Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   2   3   4   5   6   7   8   9   ...   17

 

  


9  

 



 

Təbii  ki,  A.Dağlının  ədəbi  irsinin  tədqiqi  sahəsində 

hazırkı vəziyyət qənaətbəxş sayıla bilməz. A.Dağlının mü-

hacirət  dövrü  yaradıcılığının  nisbətən  ətraflı  araşdırılması 

yönyndə ilk təşəbbüs olaraq  ədəbi-elmi  ictimaiyyətin  diq-

qətinə təqdim edilən bu  monoqrafiya da  məhz  həmin  boş-

luğu müəyyən qədər aradan qaldırmaq məqsədi izləyir. 

Monoqrafiyada mühacir yazıçının ədəbi irsi beş prob-

lem ətrafında qruplaşdırılaraq araşdırılmışdır: 

1.

 



Sənətkar və zaman problemi 

2.

 



Anadolu istiqlal savaşının inikası 

3.

 



Totalitar sovet rejiminin ifşası 

4.

 



Milli-mənəvi dəyərlər problemi 

5.

 



Quzey Kıbrıs olaylarının əksi. 


 

  


10  

 



 

 

SƏNƏTKAR VƏ ZAMAN  PROBLEMĠ 

 

Dünya,  o  cümlədən  Azərbaycan  ədəbiyyatı  görkəmli 



tarixi şəxsiyyətlərin həyat və mübarizəsini bədii tədqiqatın 

predmetinə  çevirməklə,  aktual  ictimai-siyasi  və  mənəvi-

əxlaqi  problemlər  qaldıran  əsərlərlə  zəngindir.  Qüdrətli 

ədəbi simaların bədii obrazlarının yaradılması yönündə isə 

milli  dramaturgiyamızın  bir  əsrə  yaxınlaşan  ənənə  və 

təcrübəsi vardır. Ə.Haqverdiyevin 1911-ci ildə qələmə al-

dığı  «Xəyalat»  pyesində  M.F.Axundzadənin  obrazını 

yaratması  ilə  əsası  qoyulan  bu  ənənə  sonralar  H.Cavidin 

«Xəyyam»,  S.Vurğunun  «Vaqif»,  M.Hüseynin  «Nizami», 

İ.Əfəndiyevin  «Xurşidbanu  Natəvan»,  N.Xəzrinin  «Mirzə 

Şəfi  Vazeh»,  Anarın  «Sizi  deyib  gəlmişəm»  kimi  dram 

əsərləri ilə davam və inkişaf etdirilmişdir.  

Klassiklərin həyatına müraciətlə  yazılmış  bədii-estetik 

cəhətdən  dəyərli  pyeslərdə  sənətkarın  ideya,  arzu  və 

düşüncələri  dramatik  hərəkətin  mənbəyini  təşkil  edərək, 

konfliktin xarakterini müəyyənləşdirən əsas amilə çevrilir, 

dövrün  aparıcı,  mütərəqqi  meyllərinin  ifadəsi  kimi  məna-

landırılır.  Həmin  tarixi  dramlarda,  görkəmli  ədəbiyyat-

şünas-alim  Y.Qarayevin  ifadəsi  ilə  desək,  «sənətkarın  ya-

şadığı  daxili  dramın  güzgüsündə  dövrü,  epoxanı  təhlil 

etmək, fərdi bədii yaddaşın və mənəvi vicdanın aynasında 

xalqın  tarixini  və  xalqın  taleyini  əks  etdirmək»  (6,  s.164-

165) – başlıca ideya-estetik qayəni təşkil edir. Bununla da, 

həmin əsərlər sadəcə bədii bioqrafiya olmayıb, sənətkar və 

xalq,  ədəbiyyat  və  siyasət,  yaradıcı  şəxsiyyət  və  zaman 

kimi  mühüm  problemlərə  müasir  fəlsəfi-estetik  baxışı 




 

  


11  

 



 

ifadə edirlər. 

Azərbaycan  mühacirət  ədəbiyyatında  sənətkar  və 

zaman  probleminə  toxunan  dram  əsərinə  hələlik  yalnız 

Abay Dağlının yaradıcılığında rast gəlirik. «Böyüklərimizi 

yalnız  elmi  əsərlərlə  tanıtmaq  kafi  gəlməz.  Onları  birər 

örnək  şəxsiyyət  olaraq  ədəbi  əsərlərlə  də  canlandırmaq 

gərək» (21, s.7) – qənaətində bulunan dramaturqun 3 pər-

də  9  şəkildən  ibarət  mənzum  «Füzuli»  pyesinin  ilk 

variantı  1961-ci  ildə  kiçik  tirajla  Ankarada  işıq  üzü  gör-

müş,  təkmilləşdirilmiş  ikinci  variantı  isə  1968-ci  ildə 

görkəmli  türk  füzulişünası,  professor,  doktor  Əli  Nihad 

Tərlanın müqəddiməsi ilə İstanbulda nəşr edilmişdir. 

Pyesin lap başlanğıcında Füzulinin dilindən onun məş-

hur: 

 

Dust bipərva, fələk birəhm, dövran bisükun, 

Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun –  

 

beyti  səslənir  və  bu  misralar  yalnız  qəhrəmanın  mənəvi-



psixoloji  vəziyyətini  deyil,  bütövlükdə  əsərin  ruhunu, 

dramatik  konfliktin  xarakterini  təyin  edir.  Hadisələrin 

sonrakı inkişafından aydın olur ki, pyesin konflikti, heç də 

ilk  baxışda  göründüyü  kimi,  Füzuli  ilə  ona  qarşı  ideoloji 

müxalifət  təşkil  edən  şəxslər  arasında  deyil,  şəxsiyyətlə 

mühitin,  insanla  zamanın  qarşıdurmasında  aranmalıdır. 

Bir qədər də konkretləşdirsək, bu əsərdə dramatik konflik-

tin  əsasını,  bir  tərəfdən,  Füzulinin  dünyagörüşü,  ideya  və 

arzuları  ilə  yaşadığı  mühitin  idraksızlığından  yaranan 

ziddiyyətlər,  digər  tərəfdən  isə,  onun  bir  şəxsiyyət  kimi 




 

  


12  

 



 

özünün daxili ziddiyyətləri təşkil edir. 

Əsərdə  Füzuli  istisna  olmaqla,  demək  olar  ki,  digər 

heç  bir  surət  xarakter  səviyyəsinə  yüksələ  bilmir.  Hətta 

ona  müxalif  olan  surətlər  də  epizodik  səciyyə  daşıyırlar. 

Prof. Ə.N.Tərlan əsərin  dramaturji  baxımdan  qüsurlu  olan 

bu  cəhətinə  sanki  haqq  qazandırmaq  məqsədilə  yazır: 

«…Bu  tip  əsərlərdə  böyük  səhnə  intriqaları  aranmaz, 

çünki qayə bir sənətkarı teatro yoluyla anlatmaqdır. Əlbət-

tə, bir şairin hər cəbhəsi ayrı-ayrı bir səhnə əsəri mövzusu 

ola bilir. Bunlardan bir tanəsini mərkəz mövzu olaraq alıb, 

digərlərini ikinci planda işləmək də mümkün. Bu növ teatr 

əsərlərində  tarixi  hadisələr  də  müəllifin  təsəvvüründə 

buluna  bilir  və  bunlarda  icab  edən  dəyişikliklərə  cevaz 

verilir.  Əl  verir  ki,  sənətkarın  ən  hakim  cəbhəsi  layiqiylə 

təbarüz  etdirilə  bilsin.  Müəllif  bu  əsərində  Füzulinin  xalq 

arasında ən çox sevilən vəchəsini, yəni lirizmiylə simvolik 

eşqini mümkün olduğu qədər hər kəsin anlaya biləcəyi bir 

dildə  anlatmağa  çalışmışdır.  Səhnədəki  digər  şəxslər 

bəlirli  bir  şəxsiyyət  göstərməmişlər,  silik  qalmışlardır» 

(21, s.4-5). 

Hər  hansı  bir  «sənətkarı  teatr  yoluyla  tanıtmaq»  məq-

sədilə  yazılan  əsərlərdə  böyük  səhnə  intriqaları  aramağın 

bir  o  qədər  də  gərəkli  olmadığı  barədə  görkəmli  füzuli-

şünas-alimin  qənaətləri  təbii  ki,  dram  nəzəriyyəsi  və  teatr 

təcrübəsi  baxımından  özünü  doğrultmur.  Əksinə,  məhz 

dramatik  toqquşmalar,  situasiya  və  konfliktlər  obrazın 

qüvvətli  alınmasına,  şəxsiyyətin  xarakterinin  açılmasına 

və bununla da böyük sənətkarın (konkret halda Füzulinin) 

teatr  səhnəsi  vasitəsilə  daha  yaxşı  tanıdılmasına  xadmət 




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə