Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   2   3   4   5   6   7   8   9   ...   17

 
32
şımı aldadıb oyunu başa vururdu. Qisas hissi 
ilə yanıb-qovrulurdum. Bir gün evdə  Tənzilə 
paltarını  dəyişmək üçün yataq otağına keçdi. 
Bacılar çox utancaqdılar, geyinəndə, soyunanda 
bizi qapı  ağzında qoyurdular. Həmişə buna 
təəccüblənirdim, axı burada nə var, özlərini 
niyə belə aparırlar? Maraq mənə güc gəldi, qə-
fildən qapını açıb baxdım, Tənzilənin qışqırtısı 
otağı bürüdü. Gördüyümü gördüm. Sabahısı 
gün mənimlə oynamaq istəməyən Tənziləni şan-
taj etməyə başladım. Əlimə girəvə düşmüşdü.  
– Ay camaat, Tənzilənin… 
– Yaxşı-yaxşı, qurban olum, axı ayıbdır, gəl, 
sən də oyna. 
Bilirdim abır-həyasına qısılıb nə o, nə  də 
xalam mənə bir söz deyəcəklər. 
      
 


 
33
PİŞİK DİPLOMATİYASI 
 
 
Tostana həyət pişiyidir. Sakitdir, amma yeri 
gələndə çevikliyi ilə seçilir. Hər yeri ağ, beli 
narıncı  rəngdədir, arıq və  sısqadır. Çox həyət-
ləri keçdi, yemək verən olmadı, fikirləşdi ki, 
görəsən Allah nə vaxt onun ruzisini yetirəcək, 
axı boğazdır. Hasarları  aşa-aşa ümidini itirsə 
də, ac qalmırdı, böcəkləri xırçıldadır, divarda 
gəzən kərtənkələni görcək iki ayağının üstündə 
atlanıb pəncəsi ilə yerə salır, başını üzüb ye-
yirdi. Budur, bir evdən işıq gəlir. Tostana dü-
şündü, çox imkanlı  həyətlərdə olub, yemək 
vermək  əvəzinə  nədənsə hamı onu qovur, elə 
bil varlılar da acından ölürlər, Allahın bir tikə 
ətini qıymırlar, üstəlik uşaq-muşaq gözünün 
odunu alıb, daim quyruğunu kəsməyə, qıçını 
sındırmağa, gözünü çıxarmağa cəhd edirlər.  
– Hə, yenə  də  bəxtimi sınayım, Allah deyir, 
səndən hərəkət, məndən bərəkət.  
Pişik olmağına baxmayaraq, həyat fəlsəfəsini 
gözəl bilirdi, günün nəbzini tutmağı bacarırdı. 


 
34
Evin hasarını adlayıb bağa düşdü,  ətrafa göz 
gəzdirdi.  Əvvəlcə buranın abı-havası ilə tanış 
olmaq istədi, qıraqdan marıtlayıb durdu, nə 
qurd-quşu bol olan süni yaşıl çəmənlər, nə 
dırmaşmaq çətin olduğu üçün sevmədiyi ek-
zotik palma ağacları, içinə göy kafel döşəndiyi 
üçün dalğalı  dənizi xatırladan dərin, dəhşətli 
hovuz vardı, sadə bağdı, görünür şam yeməyi 
süfrəsini açırdılar, iki erkək pişik səylə miyol-
dayır, balaca tulalar kim qızların arxasınca ora-
bura qaçırdılar. Qızlar boşqablarda nəsə daşı-
yırdılar, hərdən bu utanmazlara da yemək atır-
dılar, onlarla dilxoşluq edib, uşaq kimi əziz-
ləyirdilər. Bundan ürəklənən pişiklər az qala 
masaya çıxsınlar, qızların anaları onlara acıq-
lanıb, qovmağa çalışsa da, ürəyi durmur, üz-
lərinə üz bağlayanlara əlinə keçəndən verirdi. 
Manqal qurulmamışdı, tüstü həyəti basma-
mışdı, quzu kababının qoxusu bütün yayı 
qonşu evlərdə  nəyisə söküb, yenidən tikən, 
həyəti marıtlayıb qızlara göz qoyan fəhlələri 
umsundurmurdu. Makarondan xoşu gəlmir, 
yaxşı ki yanında toyuq qızartması var, yox, 
sadə ailədir, elə varlı deyillər. 


 
35
 Pişiklər yeyib-içib qızlardan birinin qarşı-
sında sağa-sola dombalaq aşıb özlərini  şirin 
göstərirdilər. Abır-həyalarını itiriblər. Tostananı 
sayan olmadı, heç incimədi, pişik cinsi, xüsu-
sən, erkəklər çox laqeyd olurlar, ovu, şikarı heç 
kəsə güzəşt etməzlər. Ürəyində fikirləşdi: “Ye-
diniz, itilib gedin, bir tikə də mənə düşsün”.  
Tostananı görən kimi pişiklər bellərini qa-
bardıb, quyruqlarını qaldıraraq yerlərində don-
dular.  İki qəddarın qarşısında duruş  gətirə 
bilməz, cırmaqlayıb, dişləyib abırdan salarlar, 
gözləməyi bacarır, səbirli olmaq lazımdır, qoy 
ev sahibi özü bezib onları qovsun. Belə  işlərdə 
təcrübəsi, müşahidəsi vardı, sür-sümüyün, bö-
yük qızın arada gizlinə salıb atdığı ət tikələrinin 
dadına baxıb makaronun, çörəyin üzünə bax-
mayan çağırılmamış qonaqlar axır ki ananı bez-
dirdilər, hövsələdən çıxıb deyinməyə başladı. 
– Allahın heyvanı da tez qudurur eyy, ma-
karona naz edirlər, ac olsalar, gözlərinə  təpər-
dilər. Yediniz, içdiniz, çıxın gedin də, gərək ağ-
zımıza girəsiniz, bitinizi-birənizi üstümüzə tö-
kəsiniz? Pişt-pişt! 


 
36
Bu dəfə erkək pişiklərin hissiyyatı işə düşdü, 
ora-bura vurnuxmaqdan daha bir şey çıxma-
yacağını anlayıb miyoldaya-miyoldaya hasarı 
adlayıb həyəti tərk etdilər. “Bu lap yaxşı oldu, 
yerim genişləndi, yoxsa bu iki xainlə bacarmaz-
dım, bir az tədbirli olmalıyam, çox miyoldayıb 
baş-qulaqlarını aparsam, məndən də bezərlər”. 
Qıraqda, pilləkənin ayağında durub qorxa-qor-
xa, boğuq səslə miyoldamağa başladı. Nigar 
pişiyi görüb əzizlədi.  
– Kisulya, Tostana. niyə qorxa-qorxa miyol-
dayırsan?  
Əvvəlki pişiyə oxşadığından qız çaşıb qaldı. 
Bu, niyə belə arıqdır? Bayaqkı kökdür axı, 
sonra bunun ayrısı olduğunu sezdi, tez içəri 
qaçıb qatıq bankasının ağzını açdı, bir az qatıq-
çörək gətirib Tostananın qarşısına qoydu. 
– Off, çox sağ ol. Elə acmışdım, Allah kö-
məyiniz olsun, gözlərimə işıq gəldi, – düşünən 
Tostana əvvəl başını qaldırıb xeyirxahının göz-
lərinə baxdı, bununla mədəniyyətini göstərib 
dəvəti qəbul etdiyini, yeni adın çox xoşuna gəl-
diyini bildirdi, sonra nəcabətli xanımlara xas 


 
37
ədəb-ərkanla yeməyə başladı. Fikirləşdi, yox, 
deyəsən həyatda xeyirxah insanlar var. Şəfiqə 
xanım pişiyi görcək yenə cin atına mindi.  
– Aaa… yenə  gəldi… nə  həyasız pişikdir, 
yemək verdik, rədd ol, gərək quyruğunu süf-
rəyə sürtəsən?  
Tostana anladı ev sahibini, dili olsaydı danışar, 
başa salardı, yediyi çörəyə görə təşəkkür edərdi, 
amma miyoltusu Şəfiqə xanımı çilədən çıxartdı. 
Allah üzünə baxdı, Nigar yaxınlıqda idi. 
– Ana, ana, sən səhv başa düşdün, əvvəl mən 
də elə bildim həminki pişikdir, diqqətlə bax, bu 
ayrısıdır, özü də  sırtıq deyil, fağır, üzüyola, 
əbəs yerə miyoldamağı özünə  sığışdırmayan 
pişikdir.  
Şəfiqə xanımın ürəyi durmadı, pişiyə bir-iki 
dilim kolbasa atdı. Pişik yedi, amma nədənsə 
həyətdə vurnuxub miyoldamağa başladı, sanki 
nəsə axtarırdı.  Şəfiqə xanım kənddə böyü-
müşdü, dərhal məsələni başa düşdü. 
– Nigar, qızım, su gətir, yəqin susuzlayıb. 
Ona görə belə miyoldayır. 
Nigar qaçıb su gətirdi, Tostana təşnəymiş de-
mə, qaba cumub suyu hortuldatdı, sonra ağacın 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə