Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   9   10   11   12   13   14   15   16   17

 

  


50  

 



 

əsarətdə  belə  məhv  olmur.  Necə  ki,  totalitar  sovet  rejimi 

Azərbaycanda  türk  milli  ruhunu  məhv  edə  bilməmişdir. 

Ən  müqəddəs  ideallar,  ən  təmiz  ruhlar  əsir  edilə  bilər, 

lakin  məhv  edilə  bilməz.  Bu  gün  bütün  türklüyü  təskin 

edən  hürr  bir  qala  Türkiyə  dövlətidir.  Lakin  «Ağrı  və 

Altaylar  arasındakı  türk  ruhu»nun  da  əsarətdən  qurtu-

lacağı gün mütləq gələcək. 

Günümüzün  reallıqları  Abay  Dağlının  bu  nikbinliyini 

artıq təsdiq etmişdir. 




 

  


51  

 



 

MĠLLĠ-MƏNƏVĠ DƏYƏRLƏR PROBLEMĠ  

 

Bütün  dövrlər  və  cəmiyyətlər  üçün  aktual  olan  milli-

mənəvi  dəyərlər  problemi  hər  bir  xalqın  bədii  ədəbiy-

yatının  əzəli  və  əbədi  mövzularındandır.  Bu  problem  si-

yasi  mühacirətimizin  70  il  ərzində  yaxın  və  uzaq  xarici 

ölkələrdə  yürütdüyü  «Azərbaycan  davası»nın  da  əsas 

hədəflərindən olmuşdur. Mühacir yazarlarımız da bu möv-

zuya  biganə  qalmamış,  müxtəlif  janrlarda  yazdıqları 

əsərlərdə  mənəvi-əxlaqi  problemləri  bədii  tədqiqatın 

predmetinə  çevirmişlər.  Bu  baxımdan,  A.Dağlının,  möv-

zusu  Türkiyə  məktəblilərinin  həyatından  alınmış  üç 

pərdəli  «Okullular»  (1963)  pyesi  diqqəti  cəlb  edir. 

Müəllif  bu  pyesində  müəllim-şagird-valideyn  üçlüyünün 

qarşılıqlı  münasibətlərindəki  bəzi  ziddiyyətli  məqamları 

təsvir etməklə, gənclərin təlim-tərbiyəsi, onların cəmiyyət 

üçün  layiqli  vətəndaş  kimi  yetişdirilməsi  ilə  bağlı  bir  sıra 

mühüm  məsələlərə  toxunmuşdur.  A.Dağlının  özünün  pe-

daqoji  sahədə  uzunmüddətli  iş  təcrübəsinin  olması,  tədris 

prosesinə,  məktəbli  gənclərin  həyatına,  dünyagörüşünə, 

maraq  və  zövq  dairəsinə  bələdliyi  əsərdə  təsvir  olunan 

hadisələrin canlı və inandırıcı alınmasına kömək etmişdir. 

«Məktəb  məktəb  olmalıdır,  şagird  də  şagird»-  pyesin 

dramatik konfliktinin əsasını bu prinsip təşkil edir. Əsərdə 

təsvir  olunan  hadisələrin  cərəyan  etdiyi  litseyin  müdiri, 

müəlliməsi, kitabxana məmuru məhz bu prinsiplə fəaliyyət 

göstərir,  öz  peşə  borclarını  yerinə  yetirmək  üçün 

əllərindən  gələni  əsirgəmirlər.  Bu  şəxslərin  yeganə 

məqsədi  gənclərə  daha  çox  bilik  vermək,  onlara  vətən, 




 

  


52  

 



 

millət  sevgisi  aşılamaq,  asudə  vaxtlarını  səmərəli  təşkil 

etməklə zərərli vərdişlərdən çəkindirməkdir. Lakin bu işdə 

onlar  bəzi  çətinliklərlə  qarşılaşırlar.  Belə  ki,  Türkiyə 

cəmiyyətinin  çoxçalarlı  sosial  spektri  litseyin  şagird 

kontingentinin  tərkibində  də  əks  olunur.  Burada  təhsil 

alan  şagirdlər  müxtəlif  zümrələri,  demək,  eyni  zamanda, 

müxtəlif  maraq  və  dünyagörüşləri  təmsil  edən  valideyn-

lərin  övladlarıdır.  Məhz  bu  məqam  müəllim-şagird-vali-

deyn  üçlüyünün  qarşılıqlı  münasibətlərində  bəzi  ziddiy-

yətlər  yaradır,  məktəbin  öz  funksiyasını  lazımınca  yerinə 

yetirməsinə mane olur. 

Müəllif  bəzi  şagirdlərin  ailə  tərbiyəsindən  irəli  gələn 

qüsurlarını  tədris  prosesinə  ziyanlı  təsir  göstərən  amil 

kimi  Yılmazın,  Yavuzun,  Gülsərənin  və  onun  atasının 

simasında  canlandırır.  Zəngin  bir  ailənin  qızı  olan  Gülsə-

rəni  məktəb,  təhsil  qətiyyən  maraqlandırmır;  onu  məşğul 

edən  yalnız  var-dövlət,  dəbdə  olan  geyimlər  və  yüngül 

əyləncələrdir.  Bu  məktəbli  qızın  çantasından  kitab-dəftər 

əvəzinə  son  dəbli  fransız  ayaqqabısı,  amerikan  saqqızı 

çıxır.  Kitabxanada  məktəb  yoldaşı  Yılmazla  açıq-saçıq 

rəsmli jurnallara baxmaqdan çəkinməyən Gülsərən onunla 

birgə  gecə  klubuna  getmək  cəsarətini  də  göstərir.  Nə 

qədər  acınacaqlı  olsa  da,  Gülsərənin  bu  nalayiq  davra-

nışları  onun  atası  tərəfindən  təqdir  edilir.  Qızının  geyi-

minə  haqlı  irad  tutmuş  müəlliməyə  bu  zəngin  valideynin 

söylədikləri onun vulqar təbiətini bütün çılpaqlığı ilə açır: 

Zəngin  Ata  –  (Bayan  Öyrətmənə).  Sus  dedim  sana. 

Erkək  konuşurkən  arvad  qarışmaz.  Amma  sana  da  sözüm 

var.  Bənim  qızımın  qiyafət  işinə  qarışan  müəllim  arvad 



 

  


53  

 



 

sənsin ha?.. Onun nədən kəndi modasiylə məktəbə gəlmə-

sinə  müsaidə  etmiyorsun?..  Biliyorum,  biliyorum.  Son 

modalar  için  sizin  paranız  kafi  gəlməz.  Bizim  qızımızın 

yeni  modalarını  çəkəmiyorsun  bu  səbəblə  iştə...  Qızımın 

kəndiniz gibi olmasını istiyorsunuz...(17, s.39). 

Qızının  dərsdən  sonra  əlavə  məşğələlərə  saxlanıl-

masını  özü  üçün  təhqir  sayan  bu  atanın  litsey  müdirinə 

dediyi  sözlər  onun  əsl  əxlaqını,  hansı  «qeyrət»in  sahibi 

olduğunu göstərir:  



Zəngin  Ata  –  ...Evimdə  müsafirlərim  var.  Qızım 

Amerikadan  gəlmiş  ingilislə  dans  edəcək.  Hazırlıq  lazım. 

Evdə  dərzi  bəkliyor,  bərbər  bəkliyor.  Qızım  nədən  gec 

qaldı bu qədər? 

Digər  zəngin  bir  valideynin  məktəbli  oğlu  Yavuz 

yoxsul ailədən olan  Gülsərin  «körpə kafasına bir çox kötü 

şeylər  dolduraraq»  bunları  sevgi  adlandırır.  Bu  iki  gənc 

xoşbəxtliyi  maddiyyatda  və  məşhurluqda,  şan-şöhrətdə 

görürlər: 

Yavuz  –  Dünkü  filmi  xatırlıyormusun.  Fəqir  bir  dəli-

qanlı  birdən-birə  zəngin  və  məşhur  oldu.  Böyük  bir 

bankayı  soydu.  Sevgilisiylə  bərabər  dış  məmləkətlərə 

qaçdı.  Dünya  sosyetesinə  qarışdı.  Bir  daha  yurduna 

dönmədi. Vətənə də qəhr olsun dedi, millətə də. 

Gülsər – Sən də banka mı soyacaqsın? 

Yavuz  –  Xayır.  Banka-falan  düşünmüyorum.  Bizim 

bankamız evimizin içindədir. Artıq qərar verdim. Babamın 

kassasını soyacağım. 

Gülsər – Sonra nə olacaq? 

Yavuz  –  Nə  ola  bilir?  Səni  mümkün  olduğu  dərəcədə 



Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə