Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 
44
ŞANANIN SƏRGÜZƏŞTLƏRİ 
 
 
Şanaydı o, 
Anaydı o.  
Gözəllərin həsəd yeri
Bəzəkli bir şanaydı o. 
 
Bəzəkli, qürurlu dağ  Şanası. Gözəl olduğu 
qədər də talesizdi Şana.  İşə-gücə alışıqdır, nə-
yinsə zəhmətsiz başa gələcəyinə inanmırdı. Al-
lahdan istəyi zəhmətlə çörəyini qazanıb ye-
məkdi.  
Budur, digər  şanalar ağacların budağında 
laqqırtı vurub, tapdıqları  hər nədisə yeyir, ona 
qane olurdular. Şanasa yorulmaq bilmədən 
gecə-gündüz ağacları taqqıldadır, qurdları ta-
pıb yeyir, bununla həm qarnını doyurur, həm 
də  təbiətə xeyir verirdi. Kim bildi qədrini? Bu 
haqda düşünmək belə istəmirdi, öz quş bor-
cunu Allah qarşısında vicdanla yerinə yetirirdi. 
Çox gözəldi, üstəlik güzəranı da yaxşı keçirdi, 
çəkdiyi  əziyyətin bəhrəsini üç qat görürdü, 


 
45
qurdlar başından yağış kimi tökülürdü. Həs-
rətini, həsədini çəkənlər çoxdu. Ata-ana yuva-
sından erkən ayrılmışdı, baş götürüb qonşu 
meşəyə qaçmışdı, qabiliyyəti ilə bacı-qardaş-
larından seçildiyindən onların da həsədinə tuş 
gəlirdi. 
Ailəsindən arxa-dayaq görməyən tənha  şa-
nanı didişdirirdilər. Erkək  şanalar ona evlən-
mək təklifi göndərir, bərli-bəzəkli tüklərini 
pırpızlaşdırıb cəlb etməyə çalışırdılar. Başını 
itirmişdi, bu yelbeyinlər məndən nə istəyirlər?! 
Ağıllı şana da sevərmi heç?! Yox, onu şanaların 
al-əlvan lələkləri yox, azad həyat maraqlan-
dırırdı. Cavan olmağına baxmayaraq təkbaşına 
özünə yuva qurmuşdu. Axşamlar isti yuvasın-
da  şellənir, rahatlıq tapırdı, arzusu dürüst bir 
şanaya rast gəlib bu firavanlığı paylaşmaqdı. 
Vaxt keçirdi, ailəsinin,  şanaların təzyiq və 
təqiblərinə  məruz qalan Şana həyatından bez-
mişdi. Bəzi üzlü erkək  şanalar həyatını  cəhən-
nəm əzabına döndərmişdilər; onu aramsız izlə-
yir, fürsət tapan kimi hücum edir, qarşısını 
kəsirdilər. Çarəsiz  Şana bu məzəmmətlərə, tə-


 
46
nələrə çox dözə bilmədi.  Əlacsız qalıb yaxşı 
tanımadığı şana ilə ailə həyatı qurdu. Bu erkək 
şana al-əlvan, yaraşıqlı olsa da, ona sevinc 
gətirmədi. Bütün günü o budaqdan bu budağa 
qonaraq vaxtını öldürür, yersiz diqqəti ilə, 
marağı ilə digər şanaları təngə gətirirdi. 
Bəzəkli  Şanasa yenə  səhər hamıdan erkən 
oyanıb yem axtarırdı. Axtardığını tapdı, dim-
dikləməyə başlamışdı, bir pırpız dişi  şana ona 
hücum etdi. Yekə soxulcanı  əlindən almağa 
çalışırdı müftəxor. Bəzəkli  Şana döşünü irəli 
verib tüklərini qabartdı, möhkəm dimdik çaldı. 
Təcavüzkar qanadlarını vaxtında çırpmasaydı, 
ağacdan yerə düşüb səhərdən nəfəsini içinə çə-
kərək pusqu quran qarınqulu pişiyə yem ola-
caqdı. Soxulcan ikiyə bölündü, başı  ağzında, 
quyruğu müftəxor  şananın dimdiyində qaldı. 
Bəzəkli Şana üzünü göylərə tutub fəryad etdi:  
Ay Allah, gör necə talesizəm! Dost bildiyim 
şanalar da mənə xəyanət edirlər…  
Məzlumların yalvarışları göylərə gec çatır, 
amma xoşbəxtlikdən bəxtin üzə gülən məqamı 
idi, günün xoş vaxtı idi, göylərin qapıları açıq-


 
47
dı. Bu qəfil səda Allahın qulağına çatdı, Yara-
dan rəhmə gəlib quşa bir sığal çəkdi. 
 –  Səbir elə, qoy ruzuna şərik çıxan bu qa-
rınqulu şanalar həmişə əlinə möhtac olsunlar!  
Qəflətən aləm nura qərq oldu, boz kötüklər 
qızarıb pul-pul yandı, tozlu yarpaqlar işım-işım 
işıldadı.  Şana gözlərinə inanmadı, sinəsi qa-
bardı, kiçicik ürəyi sevinclə çarpdı. Sanki yüz 
ilin yuxusundan oyandı, Allah balaca quşun 
sədasına cavab vermişdi.  
                          


 
48
YALANIN TƏZAHÜRÜ 
 
 
Hər il hamı  кimi yayın gəlişini səbirsizliкlə 
gözləyirdim, çünкi Qubadlıya babamın, nənə-
min yanına gedərdik, xüsusən, mənə belə xoş-
bəxtlik nəsib olanda sevincimdən yerə-göyə 
sığmazdım. Qubadlının təbiəti başqa rayonlar-
dan fərqlənirdi. Başarat kəndisə  qırmızı qaya-
ları, qantəpərdən, qızboxçasından, kəklikotun-
dan, dağçiçəyindən, adını bilmədiyim füsunkar 
güllərdən, çiçəklərdən, dərman otlarından çə-
lənglər tutan əzəmətli Topağac dağı ilə sеçilirdi. 
Dayım söz vеrmişdi ki, məni Topağac mеşə-
lərinə aparsın, arzum qaldı ürəyimdə. 
Dayımdan başqa hеç  кəsdən qorxmazdım, 
istədiyimi  еdərdim, axı  şəhərdən gəlmişdim, 
bir sözümü iкi еtmirdilər.  
Gün uğursuz başlamışdı. Axtarışda olan hin-
duşкanın on birinci balası idi. Yoxa çıxmışdı. 
Hər yeri ələк-vələк etsələr də, tapa bilməmiş, 
nəhayət, dayımı bu işə qoşmuşdular. Dayı ha-
mını  sıraya düzüb sorğu-suala çəkirdi.  Əlində 


 
49
qamçı  əvəzinə  şalvarının belindən çıxartdığı 
кəmərlə alman zabiti кimi var-gəl edir, bizə 
hədə-qorxu gəlirdi. Hərdənbir çirkdən sürtülüb 
par-par parıldayan qəhvəyi  кəmərlə Mürşüdə, 
Qaraqıza sığal çəksə  də, mənə toxunmurdu. 
Kənddə arvad tumanının yanını  kəsdirənlərin 
deyil,  əsil kişilərin mütləq köhnə olsa da, yay, 
qış papağı, şalvarın belinə yaxşı oturan, düşmə-
yə qoymayan, bəzi məqamlarda çox kara gələn 
qalın dəri qayışı olmalı idi, əbəs yerə demir-
dilər, qayışını bərk-bərk çəkib iş-gücünün arxa-
sınca yollandı.  
Dava-dalaşda silahsız insanlar qayışı bellə-
rindən açıb  əllərinə alırdılar, qalib gəlsəydilər
rəqiblərini eninə-uzununa çırpıb zebrə çevi-
rirdilər. Bu qayış üstəlik rifah göstəricisi idi, 
dünya nemətlərindən barlanıb kef çəkənlər 
üçün deyilirdi: qayış belinə  gəlmir. Qayışı bo-
şalıb  şalvarı belindən düşənlər kasıb, üzünük 
adamlardı, amma dayım özünə korluq verən 
deyildi, nənəmlə arvadı gecə-gündüz onu qor-
mutlayırdılar, yəni yedizdirirdilər ki, kefi kö-
kəlsin, ağzı yumulsun, heç nədən dava-dalaş 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə