Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   2   3   4   5   6   7   8   9   ...   17

 

  


13  

 



 

edərdi.  Bu  prinsiplə  yanaşdıqda,  prof.  Vaqif  Sultanlının 

«əsərdə Füzulidən savayı, bütün digər obrazların epizodik 

fonda  düşünülməsi,  bir  tərəfdən,  onun  daxili  dünyasının 

təfərrüatı  ilə  aşkarlanmasına,  qarşı  tərəfdən  isə,  mühitin 

fövqündə  durduğunu,  uca  və  ali  ideallarla  yaşadığını  gös-

tərmək  məramına  xidmət  etmişdir»  (12,  s.55)  –  fikri    ilə 

də  razılaşmaq  qeyri-mümkündür.  Zənnimizcə,  səhnədə 

şəxsiyyətin  böyüklüyü,  sənətkarın  daxili  aləminin  zəngin-

liyi,  məqsədlərinin  aliliyi  və  ülviliyi  –  onu  əhatə  edən, 

yaxud  ona  qarşı  duran  obrazların  epizodik  fonda  təsviri 

yolu  ilə  deyil,  güclü  xarakterlərlə  toqquşmasında,  gərgin 

dramatik  vəziyyətlərdə  müdrik,  inamlı  və  inadlı  davranış-

larında  əksini  tapmalıdır.  S.Vurğunun  məşhur  «Vaqif» 

pyesi  bu  tələblərə  cavab  verən  dram  əsərinin  bariz  nümu-

nəsidir.  Əsərin  əsas  obrazını  –  qəhrəmanını  güclü  göstər-

mək naminə onun ətrafındakıları süni surətdə kiçiltmək və 

epizodikləşdirmək  böyük  və  həqiqi  sənətin  yolu  deyildir. 

Bununla  belə,  Ə.N.Tərlanın  və  V.Sultanlının  qeyd  olunan 

fikirlərini  məqbul  saymamaqla  yanaşı,  birincinin  belə  bir 

mülahizəsinə  şərik  oluruq  ki,  hər  hansı  bir  şəxsiyyəti 

tanıtmaq  üçün  onun  ən  səciyyəvi  cəhətini  layiqincə  əks 

etdirmək yetərlidir. A.Dağlı da Füzulinin «örnək şəxsiyyət 

olaraq»  obrazını  yaratmaqdan  ötrü,  ona  həsr  etdiyi 

pyesinin süjetini məhəbbət motivi əsasında  qurmuşdur. 

Əsərdə təsvir olunan hadisələr İraqda – Bağdad yaxın-

lığındakı  Azərbaycan  icmasında  cərəyan  edir.  Pyesin  elə 

ilk  şəklindən  müəllif  Füzulinin  eşq  dərdini,  hicranını 

nəzərə  çarpdırır.  Şairin  monoloqundan  onun  öz  soydaşı 

olan  Hicran  adlı  bir  qızı  sevdiyi,  fəqət  hazırda  ondan  ayrı 




 

  


14  

 



 

düşdüyü bəlli olur: 

 

Ah, Hicran, Hicranım!.. 

Şəbi-hicranlarım  canımı aldı. 

Qürbətdə nə cismim, nə canım qaldı. 

Bir yuva olmuşdur könül hicrana, 

Könüldən yayılır bu hicran cana. 

Sevgi və sevdalar bir hicran olur, 

Hicranlı könüllər bir viran olur. 

Ah!., Ah!..      

(21, s.13) 

 

Şairin  hicran  dərdi  onun  Vətən  həsrəti,  qürbət  ağrıları 



ilə birləşərək  üzüntüsünü daha da artırır: 

 

Burası bizləri yaradan deyil, 

Bir doğum yeridir, bir Vətən deyil. 

Bizim dağlarımız, ovamız vardır, 

Bir Ana yurdumuz, yuvamız vardır. 

Tarixdən-tarixə adı yüksəlmiş, 

Dədəmiz, babamız oradan gəlmiş. 

Bağlanıb qalmışıq bu qürbət eldə, 

Ayrıdır görüş də, inanc da, dil də. 

Qürbət sevinc deyil, üzüntü verdi; 

Şimdi qəlbimizdə bir Vətən dərdi.   

(21, s.17) 

 



 

  


15  

 



 

A.Dağlı  pyesdə  köçgün  azərbaycanlıların  qürbət  eldə 

də milli adət-ənənələrini, məişət tərzini qoruyub saxladıq-

larını  konkret  səhnələrdə  canlandırır.  Qızlarla  oğlanların 

bulaq  başında  görüşmələri,  bir-birinə  könül  vermələri, 

həmçinin  toy  mərasiminin  təsvir  edildiyi  səhnələr  bu  ba-

xımdan  səciyyəvidir.  Ümumiyyətlə,  əsər  boyu  türk  elat 

həyatının  liberalizmi,  nisbi  demokratizmi  İraqın  –  Bağ-

dadın  yerli  ərəb  əhalisinin  mühafizəkar,  ortodoksal  həyat 

tərzinə qarşı qoyulur. Yaxşı adlı qadının söylədiyi:  

 

Bu yerlər qapalı, əski bir diyar, 

Toplumun şübhəsi və basqısı var. 

Şübhəli-şübhəli baxıb, gedərlər, 

İnsanı dünyada rəzil edərlər –  

(21, s.42)  

misraları da məhz bu vəziyyəti əks etdirir. 

Füzuli  İraqın  azərbaycanlı  icması  içərisində  böyük 

hörmət və nüfuz sahibidir. Onu sadə köçgünlər də, onların 

başçısı  Atabəyli  də  sevir,  ehtiram  göstərir.  Məclislərdə, 

toy-düyündə  şairin  qəzəlləri  oxunur.  Yeri  gəlmişkən  qeyd 

edək ki, əsər boyu Füzulidən ayrı-ayrı beytlərin, bəzən isə 

bütöv  lirik  örnəklərin  səslənməsi  pyesin  bədii  təsir 

qüvvəsini bir qədər də artırır. Füzulinin köçgün soydaşları 

Bəyoğlan  və  Xankişi  ilə  tanışlıq  səhnəsində  isə  müəllif 

onun  bir  şair  kimi  məşhurluğunu,  həmvətənlərinin  qürur 

və  fəxarət  duyduğu  bir  şəxsiyyət  olduğunu  nəzərə 

çarpdırır: 

 

Bəyoğlan –  



 

(Füzuliyə) 



 

Səsiniz hər yerə yayılıb, gedər, 


 

  


16  

 



 

Sizinlə hər könül iftixar edər. 

Şeriniz ruhların bir dərmanıdır, 

Bizim qəlbimizin tərcümanıdır. 

Xanəndələr oxur, hər kəs əzbərlər. 

 (21, s.15) 

 

«Şeiri  ruhlara  dərman»  olan  Füzulinin  özü  isə  «eşq 



sərgiştəsi»dir.  İlk  sevgisini  unuda  bilməyən  şair  bir  gün 

çeşmə  başında  əslən  Təbrizdən  olan  Yaxşı  adlı  bir  qadını 

görür.  Sevimli  Hicranına  bənzəyən  bu  gözəl  türk  xanımı 

şairin  qəlbində  məhəbbət  həyəcanları  oyadır.  Yaxşı  da 

əvvəllər  məşhur  bir  şair  kimi  tanıdığı  Füzuliyə  könül 

verir.  Tənhalıqdan  usanan  şair  nəhayət  Yaxşıyla  evlən-

məyi  qərara  alır.  Eyni  zamanda  ilk  məhəbbətinə  sadiq  bir 

aşiq  kimi  Hicranı  da  unuda  bilmir,  onun  bir  gün  qayı-

dacağı  təqdirdə  aqibətinin  necə  olacağını  düşünür  və  bu 

əndişəsini Yaxşıyla bölüşür: 

 

Füzuli –  Mənim nə mövqeyim, nə bir yerim var, 



   

Yalnız uzaqlarda bir sevgilim var. 

   

Bəlkə bu yerlərin yolunu bulur, 

O bir gün gəlirsə? 

 

Yaxşı –   Gəlsin, nə olur. 



   

Sizinlə birlikdə səadət bulur. 

   

Mən kölə olurum, o xanım olur. 

 

Füzuli –  (Bir az daha təsirlənərək) 



   

Yox, böylə söyləmə, mehriban xanım. 


Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə