədəki birinci qadın düyməni basanda 
yanındakı qoça qadın  əlləri  əsə-əsə kartını 
çıxarıb, ondan kömək istədi. Tərslikdən bu gün 


 
27
təqaüdçülər çoxdu, bunu görən başqa yaşlı kişi 
də eyni xahişi etdi, qadın əlacsız qalıb razılaşdı. 
Birdən sonda duran qız coşub qadının üstünə 
düşdü. 
– E… bəsdir də, səhərdən camaat burda növ-
bəyə durub, hamının işi vacibdir. Gözləyirik axı!  
– Mənim günahım nədir, qoca adamlardır, 
kömək edirəm. 
Qızın hikkədən irəli çıxmış  çənəsi bir az da 
uzandı. 
– Neyləyim, xahiş ediblər, geciksəm, məni 
işdən bayıra atarlar. 
– Qocalara hörmət etmək borcumuzdur. 
– Qocalar mənə  iş, çörək pulu verməyə-
cəklər. Biri də evdə günümü qara edib. Kənara 
çəkil, görüm! 
– Utanmırsan, yaşına bax, mənimlə danışıq 
tərzinə bax! Deyəsən sənə evdə yaxşı  tərbiyə 
verməyiblər. 
–Nə haqla mənə tərbiyəsiz deyirsən? 
–Tərbiyəsiz də varsan, hələ üstəlik… 
Dava qızışdı. Səhərdən təqaüdlərini səbir-
sizliklə gözləyən qocalar aranı qarışan görüb, 


 
28
ağsaqqallıq, ağbirçəklik edib sülh yaratmaq 
əvəzinə başlarının salamatlığı üçün sıranı bir-
bir tərk etdilər. Rübabə  nəyin bahasına olursa-
olsun, pul çıxartmalı idi, ona görə  də arxadan 
hər ikisini söyməyə başladı. 
– Köpək oğlunun qızları dava salmağa vaxt 
tapdılar.  İşə buraxmayacaqlar bizi. Qoyun pu-
lumuzu çıxarıb rədd olaq da… 
Başları davaya qarışan qadınla qız onsuz da 
Rübabə xanımı eşitmirdilər. Axır ki qız istəyinə 
nail oldu, pulunu çıxardıb tələm-tələsik ara-
landı. Qadın da donquldana-donquldana 
növbədən ayrıldı. Arxadakı yaşlı kişi eşidiləcək 
tərzdə deyindi:  
– Gör bir-birlərini pul üstündə necə didirlər! 
Əllərindən ancaq qışqırıb-bağırmaq gəlir, başqa 
işə yaramırlar. Hələ o eybəcər çənəni demirəm, 
üzündə iki kilo “şpaklyovka” var. Erməni qa-
dınlar sizdən milyon dəfə yaxşıdılar. Odey, 
arvadım ermənidir, gör heç cınqırı  çıxır? Özü 
də pudrasız gözəldir. Neçə ildir, bir yerdə ya-
şayırıq, bir dəfə  səsini qaldırdığını görmə-
mişəm.  


 
29
– Çünki onu evdə bardağa qoymusan, 
bankomatların qabağında boynunu büküb sə-
nin kimilərin mürdəşir üzünü görmür, işdə 
danlanmır. 
Hay-küyü eşidən iki cavan polis kişiyə 
yaxınlaşdı.  
– Nə olub, ay əmi, nə səs-küy salmısan? 
“Əmiləri” bayaq dediklərini artıqlaması ilə 
onların yanında təkrarladı. Polislər sakitcə din-
lədilər.  
– Hə, yaxşı, ay əmi, pulunu çıxart, get erməni 
arvadının yanına.  
Rübabə xanım, Məlahət, sonradan gələn 
cavan oğlan, söhbətin  şahidi olan başqaları da 
çönüb qoca kişiyə bir kəlmə irad tutmadılar. 
Cavan oğlan tini burulub gözdən itdi, polislər 
yaşlı kişini sakitləşdirib yola saldılar, hadisə 
yerindən xeyli aralanan Rübabə xanım arxaya 
baxdı, bayaqkı insanları görməyib arxayın olan-
dan sonra yenidən dil açdı.  Əvvəldən bu işə 
qarışmaq istəməyən Məlahətin səbir kasası 
dolub daşdı.  
– Gərək bu sözləri xainin üzünə deyəydiniz. 
Bakının ortasında erməni arvadının qulluğunda 


 
30
qul kimi durmağı yetər, hələ bir gözümüzə 
soxur. Beləcə  ağzımıza su alıb dururuq, sonra 
gec olur. 
– Onlarla mən bacara bilmərəm, üzlərini 
Əzrail görsün! 
İdarənin qapısına çatdıqlarına sevinən Rü-
babə çiynindən ağır daş  aşırmış kimi dərindən 
nəfəs aldı. Məlahətin iradı qulağına girmirdi, 
bankomatdan pulunu çıxarıb düz saat ikidə, 
vaxtında işdə olmağına sevinirdi, alacağı hədiy-
yələri düşünürdü. 
 
 


 
31
KLASSİK ŞANTAJ 
 
 
Arzulara çatmağın klassik yolunu hələ bala-
ca olanda öyrənmişəm. Heyran, yəni mən, 
Ceyran bacımdı. Bu adları özüm uydurmuş-
dum. Gəlinciklərə, verdiyimiz adları sonradan 
xalam qızları bizə verdilər. Evdə  gəlinciklərə 
dərs deyirdim, dərsi bilməyəndə onları xətkeşlə 
döyürdüm.  
Xalamgilə də tez-tez gedərdik, sevinib deyər-
dilər Heyran-Ceyran bacıları bizə qonaq gəlib. 
Budur, gülərüz xalam, qızları qapını açdılar, 
görüşüb-öpüşdük, hal-əhval tutdular. Üç bacı 
idilər – Nazilə, Fazilə, Tənzilə. Kiçikləri Tənzilə 
ilə evcik-evcik oynayardıq. Gündüzlər qızlar 
həyətə çıxıb qonşu qızlarla “ortadaqaldı”, “yed-
di şüşə” və sair oyunları oynayırdılar, onlardan 
kiçik olduğum üçün tez-tez yanılırdım, buna 
görə  əvvəl-əvvəl məni oyuna buraxmırdılar. 
Çox hirslənir, bu ədalətsizliyə tab gətirə bilmir-
dim, qırsaqqız olub Tənzilənin yaxasından 
yapışırdım ki, mən də oynamaq istəyirəm. Ba-


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə