Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   9   10   11   12   13   14   15   16   17

 

  


61  

 



 

növbədə,  Dədə  Qorqud  obrazı  vasitəsilə  təlqin  etdiyi 

mənəvi-əxlaqi  dəyərlər  sırasındadır.  A.Dağlı  əsər  boyu 

belə bir qənaətini təsbit etməyə çalışır ki, istər ailə, istərsə 

də  cəmiyyət  və  dövlət  məhz  milli-mənəvi  və  ümumbəşəri 

dəyərlərə,  əxlaqi-etik  normalara  söykəndiyi  zaman 

sarsılmaz  olur.  Bu  baxımdan,  pyesdə  ermənilərin,  gürcü-

lərin,  yunanların  türklərə  qarşı  düşmən  münasibətlərinin, 

patoloji  nifrətlərinin,  təcavüzkar  niyyətlərinin  müqabi-

lində türklüyün  yüksək  mənəvi  keyfiyyətlərinin,  humanist 

təbiətinin  qabardılması  mühacir  yazıçı-dramaturqun  gənc 

nəslə  nəsihəti  kimi  qavranılır  və  günümüzün  reallıqları 

kontekstində də aktuallıq kəsb edir. 



 

  


62  

 



 

QUZEY KIBRIS OLAYLARININ ƏKSĠ 

 

1960-cı illərin əvvəllərindən etibarən Kipr türklərinin 

problemi  Türkiyə  ictimaiyyətinin  diqqət  mərkəzində 

olmuş,  bu  dövlətin  xarici  siyasətində  mühüm  yer  tut-

muşdur.  Belə  ki,  Kiprin  müstəqil dövlət elan olunması ilə 

(1960)  adanın  türk  əhalisinin  faciəli  günləri  başlanmış, 

onlar  yunan  icması  tərəfindən  sıxışdırılmaya  və  soyqırı-

mına məruz qalmışlar. Nə Birləşmiş Millətlər Təşkilatının 

sülhməramlı  missiyası,  nə  də  Türkiyə  hökumətinin  dip-

lomatik  səyləri  yunan  icmasının  təcavüzkarlığının  qar-

şısını  ala  bilməmişdir.  Yalnız  1974-cü  ilin  iyulunda 

Kiprdə  türk  soyqırımının  qarşısını  almaqdan  ötrü  Türkiyə 

hərbi  kontingenti  xalqın  təkidli  tələbi  ilə  adaya  çıxarıl-

dıqdan  sonra  burada  qətliama  son  qoyulmuş,  əmin-

amanlıq bərqərar edilmişdir. 

Abay  Dağlının  «Albay»  (1975)  pyesində  (3  pərdə,  7 

şəkil)  məhz  həmin  hadisələr  dramatik  əksini  tapmışdır. 

Müəllifin  Quzey  Kıbrısda  şəhid  olmuş  albay  İbrahim 

Qaraoğlanoğlunun  və  bütün  türk  şəhidlərinin  əziz  ruhla-

rına ithaf etdiyi bu pyes Türkiyə Silahlı Qüvvələrinin Baş 

Qərargahı  (Genelkurmay  Başkanlığı)  tərəfindən  gənclərin 

hərbi  vətənpərvərlik  tərbiyəsi  üçün  əhəmiyyətli  bir  əsər 

kimi bəyənildikdən sonra çap edilmişdir.  

Pyes Türkiyə ordu hissələrindən birində «Anam məni 

yetişdirdi…»  marşının  sədaları  ilə  başlanır.  Türk 

əsgərlərinin  ifasında  bu  marş  bütövlükdə  Türkiyə  Silahlı 

Qüvvələrinin  yüksək  döyüş  əhvali-ruhiyyəsinin,  bütün 

türk  cəmiyyətinin  kıbrıslı  soydaşlarına  kömək  əzminin 

təcəssümü  kimi  səslənir.  Belə  ki,  yunanların  Quzey  Kıb-



 

  


63  

 



 

rısda  törətdikləri  ağlasığmaz  vəhşiliklər  bütün  Türkiyədə 

həyəcanlara  səbəb  olmuş,  insanları  hiddətləndirmişdir. 

Ölkənin  müxtəlif  bölgələrində  gənclər  könüllü  əsgər  kimi 

Kıbrısa  yola  düşmək  üçün  müraciət  edirlər.  Onların  bir 

qismi  albay  İbrahim  Qaraoğlanoğlunun  sərəncamına  gön-

dərilmişdir. 

Albayın  şəxsində  müəllif  vətənpərvər  və  ziyalı  bir 

türk  zabitinin  obrazını  yaratmışdır.  Albayın    I  şəkildə  ya-

nındakı  yüzbaşıya  və  teğmenlərə  müraciətlə  söylədikləri 

onun  döyüşə  yollanacaq  əsgərlərin  türkün  şanlı  tarixinə, 

milli-mənəvi  dəyərlərə sədaqət ruhunda  tərbiyəsinə  böyük 

önəm verdiyini göstərir: 

 

Ruhən bəslənirsə əroğlu ərlər, 

Daima sağlanır böyük zəfərlər. 

Şanlı Hərbiyyədə aldıq bu dərsi 

Ruhlarla birləşir silahın səsi. 

Ordu bu qüdrətlə qazanır hərbi, 

Ərlərin dilində bir yəmin kimi 

«Annəm məni» səsi yüksələcəkdir, 

Silahlar bununla səslənəcəkdir. 

 

Kıbrısa  doğru  yürüş  əmri  verilincə  Albay  alayı  ilə 



birgə  döyüş  bölgəsinə  yola  düşür  və  1-ci  pərdənin  3-cü 

şəklindən  başlayaraq  müəllif  hadisələri  Kıbrıs  cəbhəsinə 

köçürür. Müəllif elə ilk cəbhə səhnəsində yununların türk-

lərə  qarşı  tarixən  mövcud  olmuş  düşmən  münasibətlərini, 

patoloji  nifrətlərini  onların  öz  dili  ilə  açıqlayır.  Yunanlı 

Albayın  əlindəki  tapançanı  oynadaraq  məğrur  bir  tövrlə 

söylədikləri  onun  türklərə  qarşı  hər  cür  qəddarlığa, 



 

  


64  

 



 

qaniçənliyə  hazır  olduğunu  bütün  çılpaqlığı  ilə  büruzə 

verir: 

Əlimdə silahım, qarşımda düşman, 

Şu əski düşmana yoxdur bir aman. 

Bana ilkokuldan bu dərs verilmiş, 

Şimdi görürlər ki, intiqam nəymiş. 

(Bir an sağa doğru nifrətlə baxaraq) 



Hər şeyi əzəcək və keçəcəyiz, 

Daima qan töküb, qan içəcəyiz. 

 

Anadolu  istiqlal  savaşına  həsr  edilmiş  pyeslərində 



olduğu  kimi,  bu  əsərində  də  A.Dağlı  yunan  əsgər  və 

zabitlərinin  soyğunçuluğunu,  dinc  əhali  ilə  amansız  rəf-

tarını  onların  səciyyəvi  xüsusiyyəti  kimi  qabardır.  Pyesdə 

təsvir  olunan  qətliam  səhnəsi  isə  yunan  hərbçilərinin 

antibəşər  xislətini  bir  daha  nümayiş  etdirir.  Belə  ki, 

Yunanlı  Albayın  əmri  ilə  uşaqlar,  qadınlar,  qocalar  cərgə 

ilə  düzülərək  yalnız  türk  olduqlarına  görə  güllələnirlər. 

Yununlı Albayın iblisanə qəhqəhələri qətlə yetirilən qadın 

və  uşaqların  tükürpərdən  fəryadına  qarışaraq  müdhiş  bir 

görüntü yaradır. 

Kıbrısa  daxil  olan  türk  qoşunu  burada  yunanların 

törətdikləri  vəhşiliklərin,  dinc  əhaliyə  tutduqları  divanın 

şahidi  olur.  Qarşılaşdıqları  dəhşətli  səhnələr  soydaşlarını 

hərbi  təcavüzdən,  soyqırımından  qurtarmağa  gəlmiş  türk 

əsgərlərinin  intiqam  hissini  alovlandırır.  Onlar  cəbhədə  

rəşadətlə  vuruşur,  düşmənə  ağır  zərbələr  endirir,  təbii  ki, 

şəhid də verirlər. Müəllif Albay İbrahim Qaraoğlanoğlunu 

daim cəbhədə, döyüş meydanındakı hadisələrin  mərkəzin-




 

  


65  

 



 

də  göstərməklə  onun  mahir  bir  sərkərdə  obrazını  ya-

ratmağa müvəffəq olur.  

Əsərin  önəmli  cəhətlərindən  biri  də  burada  Türkiyə 

ictimaiyyətinin  Kıbrıs  olaylarına  göstərdiyi  böyük  diq-

qətin,  bu  ölkədəki  soydaşları  ilə  həmrəyliyinin,  eyni 

zamanda  onların    imdadına  yetişmiş  türk  əsgərlərinə  ver-

diyi  mənəvi  dəstəyin  əksini  tapmasıdır.  A.Dağlı  qeyd 

olunan  məqamların  inikası  üçün  maraqlı  bədii  priyomdan 

istifadə edir. O, pyesin 3-cü pərdəsinin I şəklində Kıbrısda 

vuruşan  türk  əsgərlərinin  evdən  –  ailələrindən  məktub 

almaları  səhnəsini  təsvir  edir.  Məktub  müəllifi  atalar, 

analar,  babalar,  əmilər,  nişanlılar  türk  mehmetciyini 

qələbəyə  ruhlandırır,  Kıbrıs  türklərinin  haqq  işi  uğrunda 

«ya qazi, ya şəhid» olana qədər döyüşməyə  səsləyirlər: 

 

 



1. Ər   –  

Babam yazıyor: 



   

 

Kovanımda bal, oğlum. 

Telli sazı çal, oğlum. 

Yavru vatanım, deyə 

Kıbrısımı al, oğlum. 

 

2. Ər – 



Annəm yazıyor: 

  

 

Şərbəti qoydum tasa, 

  

 

Qəlbimdə yox bir tasa. 

Hər kəsin qurbanı var, 

Oğlum qurban Kıbrısa. 

 

 

 




 

  


66  

 



 

3. Ər – 


Dədəm yazıyıor: 

 

 

 

Ocağımda ısım var, 

 

 

 

Nə dərdim, nə yasım var. 

 

 

 

Dilimdə haqq duası, 

Qəlbimdə Kıbrısım var. 

 

4. Ər – 



Amcam yazıyor: 

  

 

Kutlu olur bayramlar, 

  

 

Suyum  durulub, damlar. 

  

 

Ana yurdumdan sana, 

  

 

Kıbrısıma salamlar. 

 

 



5. Ər – 

Sevgilim yazıyor: 

  

 

Konuşursun, coşarsın, 

İrmaq olub, daşarsın 

Sən mənimlə və bir də, 

Kıbrısımla yaşarsın. 

 

Bu  səmimi  misralar  Anadolu  türkünün  təcavüzə 



məruz qalmış Kıbrıs türkünün dərdini, möhnətini öz dərdi, 

kədəri  kimi  qavradığını  və  soydaşlarının  nicatı  üçün  hər 

cür fədakarlığa  hazır  olduğunu təsdiqləyir. Albay  İbrahim 

Qaraoğlanoğlunun  və  onun  kimi  qəhrəman  türk  əsgər  və 

zabitlərinin  Quzey  Kıbrısdakı  hərbi  əməliyyatlarda  şəhid 

olması  bunun  əyani  sübutudur.  Müəllifə  görə,  Kıbrıs 

türkləri  soyqırımından  qurtulmalarına,  əmin-aman  həyata 

qayıtmalarına görə məhz anadolulu qardaşlarına minnətdar 

olmalı,  yavru  vətəni  –  yaşıl  adanı  öz  qanı  ilə  suvarmış 

türk mehmetciyinin xatirəsini daim əziz tutmalıdırlar. 




 

  


67  

 



 

Ümumilikdə,  dramaturji  sənətkarlıq  baxımından  bəzi 

qüsurlarına baxmayaraq, A.Dağlının «Albay» pyesi Quzey 

Kıbrıs  olaylarının  tarixini  yaşadan  əsər  kimi  gənclərin 

hərbi vətənpərvərlik tərbiyəsi üçün faydalı bir mənbədir. 

 



 

  


68  

 



 

SON SÖZ ƏVƏZİ 

  

Abay  Dağlının  əsərlərini  beş  problem  üzrə  qrup-



laşdırıb,  araşdırmaya  cəlb  etməklə  onun  mühacirət  dövrü 

yaradıcılığı  barədə  müəyyən  elmi  təsəvvür  yaratmağa 

çalışdıq.  Lakin  aşağıda  qeyd  edəcəyimiz  səbəblərdən  bu 

mühacir  yazıçının  bizə  məlum  olan  bir  neçə  dram  əsəri 

üzərində ətraflı dayana bilmədik. 

Monoqrafiyanın müvafiq fəslində qeyd etdiyimiz kimi, 

A.Dağlı  Anadolu  istiqlal  savaşını  əks  etdirən  pyeslərində 

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün 

bədii  obrazını  yaratmağa  çalışmış  və  buna  əsasən  nail  ola 

bilmişdir.  Bununla belə,  Atatürk şəxsiyyətinə  olan  sonsuz 

maraq  və  ehtiram  A.Dağlını  onun  gənclik  illərini  də 

qələmə  almağa  sövq  etmiş,  nəticədə  «Atamızın  gəncliyi» 

adlı iki pyes yaranmışdır. 1967-ci ildə çap olunmuş birinci 

pyes  3  pərdə,  7  şəkildən  ibarətdir.  Burada  Gənc  Hərbiyəli 

adıyla  təqdim  edilən  gələcək  Atatürkün  Əminəyə  – 

qonşuları  olan  İxtiyar  Paşanın  qızına    məhəbbəti  ilə  bağlı 

məqamlar,  dövlətçilik  baxışlarının  formalaşması,  sultan 

hökumətinin  casusları  tərəfindən  təqib  olunması  və  s. 

təsvir olunur.  

1973-cü  ildə  işıq  üzü  görmüş,  2  pərdə,  5  şəkildən 

ibarət  olan  ikinci  pyes  eyni  adı  daşımasına  baxmayaraq, 

birincinin  nə  tam  eyni,  nə  də  yenidən  işlənilmiş,  təkmil-

ləşdirilmiş  variantıdır.  Doğrudur,  bu  əsərdə  də  Gənc 

Mustafanın  okulda  təhsil  aldığı  illər,  qonşu  qızı  Əminəyə 

olan məhəbbəti əksini tapır. Hər iki pyesin personajları da 

demək  olar  ki,  eynidir:  Gənc  Mustafa,  onun  anası,  dayısı, 




 

  


69  

 



 

Yaşlı (İxtiyar) Paşa,  onun qızı Əminə, öyrəncilər, habelə xor. 

Bu  pyesdə  birincidən  fərqli  olaraq,  Mustafa  Kamal  obrazı  3 

mərhələdə  inkişaf  etdirilir.  Gənc  Mustafa,  Gənc  Mustafa 

Kamal, Yüzbaşı Mustafa Kamal. 

A.Dağlının  bu  iki  pyesi,  həmçinin  Türkiyədə  1960-cı 

il  mayın  27-də  baş  vermiş  hərbi  çevrilişlə  bağlı  hadisələri 

əks  etdirən  üç  pərdəli  «Bir  mayıs  gecəsi»  (1960)  dramı 

sənətkarlıq  baxımından  zəif  olduqlarından  bu  əsərlər 

üzərində ətraflı dayanmağa lüzum görmədik. 

Eyni zamanda təəssüflə onu  da qeyd edirik ki,  A.Dağ-

lının «Xaqan», «Pakistan dağlarında», «Hacıbəyli Üzeyir» 

adlı  dram  əsərlərinin  mövcudluğu  barədə  məlumatımız 

olsa da, onları əldə etmək üçün göstərdiyimiz bütün cəhd-

lər  hələ  ki,  nəticəsiz  qalmışdır.  Həmin  dramları,  habelə 

mühacir  yazıçının  hələlik  naməlum  olan  əsərlərini  yaxın 

gələcəkdə  əldə  edəcəyimizə  və  onlardan  bu  monoqra-

fiyanın  növbəti  nəşrində  bəhs  edəcəyimizə  ümidimiz  və 

inamımız vardır. 

 

2002-2008 

 



 

  


70  

 



 

ĠSTĠFADƏ  EDĠLMĠġ  ƏDƏBĠYYAT 

 

Azərbaycan dilində 

 

1.

 



Abutalıbov  Ramiz  «...Ağrı  ilə  Altaylar  arasında 

bir  ruh»,  «Panorama»  qəzeti,  Bakı,  13  sentyabr 

1997. 

2.

 



Cəfərli  Məmməd.  Azərbaycan  legion  ədəbiyyatı. 

Bakı: QAPP-POLİQRAF, 2005, 372 s. 

3.

 

Dağlı  Mirzə  Abay.  Dədə  Qorqud.  Bakı:  Şuşa, 



2000, 80 s. 

4.

 



Dağlı  Mirzə  Abay.  Səslərəm  səni.  Bakı:  Şuşa, 

2000, 200 s. 

5.

 

İbrahimli Xaləddin. Azərbaycan siyasi mühacirəti. 



Bakı: Elm, 1996, 308 s. 

6.

 



Qarayev  Yaşar.  Meyar-şəxsiyyətdir.  Bakı:  Yazıçı, 

1988, 456 s. 

7.

 

Qarayev  Yaşar.  Azərbaycan  ədəbiyyatı.  XIX-XX 



yüzillər, Bakı, Elm, 2002, 740 s. 

8.

 



Qarayev  Yaşar.  XXI  əsr:  Qlobal  sivilizasiya  və 

Şərq dəyərləri. «Min ilin sonu» (Bakı: Elm, 2002) 

kitabında, s.9-22. 

9.

 



Qocatürk Utkan. Atatürk. Bakı: Elm, 1991, 212 s. 

10.


 

Rana. Onlar türklərdi. Bakı: Azərnəşr, 1993, 128 s. 

11.

 

Səfiyev  Arif.  Azərbaycan  dramaturgiyası  müasir 



mərhələdə. Bakı: Ozan, 1998, 276 s. 

12.


 

Sultanlı Vaqif. Azərbaycan mühacirət ədəbiyyatı. 

Bakı: Şirvannəşr, 1998, 160 s. 

                             

      

                                    Türk dilində 

 

13.


 

«Azerbaycan»  Türk  Kültür  Dergisi,  Ankara, 

1991, sayı 278. 



 

  


71  

 



 

14.


 

Dağlı Abay Mirza. Esir ruhlar. İstanbul, 1957, 122 s. 

15.

 

Dağlı Abay Mirza. Balam-balam destanı. Ankara, 



1958, 34 s. 

16.


 

Dağlı Abay. Bir Mayıs gecesi. İstanbul, 1960, 87 s. 

17.

 

Dağlı Abay. Okullular. İstanbul, 1963, 96 s. 



18.

 

Dağlı Abay. Sakarya. Adapazarı, 1965, 56 s. 



19.

 

Dağlı Abay. Atatürk. İstanbul, 1966, 93 s. 



20.

 

Dağlı Abay. Ata’mızın gencliği. Adapazarı, 1967, 64 s. 



21.

 

Dağlı Abay. Füzuli. İstanbul, 1968, 93 s. 



22.

 

Dağlı Abay. Sakarya çetesi. Adapazarı, 1969, 29 s. 



23.

 

Dağlı Abay. Sakaryada 22-ci gün. İstanbul, 1971, 79 s. 



24.

 

Dağlı  Abay.  Malazgirtten  Sakaryaya.  İstanbul, 



1971, 72 s. 

25.


 

Dağlı Abay. Ata’mızın gencliği. İstanbul, 1973, 63 s. 

26.

 

Dağlı Abay. Ata anıları. İstanbul, 1974, 72 s. 



27.

 

Dağlı Abay. Albay. İstanbul, 1975, 48 s. 



28.

 

Dağlı Abay. Dede Korkut. İstanbul, 1977, 64 s. 



29.

 

Eroğlu Hamza. Atatürkün hayatı. Ankara, 1986, 162 s. 



30.

 

Mirze’den  ğazeller.  (Toplayan  və  yayınlayan 



M.H.Türkekul). İstanbul, 1962, 56 s.  

31.


 

Rana. Onlar türklerdi. Ankara, 1951, 151 s. 



 

Rus dilində 

 

32.


 

В.Г.Белинский.  Собрание  сочинений  в  трех 

томах. T. III, Mосква, 1948, 928 стр.  

 

Arxiv sənədləri 

 

33.


 

S.Mumtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və 

İncəsənət  Arxivi.  Fond  691.  Mirzə  Abay  Dağlı 

(Cəmil  İbrahim  oğlu  Ağayev).  Siyahı  1,  sax. 

vah.1-15.  



 

  


72  

 



 

NIKPUR JABBARLY                            

 

S u m m a r y 

 

ABAY DAGLY’S CREATIVE WORK  DURING  

THE EMIGRATION PERIOD

 

 

The  article  is  the  first  systematic  investigation  which 



devotet  to  the  writer-dramatist  Abay  Dagly’s  (1906-1989) 

creative  work  who  is  one  of  the  representatives  of  the  next  wave   

from  Azerbaijan  political  emigration  after World War II.  

In the paper Abay  Dagly’s life way and creative work till the 

emigration  periods  is  elucidated,  literary  heritage  is  valued  and 

dramatic  works  and  prose  which  he  has  written  on  the  years  of 

emigration are analysed in a group surrounding of five problems.     

  


 

  


73  

 



 

 

 



         

     


NĠKPUR  MĠRHÜSEYN OĞLU CABBARLI 

 

ABAY  DAĞLININ   

MÜHACĠRƏT  DÖVRÜ  YARADICILIĞI 

 

BAKI – «ELM» – 2009 

 

Direktor: ġ. AlıĢanlı 



Baş redaktor: T.Kərimli 

Mətbəənin müdiri: Ə.Məmmədov 

 

 

 



Formatı: 60x84 

1

/16. Həcmi: 4,5 ç.v. 



Tirajı: 300. Sifariş № 123. 

Qiyməti müqavilə əsasında 



 

«Elm» RNPM-nin mətbəəsində çap edilmişdir  



(İstiqlaliyyət, 8) .                                    

Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə