Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   2   3   4   5   6   7   8   9   ...   17

 

  


17  

 



 

   

(Odanın içini işarətlə) 



   

Mənim bu halımı bir düşün, canım, 

   

Düşün ki, varlığım, mənliyim nədir. 

   

Füzuli xanəsi bir viranədir. 

   

Sənin alışdığın saray dünyası, 

   

Bütün xanımların canlı xülyası. 

   

Mələklər soyundan bir mənliyin var, 

   

Gözəllər içində gözəlliyin var. 

   

Aman, bu gözəllik həqir olmasın, 

   

Bir fəqir əlində əsir olmasın.  

(21, s.77-78) 



 

Bu  dialoq,  bir  tərəfdən,  Füzulinin  yüksək  humaniz-

mini,  qadına  olan  ehtiramlı  münasibətini,  məhəbbətdə 

sadiqliyini  göstərirsə,  digər  tərəfdən,  Yaxşının  zəngin 

daxili  aləmindən,  paklığından,  hisslərinin  ülviliyindən 

soraq  verir.  Məhz  belə  bir  qadın    zorla  düşdüyü  saray 

mühitini,  oranın  dəbdəbəli,  təminatlı,  lakin  onun  kimilər-

dən ötrü cansıxıcı həyatını qürbət həyatına dəyişə bilərdi. 

Əsərin  sonuna  yaxın  –  3-cü  pərdənin  3-cü  şəklində 

Füzuli ilə Yaxşı artıq evlənmiş, bir övladları dünyaya gəl-

mişdir.  Füzuli  «Leyli  və  Məcnun»  üzərində  işləyir.  Lakin 

müəllif şairin ilk sevgisi ilə bağlı dramatik xətti izləməkdə 

davam  edir  və  məhəbbət  süjetini  simvolik  bir  sonluqla  ta-

mamlayır.  Füzuli  övqaf  idarəsində  olarkən  Xankişi  ilə 

Bəyoğlan  Hicranın  xəstəlikdən  üzülmüş  vəziyyətdə  onu 

görmək  üçün  gəldiyini  Yaxşıya  xəbər  verirlər.  Yaxşı  bu 

qəfil  xəbərdən  həyəcanlanırsa  da,  qətiyyən  qısqanmır, 

Hicranı  səmimiyyətlə  qarşılamağa  hazırlaşır,  ona  şəfqət 




 

  


18  

 



 

diləyir: 

 

Yaxşı –  Ölümlə bitməz ki, hər bir hastalık, 



   

Füzuliyə sağlıq, Hicrana sağlık. 

   

Söylədiyim bir söz yerini bulur, 

   

Mən kölə olurum, o, xanım olur. 

 (21, s.90) 

 

Yaxşının  bu  qəfil  situasiyada  səmimi  davranışı  onun 



nəcibliyini,  kübarlığını,  altruizmini  əyani  surətdə  təsdiq-

ləyir.  Məhz  belə  bir  qadın  Füzuli  eşqinə  layiq  ola  bilərdi. 

Lakin  təbii  ki,  müəllif  Füzuli  ilə  Hicranı  qovuşdura 

bilməzdi.  «Leyli  və  Məcnun»  kimi  bir  sənət  incisi 

yaradan, «Məndə Məcnundan füzun aşiqlik istedadı var» – 

deyən    şair  həqiqətən  də  məcnunanə  aqibətlə  üzləşir. 

Sevimli  Hicranı  son  nəfəsində  onu  vəfasızlıqda  ittiham 

edərək  canını  tapşırır.  Füzulinin  məhəbbət  lirikasının 

ruhuna uyğun düşünülmüş bu final şairin eşqinin romantik 

məzmununu simvolik şəkildə əks etdirməklə  yanaşı, dərin 

ictimai  məna  da  kəsb  edir.  Bu  yerdə  rus  ədəbi  tənqidinin 

böyük  klassiki  V.Q.Belinskinin  V.Şekspirin  «Romeo  və 

Cülyetta»  faciəsi  ilə  bağlı  aşağıdakı  fikirlərini  xatır-

lamamaq  olmur:  «Şairanə,  ehtiraslı  məhəbbət  bizim 

həyatımızın və gəncliyimizin çiçəyidir; bu məhəbbət az-az 

adamlarda olur və özü də həyatlarında yalnız bir dəfə olur. 

Doğrudur, bəziləri sonra da bir necə dəfə sevirlər, lakin bu 

cür  yox,  çünki  alman  şairinin  dediyi  kimi,  həyatın  mayı 

yalnız bir dəfə çiçək açır. Şekspir, tragediyasının sonunda 

nahaq  yerə  Romeo  və  Cülyettanı  ölməyə  məcbur  etmir: 




 

  


19  

 



 

bunun  nəticəsində  onlar  oxucuların  xatirində  məhəbbət 

qəhrəmanları  kimi  qalırlar;  məhəbbət  apofeozu  olaraq  qa-

lırlar;  əgər  Şekspir  onları    diri  saxlasaydı,  onlar  xoşbəxt 

ər-arvad  olar,  bir  yerdə  oturub  əsnəyər  və  bəzən  dalaşar-

dılar,  bunda  isə  heç  bir  şeriyyət  yoxdur»  (32,  s.825).

*

 

A.Dağlı  da  pyesə  lirik-sentimental  çalar  verən  finalla,  bir 



tərəfdən, onun estetik təsirini təmin etməyə çalışmış, digər 

tərəfdən isə, Füzuli eşqinin bəşəri mahiyyətini göstərərək, 

orta  əsrlərin  ortodoksal  Şərq  cəmiyyətinin  zamanın  

fövqündə  duran  dahi  şəxsiyyətləri  anlamağa,  qiymətlən-

dirməyə,  onların  məhəbbətini  yaşatmağa  hazır  və  qadir 

olmadığını əks etdirmişdir. 

«Füzuli» pyesində dramatik süjetin əsasını məhəbbət 

xətti  təşkil  etsə  də,  A.Dağlı  qəhrəmanının  səciyyəsini 

əlavə  –  köməkçi  xətlərlə  də  dolğunlaşdırır.  Füzulinin 

özünə  qarşı  ideoloji  müxalifətdə  olan  şəxslərlə  qarşılaş-

dırılması onun bir mütəfəkkir kimi qavranılması, dünya-

görüşünün  açıqlanması  baxımından  konkret  dramaturji 

funksiya daşıyır. 

Pyesdə  Əbu  Mərvan,  Dərviş,  İbni  Yaman  Füzuliyə 

ideoloji  müxalifətdədirlər.  Əbu  Mərvanla  Dərvişin  səh-

nəyə ilk gəlişi ilə aralarında baş verən dialoq bu şəxslərin 

antitürk mövqeyini ortaya qoyur: 

 

Dərviş –  



Biz türklər türkcədən nə məna gördük, 

   

 

Ərəbcə,  farscayla arslana döndük. 

 

                  



 

*

 Sitat



ın tərcüməsi Mehdi Hüseynindir. 

 



 

  


20  

 



 

Əbu Mərvan –  (Hiddətli) 



   

 

Nə dil var, na yazı, 

   

 

Ah, şu  türkün ağzı. 

   

 

Küffar, küffar.  

(21, s.22-23) 

 

Şiəliyi  yaymaq  pərdəsi  altında  əslində  öz  şəxsi  məna-



felərini  təmin  edən  bu  şəxslər  İbni-Yaman  adlı    həmfikir-

ləriylə  rastlaşıb,  ondan  köçgünlər  içərisində  Füzuli  kimi 

məşhur  bir  şairin  və  mütəfəkkirin  yaşadığını  öyrənincə, 

bundan  bərk  təşvişə  düşür,  onu  nüfuzdan  salmağı  qərara 

alırlar.  Bu  məqsədlə  Təkcə  və  Göycəni  öyrədib,  Füzuliyə 

istehza  etmək  istəsələr  də,  nail  ola  bilmirlər.  Dahi  şairin 

müdrikliyi,  təmkinli  davranışı,  söylədiyi  şeir  onları 

heyrətləndirərək susdurur. 

3-cü  pərdənin  1-ci  şəklinin  3-cü  səhnəsində  Füzuli  ilə 

Əbu  Mərvan,  Dərviş  və  İbni  Yaman  yenidən  qarşılaşırlar. 

Bu  səhnə  Füzulinin insana, həyata, bütün  bəşəriyyətə sev-

giyə  əsaslanan  fəlsəfəsi  ilə  müxaliflərinin  nifrətə,  kin-

küdurətə,  milli  ədavətə  və  məzhəb  ayrı-seçkiliyinə  söy-

kənən  dünyagörüşlərinin  toqquşmasıdır.  Təsadüfi  deyildir 

ki,  bunun  arxasınca  müəllif  Osmanlı  ordusunun  –  Sultan  

Süleyman  Qanuninin  Bağdada  hücumunu,  bunun  nəticə-

sində günahsız insanların, o cümlədən Atabəylinin ölümü-

nü  təsvir  edir  və  bununla  da  Füzulinin  mövqeyindən  şiə-

sünni  ixtilafının  mənasızlığını  göstərir,  bu  zəmində  insan 

qanı axıdılmasına qarşı çıxır. 

Pyesin  sonunda  A.Dağlı  Füzulinin  «ictimai  dərdini» 

daha qabarıq göstərmək üçün məlum «Şikayətnamə» moti-




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə