Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   2   3   4   5   6   7   8   9   ...   17

 

  


6  

 



 

 

Yuxarıda  qeyd  olunduğu  kimi,  A.Dağlı  bədii-publi-



sistik  yaradıcılığa  Şəkidə  müəllim  işlədiyi  dövrdə 

başlamış,  bəzi  şeir  və  məqalələrini  dərc  etdirmişdir. 

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 

onun  bir  sıra  şeirlərinin,  «Vətən  düşkünləri»,  «Qızıl 

bayraq  dalğalanır»,  «Natəvan»  pyeslərinin  əski  əlifba  ilə 

avtoqrafları,  həmçinin  ədəbiyyatşünaslıq  problemlərinə 

həsr  olunmuş  məqalələrinin  həm  avtoqrafları,  həm  də 

makina  variantları  mühafizə  edilir.  Bunlar  əsasən  Cəmil 

Ağayevin  1924-1940-cı  illər  arasındakı  qələm  təcrübələ-

ridir.  Bu  əsərlərin  bir  qismi  –  şeirlər  və  ədəbi-tənqidi 

məqalələr A.Dağlının 2000-ci ildə Bakıda işıq üzü görmüş 

«Səslərəm  səni»  kitabında  (tərtibçi:  Maarif  Teymur)  yer 

almışdır. 

C.Ağayevin yaradıcılığının növbəti mərhələsi II Dünya 

müharibəsi illərinə təsadüf edir. Bu illərdə onun Azərbay-

can  milli  legionunun  mətbu  orqanı  olan  «Azərbaycan» 

qəzetində  Anar  imzası  ilə  şeirləri  dərc  edilmişdir.  Həmin 

şeirlərin  bir  neçəsi  («Novruz»,  «Azəri  türküsü»,  «Abbas 

Mirzə  səslənirkən»,  «Azərbaycan»,  «Ay-yıldız  əfsanəsi», 

«Yoxdur»,  «Gəl  və  gəlmə»,  «Yanğın»,  «Bir  tarix  silsi-

ləsi»,  «Xainə»),  həmçinin  «Gülərin  göz  yaşları»  poeması 

və «Qılınc» adlı kiçik həcmli mənzum dram Məmməd Cə-

fərlinin  «Azərbaycan  legion  ədəbiyyatı»  (Bakı,  2005) 

kitabına  daxil  edilmişdir.  Bu  kitaba  yazdığı  ön  sözdə 

M.Cəfərli  legion  mətbuatında  Anar  imzasıyla  çıxış  edən 

müəllifin Abay Dağlı (Cəmil Ağayev) olduğunu qətiyyətlə 

söyləməsə  də  (2,  s.40),  biz  də  bu  ehtimalla  şərikik. 

Xüsusilə,  A.Dağlının  1951-ci  ildə  Ankarada  Rəna  gizli 

imzasıyla  çap  etdirdiyi  «Onlar  türklərdi»  kitabına  da 

A.Anar imzasıyla ön söz yazması bu ehtimalı artırır. 




 

  


7  

 



 

C.Ağayev II Dünya müharibəsi illərində qələmini qə-

zəl  janrında  da  sınamış, bu şeirlərdə   daha çox vətən  həs-

rətini,  qürbət  həyatının  ağrı-acılarını  ifadə  etmişdir. 

Həmin  qəzəllərin  bir  qismini  mühacir  ədəbiyyatşünas 

M.H.Türkəqul  toplayaraq,  müəllifin  razılığı  ilə  1962-ci 

ildə  İstanbulda  «Mirzədən  qəzəllər»  adı  altında  kitabça 

şəklində  çap  etdirmişdir.  Bu  nəşrə  yazdığı  ön  sözdə 

M.H.Türkəqul  A.Dağlının  klassik  şeir  şəkillərindən  olan 

qəzələ  müasirlik  baxımından  müraciətini  yüksək  qiymət-

ləndirir:  «Abay  Mirzənin  yazdıqları,  şəkil  baxımından, 

klassik  qəzəllərə  bənzəsə  də,  həm  dil,  həm  də  mövzu 

baxımından  tamamilə  yenidir.  O,  kəndi  qəzəllərində  bir 

sıra  əski  kəlimə  və  tərkibləri  qətiyyən  kullanmıyor.  Cə-

sarətlə  deyə  biliriz  ki,  fikir  yığcamlığı,  ifadə  aydınlığı  və 

sadə  sözlərlə  zəngin  Türkcəmizin  gözəl  bir  örnəyini 

vermişdir. Qəzəllərindəki konu yeniliyi də ayrıca bir önəm 

daşımaqdadır» (30, s.5).  

C.Ağayevin  bədii  yaradıcılıq  istedadı  mühacirət  illə-

rində özünü daha qabarıq büruzə verir. Qələmini daha çox 

dram janrında sınayan sənətkar, Abay Dağlı imzasıyla biri 

digərinin  ardınca  «Əsir  ruhlar»  (1957),  «Bir  Mayıs 

gecəsi»  (1960),  «Füzuli»  (1961,  1968),  «Okullular» 

(1963),  «Sakarya»  (1965),  «Atatürk»  (1966),  «Atamızın 

gəncliyi»  (1967),  «Sakarya  çetəsi»  (1969),  «Malazgirtdən 

Sakaryaya»  (1971),  «Sakaryada  22-ci  gün»  (1971), 

«Atamızın  gəncliyi»    (1973),  «Ata  anıları»  (1974),  «Al-

bay» (1975), «Dədə Qorqud» (1977) və s. pyeslərini yazıb 

çap  etdirir.  Məhz  bu  pyeslər,  həmçinin  «Onlar  türklərdi» 

(1951)  memuar  romanı  Abay  Dağlıya  Azərbaycan  müha-

cirət  ədəbiyyatı  tarixində  seçkin  bir  yer  təmin  etmişdir. 

Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  hələlik  mühacirət 

ədəbiyyatımızda  dramaturq  kimi  tanınan  yeganə  müəllif 



 

  


8  

 



 

Abay  Dağlıdır.  Məhəmmədsadıq  Aranın    da  dram  əsərləri 

yazması  barədə  məlumatlar  olsa  da,  indiyədək  həmin 

əsərlər əldə edilməmişdir. 

1991-ci ilin aprelində Bakıda keçirilmiş «Azərbaycan 

mühacirət  ədəbiyyatı»  beynəlxalq  elmi  simpoziumunda 

Ankaradakı  Azərbaycan  Kültür  Dərnəyinin  üyəsi  Lətif 

Yücel  «Ədəbiyyatçı,  şair-yazar  Mirzə  Abay  Dağlı» 

mövzusunda  məruzəsi  ilə  ədəbi-elmi  ictimaiyyətimizə 

mühacir  soydaşımızın  yaradıcılığı  barədə  müəyyən  bil-

gilər  verdi. Buna qədər A.Dağlı  adlı  mühacir  yazarın  var-

lığı  barədə  Azərbaycanda  barmaqla  sayılacaq  qədər  az 

adamın  məlumatı  vardı.  Lakin  L.Yücelin  məruzəsinin 

«Azərbaycan»  (Ankara)  dərgisində  çap  olunmuş  xülasə-

sində  A.Dağlının  təvəllüd  tarixi  yanlış  olaraq  1922-ci  il 

göstərilmişdir (13, s.72). 

Digər  mühacir  sənətkarlar  kimi,  A.Dağlının  da  ədəbi 

irsinin  Vətənində  nəşri  və  tədqiqi  üçün  münbit  şərait 

yalnız  müstəqillik  illərində  yaranmışdır.  Bakıda  yazıçının 

3  kitabı  («Onlar  türklərdi»  (10),  «Dədə  Qorqud»  (3)  və 

«Səslərəm  səni»  (4)  çap  olunmuş,  dövri  mətbuatda  barə-

sində tanıtma xarakterli publisistik yazılar dərc edilmişdir. 

Bunların  içərisində  R.Abutalıbovun  «...Ağrı  ilə  Altaylar 

arasında  bir  ruh»  (1)  məqaləsini  fərqləndirmək  olar. 

R.Abutalıbov  S.Mümtaz  adına  Dövlət  Ədəbiyyat  və 

İncəsənət  Arxivində  Abay  Dağlının  fondunun  yaradılma-

sına da öz töhfəsini vermişdir. Filologiya elmləri doktoru, 

professor  Vaqif  Sultanlı  «Azərbaycan  mühacirət  ədəbiy-

yatı»  dərs  vəsaitində  (12,  s.52-56)  və  «Səslərəm  səni» 

kitabına yazdığı «Taleyin qəriblik yükü» adlı ön sözdə (4, 

s.3-6)  Abay  Dağlının  həyat  və  yaradıcılığından  olduqca 

müxtəsər bəhs etmişdir. 




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə