Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   2   3   4   5   6   7   8   9   ...   17

 

  


21  

 



 

vindən uğurla istifadə edir. Övqaf idarəsindən üzüntülü və 

əsəbi  halda  qayıtmış  şairin  monoloqu  bütünlükdə 

cəmiyyətdəki haqsızlıqlara qarşı etiraz kimi səslənir: 



 

Vakıflara getdim, hakkımdı məncə, 

Mənim də istəyim bir hak deyincə. 

Adamlar qurd oldu, qələmlər qamçı, 

Yox deyə bağırdı hər bir məqamçı. 

Dedim ki, həqiqət! Özlə dedilər. 

Qiyamət gələcək, gözlə dedilər. 

Dedim ki, bu işin bir hesabı var, 

Dedilər hər işin bir ərbabı var. 

Dedim ki, bu işlər bir feli-xata, 

Dedilər şikayət yaman bir xata. 

 

(Bir an sükutdan sonra alaylı bir ifadə ilə) 



 

Maşallah, hər biri zəki, mədəni, 

Zəbani-hal ilə əzdilər məni. 

Mötəbər bir məqam yox bu ölkədə, 

Gördüm ki, o yerdə, o mərəkədə, 

Laqqırtı alınır, kəlam alınmaz. 

Rüşvət deyil deyə, salam alınmaz!..  (21, s.92) 

 

Beləliklə,  A.Dağlı  pyesdə  Füzulini  yalnız  saf 



məhəbbətlə  sevən  bir  aşiq  kimi  deyil,  eyni  zamanda,  öz 

yaradıcılığı ilə mühüm ictimai-siyasi problemlərə toxunan 

mütəfəkkir  –  şair  kimi  səciyyələndirməklə  onun  bitkin 

obrazını  yaratmağa  müvəffəq  olur.  Əsərdə  Füzulinin 




 

  


22  

 



 

dilindən  səslənən,  A.Dağlının  özünün  də  ön  sözdə  xüsusi 

seçdirdiyi: 

 

Gözəllik bəhanə, eşq bəhanə, 



Mən ağı söylərəm qanlı cahanə –    (21, s.9) 

 

misraları  da  bədii-dramaturji  baxımdan  tamamilə  doğru-



lur. 

 



 

  


23  

 



 

ANADOLU ĠSTĠQLAL SAVAġININ ĠNĠKASI 

 

Mövzu  və  janr  baxımından  rəngarəng  olan  mühacirət 



ədəbiyyatımızda  tarixi  səpkili  əsərlər  də  az  deyildir.  Mü-

hacir  yazarlarımız  Azərbaycan  tarixinin  müxtəlif  məqam-

larını,  görkəmli  tarixi  şəxsiyyətlərimizin  həyatını  bədii 

əsərlərində  əks  etdirməklə  yanaşı,  özlərinə  ikinci  vətən 

saydıqları  Türkiyənin  də  uzaq  və  yaxın  keçmişinə  biganə 

qalmamışlar.  Lakin  yazıçıların  tarixi  hadisələrə,  tarixi 

şəxsiyyətlərin  həyat  və  mübarizəsinə  müraciətləri  müasir 

dövrün  mühüm  ictimai-siyasi  və  əxlaqi-mənəvi  prob-

lemləri  ilə  əlaqələndirildikdə,  ədəbiyyat  öz  estetik  və 

ideoloji  funksiyasını  effektiv  yerinə  yetirə  bilir.  Bu 

baxımdan, Mirzə Abay Dağlının Türkiyənin ən yeni tarixi-

nin  şanlı  səhifələrindən  olan  Anadolu  istiqlal  savaşına 

həsr  edilmiş  dram  əsərləri  tarixi  mövzuya  müasirlik 

mövqeyindən yanaşmanın təzahürü kimi diqqəti cəlb edir. 

A.Dağlı 1965-1974-cü illər arasında qeyd olunan möv-

zuda  altı  pyes  yazıb  çap  etdirmişdir:  «Sakarya»,  «Ata-

türk»,  «Sakarya  çetəsi»,  «Malazgirtdən  Sakaryaya», 

«Sakaryada  22-ci  gün»  və  «Ata  anıları».  Zənnimizcə,  bu 

əsərlərdə  əks  olunan  hadisələrin  cərəyan  etdiyi  tarixi 

dövrün  xarakteri  mövzunun  dram  janrında  işlənməsini 

şərtləndirən başlıca amil olmuşdur. Bu, həmin dövrdür ki, 

Türkiyə  I  Dünya  Müharibəsindən  sonra  «...məğlub  bir 

dövlət kimi 30 oktyabr 1918-ci ildə «Mudros müqaviləsi» 

adı  verilən  ağır  şərtli  müqavilə  imzalamışdı.  Həmin 

müqavilənin  şərtlərinə  görə,  ölkənin  bir  çox  ərazisi  qalib 

dövlətlər  tərəfindən  işğal  edilmiş,  ordu  dağılmış,  bütün 




 

  


24  

 



 

silah  və  cəbbəxanalar  qalib  dövlətlərin  tabeçiliyinə 

keçmişdi.  Osmanlı  ölkəsi  tamamilə  parçalandığı  bir  yana, 

türkün  ana  yurdu,  Anadolu  da  qalib  dövlətlər  arasında 

bölüşdürülürdü.  İtalyanlar  Antalyanı  tutmuşdu.  İskən-

dərun, Adana, Mersin, Antep, Maraş, Urfa işğal edilmişdi. 

Qarsda  ingilislər  rəhbərliyi  ələ  almışdı.  Frakiya  zəbt 

olunmuşdu.  Düşmən  donanması  İstanbul  sularında  lövbər 

salmışdı.  Çanaqqala  və  İstanbul  boğazları  tutulmuşdu. 

Sultan və hökumət düşmənlərin əlində bir alət olmuş, aciz 

və  çaşqın  bir  vəziyyətdə  özləri  üçün  asayiş  və  xilasolma 

yolunu axtarırdılar. Anadolunun bütün şəhərlərində əcnəbi 

zabitlər  dolaşır,  Antanta  dövlətlərinin  təmsilçiləri  kimi 

direktivlər verirdilər. Yunanlar da İzmiri işğal etmək üçün 

planlar  qururdular»  (9,  s.32-33).  10  avqust  1920-ci  ildə 

sultan  hökumətinin  imzaladığı  rüsvayçı  Sevr  müqaviləsi 

isə  nəinki  Osmanlı  imperiyasının  parçalanmasını,  faktiki 

olaraq  əksər  Anadolu  ərazilərinin  də  müstəmləkə  vəziy-

yətini  hüquqi  cəhətdən  rəsmiləşdirirdi  (29,  s.95-96). 

Göründüyü kimi, A.Dağlının müraciət etdiyi dövr Türkiyə 

tarixinin  olduqca  gərgin,  ziddiyyətli,  dramatik  bir  döv-

rüdür.  Vətənin,  milli  dövlətçiliyin  taleyi  sınağa  çəkildiyi 

bir  zamanda  türk  xalqı  Atatürkün  öndərliyi  ilə  istiqlal 

savaşına  qalxmışdır.  Dramaturgiya  isə,  elmi  ədəbiyyatda 

qeyd  olunduğu  kimi,  «...öz  estetik    təbiətinə  görə  ziddiy-

yətlərin  kəskinləşdiyi,  ideyaların  toqquşduğu  məqamlarda 

özünə  daha  çox  material  tapır.  Müharibə  həyatın  özündə 

dramatizmin  ən  çox  təzahür  etdiyi  hadisə  olduğu  üçün  o, 

dramaturgiyanın  mövzusuna  çevriləndə  dövrün  ən  böyük 

ziddiyyətlərini  ifadə  etmiş  olur»  (11,  s.120).  A.Dağlı  da 




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə