Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

  


33  

 



 

Nerəliydin diyorlar, 

Niyə gəldin diyorlar, 

Niyə yaktın, niyə yıktın diyorlar. 

Öldürdün diyorlar silahsızları, 

Götürdün diyorlar qadın, qızları. 

Yanan köylərini göstəriyorlar, 

Bizlərə hər yerdə suç arıyorlar.  

(23, s.11) 

 

Bu  döyüşçülər  qəddar  və  amansız  olduqları  qədər  də, 



qorxaq və satqındırlar. Öz canlarını qurtarmaq üçün  törət-

dikləri  bütün  cinayətlərin  məsuliyyətini  türklərə  əsir  düş-

müş zabitlərinin boynuna qoymağa hazırdırlar. 

Özgə  torpağına  göz  dikmiş  yunan  əsgərindən  fərqli 

olaraq, türk əsgəri öz doğma vətənini qoruyur, öz azadlığı 

uğrunda  döyüşür.  Odur  ki,  mütləq  qalib  gələcək  və  layiq 

olduğu  xoşbəxt  həyatı  qazanacaqdır.  Qazi  paşa  da  aydın-

larla  söhbətində  türk  xalqının,  Türkiyə  dövlətinin  tərəq-

qisinə, gələcək rifah və səadətinə olan inamını ifadə edir: 

 

İnşallah, dostlarım, bizimdir zəfər, 

Vətən qalib olur, millət müzəffər. 

Sineyi - millətdən gəlir səsimiz, 

Həm köksümüz sıcaq, həm nəfəsimiz. 

Dənizdən-dənizə bu savaş bitər, 

Bu qanlı macəra nəhayət yetər. 

Zəfər marşı dinlər bu dağlar-daşlar, 

Və ən böyük işlər o zaman başlar. 



 

  


34  

 



 

Vətəndə hər kəsi irşad eyləriz, 

Öyün, güvən, çalış söyləriz.  

       (23, s.65) 

 

«Malazgirtdən  Sakaryaya»  (1971)  pyesini  (2  pərdə, 



5  şəkil)    isə  A.Dağlı  Malazgirt  zəfərinin  900,  Sakarya 

zəfərinin  isə  50-ci  ildönümü  münasibətilə  məktəb  və 

gənclər  teatrları  üçün  qələmə  almışdır.  Birinci  şəkildə 

məktəblilərin  ifasında  Malazgirt  döyüşünü  əks  etdirən 

«Alp  Aslan»  adlı  bir  pyesin  məşqlərini  təsvir  etməklə 

qədim  türk  tarixinə  ekskurs  edən  müəllif  gənclərdən  biri-

nin  dili  ilə  şanlı  tarixi  keçmişin  bugünkü  və  gələcək 

zəfərlər  üçün  ilham  və  fəxarət  mənbəyi  olduğunu  qeyd 

edir:  «Biz  Malazgirtdən  Sakaryaya  gəldik.  Tarixdə  hər 

yeni  zəfərimiz  əski  zəfərlərdən  ilham  almışdır.  Tariximiz 

iştə  bunun  üçün  önəmlidir»  (24,  s.10).  Gənc  bir  oğlanla 

bir  qızın  dialoqunda  isə  imanlı  türk  gəncliyinin  vətən 

sevgisi təsirli bir dillə ifadə olunur: 

1.Gənc  –  Bilirmisən,  bəncə  vətən  iman  ilə  bərabərdir. 

Vətənini sevməyən Allahını da sevməz. 



1.Qız  –  Ah,  sən  vətəni  düşündükcə  nə  qədər  böyüyür-

sən.  Bən  də  səni  düşündükcə  könlümdə  o  qədər  böyüklük 

görürəm. Söylə, bana böylə-böylə sözlər söylə. Sanki eşit-

dikcə  həyatım  artıyor.  Könlümdə  güllər  açıyor.  Fikrimdə 

günəşlər  doğuyor.  Şu  sözlərin  sayəsində  bən  də  erkək 

oluyorum.  Həm  könlüm  əsvabımdan  erkəkdir.  Yarın  qov-

ğaya çıx. Əlbəttə, hər kəsin önündə bulunacaqsın. Bən də, 

əlbəttə, sənə hər kəsdən yaxın bulunuyorum (24, s.20) 




 

  


35  

 



 

Bu  dialoq  vasitəsilə  çağdaş  türk  gəncliyinə  xilab  edən 

dramaturq,  vətəni  sevməyin  imandan  olduğu  barədə  islam 

dininin  hökmünü  xatırlatmaqla  yanaşı,  vətənin  müdafiə-

sinin  hər  bir  türk  kişisi  ilə  bərabər,  hər  bir  türk  qızı  və 

qadını  üçün  də  müqəddəs  vəzifə  olduğunu  nəzərə  çatdırır 

və pyesin sonrakı şəkillərində bu fikir inkişaf etdirilir. 

Hələ  birinci  pərdənin  ilk  şəklində  əsərə  daxil  etdiyi 

Yaslı  Mücahidin  monoloqu  ilə  A.Dağlı  ikinci  şəkildən 

başlayaraq hadisələri Sakarya cəbhəsinə köçürür. Anadolu 

istiqlal  savaşının  qazilərindən  olan  bu  mücahidin  o  şanlı 

hərb  günləri  barədə  xatirələri  səhnədə  əks  olunur.  Doğru-

dur,  müəllif  pyesdə  güclü,  yaddaqalan  obrazlar  yaratmağa 

müvəffəq olmur; hadisələrin inkişafı lazımi dramatizmdən 

məhrumdur.  Lakin  xalqın  azadlıq  və  istiqlal  arzuları, 

vətən  naminə,  milli  ideya  naminə  birliyi  əsgər  və  zabit-

lərin,  onlara  qoşulan  kəndli  qız  və  qadınların,  ziyalıların 

timsalında  əksini  tapır.  Döyüşçülərdən  birinin  söylədiyi 

«...Qarşımızda qanlı bir düşmən vardır. Aramızdakı bütün 

darğınlıqlar  unudulmalıdır.  Biz  böylə  bir  gündə  birləş-

məsək,  yeniliriz.  Zatən  bu  düşüncə  şimdi  bütün  Anado-

lumuzda  hakimdir»  sözləri  istiqlal  savaşına  qalxmış  türk 

xalqının  ümumi  əhvali-ruhiyyəsinin  ifadəsi  kimi  səslənir. 

Gənc  aşığın  «...qazilərin  qanı  mübarək,  yarası  nişan, 

sakatlığı  isə  şanlı  bir  xatirə  olur»  sözləri  isə  türk 

gəncliyini  vətən  uğrunda  son  nəfəsə  qədər  vuruşmağa 

səsləyir. 

A.Dağlının  Anadolu  istiqlal  savaşını  əks  etdirən  pyes-

lərindən biri də 3 pərdə, 8 şəkildən ibarət «Ata anıları»dır 

(1974).  Bu  pyesdə  hadisələr  müxtəlif  məkanlarda 




 

  


36  

 



 

(Çankaya  köşkü,  Padşah  sarayı,  Ankara  yolu,  Sakarya 

kıyıları,  Dumlupınar)  cərəyan  etsə  də,  əsas  dramatik 

hərəkətlər  sultan  hökumətinin  təslimçi  mövqeyi  və  bunun 

nəticəsi  olaraq  Mustafa  Kamala  qarşı  hazırlanan  sui-qəsd 

planı  ilə  bağlıdır.  Bu  motivlər  isə  bizə  yuxarıda  təhlilini 

verdiyimiz  «Sakaryada  22-ci  gün»  pyesindən  artıq  yaxşı 

tanışdır. Müəllif həmin pyesdən nəinki  bu motivləri, hətta 

bütöv  monoloqları  belə  təkrar  etmişdir.  Məsələn, 

«Sakaryada 22-ci gün» pyesində Qazi Paşanın: 

 

İnşallah dostlarım, bizimdir zəfər 

Vətən qalib olur, millət müzəffər… 

(səh.65) 

 

-  misralarıyla  başlayan  monoloqu  «Ata  anıları»  pyesinin 



53-cü (115) səhifəsində cüzi əlavəylə onun dilindən təkrar 

olunur.  Yaxud,  «Sakaryada  22-ci  gün»  pyesində  Qazi 

Paşanın  (Atatürkün)  ona  qarşı  sui-qəsd  cəhdi  ilə  bağlı 

söylədiyi misralar (s.47-48) yenə də cüzi dəyişikliklə (Ata 

anıları»nda təkrar olunur (s. 64 (126). 

Görünür,  A.Dağlının  Atatürk  və  Anadolu  istiqlal  sa-

vaşı  mövzusuna  dönə-dönə  müraciət  etməsi  və  müxtəlif 

vaxtlarda  bu  mövzuda  xeyli  dram  əsəri  yazması  bir  sıra 

hallarda  belə  təkrarlara  səbəb  olmuş,  nəticədə  bəzi  pyes-

lərin  bədiilik  baxımından  qüsurlu  alınmasına,  onların 

ümumiləşdirmə gücünün zəifləməsinə gətirib çıxarmışdır. 

Yekunda  belə  bir  məqamı  da  qeyd  etməliyik  ki, 

istiqlal  savaşı  dönəmində  Türkiyədə  baş  verənlərlə  xalq 

hərəkatı  dövründə  və  dövlət  müstəqilliyinin  ilk  illərində 




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə